Bizi izləyin:
Heydər Əliyev
Xroniki xəstəliklərin və əlilliklərin epidemiologiyası və profilaktikası (İctimai Səhiyyə)
Bölmələrimiz
Xroniki xəstəliklərin və əlilliklərin epidemiologiyası və profilaktikası (İctimai Səhiyyə)

Müasir dövrdə profilaktikanın sərhədlərinin infeksion patologiyanın sər­hədlərindən kənara çıxması nəticəsində nəinki təkcə infeksion, həm də qeyri- infeksion xəstəliklərin öyrənilməsində populyasion yanaş­manın tətbiqi sayəsində Xroniki xəstəliklərin və əlilliklərin epidemiologiyası və profilaktikası (XXƏE) və ya «Qeyri-infeksion xəstəliklərin epidemiologiyası» (QİXE) sürətlə inkişaf etməyə başlamışdır. XXƏE  somatik, qeyri-infeksion mənşəli kütləvi yayılan xəstəlikləri epidemioloji müayinə metodu vasitəsilə öy­rənir. Hazırda bu istiqamət sürətlə inkişaf etməkdədir və yo­lu­xu­cu xəstəliklərin epidemiologiyası ilə yanaşı, xronik xəstəliklərin və əlilliklərin epidemiologiyası (XXƏE) anlayışı geniş tətbiq olunur.

Hazırda xronik xəstəliklərin və əlilliklərin (XXƏ) geniş yayılmışlar. Belə ki, hər il  xronik xəstəliklərin və əlillikləridən (XXƏ)  41 milyon şəxs ölür ki, bu da  dünyada baş verən bütün  ölüm hadisələrinin 71%-ni təşkil edir.  Həmçinin hər il   30 yaşdan 69 yaşa qədər 15 milyon şəxs XXƏ--dən  tələf olur; bu «vaxtındanəvvəl» ölüm hadisələrinin 85%-dən  çoxu  aşağı və orta gəlir səviyyəsi olan ölkələrin payına düşür. XXƏ-dən baş verən ölümün strukturunda ürək-damar xəstəliklərinin payı ən yüksəkdir, belə ki, hər il bu xəstəliklərdən 17,9 milyon nəfər tələf olur.  Daha sonra onkoloji xəstəliklər (9 mln. hadisə), respirator xəstəliklər (3,9 mln. hadisə) və şəkərli diabet (1,6 mln. hadisə) qeydə alınır. Bu 4 qrup xəstəliklərin payına XXƏ-dən baş verən ölüm hadisələrinin 80%-i düşür. Tütün istifadəsi,  aşağı   fiziki aktivlik səviyyəsi, alkoqoldan həddən artıq istifadə  və qeyri-sağlam qidalanma   XXƏ--dən ölüm riskini  artırır.

XXƏE-nin predmeti - epidemik xarakter daşıyan və həm müəyyən bioloji tibbi amillərdən, həm də sosial şəraitdən asılı olan bir sıra somatik xəstəliklərin əmələ gəlməsi səbəblərini və inkişaf qanuna­uyğunluqlarını öyrənməkdir. XXƏ--nin epidemiologiyasının başlıca vəzifəsi risk qruplarının, risk vaxtının, risk ərazilərinin və risk amillərinin təyin edilməsindən ibarətdir.

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Ictimai Səhiyyə

III

Xronik xəstəliklərin və əlilliklərin epidemiologiyası və profilaktikası

30

20

 

Təhsil pilləsi:  əsas baza ali tibb təhsili

İxtisas: İctimai Səhiyyə

Fənnin məqsədi: Kursun ümumi məqsədləri qeyri-infeksion epidemiologiya ilə bağlı olan əsas konsepsiyaları və metodları  tədqiq edərək  əhalinin sağlamlığının qorunması və qeyri-infeksion xəstəliklərin baş verməsinin səbəb-nəticə əlaqələrinin öyrənilməsi  yolu ilə mühüm qərarların verilməsi və qəbul edilməsi, lazımi profilaktika tədbirlərinin  həyata keçirilməsi, əhalinin sağlamlıq göstəricilərinin təhlili sayəsində risk qruplarının və risk amillərinin təyin edilməsi, epidemioloji vəziyyətin pisləşməsinin qarşısının alınması, əhalinin  sağlamlığının qorunması üzrə səhiyyə xidmətlərinin fəaliyyətinin effektiv planlaşdırılması yollarını tədris etməkdir. Bu zaman öyrəniləcək mövzulara aiddir: XXƏE-nin predmeti, məqsəd və vəzifələri, metodları, inkişaf tarixi. Xronik xəstəliklərin və əlilliklərin epidemiologiyasının xüsusiyyətləri və ümumi məsələləri, Epidemioloji müşahidə (müayinə) metodunun tətbiqi. XXƏ--nin yaranmasının risk amilləri,  risk qrupları. XXƏ-nin sosial-iqtisadi fəsadları, XXƏ--nin profilaktikası və onlarla mübarizə. Xronik xəstəliklərin və əlilliklərin epidemiologiyasının nəzəri əsasları və  konkret patologiya zamanı onlarin realizasiyasi. Həmçinin ayrı-ayrı xəstəlilər qrupunun,  o cümlədən onkoloji, ürək-damar, ekoloji şərtlənmiş, allergik xəstəliklərin, maddələr mübadiləsinin pozulması ilə şərtlənmiş xəstəliklərin, travmatizmin yaranması şərtlərinin, risk amillərinin və qruplarının, patoloji prosesin təzahürlərinin (xəstələnmənin strukturu, dinamikası və s.)  öyrənilməsi, onların müalicə və  profilaktikası məsələləri daxildir.

Fənnin təlim nəticəsi:

Xronik xəstəliklərin və əlilliklər zamanı patoloji prosesin orqanizmə yetirdiyi zərəri təyin etməyi və dəyərləndirməyi bacarır;

  1. baş verən dəyişiklərin epidemioloji müayinə metodu ilə tədqiqini aparmağı, onun yaranmasında iştirak edən amillər kompleksinin və ya determinantların aşkar edilməsi üsullarını, epidemioloji populyasion tədqiqatların məlumatlarının təhlilini aparmağı bacarır;
  2. laborator və klinik müayinələrin məlumatlarının, sosial-gigiyenik monitorinqin  məlumatlarının  təhlil edilməsini və bu xəstəliklərin profilaktikası zamanı onların tətbiq edilməsini bilir;
  3. Xronik xəstəliklərin və əlilliklərdə patoloji prosesin təzahürlərini təhlil etməyi və  onların mövcud olmasını təyin edən şəraiti aşkar etməyi bacarır;
  4. müxtəlif obyektlərdən laborator müayinə üçün nümunələrin (Xronik xəstəliklərin və əlilliklərdən əziyyət çəkən şəxslərdən və ətraf mühit obyektlərindən materialın) götürülməsi qaydasınıı bilir;
  5. rısk qrupları, risk amilləri, risk ərazisini təyin etməklə xəstəliklə mübarizə və profilaktika tədbirlərinin alqoritmini işləyib hazırlamağı bacarır;
  6. müxtəlif patologiyalar (okoloji, ürək-damar, ekiloji şərtlnmiş və s.) zamanı xəstələr üzərində müşahidənin davametmə müddətini, qeyri-infeksion xəstəlik keçirmiş və ya ondan əziyyət çəkən şəxslər üzərində mütəmadi müşahidənin aparılması qaydasını və müayinələrin nəticələrinin interpretasiyası qaydasını bilir;
  7. XXƏ zamanı ətraf mühit obyektlərinin çirklənməsinin qarşısının alınması, tullantıların zərərsizləşdirilməsi və utilizisasiyası, onların orqanizmə zərərli təsirlərinin azaldılması üzrə tədbirlərin təşkili və aparılması qaydasını bilir;
  8. müxtəlif XXƏ  üzrə epidemioloji vəziyyətin qiymətləndirilməsi üçün xəstələnmənin illik (aylıq)  və çoxillik dinamikada epidemioloji təhlilini aparmağı bacarır;
  9. xəstəliklərin biostatistik göstəricilərini hesablamağı, xəstəliklərə dair epidemioloji göstəricilər əsasında cədvəllərin, qrafiklərin qurulmasını bacarır.

 

Fənnin məzmunu.

İnfeksion xəstəliklərlə mübarizədə epidemiologiyada əldə edilən nailiyyətlər kütləvi yayılan Xronik xəstəliklərin və əlillikləriin də epidemioloji cəhətdən  öyrənilməsinə maraq doğurmuş və hazırda qeyri-infeksion xəstəliklərin epidemiologiyası inkişaf edərək sərbəstlik qazanmağa başlamışdır. XXƏE-nin məqsədi əhalinin xroniki xəstəliklərlə xəs­tələnməsinin inkişaf qanunauyğunluqlarını müəyyən etmək və ona nəzarət yollarını işləyib hazırlamaqdır. Müayinələrin əsas obyekti və son hədəfi insandır, onun sağlamlıq vəziyyəti və sağlamlığının qorunmasıdır.Əhalinin altqruplarında xəstələnmənin müqayisə edilməsini nəzərdə tutan epidemioloji yanaşma istənilən patologiyanın yaranması səbəblərinin öyrənilməsində geniş istifadə edilmiş və hazırda da tətbiq edilir. XX əsrin 50-ci illərində siqaret çəkmə və ağciyərlərin xərçəngi arasında əlaqənin olması sübut edilmişdir. Bu,elmi tədqiqatların genişləndirilməsinə və bir sıra amillərin dəyərləndirilməsinə başlanğıc verdi ki, o da öz növbəsində epidemiologiyanın daha böyük uğurlar qazanmasına gətirib çıxardı.

  Epidemiologiya revmatizm və ürəyin revmatik xəstəliyinin səbəblərinin anlaşılmasına böyük töhfə verdi. Epidemioloji metodun köməyilə  revmatizm alovlanmalarının yaranmasına təkan verən sosial və iqtisadi amillərin rolu açıqlandı. Bu, bir çox ölkələrdə revmatizmlə xəstələnmənin səviyyəsini kəskin aşağı salmağa imkan verdi. Məlumdur ki, yod çatışmazlığı endemik zob əmələ gətirir. Epidemiologiya yod çatışmazlığı probleminin həllində də müsbət rol oynamışdır. Epidemiologiya ətraf mühitin çirklənməsi ilə törədilən bir çox xəstəliklərin səbəblərinin aşkar edilməsində də həlledici rol oynamışdır. Epidemiologiya hipertoniyanın profilaktikasının işlənib hazırlanmasında da mühüm rol oynamışdır. Sadalanan məlumatlardan göründüyü kimi, epidemiologiya istənilən patoloji vəziyyətlərlə xəstələnmənin səbəblərinin aşkar edilməsində mühüm əhəmiyyət daşıyır. Bu səbəblərin dərk edilməsi  problemin miqyasını profilaktika tədbirlərinin işlənib hazırlanması yolu ilə bu və ya digər dərəcədə azaltmağa imkan verir. Eyni zamanda bu məsələlərin aydınlaşdırılması kütləvi XXƏ-nin etiolo­giyasının, patogenezinin, həmçinin profilaktikasının öyrənil­mə­sinin yeni perspektivlərini açır. Beləliklə, profilaktikanın sərhədlərinin infeksion patologiyanın sər­hədlərindən kənara çıxması nəticəsində nəinki təkcə infeksion, həm də qeyri-infeksion xəstəliklərin öyrənilməsində populyasion yanaş­manın tətbiqi sayəsində « Xronik xəstəliklərin və əlilliklərin epidemiologiyası» daha da sürətlə inkişaf etməyə başlamışdır.

Mühazirə mövzularının planı

Mövzu

Ədəbiyyat

   Saat

1

Qeyri-infeksion xəstəliklərin  epidemiologiyası: anlayış, predmet, məqsəd və vəzifələri, metodları. QIXE - tədqiqatının metodiki prinsipləri, inkişaf tarixi, qisa səciyyəsi 

1.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.42-48.

1.2.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.7-21 s.

1.3.Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекционные болезни и эпидемиология: М., Москва, 2006, s.26-30с.

1.4.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.647-650

2

2

Qeyri-infeksion xəstəliklərin epidemiologiyasının yoluxucu xəstəliklərin epidemiologiyası ilə müqayisəli tədqiqi

2.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.42-48s.

2.2.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.21-33 s.

2.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.647-650

2

3

QiXE-nin qısa səciyyəsi. Qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə

3.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.33.

3.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.572-577.

2

4

Qeyri-infeksion xəstəliklərin epidemiologiyasının nəzəri əsasları və  konkret patologiya zamanı onlarin realizasiyasi (müasir baxışlar) 

4.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, 2s.39-50s.

4.2.Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекционные болезни и эпидемиология: М., Москва, 2006, 810с (tərcümə az. dilindən).

4.3.Беляков В. Д., Чаклин А В. Общие принципы и методические основы эпидемиологии неинфекционных заболеваний. Труды Академии медицинских наук СССР 1986; 1: 72—90.

2

5

Uşaqlarda  qeyri-infeksion xəstəliklərin epidemiologiyası

5.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.50-64.

5.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.675-678.

2

6

Onkoloji xəstəliklərin epidemiologiyası

6.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.65-84.

6.2 Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.592-609.

6.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.650-662

2

7

Ürək-damar xəstəliklərinin epidemiologiyası

7.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.85-90.

7.2 Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.578-584.

7.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.662-673

2

8

Ürək-damar xəstəliklərinin risk amilləri

8.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.91-101.

8.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.585-590.

8.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.662-673

2

9

Ekoloji şərtlənmiş xəstəliklərin epidemiologiyası

9.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.102-112.

9.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.625-636.

9.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.673-695.

2

10

Ekoloji şərtlənmiş xəstəliklər zamanı sosial-gigiyenik monitorinq

10.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.113-126.

10.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.637-643.

10.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.673-695.

2

11

Allergik xəstəliklərin epidemiologiyası

11.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.127-138.

11.2.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.695-711.

2

12

Allergik xəstəliklərin risk amilləri

12.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.138-150.

12.2.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.695-711

2

13

Genetik şərtlənmiş xəstəliklərin epidemiologiyası

13.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.151-155

13.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.645-648.

13.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.711-729.

2

14

Monogen (monofaktorlu) irsi (mendelləşən) xəstəliklərin epidemiologiyası

14.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.155-177.

14.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.650-654.

14.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.711-729.

2

15

Travmatizmin epidemiologiyası

15.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.178-05 s.

15.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.610-624.

2

 

Təcrübə məşğələlərinin planı

Mövzu (təcrübə məşğələsı)

Ədəbiyyat

Saat

1

Qeyri-infeksion xəstəliklərin  epidemiologiyası: anlayiş, metodlar. Onkoloji xəstəliklərin epidemiologiyası -tərifi. Xəstələnmənin təzahürlərinin xarakteristikası.

Onkoloji xəstəliklərin risk amilləri. Epidemioloji nəzarət. Profilaktik tədbirlər.

1.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.42-46.

1.2.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.69-71;74-84

1.3.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.572-577; 591-603; 603-609

1.4.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.647-650; 650-662

2

2

Ürək-damar xəstəliklərinin (ÜDX) epidemiologiyası  - anlayış, tarixi. Ürəyin işemik xəstəliyi, formaları, miokard infarktının  kriteriyaları.  ÜDX ilə xəstələnmənin təzahürlərinin xarakteristikası.

ÜDX-nin risk amilləri. Epidemioloji nəzarət.  Profilaktik tədbirlər.

3.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.85-90.

3.1 Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.578-585; 585-590.

3.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.662-673

2

3

Ekoloji şərtlənmiş xəstəliklərin (EŞX) epidemiologiyası - anlayış. Ekoloji şərtlənmiş xəstəliklərin  strukturu, qrupları. Təbii və texnogen mənşəli bəzi ekoloji şərtlənmiş xəstəliklər

5.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.102-108.

5.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.625-634.

9.4.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.673-695.

2

4

EŞX ilə xəstələnmənin təzahürlərinin xarakteristikası. Risk qrupları.

6.1. İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.108-114

6.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.634-637.

6.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.673-695.

2

5

Gigiyenik və epidemioloji tədqiqatlar. Profilaktik tədbirlər.

7.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.115-126.

7.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.637-643.

7.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.673-695.

2

6

Allergik xəstəliklərin epidemiologiyası – anlayış. Allergik reaksiyaların tipləri, növləri. 

  Allergik xəstəliklərin yayılması. Dinamika (çoxillik). Struktur. Risk amilləri.  

9.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.127-133.

9.2.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.695-711.

2

7

Uşaqlarda bronxial astmanın əmələ gəlməsinin risk amilləri. Allergik rinit. Maarifləndirmə proqramları  və profilaktikası.

11.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.141-150

11.2.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.695-711

2

8

Genetik şərtlənmiş xəstəliklərin epidemioloji xarakteristikası -anlayış. İrsi xəstəliklər: təsnifat.

12.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.151-156.

12.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.645-647.

12.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.711-729.

2

9

Monogen xəstəliklərin irsən ötürülməsinin tipləri. Poligen və ya multifaktorial xəstəliklərin epidemiologiyası.

13.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.157-177.

13.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.647-654.

13.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петербург, Фолиант, 2006, s.711-729.

2

10

Travmatizmin epidemiologiyası - anlayış. Dinamika (çoxillik). Travmatizasiyanın yaş strukturu.  Risk amilləri.  Epidemioloji nəzarət.  Profilaktika.

14.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva, V.N.Vəkilov və başq.. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Dərs vəsaiti, Bakı, 2022, s.178-188;189-193

14.2.Брико Н.И. Эпидемиология: Учебник: в 2 т. Том II. М.: ООО Издательство «Медицинское информационное агенство», 2013, s.610-617;620-624

2