Proqram istehsalat mühitində əmək proseslərinin və müxtəlif istehsalat mühiti amillərinin işçilərin sağlamlıq vəziyyətinə və onların əmək qabiliyyətinə təsirini öyrətməklə, təhlükəsiz əmək şəraiti yaratmaq, yorğunluğun qarşısını alaraq, ümumi və peşə xəstəliklərinin azaldılması istiqamətində profilaktik sağlamlaşdırıcı tədbirbirlərin hazırlanması və həyata keçirilməsi problemlərini təqdim edir.
Ümumi xarakterli tibbi xidmətdən əlavə bütün işləyənlər, xüsusilə də riskli peşə sahələrində işləyənlər peşə təhlükələrinə məruz qalmağı qiymətləndirə və azalda bilən, habelə peşə xəstəliklərini və xəsarətləri erkən aşkar etmək üçün tibbi nəzarət həyata keçirə biləcək tibbi xidmətlərdən istifadə edirlər. Bütün işçilər mümkün olan ən yüksək fiziki və əqli sağlamlıq səviyyəsindən və əlverişli iş şəraitindən istifadə edə bilməlidirlər. İstehsalatdakı iş şəraiti sağlamlığın və rifahın pisləşməsinə səbəb olmamalıdır. Peşə sağlamlığı risklərinin ilkin profilaktikasına üstünlük verilməlidir. İşləyən əhalinin sağlamlıq ehtiyaclarını ödəmək üçün sağlamlıq sistemlərinin bütün komponentləri vahid əsasda birləşdirilməlidir. Sağlamlığın qorunması və möhkəmləndirilməsi də daxil olmaqla bütün tibbi-gigiyenik tədbirlər iş yerində həyata keçirilməlidir.
Proqramın tədrisində iş yerlərində olan peşə riski amilləri, onların orqanizmə təsiri, peşə xəstəliklərinin yaranma səbəbləri, işçilərin profilaktik tibbi müayinələri, işləyənlərin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qaninverici sənədləri, beynəlxaq normativlər, əməyin fiziologiyası, peşə xəstəlikləri, müxtəlif istehsalat sahələrinin səciyyəsi, qadınların, yeniyetmələrin əmək şəraitində sağlamlığının qorunması, xüsusi qayğıya ehtiyacı olan şəxslərin iş yerlərinə olan tələblər, əmək şəraitində davranış riskləri haqqında məlumat verilir. Tələbələrin istehsalat şəraitində tibbi-profilaktik tədbirləri həyata keçirilməsi üçün bilik, bacarıq və vərdişləri formalaşdırılır. Tələbələr fənnin metodoloji əsaslarını mənimsəməli, istehsalatda işçilərin sağlamlıqlarının qorunub, saxlanması məsələləri ön planda olmalıdır.
Işləyən əhali dünya əhalisinin yarısını təşkil edərək, iqtisadi və sosial inkişafa əsas töhvəni verir. Onların sağlamlığı bir sıra amillərdən, o cümlədən bədbəxt hadisələrin baş verməsinə, xərçəng, sümük-əzələ, qan-damar sistemi xəstəlikləri, eşitmə patologiyaları, yoluxucu xəstəliklər, stresslə əlaqədar pozğunluqların yaranmasına səbəb olan iş yerlərinin risk amillərindən və bu risklərlə yanaşı ictimai və fərdi amillərdən, həmçinin tibbi-sanitariya xidmətlərinə əlçatanlıqdan asılıdır. Sağlam işçi məhsuldarlığın artırılması və iqtisadi inkişafın ilk şərti hesab edilir. Peşə xəstəlikləri istehsalat şəraitində orqanizmə təsir edən istehsalat amilləri səbəbindən yaranan xəstəlikləridr. Peşə xəstəlikləri haqqında məlumat iş mühitində və istehsal prosesində zərərli amillərin insan orqanizminə təsirinin qarşısını ala və ya azalda bilər. Bu proqram işçilərin sağlamlığının qorunmasının bütün aspektlərini, o cümlədən peşə risklərinin, peşə xəstəliklərinin tədqiqi, peşə amillərinin peşə patologiyasının inkişafındakı rolu, iş yerlərində sağlamlığın qorunması məsələlərini əhatə edir.
Fənnin məqsədi:
Tələbələrdə müxtəlif istehsalat amillərinin əlverişsiz təsiri nəticəsində yaranan peşə xəstəlikləri haqqında biliklərin formalaşdırılması, istehsalatın fiziki, kimyəvi, bioloji və əmək prosesi amillərinin, əməyin ağırlıq və gərginliyinin təsirindən orqanizmdə gedən dəyişikliklərin, risk amillərinin aradan qaldırılması üzrə sağlamlaşdırıcı tədbirlərin və istehsalat mühitindən asılı olaraq müxtəlif peşə sahiblərinin xəstələnmələrinin təhlili üçün bilik və bacarıqların aşılanmasından ibarətdir.
Fənnin təlim nəticəsi:
1. İstehsalatın fiziki amillərini, alət və cihazlarla müayinə edib, gigiyenik qiymətləndirməyi bilir.
2.Ətraf mühitin müxtəlif mənşəli tozlarla çirklənməsi zamanı İstehsalat tozlarınının təyini metodlarını və reabilitasiyasını bilir.
3. İstehsalatda mövcud olan səs - küy, vibrasiya, radiotezlikli elektromaqnit sahələrinin təsirindən yaranan peşə xəstəliklərini və reabilitasiyasını bilir.
4. İstehsalat işıqlanması və ventilyasiyasının təsirindən yaranan peşə xəstəliklərini və reabilitasiyasını bilir.
5.Əməyin ağırıq və gərginlik dərəcəsini müəyyən etməyi, istehsalatın mikroiqlim göstəricilərinə, alçaq və yüksək atmosfer təzyiqi şəraitinə aid olan gigiyenik tələbləri bilir.
6.Işçilərin sağlamlıq səviyyəsini qiymətləndirir və tibbi yardımları dəyərləndirmək üçün istifadə edilən əsas metodları bilir.
7. İş zamanı mərkəzi sinir sistemi, ürək-damar sistemi, tənəffüsün fəaliyyətini qiymətləndirməyi bilir.
Fənnin məzmunu:
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “İctimai sıhiyyə” təhsil proqramında məcburi fınn kimi müəyyən edilmişdir.
Fənn tibbin müalicə vasitələrindən olub, insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən asılıdır. Bu fənn istehsalat mühitində əmək proseslərinin və müxtəlif istehsalat mühiti amillərinin işçilərin sağlamlıq vəziyyətinə və onların əmək qabiliyyətinə təsirini öyrətməklə, təhlükəsiz əmək şəraiti yaratmaq, yorğunluğun qarşısını alaraq, ümumi və peşə xəstəliklərinin azaldılması istiqamətində profilaktik sağlamlaşdırıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi problemlərini təqdim edir. Tələbələr istehsalat şəraitində tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi üçün bilik, bacarıq və vərdişləri formalaşdırıb, fənnin metodoloji əsaslarını mənimsəməli, istehsalatda işçilərin sağlamlıqlarının qorunub saxlanması məsələlərini bilməli, həmçinin işləyən əhalini sağlamlıq məsələləri ilə bağlı məlumatlandırmalıdırlar.
Tələbələr işləyənlərin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qaninverici sənədlərini, beynəlxaq normativləri, əməyin fiziologiyası, peşə xəstəlikləri, müxtəlif istehsalat sahələrinin səciyyəsi, qadınların, yeniyetmələrin əmək şəraitində sağlamlığının qorunması, xüsusi qayğıya ehtiyacı olan şəxslərin iş yerlərinə olan tələbləri, əmək şəraitində davranış riskləri haqqında bilik və bacarıqları aldıqlarına görə materialı öyrənmək istəməlidirlər. Tələbələr Səhiyyə təşkilatları, idman kompleksləri və reablitasiya mərkəzlərində əhalinin sağlamlığı üzərində fəaliyyətlərini həyata keçirəcəklər.
Fənnin tədris formatı
1. Əyani
Hər movzunun ədəbiyyatı (kitab (adı, fəsli), məqalə (jurnalın adı, ili, nömrəsi, səhifəsi və s.) və həmin ədəbiyyatın veb-adresi göstərilməlidir
|
№ |
Mövzu mühazirə |
Ədəbiyyat |
Saat |
|
1 |
Sənayedə reabilitasiya fənninin vəzifələri və məqsədi. Əmək sağlamlığı, risk anlayışı, peşə riskləri, risk qrupları. Əmək fəaliyyətinin formaları və fizioloji-gigiyenik əsasları. İşləyən əhalinin sağlamlığının qorunması üzrə normativ sənədlər. |
1.1.S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013. Fəsil 2. 1.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
2 |
Istehsalat səs-küyü və vibrasiyası. Profilaktikası. Infra və ultrasəs əlverişsiz mühit amili kimi. |
2.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013. Fəsil 11,12,13,14. 2.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
3 |
Yüksək və alcaq atmosfer təzyiqi şəraitində peşə xəstəlikləri |
3.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013. Fəsil 5. 3.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
4 |
Elektromaqnik və lazer şüalanması şəraitində peşə xəstəlikləri |
4.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013. Fəsil 8,9. 4.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
5 |
Ayrı-ayrı orqan və sistemlərin gərginliyi zamanı yaranan peşə xəstəlikləri. İstehsalat qəzaları və travmatizm. |
5.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013 5.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
6 |
İstehsalat tozları zərərli və təhlükəli istehsalat amili kimi. Pnevmokoniozlar: silikozlar, silikotozlar, peşə bronxial astması |
6.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013. Fəsil 7. 6.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
7 |
İstehsalat zəhərlərinin təsnifatı, orqanizmə daxil olma və xaricolma yolları, orqanizmdə taleyi. |
7.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013. Fəsil 16. 7.2Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с.
|
2 |
|
8 |
Kimyəvi amillərin təsiri nəticəsində yaranan peşə xəstəlikləri. |
8.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva Əmək gigiyenası, Bakı-2013 Fəsil 8.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
9 |
Neft-qazçıxarma sənayesinin risk amilləri, əsas peşə xəstəlikləri |
9.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva, C.Y.Salihova Xüsusi əmək gigiyenası, Bakı-2015 Fəsil 1. 9.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с.
|
2 |
|
10 |
Kənd təsərrüfatında risk amilləri, əsas peşə xəstəlikləri |
10.1S.A.Gürzəliyev.R.H.Əliyeva,R.A.Orucov,M.Y.Nəbiyeva, C.Y.Salihova Xüsusi əmək gigiyenası, Bakı-2015 Fəsil 8. 10.2 Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
|
|||
|
№ |
Mövzu prtaktik məşğələ |
Ədəbiyyat |
Saat |
|
1 |
Sənayedə reabilitasiya işinin məzmunu, vəzifələri. İşləyənlərin sağlamlığının qorunması üzrə yerli və beynəlxalq sənədlər. Əmək fiziоlоgiyаsı və müаyinə üsullаrı: sinir sisteminin funksional vəziyyətinin müayinəsi. |
1.1.S.A.Gürzəliyev Əmək proseslərinin öyrənilməsində istifadə olunan fizioloji və gigiyenik müayinə üsulları.Dərs vəsaiti. Bakı-2020. Fəsil 1. 1.2.Гигиена труда под. ред. Н.Ф.Измерова.В. Ф. Кириллова М., ГЕОТАП-Медиа 2008, 584с. |
2 |
|
2 |
İş zamanı tənəffüs sisteminin funksiyasının və əzələnin iş qabiliyyətinin müayinəsi. |
2.1.S.A.Gürzəliyev Əmək proseslərinin öyrənilməsində istifadə olunan fizioloji və gigiyenik müayinə üsulları.Dərs vəsaiti. Bakı-2020. Fəsil 1. |
2 |
|
3 |
İş zamanı ürək-damar sisteminin müayinəsi. |
3.1. S.A.Gürzəliyev Əmək proseslərinin öyrənilməsində istifadə olunan fizioloji və gigiyenik müayinə üsulları.Dərs vəsaiti. Bakı-2020. Fəsil 1. |
2 |
|
4 |
İş yerlərində istehsalat küyləri və vibrasiyanın müayinəsi. Audiometriya. |
4.1.R.H.Əliyeva. Əmək gigiyenasından təcrübi məşğələlər. Tədris-metodiki vəsait. Bakı-2013. |
2 |
|
5 |
İlkin və dövrü tibbi müayinələr, təşkili qaydaları. |
5.1. S.A.Gürzəliyev. R.H.Əliyeva,R.A.Orucov, M.Y.Nəbiyeva. Əmək gigiyenası, Bakı-2013. Fəsil 23 |
2 |