Yaz semestrində keçirilən fənlər
|
N |
Fakültələr |
Kurs |
Fənn |
Auditoriya saatları |
|
1 |
İctimai Səhiyyə |
V |
Yoluxucu xəstəliklər |
Praktika 20 saat |
Hazırda elmin bütün sahələrində olduğu kimi, tibbin tədris sahəsində də müasir, təkmilləşmiş, daha səmərəli innovativ tədbirlərin həyata keçirilməsi preoritet məsələlərdən biridir. Tədris keyfiyyətinin daha da yaxşılaşdırılması, mənimsəmə, bilik və bacarıq göstəricilərinin artırılması, tədrisin müasir tələblər səviyyəsində təşkili metodik işlərin düzgün qurulmasından çox asılıdır. Bu baxımdan tədris proqramlarının yenilənməsi, innovativ tələblərə cavab verməsi vacib məsələlərdən biridir.
Yoluxucu xəstəliklər əhalinin xəstələrlə strukturasında əsas yerlərdən birini tutur. Praktik təbabətin bütün sahələrində çalışan mütəxəssislər tez-tez bu xəstəliklərə tutulmuş insanlarla rastlaşırlar. Yoluxucu xəstəliklərin başlanğıc dövrünün əlamətləri çox müxtəlif öldüğü üçün onları bəzən somatik, cərrahi və s. xəstəliklərindən fərqləndirmək xeyli çətinlik təşkil edir. Bu vəziyyət xəstələrə müalicə yardımını gecikdirməklə yanaşı epidemioloji təhlükə də törədə bilər. Bununla yanaşı yoluxucu xəstəliklərin kliniki təzahürlərində, ağırlaşmalarında, müalicə, habelə müasir diaqnoz üsullarında yenilikləri də nəzərə alaraq, onların tədrisini müasir səviyyədə yüksəltmək üçün mövcud imkanları səfərbər etmək, nəzəri və praktiki bilikləri düzgün uzlaşdırmaq çox vacib vəzifələrdən biridir.
Təhsil pilləsi: Bakalavriat (əsas baza ali tibb təhsili)
İxtisasın adı: İctimai Səhiyyə
Fənnin məqsədi: Tələbələr üçün mövzuya girişin verilməsi, fənnin predmeti və fənn haqqında geniş biliklərin tədris edilməsi, yoluxucu xəstəliklərin klinik xarakteristikası, müasir müayinə-müalicə metodları, anamnezin toplanması xüsusiyyətləri haqqında mütərəqqi biliklərin aşılanması.
Fənnin təlim nəticəsi:
1. İnfeksion xəstəliklərin diaqnostikasında istifadə olunan mikrobioloji, biokimyəvi və instrumental diaqnostik metodları bilməli, müayinə metodlarını seçməyi və nəticələrini şərh etməyi bacarmalı.
2. Qızdırma, qıcolma, qusma və ishal olan hallarda xəstələrə yardım edə bilməli.
3. Antibiotik istifadəsinin ümumi prinsiplərini bacarmalı
4. Hava-damcı, mədə-bağısaq, transmissiv, dəri və genital sistemlərin infeksiyalarının diaqnozunu qoymalı, müalicə etməyi bacarmalı.
5. İnfeksion xəstəliklərin diferensial diaqnoztikasını aparmağı bacarmalı.
6. İnfeksion xəstəliklər zamanı xəstənin müalicə planını qurmağı, bu plana aəsasən resept yazmağı bacarımalı.
7. Xəstəliyin ümumi və spesifik profilaktikasını, infeksion xəstəliyin yayılmasının qarşısının alınması tədbirlərini bacarmalıdır.
Fənnin məzmunu
|
№ |
Mövzu (təcrübə) |
(Ədəbiyyat) |
Saat |
|
1 |
Mədə-bağırsaq infeksiyalarının (qarın yatalağı, şigelloz, vəba, salmonelloz, eşerexioz, virus diareyaları) diaqnozu, differensial diaqnozu, müalicə və profilaktika prinsipləri. |
Ələsgər Vəliyev. İnfeksion xəstəliklər 2013 Səh (151-180) Cəlal İsayev, İnfeksion xəstəliklər. 2009 səh.(33-150) |
5 |
|
2 |
A, B, C, D və E virus hepatitlərinin diaqnozu, differensial diaqnozu müasir müalicə və profilaktika prinsipləri. |
Ələsgər Vəliyev. İnfeksion xəstəliklər 2013 Səh (302-331) Cəlal İsayev, İnfeksion xəstəliklər. 2009. Səh (271-315). |
5 |
|
3 |
Hava-damcı infeksiyasının (difteriya, qızılca, məxmərək, göy öskürək, skarlatina, qrip, paraqrip, adenovirus, karonavirus, rinovirus, reovirus, respirator sinsitial virus infeksiyası) diaqnozu, differensial diaqnozu müasir müalicə və profilaktika prinsipləri. |
Ələsgər Vəliyev. İnfeksion xəstəliklər 2013 Səh (408-422) Cəlal İsayev, İnfeksion xəstəliklər. 2009 (336-362) |
5 |
|
4 |
Herpetik infeksiyaların (sadə herpes, su çiçəyi, kəmərləyici dəmrov, infeksion mononukleoz, sitomeqalovirus) diaqnozu, differensial diaqnozu müalicə və profilaktika prinsipləri. |
Ələsgər Vəliyev. İnfeksion xəstəliklər 2013 Səh (357-388) Cəlal İsayev, İnfeksion xəstəliklər. 2009. Səh (362-397) |
5 |