Epidemiologiya - epidemik prosesin inkişaf qanunauyğunluqlarını öyrənən elmdir; bu elm insanlar arasında yoluxucu xəstəliklərin yayılma prosesini - infeksiya mənbəyi, yoluxma mexanizmi və həssas orqanizm, sosial şəraitdən asılı olaraq yeni yoluxmanın əmələ gəlməsini öyrənir. Epidemiologiyanın təbabət elmində, xüsusilə, yoluxucu xəstəliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyəti böyükdür. Epidemiologiya elminin mütərəqqi üsulları müasir təbabətdə somatik xəstəliklərlə mübarizədə də geniş istifadə edilir. Hazırda profilaktikanın sərhədlərinin infeksion patologiyanın sərhədlərindən kənara çıxması nəticəsində nəinki təkcə infeksion, həm də qeyri-infeksion xəstəliklərin öyrənilməsində populyasion yanaşmanın tətbiqi nəticəsində Qeyri-infeksion xəstəliklərin epidemiologiyası (QİXE) meydana gəlmişdir. QİXE somatik, qeyri-infeksion mənşəli kütləvi yayılan xəstəlikləri epidemioloji müayinə metodu vasitəsilə öyrənir. Həmçinin xəstəxanadaxili infeksiyalar (XDİ) problemi böyük tibbi-sosial əhəmiyyət daşıyır. Ona görə də, müasir dövrdə hər bir tibb işçisinin, o cümlədən kiçik tibb heyətinin epidemioloji biliklərə malik olması, onların yayılması yollarını bilməsi, əksepidemik tədbirlərə riayət etmələri, xəstəliklərin profilaktikası üzrə tədbirləri aparması və s. haqqında məlumatlanması müasir dövrün tələblərindəndir.
“Biostatistika” fənni ilk növbədə istənilən növ tibbi informasiyanın kompüter və ya digər elektron hesablama texnikasının köməyi ilə yığılması, emalı, saxlanması, axtarışı, təqdim edilməsinin təşkili ilə məşğul olur. Tibbi və biloloji obyektlərin öyrənilməsi, əsasən müşahidə və müayinələrə əsaslanır. Müşahidə və müayinələr əsasında əldə olunan məlumatlar faktlardan ibarət olur. Əldə edilmiş faktların analizi bu məlumatları sistemləşdirməyə, qiymətləndirməyə və elmi nəticələrin əldə olunmasına kömək edir.
Biostatistika tibb elmində böyük əhəmiyyətə malikdir, çünki o, bütün elmi nəticələrin obyektivliyini və etibarlılığını təmin edən sübuta əsaslanan təbabətin fundamental alətidir. Biostatistikanın qabaqcıl metodları müasir tibbdə həm infeksion, həm də xroniki (qeyri-infeksion) xəstəliklərlə mübarizədə geniş istifadə olunur. Hal-hazırda, statistik analizin sərhədlərinin orta qiymətlərin təsvirindən kənara çıxması nəticəsində, kliniki məlumatlarda müalicənin uzunmüddətli nəticələrini, dəyişkənliyi və mürəkkəb qanunauyğunluqları öyrənmək üçün populyasiya yanaşması metodlarını tətbiq edən proqnostik modelləşdirmə və sağ qalma analizi kimi sahələr yaranmışdır.
Beləliklə, biostatistika elmi məlumatlarla klinik təcrübə arasında fundamental körpü rolunu oynayır. Bu məlumatları savadlı şəkildə interpretasiya etmək və tətbiq etmək bacarığına malik mütəxəssislərin hazırlanması, səhiyyənin keyfiyyətinin yüksəldilməsinə və əhalinin rifahına birbaşa təsir edən tibb təhsilinin strateji vəzifəsidir.
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
Mühazirə |
Praktika |
||||
|
1 |
Stomatologiya |
II |
Epidemiologiya və biostatistika |
10 |
20 |
Təhsil pilləsi: əsas baza ali tibb təhsili
İxtisas: Stomatologiya
Fənnin məqsədi: Nəzəri və praktiki bacarıqların mənimsənilməsi üçün tələbələrə insanlarda yoluxucu və qeyri-infeksion xəstəliklərin qarşısının alınmasını (əhalinin müxtəlif kontingentləri arasında bir şəxsə (fərdi), qrup və populyasiya səviyyələrində, habelə fövqəladə hallarda) öyrətmək, profilaktik və terapevtik tədbirlərin effektivliyinin qiymətləndirilməsi ilə yoluxucu və qeyri-infeksion xəstəliklərin baş verməsinin risk faktorlarını müəyyən etmək üçün təsviri, analitik və eksperimental epidemioloji tədqiqatlardan istifadə etmək bacarığının formalaşdırılmasıdır.
Biostatistika fənni tibb universiteti tələbələri üçün nəzərdə tutulmuşdur. Biostatistika fənni – tələbələrin müstəqil tədqiqat işlərinin planlaşdırılması, alınmış nəticələrin kəmiyyət və keyfiyyət analizinin aparılması və analiz nəticəsində öyrənilən tibbi və ya bioloji obyektin (prosesin) yeni xüsusiyyətlərinin aşkara çıxarılmasında riyazi-statistik aparata malik elm sahəsidir.
Fənnin təlim nəticəsi:
Fənnin məzmunu. Epidemiologiya - epidemik prosesin inkişaf qanunauyğunluqlarını öyrənən elmdir; bu elm insanlar arasında yoluxucu xəstəliklərin yayılma prosesini - infeksiya mənbəyi, yoluxma mexanizmi və həssas orqanizm, sosial şəraitdən asılı olaraq yeni yoluxmanın əmələ gəlməsini öyrənir. Epidemiologiyanın təbabət elmində, xüsusilə, yoluxucu xəstəliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyəti böyükdür. Epidemiologiya elminin mütərəqqi üsulları müasir təbabətdə somatik xəstəliklərlə mübarizədə də geniş istifadə edilir. Hazırda profilaktikanın sərhədlərinin infeksion patologiyanın sərhədlərindən kənara çıxması nəticəsində nəinki təkcə infeksion, həm də qeyri-infeksion xəstəliklərin öyrənilməsində populyasion yanaşmanın tətbiqi nəticəsində Qeyri-infeksion xəstəliklərin epidemiologiyası (QİXE) meydana gəlmişdir. QİXE somatik, qeyri-infeksion mənşəli kütləvi yayılan xəstəlikləri epidemioloji müayinə metodu vasitəsilə öyrənir. Həmçinin xəstəxanadaxili infeksiyalar (XDİ) problemi böyük tibbi-sosial əhəmiyyət daşıyır. Ona görə də, müasir dövrdə hər bir tibb işçisinin, o cümlədən kiçik tibb heyətinin epidemioloji biliklərə malik olması, onların yayılması yollarını bilməsi, əksepidemik tədbirlərə riayət etmələri, xəstəliklərin profilaktikası üzrə tədbirləri aparması və s. haqqında məlumatlanması müasir dövrün tələblərindəndir.
“Biostatistika” fənni ilk növbədə istənilən növ tibbi informasiyanın kompüter və ya digər elektron hesablama texnikasının köməyi ilə yığılması, emalı, saxlanması, axtarışı, təqdim edilməsinin təşkili ilə məşğul olur. Tibbi və biloloji obyektlərin öyrənilməsi, əsasən müşahidə və müayinələrə əsaslanır. Müşahidə və müayinələr əsasında əldə olunan məlumatlar faktlardan ibarət olur. Əldə edilmiş faktların analizi bu məlumatları sistemləşdirməyə, qiymətləndirməyə və elmi nəticələrin əldə olunmasına kömək edir.
Mühazirə mövzularının planı
|
№ |
Mövzu |
Ədəbiyyat |
Saat |
|
1 |
Epidemiologiyanın müasir tibb elmləri arasında yeri. Qeyri-infeksion xəstəliklərin epidemiologiyası. Əksepidemik və profilaktik tədbirlərin həyata keçirilməsində müalicə-profilaktika müəssisələrinin rolu. |
1.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.17-23;42;38. 2.3.Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекционные болезни и эпидемиология: М., Москва, 2006, s.17-1;26-27.
|
2 |
|
2 |
Epidemik proses haqqında təlimin əsasları. İnsanın infeksion xəstəliklərinin təsnifatı. |
2.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.63-78;109. 2.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, s.31-68. 2.3.Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекционные болезни и эпидемиология: М., Москва, 2006, s.46-56; 60-75; 80-82. |
2 |
|
3 |
Müxtəlif yoluxma mexanizminə malik yoluxucu xəstəlik ocağında əksepidemik tədbirlərin məzmunu və təşkili |
3.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.106-109; 221-228 3.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s.82-94. |
2 |
|
4 |
Biostatistikanın predmeti və inkişaf tarixi. Tibbdə və ictimai səhiyyədə statistik metodların rolu. Biostatistik tədqiqatların planlaşdırılması və aparılması mərhələləri.Ehtimal nəzəriyyəsi və riyazi statistikanın tibbi tədqiqatlarda tətbigi. Böyük ədədlər qanunu.Paylanma növləri. Tədqiqatın əsas mərhələləri. Təsviri (diskriptiv) statistika. Variasiya sırası anlayışı. Orta dəyərlər (moda, median, arifmetik orta). Kvartillər. Dəyişkənlik meyarları (amplituda, standart kənarlaşma). Dispersiya. Dəyişmə əmsalı. Etibarlılıq intervalı. Üç siqma qaydası. Assimmetriya. Eksess. Müqayisə əlamətləri. |
4.1 Qafarov İ.A. Biostatistika. Bakı. 2021.s. 238. Səh.12-44. 4.1.Авива Петри, Кэролайн Сэбин. Наглядная медицинская статистика. Перевод с английского под редакцией В.Л. Леонова. 3-е издане. 2015. М.: “Гэотар-Медиа” səh.47-61. 4.2.А.Н. Герасимов. Медицинская статистика. Учебное пособие. 2007. М.: Медицинское информационное агентство. Səh.14-38. |
2 |
|
5 |
Diskriminant analiz. Keyfiyyət göstəriciləri. Minimal həcm. Müqayisə meyarları. χ 2- Pirson kriteriyası. Şanslar nisbəti. Testin həssaslığı.Testin dəyəri. ROC-analizi.Korrelyasiya analizi. Xətti korrelyasiya. P-Sperman ranqlı korrelyasıyası. Korrelyasiya analizlərinin qrafiki təsviri. Reqressiya təhlili. Xətti reqressiya. Logistik reqressiya təhlili. Proqnozlaşdırma. Dispersiyon analiz. ANOVA u-ANOVA, m-ANOVA testləri. Dəyişmə əmsalı.Biostatistik tədqiqatlarda istifadə olunan proqram təminatları. |
4.1 Qafarov İ.A. Biostatistika. Bakı. 2021.s. 238. Səh.46-225. 5.1.Авива Петри, Кэролайн Сэбин. Наглядная медицинская статистика. Перевод с английского под редакцией В.Л. Леонова. 3-е издане. 2015. М.: “Гэотар-Медиа” səh. 41-45. 5.2.А.Н. Герасимов. Медицинская статистика. Учебное пособие. 2007. М.: Медицинское информационное агентство. Səh. 88-138. |
2 |
Təcrübə məşğələlərinin planı
|
№ |
Mövzu (təcrübə məşğələsı) |
Ədəbiyyat |
Saat |
|
|
1 |
Əsas epidemioloji anlayışların araşdırılması. Epidemik proses haqqında təlimin əsasları. Epidemik prosesin təzahür formaları |
1.1İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,s.23; 34-38; 63-78;103-106 1.2.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989, 416 с. 1.3.Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. СПб.: Фолиант, 2006. 1.4. Akbulut T, Sabuncu H. Epidemiyoloji. Sistem Yayıncılık Mat.San. ve Tic.A.Ş.İstanbul, 1993. |
2 |
|
|
2 |
Dezinfeksiya; növləri, üsulları. Dezinseksiya maddələri, onların təsnifatı və xarakteristikası. |
|
2 |
|
|
3 |
Sterilizasiya, növləri, üsulları.Dezinseksiya, növləri, üsulları. Kamera dezinfeksiyası.
|
3.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,728s. 3.2.İ.Ə.Ağayev başq. Dezinfeksiya işi. Dərs vəsaiti. Bakı, 2008, 208 s. 3.3.Шкарин В.В., Дезинфекция, Дезинсекция, Дератизация. НГМА, Нижний Новгород, 2006. |
2 |
|
|
4 |
Yoluxucu xəstəliklərin spesifik profilaktikası. Peyvənd işinin təşkili. Aralıq qiymətləndirmə - İmtahan Mərkəzi |
4.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,728s 4.2.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016, 82 s. 4.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, 816 с. 4.4. Akbulut T, Sabuncu H. Epidemiyoloji. Sistem Yayıncılık Mat.San. ve Tic.A.Ş.İstanbul, 1993. |
2 |
|
|
5 |
Bağırsaq infeksiyalarının ümumi xarakteristikası |
5.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,728s 5.3.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, 816 с. 5.4. Akbulut T, Sabuncu H. Epidemiyoloji. Sistem Yayıncılık Mat.San. ve Tic.A.Ş.İstanbul, 1993. |
2 |
|
|
6 |
Aerozol infeksiyaların ümumi xarakteristikası |
6.1.İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012,728s 6.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, 816 с. 6.3. Akbulut T, Sabuncu H. Epidemiyoloji. Sistem Yayıncılık Mat.San. ve Tic.A.Ş.İstanbul, 1993. |
2 |
|
|
7 |
Biostatistikanın predmeti və inkişaf tarixi. Biostatistik tədqiqatların planlaşdırılması və yerinə yetirilmə mərhələləri. Ehtimal nəzəriyyəsi və statistika elmindən məlum olan bir sıra anlayış və faktlar. Təsadüfi hadisələr. Ehtimal. Böyük ədədlər qanunu. Binominal paylanma-Bernulli paylanması. Puasson paylanması. Normal paylanma.t-Stüdent paylanması. F-Fişer paylanması. Cədvəl prosessorları. Cədvəl prosessorlarında tibbi informasiyanın daxil edilməsi. Kəmiyyət və keyfiyyət göstəriciləri. Seçimlər. Asılı olmayan yığımlar. Asılı yığımlar. Nizamlama Ranqlama. “0 hipotezi”. Səhvlər. Xətalar, dəqiqlik. Müqayisələr. Praktik məsələlərin həlli. |
7.1.Qafarov İ.A. Biostatistika. Bakı, 2021, 238s. Səh.10-44. 7.2.Qurbanova N.H., Talıbova D.A. İnformatika. Bakı, 2018, 326s. səh.135-166. 7.3.IBM SPSS 26 Step by step. https://routledgetextbooks.com/textbooks/ 9780367174354 /student.php
7.4.Translation of EXCEL functions. https://www. excelfunctions.eu/ |
2 |
|
|
8 |
Variasiya analizi. Variasiya sıralarının əsas parametrləri. Orta hesabi göstərici. Orta kvadratik göstərici. Orta kubik göstərici. Orta həndəsi göstərici. Orta harmonik göstərici. Orta xətti meyl. Dispersiya. Orta kvadratik meyl. Standart xəta. Asimmetriya. Eksses. Variasiya əmsalı. 95% etibarlıq intervalı. Normallaşdırılmış meyl. Median. Moda. Kvartillər. Persentillər. Minimum, maksimum, sıranın eni. Variasiya göstəricilərinin qrafik təsvirləri. Poliqon Histoqram. Praktik məsələlərin həlli. |
4.1 Qafarov İ.A. Biostatistika. Bakı. 2021.s. 238. Səh.48-84. 8.1.Козлов Д.А., Серогодский В.В., Финков М.В., Excel 2016: Полное руководство. М.: Наука и техника, 416с. 32-58 8.2.Койчубеков Б.К. Биостатистика. Алма-аты, 2014, 134с.səh. 18-47. 8.3.Лакин Г.Ф. Биометрия. М.: Высшая школа, 1990, 352с. Səh. 96-106. |
2 |
|
|
9
|
t-Stüdent meyarı. M-Mozes meyarı. Z-Kalmaqorov Smirnov meyarı. W-Vald-Volfovic meyarı. Asılı olan iki qrupun kəmiyyət göstəricilərinin müqayisə meyarları t-Stüdent meyarı, H-Kruskal-Uollis meyarı, Me- median meyarı, C-T-Conkher-terpster meyarı. Asılı olan iki qrupun kəmiyyət göstəricilərinin müqayisə meyarları. d- student meyarı, T – Uilkokson, z- işarələr meyarı, MH- marqinal həmcinslik meyarı. Asılı olan iki qrupun kəmiyyət göstəricilərinin müqayisə meyarları. F-Fridman meyarı, W- Kendal meyarı, Q-Kokhran meyarı. Variasiya göstəricilərinin müqayisə analizlərinin qrafiki təsfirlıri. Praktik məsələlərin həlli. |
4.1 Qafarov İ.A. Biostatistika. Bakı. 2021.s. 238. Səh.90-135. 9.1.Койчубеков Б.К. Биостатистика. Алма-аты, 2014, 134с.səh.86-128 9.2.Лакин Г.Ф. Биометрия. М.: Высшая школа, 1990, 352с. Səh. 11-136. 9.3.Петри А., Сэбин К. Наглядная статистика в медицине / Пер. с англ. В.П. Леонова. М.: ГЭОТАР-МЕД, 2009, 168с. Səh. 86-118 |
2 |
|
|
10
|
Diskriminant analiz. Keyfiyyət göstəriciləri əsasında tədqiqatın minimal həcminin hesablanması. Kəmiyyət göstəriciləri üçün dispersiya analizi (ANOVA uANOVA, mANOVA testləri). Keyfiyyət göstəriciləri üçün dispersiya analizi. Şanslar nisbəti. Testin həssaslığı, spesifikliyi və diaqnostik dəyəri. Dispersiya analizi. Birfaktorlu, ikfaktorlu, çoxfaktorlu dispersiya Korrelyasiya analizi. Xətti korrelyasiya. ρ-Spearman korrelyasiyası. Korrelyasiya analizlərinin qrafik təsvirləri. Reqressiya analizi. Reqressiya tənlikləri (xətti, polinomial, üstlü, eksponensial, loqarifmik). Biostatistik təqdiqatlarda İstifadə olunan proqram təminatı. Statistik proqramm paketləri. İnteraktiv web səifələr. MS EXCEL cədvəl prossesorunun biostatistikada istifadə edilən funksiyaları. Praktik məsələlərin həlli. |
10.1.Qafarov İ.A. Biostatistika. Bakı, 2021, 238s. Səh. 137-225. 10.2.Qurbanova N.H., Talıbova D.A. İnformatika. Bakı, 2018, 326s. səh.178-191.
10.3.IBM SPSS 26 Step by step. https://routledgetextbooks.com/textbooks/ 9780367174354 /student.php
10.4.Translation of EXCEL functions. https://www. excelfunctions.eu/
10.5.Козлов Д.А., Серогодский В.В., Финков М.В., Excel 2016: Полное руководство. М.: Наука и техника, 416с. Səh.268-324.
|
2 |