Bizi izləyin:
Heydər Əliyev
GEM-də təcrübə (İctimai Səhiyyə)
Bölmələrimiz
GEM-də təcrübə (İctimai Səhiyyə)

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

Mühazirə

Praktika

1

Ictimai Səhiyyə

 

 

-

30

 

Təhsil pilləsi:  əsas baza ali tibb təhsili

İxtisas: İctimai Səhiyyə

Təcrübənin məqsədi:

RGEM-in strukturu, qüvvədə olan qanunvericilik, sanitar-gigiyenik normalar və dövlət standartları ilə tanışlıqdan ibarətdir. Təcrübə zamanı müasir cihaz və avadanlıqların iş prinsipləri və tətbiq qaydalarının öyrənilməsi, epidemiologiyanın nəzəri, metodik və təşkilati əsasları, əhalinin əksepidemik müdafiə sisteminin strukturu və fəaliyyət mexanizmləri haqqında biliklərin əldə edilməsi nəzərdə tutulur.

Eyni zamanda uşaq və yeniyetmə müəssisələrində sanitariya-gigiyenik və əksepidemik nəzarətin aparılması, sağlamlaşdırıcı tədbirlərin planlaşdırılması, əmək sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və işçilərin sağlamlığının qorunması üsullarının öyrənilməsi məqsəd qoyulmuşdur.

Təcrübə çərçivəsində AQTİ-nin quruluşu, qida təhlükəsizliyi üzrə qanunvericilik, sanitar-gigiyenik, baytar və fitosanitar normalar, həmçinin yeyinti məhsullarının qeydiyyatı və sertifikatlaşdırılması sistemi ilə tanışlıq həyata keçirilir. Ümumilikdə məqsəd nəzəri biliklərin praktikada tətbiqi bacarıqlarının formalaşdırılmasıdır.

 

Təcrübə üzrə təlimin nəticələri:

Ətraf mühitin (atmosfer havasını, suyu, torpağı) çirklənmə mənbəyi olan sənaye obyektlərinin sanitariya müayinəsini aparmaq;

Laborator analizlərin nəticələrini oxumaq, onlara əsasən atmosfer havasının, suyun, torpağın keyfiyyətini qiymətləndirmək və müayinə aktını tərtib etmək;

Müalicə-profilaktika müəssisələrinin sanitariya-gigiyenik müayinəsini aparmaq, müayinənin nəticələrini qiymətləndirmək və akt tərtib etmək;

Ətraf mühitin radioaktiv maddələrlə çirklənməsini qiymətləndirmək, akt tərtib etmək;

Əksepidemik işin problem-tematik və funksional-sahə planlarını tərtib etmək

İşi epidemioloji nəzarət prinsipi üzrə təşkil etmək;

Ayrı-ayrı xəstəliklər zamanı aparılan əksepidemik işin keyfiyyətini qiymətləndirmək;

Yoluxucu xəstəliklərin baş verməsi  zamanı risk quruplarını müəyyən etmək;

Ayrı-ayrı xəstəliklər zamanı mövsümi xəstələnmənin dinamikasının təyin edilməsi;

Uşaq və yeniyetmə müəssisələrində cari və xəbərdaredici sanitariya nəzarətinin aparılması;

Mütəşəkkil uşaq və yeniyetmə müəssisələrinin sanitar gigiyenik rejimini, qidalanmanı, gün rejimini, tədris-tərbiyə prosesini, fiziki tərbiyəni, gigiyenik tərbiyəni və  xarici mühit amillərinin uşaq və yeniyetmələrin sağlamlığına təsirini qiymətləndirmək;

Sağlamlaşdırıcı tədbirləri tərtib edib həyata keçirmək;

Uşaq - yeniyetmə müəssisələrinin layihələşdirilməsi, inşaatı və uşaqlar üçün hazırlanan məişət əşyaları üzərində xəbardaredici sanitar nəzarətinin təşkili.

Ayrı-ayrı istehsalat sahələrində və istehlak bazarlarında işçilərin sağlamlıqlarının qoruması yolları;

İnsan üçün potensial təhlükə yaradan obyektlərin əmək şəraitini qiymətləndirmək;

İstehlakçıların və insanların hüquqlarının təmin olunması üzrə işi təşkil etmək;

İcbari tibbi müayinələrin keçirilməsi “qaydasını” və işçilərin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin siyahısının və təlimatın tərtib etmək;

Xəbərdaredici və cari sanitariya nəzarətini həyata keçirmək;

İş yerlərinin  attestasiyasını aparmaq;

Yeni tikiləcək müəssisələrin layihəsinə rəy vermək;

Yeyinti məhsullarının gigiyenik ekspertizasını təşkil etmək, onu beynəlxalq standartlara uyğun həyata keçirmək

Təcrübənin strukturu: “GEM-də” istehsalat təcrübəsi 3 ay davam edir və bir necə mərhələdən ibarətdir. “GEM-də” istehsalat təcrübəsi zamanı  tələbələrdə əhalinin sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təşviqi istiqamətində praktik bacarıqlar formalaşır. Təcrübə müddətində tələbələr Sanitariya epidemioloji xidmət müəssisələrinin strukturunun tanıdılması, RGEM-in strukturu ilə tanışlıq, iş təhlükəsizliyi qaydalarının öyrənilməsi; epidemiologiya şöbəsinin strukturu və onun idarəetmə orqanlarının funksiyaları, bu sistemin müəssisələrinin, bölmələrinin, vəzifəli şəxslərinin fəaliyyətinin planlaşdırılması və əhali sağlamlığının vəziyyətinə təsir edən sosial, iqtisadi və ekoloji amilləri real şəraitdə öyrənirlər. Bu təcrübə tələbələrə nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək, səhiyyə müəssisələrinin iş prinsiplərini müşahidə etmək, epidemioloji məlumatların toplanması və təhlilində iştirak etmək imkanı yaradır. Həmçinin, təcrübə,  tələbələrdə Azərbaycan Qida Təhlükəsizliyi Institutunun qurulușu və ayrı-ayrı struktur bölmələri ilə tanışlığı, qida təhlükəsizliyi üzrə qanunvericilik, sanitar-gigiyenik, baytar va fitosanitar normaları, yeyinti məhsullarının qeydiyyatı və sertifikatlaşdırılma sistemi öyrətməyə yönəlmişdir. Nəticə etibarilə tələbələr ictimai səhiyyə sahəsində məsuliyyətli, analitik düşüncəyə malik və qərar qəbuletməyə qadir mütəxəssis kimi formalaşırlar. Təcrübə müddətində iştirakçının fəaliyyəti mütəmadi olaraq rəhbər tərəfindən qiymətləndirilir.

Təcrübə mövzuları

Ədəbiyyat

saat

  1.  

Sanitariya epidemioloji xidmətin vəzifələri, Sanitariya epidemioloji xidmət müəssisələrinin strukturu.

 

6

  1.  

İstehsalat sahələrində sanitariya-gigiyenik qiymətləndirmə, sanitariya müayinə aktın tərtibi. Peşənin sanitar xarakteristikasının tərtibi (professioqramma)

Gürzəliyev S.A., Əliyeva R.H., Orucov R.A. və b. Əmək gigiyenası. Bakı: Təbib, 2013, 487 s.

 

Gürzəliyev S.A., Əliyeva R.H., Orucov R.A. və b. Xüsusi əmək gigiyenası. Bakı: Avropa, 2015, 392 s.

6

  1.  

İşçilərin icbari tibbi müayinələrdən keçirilmə qaydaları. İşçilər arasında sanitariya maarifi işinin təşkili və aparılması

Gürzəliyev S.A., Əliyeva R.H., Orucov R.A. və b. Əmək gigiyenası. Bakı: Təbib,2013, 487 s.

 

Gürzəliyev S.A., Əliyeva R.H., Orucov R.A. və b. Xüsusi əmək gigiyenası. Bakı: Avropa, 2015, 392 s.

6

  1.  

İs İstehsalat müəssisələrinin layihələrini ekspertizası. İstehsalat sahələrində laborator instrumental müayinələrin aparılması.

Gürzəliyev S.A. Əmək proseslərinin öyrənilməsində istifadə olunan fizioloji və gigiyenik müayinə üsulları. Dərs vəsaiti. Bakı: 2020, 125 s.

5

  1.  

Atmosfer havasını çirkləndirmə mənbəyi olan sənaye obyektlərinin sanitariya müayinəsi, müayinə aktının tərtibi.  Atmosfer havasının sanitar mühafizəsi sahəsində dövlət sanitar nəzarəti, qanunvericilik əsasları.

1. Гончарук Е.И. Коммунальная гигиена. Киев, 2006, с. 507-536

 

2. Səmədov Ş.X., Fətullayeva S.F., Əli F.M. Ətraf mühitin sağlamlığı. Bakı: "Təbib" nəșr, 2024, 236 s.

6

  1.  

Təsərrüfat-içməli su mənbələrinin sanitariya-gigiyenik müayinəsi və laborator analizlərin nəticələrinə əsasən suyun keyfiyyətinin qiymətləndirilməsi (analizlərin oxunması). Su obyektlərinin sanitar mühafizəsi sahəsində dövlət sanitar nəzarəti, qanunvericilik əsasları.

Гончарук Е.И. Коммунальная гигиена. Киев, 2006, с. 46-68, 111-211

6

  1.  

Torpağın sanitar vəziyyətinin qiymətləndirilməsi, rəyin tərtibi. Torpağının sanitar mühafizəsi sahəsində dövlət sanitariya nəzarəti, qanunvericilik əsasları.

Гончарук Е.И. Коммунальная гигиена. Киев, 2006, с. 352-382, 440-447

6

  1.  

Torpağa kimyəvi tullantılarının təsirinin gigiyenik qiymətləndirilməsi. Torpağın tibbi tullantılarla çirklənməsinin qiymətləndirilməsi. Yaşayış məskənləri torpağının təmizlənməsi.

Гончарук Е.И. Коммунальная гигиена. Киев, 2006, с. 382-440

5

  1.  

Yaşayış yerlərinin planlaşdırılması və tikintisi sahəsində dövlət sanitar nəzarəti.

Гончарук Е.И. Коммунальная гигиена. Киев, 2006, с. 712-721, 763-768

6

  1.  

Müalicə-profilaktika müəssisələrinin sanitariya-gigiyenik müayinəsi, nəticələrin qiymətləndirilməsi və müayinə aktının tərtibi

Гончарук Е.И. Коммунальная гигиена. Киев, 2006, с. 652-698

5

  1.  

Ətraf mühitin radioaktiv maddələrlə çirklənməsinin qiymətləndirilməsi, aktın tərtibi

Kazımov M.A., Məmmədov A.M., Səmədov Ş.X. və b. Radiasiya gigiyenası. “Təbib”, Bakı 2009. 374 s.

12.     Л.А. Ильин, И.П. Коренков, Б.Я. Наркевич. Радиационная гигиена: учебник. 5-е изд.перераб. и.доп.-М.: ГЭОТАР-Медиа, 2017. 416 с. 

5

  1.  

Uşaq müəssisə layihələrinin ekspertizası. Uşaq müəssisələrində mebellərin qiymətləndirilməsi. Uşaq müəssisələrində xəstəliklərin dinamikada təhlili, yoluxucu xəstəliklərin araşdırılması, təhlili və əks-epidemik tədbirlərin aparılması.

Gürzəliyev S.A., Məmmədova Z.B., Süleymanzadə N.Q. və b. Uşaq və yeniyetmələr gigiyenası. /Təcrübə məşğələləri. Bakı: Təbib nəşr., 2010, s.151-195, 45-54

6

  1.  

Məktəbəqədər uşaq müəssisələrinin sanitariya-gigiyenik müayinəsi və sanitariya müayinə aktın tərtibi, gün rejiminin təşkili.

Gürzəliyev S.A., Məmmədova Z.B., Süleymanzadə N.Q. və b. Uşaq və yeniyetmələr gigiyenası. /Təcrübə məşğələləri. Bakı: Təbib nəşr., 2010, s.54-60, 214-218

5

  1.  

Ümumi təhsil müəssisələrinin sanitariya-gigiyenik müayinəsi və sanitariya müayinə aktın tərtibi, dərs cədvəllərinin yükünün sağlamlığa təsirinin öyrənilməsi.

Balayeva Ş., Mürsəlbəyova L., İsmayılova Z. və b. Sağlam təhsilin gigiyenik əsasları. Bakı, 2023, s.313-335

Gürzəliyev S.A., Məmmədova Z.B., Süleymanzadə N.Q. və b. Uşaq və yeniyetmələr gigiyenası. /Təcrübə məşğələləri. Bakı: Təbib nəşr., 2010, s.218-240

6

  1.  

Uşaq məişət əşyalarının (dərslik, mebel, oyuncaq, paltar, ayaqqabı, çanta) gigiyenik ekspertizası

Balayeva Ş., Mürsəlbəyova L., İsmayılova Z. və b. Sağlam təhsilin gigiyenik əsasları. Bakı, 2023, s.235-312

Gürzəliyev S.A., Məmmədova Z.B., Süleymanzadə N.Q. və b. Uşaq və yeniyetmələr gigiyenası. /Təcrübə məşğələləri. Bakı: Təbib nəşr., 2010, s.131-150

5

  1.  

Epidemik prosesin ümumi qanunauyğunluqları, epidemik prosesin gedişinə təsir göstərən təbii və sosial amilləri, ocaqda aparılan əksepidemik tədbirlərin həcmini və vaxtını müəyyənləşdirilməsi, əksepidemik tədbirləri təşkili. Sanitar-epidemioloji salamatlığın təmin olunmasının məqsədli proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştiraki.

16.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 62-81

16.2. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 17-30

6

  1.  

Epidemioloji vəziyyətin qiymətləndirilməsi üçün xəstələnmə göstəriciləri haqqında məlumatların təhlili. Epidemioloji müayinələrin aparılmasında istifadə edilən metodların tətbiqi.

17.1. Брико Н.И., Зуева Л.П., Покровский В.И., Данилкин Б.К. Эпидемиология: Учебник. 1-том, 2012, с. 45-229

17.2.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, с. 17-31, 82-107

17.3.Ağayev İ.Ə., Tağıyeva F.Ş., Xələfli X.N., Rüstəmova H.C. Epidemioloji nəzarət və əksepidemik tədbirlərin təşkili. Dərs vəsaiti. Bakı, 2024, 212 səh.

6

  1.  

Yoluxucu xəstəliklərlə mübarizə və profilaktika üçün əksepidemik tədbirlərin əsas istiqamətlərini müəyyənləşdirməklə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini təşkili və onların keyfiyyətinə nəzarət.

18.1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 221-236

18.2. Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2004, s. 82-96

6

  1.  

Müasir texnoloji vasitələrdən istifadə etməklə epidemioloji müayinələrin aparılması üçün müvafiq məlumatları toplamaq və onların statistik işlənməsini aparılması. Ocaqda epidemioloji müayinənin aparılması, xəstələnmənin illik və çoxillik dinamikasını təhlili, proqnozlaşdırma aparmaqla gələcəkdə aparılacaq tədbirləri planlaşdırılması.

19.1. Брико Н.И., Зуева Л.П., Покровский В.И., Данилкин Б.К. Эпидемиология: Учебник. 1-том, 2012, с. 45-229

19.2.Ağayev İ.Ə., Tağıyeva F.Ş., Xələfli X.N., Rüstəmova H.C. Epidemioloji nəzarət və əksepidemik tədbirlərin təşkili. Dərs vəsaiti. Bakı, 2024, 212 səh.

19.3.Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: Учебник. М.:Медицина, 1989,  с.165-181

6

  1.  

Uşaqların immunlaşdırılmasını planlaşdırmaq, təşkil etmək və həyata keçirilməsinə nəzarət etmək. Səhiyyə Nazirliyinin qərar və tapşırıqlarını izləməklə operativ epidemioloji təhlil zamanı əksepidemik tədbirlərin gedişini şəraitə uyğun korreksiyası.

20 .1.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya.Dərslik, Bakı, 2012, s. 251-264

20.2.Ağayev İ.Ə., Vahabov E.F., Xələfli X.N., Tağıyeva F.Ş. İmmunprofilaktika. Dərs vəsaiti, Bakı, 2016,  s. 3-23

20.3 ÜST-nin rəsmi veb saytı: https://www.who.int

20.4.Genişləndirilmiş İmmunlaşdırma Proqramı.Tibb işçiləri üçün vəsait. Az.Res.SN-İNİSEF, 2002. s. 1-18

20.5.Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология: Учебник. 2-е изд. М.:ГЭОТАР-Мед, 2007, s. 139-165

6

  1.  

Azərbaycan Qida Təhlükəsizliyi Institutunun qurulușu və ayrı-ayrı struktur bölmələri ilə tanışlıq. Qida təhlükəsizliyi üzrə qanunvericilik, sanitar-gigiyenik, baytar va fitosanitar normalar. Yeyinti məhsullarının qeydiyyatı və sertifikatlaşdırılma sistemi.

1. Əhmədov I.R., Vəlibəyova A.B. Nutrisiologiya. Dərslik. Bakı: MSV NƏŞR, 2023, 259 s.

 

2. AQTA və AQTİ-nin rəsmi web saytı:

https://afsa.gov.az/

https://afsi.gov.az/az

6