Bizi izləyin:
Heydər Əliyev
Ətraf mühit toksikologiyası
Bölmələrimiz
Ətraf mühit toksikologiyası

Müasir dövrdə kimyəvi maddələrin bütün istehsalat sahələrində və insanların həyatında istifadəsi sürətlə artmaqdadır. Müxtəlif mənbələrdən alınan məlumatlara görə hazırda 6-7 milyon kimyəvi maddə və birləşmələr mövcuddur ki, onlardan 60-80 mini sənaye miqyasında istehsal olunur. Hər il sənaye mənşəli kimyəvi birləşmələrin ümumi sayına  500-1000 adda yeni maddə­lər əlavə olunur. Onların əksəriyyəti canlı orqanizmlər, o cümlədən insanlar üçün təhlükəlidir. İnsan orqanizmi gündəlik həyatında 63 mindən çox kimyəvi maddə və birləşmələrin təsirinə məruz qalır ki, onların çoxunun təhlükəliliyi hələ də qiymətləndirilməmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə insanlar arasında mövcud olan xəstəliklərin 25%-i kimyəvi amillərin təsiri altında baş verir [Хамидуллина Х.Х., 2015]. Geniş statistik məlumatlara görə dünya əhalisi arasında kimyəvi maddələrdən zəhərlənmələr və digər sağlamlıq pozuntuları nəticəsində olüm halları ürək-damar xəstəlik­lərindən və onkoloji patologiyalardan sonra 3-cü yeri tutur. Lakin qeyd edilir ki,  ürək-damar və onkoloji xəstəliklərindən ölüm halları da birbaşa və ya dolayı yolla kimyəvi təsirlərin səbəbindən baş verir. Zərərli istehsalat sahələrində  ölüm hallarının daha geniş yayılmasına baxmayaraq, onların hesabını aparmaq müxtəlif çətinliklərlə əlaqədardır.

Beləliklə, müasir sivilizasiya faktiki olaraq ayrı-ayrı şəxslərə, bütün insanlığa və, ümumiyyətlə, biosferə istiqamətlənmiş  kimyəvi aqressiyaya məruz qalmaqda­dır. Bu kimyəvi pressinqin tədqiq edilməsi, məhdudlaşdırılması, nəzarət altına alınması, profilaktikası, habelə kimyəvi təsirlər nəticəsində inkişaf edən patologiyaların qarşısının alınması məsələləri profilaktik təbabətin əsası sayılan gigiyena elminin xüsusi bir bölməsi olan və hazırda müstəqil bir tədris fənni kimi formalaşmış “Ətraf mühitin toksikologiyası”-nın predmetinə daxildir.

Qeyd etmək lazımdır ki, ətraf mühitin toksikologiyası gigiyena elminin tərkibinə daxil olmaqla yanaşı, eyni zamanda toksikologiya elmilə sıx əlaqədar­ olub, bu elmlərin nailiyyətləri və fundamental müddəaları əsasında formalaşır.  Ona görə də ətraf mühitin mühafizəsi və insanların təhlükəsiz həyat fəaliyyətinin təmin edilməsi probleminin həllində ümumi gigiyenanın əsas bölmələrilə bərabər, toksikologiyanın əsaslarının mənimsənilməsi də vacib hesab edilir. Xüsusən insanları əhatə edən ekoloji mühitin və əhali sağlamlığının qorunub saxlanmasının, habelə ətraf mühitlə insanın qarşılıqlı əlaqələrinin öyrənilməsinin metodoloji əsasını ümumi toksikologiyanın nəzəri müddəaları və ilk növbədə gigiyenik normalaşdırma prinsipləri təşkil edir.

Fənnin tədrisi ətraf mühitin toksikologiyası üzrə biliklərin, bacarıqların və dəyərlərin formalaşdırılmasını və inkişafını, insanların yaşayış mühitinin optimallaşdırılmasını, cəmiyyətdə humanizm prinsiplərinin yayılmasını və insanla  ətraf mühit arasında  harmoniyanın təmin edilməsini nəzərdə tutur. Bu zaman həm də əsas istehsalat sahələrinin spesifikliyi, insanların həyat və fəaliyyətinin xüsusiyyətləri, habelə ərazilərin ümumi xarakteristikasının formalaşmasında əhəmiyyətli rolu olan coğrafi-iqlim xüsusiyyətləri, ərazinin relyefi, bitki örtüyü, torpağın növü  və s. kimi  məlumatlar nəzərə alınmalıdır.

Fənnin məqsədi: Ətraf mühitin toksikologiyası fənninin məqsədi çirkləndiricilərin müxtəlif növ canlı orqanizmlərə populyasiya səviyyəsində və ya bütövlükdə ekosistem səviyyəsində təsir göstərdiyi zaman baş verən mənfi təsirlərin inkişafını öyrənmək, ətraf mühitdə olan kimyəvi maddələrin real təhlükəsinin qiymətləndirmək, kompleks sağlamlaşdırıcı tədbir və sanitariya-gigiyenik tövsiyələrin tərtibini mümkün edən nəzəri hazırlıq və təcrübi vərdişləri aşılamaqdır.

 

Fənnin təlim nəticəsi:

 

  1. Ətraf mühitin çirklənməsinin əsas kimyəvi amilləri, ətraf mühitin kimyəvi çirklənməsi ilə canlı orqanizmlər arasında qarşılıqlı təsir proseslərini bilir;
  2.  Potensial zəhərli çirkləndiricilərin əsas kimyəvi qrupları, onların miqrasiya, transformasiya və ekosistemlərdə toplanma yollarını bilir;
  3. zəhərli maddələrin orqanizmlərə, populyasiyalara, icmalara təsiri və populyasiyaların texnogen çirklənməyə uyğunlaşma imkanlarını bilir;
  4. Ekotoksikologiyanın əsas tətbiqi problemlərini (standartlaşdırma, biotest, biomonitorinq, toksikliyin kəmiyyət qiymətləndirilməsi) bilir;
  5. Ətraf mühitdə və insan orqanizmində əsas zəhərli çirkləndiricilərin aşkar edilməsi və miqdarının müəyyən edilməsi üsullarını bilir;
  6. Ekoloji problemlər və peşə vəzifələrinin həlli üçün əldə edilmiş məlumatları konkret situasiyalarda tətbiq etməyi bacarır;
  7. Toksikoloji normalaşdırma üsullarından istifadə etməyi bacarır;
  8. İnsanların və icmalarının təbii populyasiyalarına təbii və antropogen zəhərli təsirlərin nəticələrini proqnozlaşdırmaq və ekoloji problemlərin həlli yollarını tapmağı bacarır
  9. Ekologiya və ətraf mühitin idarə edilməsi sahəsində əsas məlumatları anlamaq, təqdim etmək və tənqidi təhlil etməyi bacarır.

 

Fənnin məzmunu

“Ətraf mühit toksikologiyası” fənni ekosistemlərin, insan sağlamlığının və biosferin qorunması baxımından xüsusi əhəmiyyət daşıyan multidissiplinar elmi istiqamətdir. Bu fənn canlı orqanizmlərin və ekoloji sistemlərin müxtəlif toksik maddələrə — kimyəvi, bioloji və fiziki mənşəli çirkləndiricilərə qarşı reaksiyalarını, həmin maddələrin orqanizmlərdə yığılma və biotransformasiya mexanizmlərini, həmçinin onların bioloji, ekoloji və sanitar nəticələrini öyrənir. Fənnin konseptual strukturu “mənbə – ətraf mühit – orqanizm – təsir – risk – normalaşdırma – profilaktika” ardıcıllığı əsasında qurulmuşdur. Bu yanaşma kimyəvi maddələrin ekosistemlərdə dövranını və insan sağlamlığına təsirini səbəb–nəticə əlaqələri kontekstində sistemli şəkildə anlamağa imkan verir. “Ətraf mühit toksikologiyası” fənni tibbi ekologiya, gigiyena, ictimai sağlamlıq, əmək sağlamlığı və ətraf mühitin mühafizəsi istiqamətləri üzrə tədris proqramlarında baza və ixtisaslaşdırıcı fənn kimi çıxış edir.

Fənn tələbələrə canlı orqanizmlərlə mühit arasındakı kimyəvi qarşılıqlı təsirləri kompleks şəkildə anlamaq, ekoloji riskləri qiymətləndirmək və ətraf mühitin təhlükəsizliyini təmin etmək bacarığı qazandırır. Bu fənn həm ekotoksikologiya, həm də ictimai sağlamlıq, ekoloji mühəndislik və biosferin davamlı idarə olunması kimi sahələr üçün nəzəri və praktik baza rolunu oynayır. “Ətraf mühit toksikologiyası” fənnini mənimsəmiş məzunlar sanitariya həkimi, ictimai sağlamlıq, əmək sağlamlığı, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik üzrə mütəxəssis,  qida təhlükəsizliyi üzrə nəzarət strukturlarında, dövlət və özəl laboratoriyalarda analitik-tədqiqatçı, elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində akademik fəaliyyətlə məşğul olan mütəxəssis kimi çalışa bilər.

 

Fənnin tədris formatı

1. Əyani

 

Mühazirə mövzularının planı

Mövzu

Ədəbiyyat

Saat

1

Ətraf mühit toksikologiyasi fənni. Predmeti, metodları və vəzifələri. Digər elmlərlə əlaqəsi

1.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 1

1.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

2

Ətraf mühitin toksiki çirklənməsi: atmosfer havasının, suyun kimyəvi tərkibinin toksikliyi və sağlamlığa təsiri

2.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 2

2.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

3

Ətraf mühitin toksiki çirklənməsi: torpağın, ərzaq məhsullarının çirklənməsi, zərərli kimyəvi maddələrin ətraf mühitdə miqrasiyası, transformasiyası

3.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 2

3.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

4

Ksenobiotiklərin təsnifatı, toksikodinamikası. Toksiki təsir prosesinin əsas xarakteristikası, İntoksikasiya.

4.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 3

4.2. Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

5

Ksenobiotiklərin ayrı-ayrı orqan və sistemlərə təsir xüsusiyyətləri. Ətraf mühitin kimyəvi təsirlərinə orqanizmin adaptasiyası. 

5.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 3

5.2. Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

6

Toksikokinetika, Ətraf mühitin kimyəvi amillərinin orqanizmə daxil olmasının yolları və xüsusiyyətləri.

6.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 4

6.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

7

Toksikometriya, əsas qanunauyğunluqları, gigiyenik normalaşdırma.

7.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 5

7.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

8

Zərərli kimyəvi maddələrin əsas eksperimental toksikoloji xarakteristikası.

8.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 6

8.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

9

Zərərli kimyəvi maddələrin ətraf mühitin ayrı-ayrı obyektlərində gigiyenik  normalaşdırılmasının xüsusiyyətləri. 

9.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 7

9.2. Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

10

Ekoloji amillər və insan sağlamlığı, ətraf mühit obyektlərinin kimyəvi çirklənmələrinin profilaktikası

10.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 8

10.2. Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

11

Biomonitorinq və biomarkerlər           

11.1. https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/training-modules

11.2

https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/e-course

2

12

Ətraf mühitin əsas risk amilləri və insan sağlamlığı

 

12.1. https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/training-modules

12.2

https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/e-course

2

13

Ağır metallarla (civə, qurğuşun) ətraf mühitin çirklənməsi və insan sağlamlığına təsiri

 

13.1. https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/training-modules

13.2 https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/e-course

2

14

Açıq və qapalı hava çirklənməsi

14.1.  https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/training-modules

14.2 https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/e-course

2

15

Elektron tullantılar və insan sağlamlığı.

15.1.  https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/training-modules

15.2

https://www.who.int/teams/environment-climate-change-and-health/settings-and-populations/children/capacity-building/e-course

2

 

 

Təcrübə məşğələlərinin planı

Mövzu (təcrübə məşğələsi)

Ədəbiyyat

Saat

1

Ksenobiotiklərin orqanizmə təsirinin öyrənilməsi və gigiyenik qiymətləndirilməsi

1.1. M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 2

1.2.   Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

2

Ksenobiotiklərin orqanizmə daxilolma yolları və  xüsusiyyətləri

2.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Fəsil 4.1

2.2. Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

3

Kəskin təcrübələrlə zərərli kimyəvi maddələrin toksikliyinin öyrənilməsi. Orta öldürücü doza və konsentrasiyanın təyin edilməsi

3.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 3

3.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

4

Toksikantların orta öldürücü doza və konsentrasiyasının Perşin və Spirmen-Kerber üsulu ilə hesablanması

 

4.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 4,5

4.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

5

Ksenobiotiklərin toksikliyinin yarımkəskin təcrübələrdə öyrənilməsi. Kumulyasiya əmsalının təyini və qiymətləndirilməsi

5.1.   M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 9

5.2.  Лыков И.Н. «Экологическая токсикология» М-20145.2.  

2

6

Toksikantların yerli qıcıqlandırıcı və dəri-rezobtiv təsirinin öyrənilməsi

6.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 8

6.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

7

Toksikantların xroniki təsiri şəraitində toksikliyinin qiymətləndirilməsi

7.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 10

7.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

8

Ksenobiotiklərin tam toksikoloji qiymətləndirilməsi və yol verilən konsentrasiya həddinin (YVKH) əsaslandırılması

8.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 11

8.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

9

Zərərli kimyəvi maddələrin kəskin toksikliyinin bəzi parametrlərinin  (Limac,Zac, TZEƏ) təyini və qiymətləndirilməsi

9.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 6

9.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

10

Toksikantların selikli qişalara qıcıqlandırıcı təsirinin öyrənilməsi

10.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 7

10.2. Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

11

ATU-nun Elmi – araşdırmalar Mərkəzinin toksikoloji laboratoriyası ilə tanışlıq (sərbəst iş)

 

2

12

Ətraf mühit obyektlərinin zərərli kimyəvi maddələrlə çirklənməsi, xüsusiyyətləri

12.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 12

12.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

13

Ətraf mühit obyektlərində azotlu birləşmələrin təyini və gigiyenik qiymətləndirilməsi

13.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 13

13.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

14

Ərzaq məhsullarında olan kimyəvi maddələrin toksikliyinin bioloji sınaqlar vasitəsilə təyini

14.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 14

14.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2

15

Torpaqda kimyəvi maddələrin toksikliyinin qiymətləndirilməsi

15.1.  M.A.Kazımov, Ş.X.Səmədov, V.M. Kazımova “Ətraf mühitin toksikologiyası” Bakı 2024, Mövzu 15

15.2.  Лыков И.Н. «Экологическая токсикология» М-2014

2