Epidemiologiya - təbabətin sürətlə inkişaf edən sahələrindən biridir. Dəyişən sosial-iqtisadi şərait və ağırlaşan ekoloji vəziyyət bir çox yoluxucu xəstəliklərin epidemik prosesin təkamülünü şərtləndirmişdir. Son onillikdə aşkar edilmiş bir çox yeni xəstəliklər ağır gedişi və yüksək letallıqla xarakterizə olunur, onların etibarlı diaqnostika və profilaktika üsulları yoxdur. Ölkə ərazisinin sanitar mühafizəsi məsələləri də olduqca mühüm məsələyə çnvrilmişdir.
Hazırda XXI əsr ÜST tərəfindən infeksiyalarla mübarizə və onların bəzilərinin ləğv edilməsi ili elan edilmişdir. Yoluxucu xəstəliklərlə müarizədə əldə olunan uğurlar və əhalinin sağlamlıq göstəricilərinin yaxşılmaması çox vaxt sanitar-epidemioloji və müalicə müəssisələrinin işçilərinin aktivliyindən asılıdr. Bunun üçün epidemiologiyanı dərindən bilmək lazımdır. Epidemioloji müayinə əhalinin xəstələnməsinin səbəbləri və ya risk amilləri haqqında fərziyyələri formalaşdırmağa və sübut etməyə imkan verir. İstər yoluxucu, istərsə də qeyri-yoluxucu xəstəliklərin epidemiologiyasının öyrənilməsi onlarla mübarizə və profilaktikanın elmi cəhətdən aparılmasına, risk qrupunda əksepidemik və immunprofilaktika tədbirlərinin həyata keçirilməsinə və ümumiyyətlə əhalinin sağlamlığının qorunmasına zəmin yaradır. Tərtib edilmiş bu proqramda epidemiologiyanın elmi əsasları haqqında ilkin biliklər verilməklə, müxtəlif xəstəliklərdə epidemik prosesin qanunauyğunluqlarının öyrənilməsi yolu ilə xəstəliklərin mübarizə və profilaktikası üsulları açıqlanmışdır.
Epidemiologiya xəstəliyin səbəblərini oyrənmək və səhiyyənin məlumat bazası üçün müxtəlif vasitələr, metodlar təqdim edir. O, tək İctimai səhiyyə sahəsində deyil, həm də müalicə-profilaktika sahəsində çalışan mütəxəssislərə xəstələnməni öyrənmək və səhiyyə xidmətlərinin səmərəliliyini artırmaq üçün imkan yaradır. Fərdi və populyasiyada salamatlığı, xəstəliyi və onlara təsir edən amilləri anlamaq üçün əsas yanaşma işləyib hazırlayır. Bu da öz novbəsində həm tibb işçiləri, həm də xəstələr üçün vacibdir. Epidemiologiyanın məqsədi bu məlumatları sağlamlığı inkişaf etdirmək və xəstəliyi azaltmaq üçün istifadə etməkdir. Müalicə təcrübəsi və səhiyyə siyasəti yalnız klinik təcrübəyə əsaslana bilməz. Elmi dəlillərə əsaslanmaq lazımdır. Epidemiologiya sağlamlığı və xəstələnmə hallarını öyrənmək üçün istifadə olunan metodları başa düşmək, elmi ədəbiyyatdakı dəlilləri tənqidi qiymətləndirmək üçün bir fənndir. Epidemiologiya sağlamlıq və səhiyyə ilə əlaqədar ən vacib və sürətlə inkişaf edən araşdırma sahələrinin əsasını qoyan əsas fənnlərdən biridir. Epidemioloji metodlar klinik tədqiqat, xəstəliklərin qarşısının alınması, sağlamlığın qorunması və səhiyyə xidmətlərinin tədqiqatlarında əsas yer tutur. Epidemioloji tədqiqatların nəticələrindən digər tibb sahələrində çalışan mütəxəssislər, o cümlədən müalicə həkimləri, pediatrlar, klinisistlər və s. də istifadə edirlər.
Müasir elmi-texniki tərəqqi bütün ixtisasçılar qarşısına yeni tələlər qoyur. Hər bir isxtisasçı öz sahəsini dərin bilməklə yanaşı ətrafda baş verən hadisələrin öyrənilməsinə və aşkar etdiyi qanunauyğunluqları insanların rifahı naminə istifadəsinə şərait yaratmalıdır. Bu baxımdan tibb və biologiya sahəsində çalışacaq ixtisasçıların üzərinə daha böyük məsuliyyət düşür.
Biostatistika ilk növbədə istənilən növ informasiyanın kompüter və ya digər elektron hesablama texnikasının köməyi ilə yığılması, emalı, saxlanması, axtarışı, təqdim edilməsinin təşkili ilə məşğul olur. Tibbi və biloloji obyektlərin öyrənilməsi, əsasən müşahidə və müayinələrə əsaslanır. Müşahidə və müayinələr əsasında əldə olunan məlumatlar faktlardan ibarət olur. Əldə edilmiş faktların analizi bu məlumatları sistemləşdirməyə, qiymətləndirməyə və elmi nəticələrin əldə olunmasına kömək edir.
“Biostatistika” fənni tibbi statistikanı və statistik metodları öyrənir. Tibbi statistikanı – kütləvi ictimai hadisələrinin kəmiyyət tərəfini keyfiyyət tərəfi ilə ayrılmaz əlaqədə öyrənən, həmin hadisələrin, cəmiyyətin iqtisadi, sosial həyatı, sağlamlığı, əhaliyə tibbi yardımın təşkili sistemində ən vacib proseslərin qanunauyğunluğunu ümumiləşdirilmiş göstəricilər üsulu ilə tədqiq etməyə imkan verən müstəqil ictimai elmdir. Statistik metodlar – kütləvi müşahidə materialların emal üsullarının məcmusudur. Bunlara göstəricilərin qruplaşdırılması, birləşdirilməsi, əldə olunması, statistik təhlili və s. aiddir. Bu proqram tibbi statistikanın əsas konsepsiyalarına giriş və tez-tez istifadə olunan statistik prosedurlara dair təlimatdır. Tibbi tədqiqatların bir çox sahəsində fundamental olan, sübutlara əsaslanan təbabət, sistematik icmal və meta-analiz, zaman sıralarının təhlili, sağ qalma analizi və Bayesov metodları kimi əsas mövzular daxil edilib. Proqram bu metodların əsasını təşkil edən prinsipləri izah edir və əldə olunan hesablama nəticələrini kompüterdə şərh etməyi öyrədir.
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Ictimai Səhiyyə |
IV |
Epidemiologiya və biostatistika |
20 |
20 |
Təhsil pilləsi: əsas baza ali tibb təhsili
İxtisas: Tibb bacısı işi
Fənnin məqsədi: Kursun ümumi məqsədləri və ya vəzifələri: epidemiologiya ilə bağlı olan əsas konsepsiyaları və metodları tədqiq edərək əhalinin sağlamlığının qorunması, yoluxmasının qarşısının alınması, xəstəliklərin baş verməsinin səbəb-nəticə əlaqələrinin öyrənilməsi yolu ilə mühüm qərarların verilməsi və qəbul edilməsi, lazımi təhükəsizlik tədbirlərinin həyata keçirilməsi, əhalinin sağlamlıq göstəricilərinin təhlili sayəsində risk qruplarının və risk amillərinin təyin edilməsi, epidemioloji vəziyyətin pisləşməsinin qarşısının alınması, onların sağlamlığının qorunması üzrə səhiyyə xidmətlərinin fəaliyyətinin effektiv planlaşdırılması yollarını tədris etməkdir.
Tələbələrə səhiyyə və tibb sahəsinin statistik öyrənilməsinin metodoloji əsasları barədə biliklər vermək, əhalinin sağlamlığı və tibb müəssisələrinin fəaliyyəti barədə statistik məlumatların toplanması, emal və təhlil üsullarını mənimsəmək.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu. Epidemiologiya - epidemik prosesin inkişaf qanunauyğunluqlarını öyrənən elmdir; bu elm insanlar arasında yoluxucu xəstəliklərin yayılma prosesini - infeksiya mənbəyi, yoluxma mexanizmi və həssas orqanizm, sosial şəraitdən asılı olaraq yeni yoluxmanın əmələ gəlməsini öyrənir. Epidemiologiyanın təbabət elmində, xüsusilə, yoluxucu xəstəliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyəti böyükdür. Epidemiologiya elminin mütərəqqi üsulları müasir təbabətdə somatik xəstəliklərlə mübarizədə də geniş istifadə edilir. Hazırda profilaktikanın sərhədlərinin infeksion patologiyanın sərhədlərindən kənara çıxması nəticəsində nəinki təkcə infeksion, həm də qeyri-infeksion xəstəliklərin öyrənilməsində populyasion yanaşmanın tətbiqi nəticəsində Qeyri-infeksion xəstəliklərin epidemiologiyası (QİXE) meydana gəlmişdir. QİXE somatik, qeyri-infeksion mənşəli kütləvi yayılan xəstəlikləri epidemioloji müayinə metodu vasitəsilə öyrənir.
Ali təhsili informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaqla yüksək keyfiyyətli rəqabətə davamlı insan kapitalının formalaşdırır.Müasi dövrdə birinci həlqə tibb işçisinin, o cümlədən ümumi təcrübə, ailə həkiminin mütəlif tibbi ixtisaslar üzrə hazırlığına böyük diqqət verilir. Həmçinin xəstəxanadaxili əksepidemik rejimin gözlənilməsində xüsusilə kiçik tibb heyətinin peşəkarlığı mühüm rol oynayır. Yoluxucu xəstəliklərin epidemiologiyası və klinikasına dair həkimlərin, o cümlədən yardımçı tibb heyətinin, xüsusilə tibb bacılarının aşağı peşəkarlığı bir çox yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yayılmasına imkan verir. Həmçinin xəstəxanadaxili infeksiyalar (XDİ) problemi böyük tibbi-sosial əhəmiyyət daşıyır. Ona görə də, müasir dövrdə hər bir tibb işçisinin, o cümlədən kiçik tibb heyətinin epidemioloji biliklərə malik olması, onların yayılması yollarını bilməsi, əksepidemik tədbirlərə riayət etmələri, xəstəliklərin profilaktikası üzrə tədbirləri aparması və s. haqqında məlumatlanması müasir dövrün tələblərindəndir. Tələbə yiyələndiyi bilik və bacarıqları qanunvericilik əsasında sanitariya -epidemioloji nəzarət xidmətini Səhiyyə təşkilatları, GEM, İctimai səhiyyə və müalicə-profilaktika müəssisələrində və ümumilikdə əhalinin sağlamlığı üzərində nəzarəti həyata keçirəcəklər.
“Biostatistika” fənni tibbi statistikanı və statistik metodları öyrənir. Tibbi statistikanı – kütləvi ictimai hadisələrinin kəmiyyət tərəfini keyfiyyət tərəfi ilə ayrılmaz əlaqədə öyrənən, həmin hadisələrin, cəmiyyətin iqtisadi, sosial həyatı, sağlamlığı, əhaliyə tibbi yardımın təşkili sistemində ən vacib proseslərin qanunauyğunluğunu ümumiləşdirilmiş göstəricilər üsulu ilə tədqiq etməyə imkan verən müstəqil ictimai elmdir. Statistik metodlar – kütləvi müşahidə materialların emal üsullarının məcmusudur. Bunlara göstəricilərin qruplaşdırılması, birləşdirilməsi, əldə olunması, statistik təhlili və s. aiddir. Bu proqram tibbi statistikanın əsas konsepsiyalarına giriş və tez-tez istifadə olunan statistik prosedurlara dair təlimatdır. Tibbi tədqiqatların bir çox sahəsində fundamental olan, sübutlara əsaslanan təbabət, sistematik icmal və meta-analiz, zaman sıralarının təhlili, sağ qalma analizi və Bayesov metodları kimi əsas mövzular daxil edilib. Proqram bu metodların əsasını təşkil edən prinsipləri izah edir və əldə olunan hesablama nəticələrini kompüterdə şərh etməyi öyrədir.
Mühazirə mövzularının planı
|
№ |
Mövzu |
Ədəbiyyat |
Saat |
|
1 |
Epidemiologiya anlayışı, vəzifələri, məqsədi, inkişaf tarixi. Əhalinin sağlamlığının qorunmasında epidemiologiyanın rolu. Epidemiologiyanın tətbiq sahələri və epidemioloji məlumat bazası. Yoluxucu xəstəliklərin təsnifatı. |
1.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.17-42, 109, 124. 1.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s.11-20. |
2 |
|
2 |
Epidemik proses haqqında təlim. Epidemik prosesin hərəkətverici qüvvələri. |
2.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.63-78 2.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s.44-52. |
2 |
|
3 |
Yoluxucu xəstəliklərin profilaktikası. İmmunlaşdırma və infeksiyalardan qorunmada onun əhəmiyyəti. |
3.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Dərslik, Bakı, 2012,s.251-265 3.2.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. 3.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s.139-167 |
2 |
|
4 |
Müxtəlif yoluxma mexanizminə malik infeksiyaların xarakteristikası |
4.1. İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.266, 371, 373-428, 448. 4.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s.247-294. |
2 |
|
5 |
Xəstəxanadaxili infeksiyaların epidemiologiyası. Helmintozların epidemiologiyası. |
5.1. İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.690-700. 5.2. .Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s.176-184; 719-727 |
2 |
|
6 |
Biostatistikanın predmeti və inkişaf tarixi. Tibbdə və ictimai səhiyyədə epidemioloji tədqiqatlar zamanı risk amillərinin aşkarlanması, onların arasındakı qanunauyğunluqlarının öyrənilməsində və müvafiq profilaktik tədbirlərinin hazırlanmasında statistik metodların rolu. Ehtimal nəzəriyyəsi anlayışı və elementləri. Təsadüfi hadisələr. Klassik və empirik ehtimallar. Böyük ədədlər qanunu. Ehtimalın paylanma növləri. Bernuli paylanması, Puason paylanması. Student paylanması. Normal paylanma qanunu. F-Fişer paylanması. χ2 paylanması. |
6.1 Qafarov İ.A. Biostatistika Bakı. 2021. Səh. 10-17. 6.2.Авива Петри, Кэролайн Сэбин. Наглядная медицинская статистика. Перевод с английского под редакцией В.Л. Леонова. 3-е издане. 2015. М.: “Гэотар-Медиа”. Səh. 4-9. 6.2.А.Н. Герасимов. Медицинская статистика. Учебное пособие. 2007. М.: Медицинское информационное агентство. Səh.8-18 |
2 |
|
7 |
Biostatistik tədqiqatlarının planlaşdırılması və yerinə yetirilmə mərhələləri. Biostatistikanın əsas anlayışları. Reprezentativlik və randomizasiya. Aslı olmayan yığımlar. Aslı yığımlar. Nizamlama, ranqlama, “0 hipotez”, səhlər, xətalar, dəqiqlik, müqayisələr. Mütləq və nisbi kəmiyyətlər haqqında anlayış. Təsviri (diskriptiv) statistika. Variasiya analizi. Variasiya sırası. Variasiya sırasının əsas parametrləri. Orta dəyərlər (orta hesabı göstərici, orta kvadratik göstərici, orta kubik göstərici, orta həndəsi göstərici, orta harmonic göstərici, moda, mediana). Dəyişkənlik meyarları (orta xətti meyil, dispersiya, orta kvadratik meyil, standart xəta). |
6.1 Qafarov İ.A. Biostatistika Bakı. 2021. Səh. 10-17.
7.1.Авива Петри, Кэролайн Сэбин. Наглядная медицинская статистика. Перевод с английского под редакцией В.Л. Леонова. 3-е издане. 2015. М.: “Гэотар-Медиа”səh.21-30. 7.2.А.Н. Герасимов. Медицинская статистика. Учебное пособие. 2007. М.: Медицинское информационное агентство. |
2 |
|
8 |
Normal paylanmada “kənara çıxmalar”. Assimetriya və eksses anlayışı. Variasiya əmsalı. 95% ehtibarlılıq intervalı. Normalaşdırılmış meyl. “Siçrayan” kəmiyyətlər. “3 siqma” qaydası. Kvantillər, persentillər. Kəmiyyət göstəricilərin əsasında tədqiqatın minimal həcmin hesablanması. Biostatistikada dürüstlük anlayışı. Standart xətanın azaltma qaydaları. |
8.1.Авива Петри, Кэролайн Сэбин. Наглядная медицинская статистика. Перевод с английского под редакцией В.Л. Леонова. 3-е издане. 2015. М.: “Гэотар-Медиа” 8.2.А.Н. Герасимов. Медицинская статистика. Учебное пособие. 2007. М.: Медицинское информационное агентство. Səh.18-28. |
2 |
|
9 |
Asılı olmayan iki qrupun kəmiyyət göstəricilərin müqayisə meyarları. t-Stüdent meyarı, U-manna-Uitni meyarı, M-Mozes meyarı, Z-Kalmaqorov-Smirnov meyarı. Asılı olmayan 2 və daha çox qrupun kəmiyyət göstəricilərinin müqayisə meyyarları. Asılı olan 2 qrupun kəmiyyət göstəricilərin müqayisə meyarları. d-Stüdent meyarı, T – Uilkokson, z- işarələr meyarı, MH- marqinal həmcinslik meyarı. Qrafik təsfirlər. Diskriminant analiz. Keyfiyyət göstəricilər əsasında minimal həcmin hesablanması. Keyfiyyət göstəricilərinin müqayisə meyarları. t-Stüdent meyarı (ekstensivlik göstəriciləri üçün), t-Stüdent meyarı (intensivlik göstəriciləri üçün). χ2 kriteriyası, şanslar nisbəti analizi, testin həssaslığı, spesifkliyi və diqnostik dəyəri. ROC analizi. Risk əmsalları. |
9.1 Qafarov İ.A. Biostatistika Bakı. 2021. Səh. 181-188. 9.2.Авива Петри, Кэролайн Сэбин. Наглядная медицинская статистика. Перевод с английского под редакцией В.Л. Леонова. 3-е издане. 2015. М.: “Гэотар-Медиа” 9.3.А.Н. Герасимов. Медицинская статистика. Учебное пособие. 2007. М.: Медицинское информационное агентство. 18-28 |
2 |
|
10 |
Korrelyasiya analizi. Xətti korrelyasiya. Tədqiqatın minimal sayının təyin edilməsi. Xətti korrelyasiya əmsalı. P-Sperman korrelyası. Assosiasiya əmsalı. Qarşılıqlı əlaqə əmsalı. Xətti reqresiya analizi. Logistik reqressiya. Koks reqressiyası. Kaplan-meyer qiymətləndiricisi. Dispersiya analizi. Kəmiyyət göstəriciləri üçün dispersiya analizi (Anova, u Anova, m Anova testləri). Keyfiyyət göstəriciləri üçün dispersiya analizi. Biostatistik tədqiqatlarda istifadə olunan proqramm təminatı, statistik proqramm paketləri. İnteraktiv web səhifələr. MS EXCEL cədvəl prossesorunun biostatistikada istifadə edilən funksiyaları. SPSS proqramına giriş. |
10.1 Qafarov İ.A. Biostatistika Bakı. 2021. Səh. 206-225. 10.2.Авива Петри, Кэролайн Сэбин. Наглядная медицинская статистика. Перевод с английского под редакцией В.Л. Леонова. 3-е издане. 2015. М.: “Гэотар-Медиа” 10.3.А.Н. Герасимов. Медицинская статистика. Учебное пособие. 2007. М.: Медицинское информационное агентство. Səh.20-28. |
2 |
Təcrübə məşğələlərinin planı
|
№ |
Mövzu (təcrübə məşğələsı) |
Ədəbiyyat |
Saat |
|
1 |
Epidemiologiyanın anlayışı. Epidemik proses haqqında təlim. Canlı keçiricilər |
1.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s.217-220, 17-21; 63-67 1.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s.44-52. 1.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006, s.91-111 |
2 |
|
2 |
Yoluxma mexanizmi haqqında anlayış, onun mərhələləri.Yoluxma yolları, yoluxma amillərinin epidemioloji xarakteristikası. |
2.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s.73-78. 2.2.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006. s.107-111 2.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s.46-86 |
2 |
|
3 |
Həssaslıq və immunitet, növləri. Tibbi immunoloji preparatlar. Epidemioloji müayinə. Əksepidemik işin təşkili. Dezinfeksiya işi. |
3.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s.78-82, s.251-265. 3.2.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016, s.3-17. 3.3.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. 3.4.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008, s.8-89. 3.5.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2003, s.9-17. |
2 |
|
4 |
Bağırsaq (qarın yatalağı, vəba) və tənəffüs infeksiyalarının (difteriya, qızılca) epidemioloji xüsusiyyətləri |
4.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s.390-428; s.353-364; 271-282 4.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s.230-242; 307-308. 4.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006; 185-221; 277-285 |
2 |
|
5 |
Qan və digər vasitələrlə ötürülən yoluxucu xəstəliklər (viruslu hepatitlərin timsalında) . Transmissiv yoluxma mexanizminə malik infeksiyaların epidemiologiyası (malyariya timsalında) . Qeyri-infeksion /xronik xəstəliklərin epidemiologiyası |
5.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.448-479; s.505-525 5.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s.469-486; 509-525. 5.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006; 449-453 |
2 |
|
6
|
Biostatistikanın predmeti və inkişaf tarixi. Tibbdə və ictimai səhiyyədə epidemioloji tədqiqatlar zamanı risk amillərinin aşkarlanması, onların arasındakı qanunauyğunluqlarının öyrənilməsində və müvafiq profilaktik tədbirlərinin hazırlanmasında statistik metodların rolu. Ehtimal nəzəriyyəsi anlayışı və elementləri. Təsadüfi hadisələr. Klassik və empirik ehtimallar. Böyük ədədlər qanunu. Ehtimalın paylanma növləri. Bernuli paylanması, Puason paylanması. Student paylanması. Normal paylanma qanunu. F-Fişer paylanması. χ2 paylanması. Praktik məsələlərin həlli. |
6.1.Qafarov İ.A. Biostatistika. Bakı, 2021, 238s. Səh. 10-40 6.2.Qurbanova N.H., Talıbova D.A. İnformatika. Bakı, 2018, səh. 175-194, 135-195
6.3.IBM SPSS 26 Step by step. https://routledgetextbooks.com/textbooks/ 9780367174354 /student.php
6.4.Translation of EXCEL functions. https://www. excelfunctions.eu/
6.5.Qafarov İ.A. Biostatistika. Bakı, 2021, Səh. 17-29
6.6.IBM SPSS 26 Step by step. https://routledgetextbooks.com/textbooks/ 9780367174354 /student.php
6.7.Лакин Г.Ф. Биометрия. М.: Высшая школа, 1990, Səh 18-23. |
2 |
|
7
|
Biostatistik tədqiqatlarının planlaşdırılması və yerinə yetirilmə mərhələləri. Biostatistikanın əsas anlayışları. Reprezentativlik və randomizasiya. Aslı olmayan yığımlar. Aslı yığımlar. Nizamlama, ranqlama, “0 hipotez”, səhlər, xətalar, dəqiqlik, müqayisələr. Mütləq və nisbi kəmiyyətlər haqqında anlayış. Təsviri (diskriptiv) statistika. Variasiya analizi. Variasiya sırası. Variasiya sırasının əsas parametrləri. Orta dəyərlər (orta hesabı göstərici, orta kvadratik göstərici, orta kubik göstərici, orta həndəsi göstərici, orta harmonic göstərici, moda, mediana). Dəyişkənlik meyarları (orta xətti meyil, dispersiya, orta kvadratik meyil, standart xəta). Praktik məsələlərin həlli. |
7.1.Лакин Г.Ф. Биометрия. М.: Высшая школа, 1990, Səh.37-82. 7.2.Козлов Д.А., Серогодский В.В., Финков М.В., Excel 2016: Полное руководство. М.: Наука и техника, 416с.
7.3.Койчубеков Б.К. Биостатистика. Алма-аты, 2014, Səh.72-91 7.4.Qafarov İ.A. Biostatistika. Bakı, 2021, Səh. 46-63. 7.5.Петри А., Сэбин К. Наглядная статистика в медицине / Пер. с англ. В.П. Леонова. М.: ГЭОТАР-МЕД, 2009, 168с.səh.121-138. |
2 |
|
8 |
Normal paylanmada “kənara çıxmalar”. Assimetriya və eksses anlayışı. Variasiya əmsalı. 95% ehtibarlılıq intervalı. Normalaşdırılmış meyl. “Siçrayan” kəmiyyətlər. “3 siqma” qaydası. Kvantillər, persentillər. Kəmiyyət göstəricilərin əsasında tədqiqatın minimal həcmin hesablanması. Biostatistikada dürüstlük anlayışı. Standart xətanın azaltma qaydaları. Praktik məsələlərin həlli. |
8.1.Qafarov İ.A. Biostatistika. Bakı, 2021, Səh. 90-109, 101-135. 8.2.Койчубеков Б.К. Биостатистика. Алма-аты, 2014, Səh.89-121, 136-128. 8.3.Лакин Г.Ф. Биометрия. М.: Высшая школа, 1990, səh.111-134, 131-154. 8.4.Петри А., Сэбин К. Наглядная статистика в медицине / Пер. с англ. В.П. Леонова. М.: ГЭОТАР-МЕД, 2009, Səh.144-159 |
|
|
9 |
Asılı olmayan iki qrupun kəmiyyət göstəricilərin müqayisə meyarları. t-Stüdent meyarı, U-manna-Uitni meyarı, M-Mozes meyarı, Z-Kalmaqorov-Smirnov meyarı. Asılı olmayan 2 və daha çox qrupun kəmiyyət göstəricilərinin müqayisə meyyarları. Asılı olan 2 qrupun kəmiyyət göstəricilərin müqayisə meyarları. d-Stüdent meyarı, T – Uilkokson, z- işarələr meyarı, MH- marqinal həmcinslik meyarı. Qrafik təsfirlər. Diskriminant analiz. Keyfiyyət göstəricilər əsasında minimal həcmin hesablanması. Keyfiyyət göstəricilərinin müqayisə meyarları. t-Stüdent meyarı (ekstensivlik göstəriciləri üçün), t-Stüdent meyarı (intensivlik göstəriciləri üçün). χ2 kriteriyası, şanslar nisbəti analizi, testin həssaslığı, spesifkliyi və diqnostik dəyəri. ROC analizi. Risk əmsalları. Praktik məsələlərin həlli. |
9.1.Qafarov İ.A. Biostatistika. Bakı, 2021, Səh.169-179 9.2.Qurbanova N.H., Talıbova D.A. İnformatika. Bakı, 2018, səh.161-192.
9.3.IBM SPSS 26 Step by step. https://routledgetextbooks.com/textbooks/ 9780367174354 /student.php
9.4.Translation of EXCEL functions. https://www. excelfunctions.eu/
9.5.Козлов Д.А., Серогодский В.В., Финков М.В., Excel 2016: Полное руководство. М.: Наука и техника, Səh.428-456. |
|
|
10 |
Korrelyasiya analizi. Xətti korrelyasiya. Tədqiqatın minimal sayının təyin edilməsi. Xətti korrelyasiya əmsalı. P-Sperman korrelyası. Assosiasiya əmsalı. Qarşılıqlı əlaqə əmsalı. Xətti reqresiya analizi. Logistik reqressiya. Koks reqressiyası. Kaplan-meyer qiymətləndiricisi. Dispersiya analizi. Kəmiyyət göstəriciləri üçün dispersiya analizi (Anova, u Anova, m Anova testləri). Keyfiyyət göstəriciləri üçün dispersiya analizi. Biostatistik tədqiqatlarda istifadə olunan proqramm təminatı, statistik proqramm paketləri. İnteraktiv web səhifələr. MS EXCEL cədvəl prossesorunun biostatistikada istifadə edilən funksiyaları. SPSS proqramına giriş. Praktik məsələlərin həlli. |
10.1.Козлов Д.А., Серогодский В.В., Финков М.В., Excel 2016: Полное руководство. М.: Наука и техника, Səh.358-428
10.2.Койчубеков Б.К. Биостатистика. Алма-аты, 2014, Səh.116-132 10.3.Лакин Г.Ф. Биометрия. М.: Высшая школа, 1990, səh. 208-303. 10.4.Петри А., Сэбин К. Наглядная статистика в медицине / Пер. с англ. В.П. Леонова. М.: ГЭОТАР-МЕД, 2009, səh.145-158. |
2 |