Bizi izləyin:
Heydər Əliyev
Tədqiqat metodları fənni
Bölmələrimiz
Tədqiqat metodları fənni

“Tədqiqat metodları” fənni elmi tədqiqatın əsas prinsiplərini, metodoloji yanaşmalarını və elmi biliklərin əldə olunması yollarını öyrənən mühüm akademik fənlərdən biridir. Müasir elmi və peşəkar fəaliyyət sahələrində problemlərin sistemli şəkildə araşdırılması, etibarlı məlumatların toplanması və onların düzgün təhlil edilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tədqiqat metodlarının mənimsənilməsi magistr səviyyəsində təhsil alan tələbələrin elmi düşünmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.

Fənn həmçinin elmi mənbələrlə işləmək, məlumatların sistemləşdirilməsi, elmi yazı qaydaları və tədqiqat nəticələrinin təqdim edilməsi kimi bacarıqların inkişafına da yönəldilmişdir. Bu prosesdə tələbələr elmi məqalə, hesabat və tədqiqat layihələrinin hazırlanması ilə bağlı praktik biliklər əldə edirlər.

Beləliklə, “Tədqiqat metodları” fənni tələbələrdə analitik düşünmə, elmi araşdırma aparma və nəticələri əsaslandırılmış şəkildə təqdim etmə bacarıqlarının formalaşmasına, eləcə də gələcək elmi və peşəkar fəaliyyətlərində tədqiqat aparmaq üçün zəruri metodoloji biliklərin mənimsənilməsinə şərait yaradır.

Fənnin məqsədi: Magistr tələbələrini müasir elmi tədqiqatların nəzəri əsasları, metodologiyası və praktik bacarıqları ilə təmin etmək; elmi fəaliyyətin planlaşdırılması, məlumatların toplanması və təhlili, nəticələrin elmi üslubda təqdimatı üzrə kompetensiyalar formalaşdırmaq.

 

Fənnin təlim nəticəsi:

  1. Elmi tədqiqatın nəzəri əsaslarını və əsas anlayışlarını anlayır, müxtəlif tədqiqat metodologiyalarının mahiyyətini dərk edir;
  2. Tədqiqatı planlaşdırır, elmi ədəbiyyatda axtarış edir, məlumatları toplayır, keyfiyyətcə qiymətləndirir və sistemləşdirir;
  3. Elmi etikaya və tədqiqat prosesində etik normalara riayət edir;
  4. Əsas statistik təhlilləri edə bilir, əldə olunan məlumatları analiz edir;
  5. Elmi hesabatın strukturu, yazı qaydaları və təqdimat standartlarına əməl edir;
  6. Tədqiqat nəticələrini interpretasiya edir və elmi müzakirə edir.

 

Fənnin məzmunu

“Tədqiqat metodları” fənni Azərbaycan Tibb Universiteti tərəfindən İctimai Səhiyyə ixtisasının  Əmək sağlamlığı ixtisaslaşması üzrə təhsil proqramında müəyyən edilmiş əsas fənndir.

“Tədqiqat metodları” fənni ali təhsil prosesində və elmi fəaliyyətin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Bu fənn tələbələrə yalnız məlumat toplamaq yollarını deyil, həm də elmi düşünmə tərzini, analitik yanaşmanı və problemə obyektiv baxış bucağını öyrədir. Müasir dünyada informasiya bolluğu içində düzgün məlumatı seçmək, onun etibarlılığını qiymətləndirmək və nəticələri elmi əsaslarla şərh etmək mühüm bacarıq hesab olunur. Tədqiqat metodları məhz bu bacarıqların formalaşmasında əsas körpü rolunu oynayır. Bu fənnin əhəmiyyəti həm də ondan ibarətdir ki, tələbələrə sistemli düşünmə və elmi yanaşmanı tətbiq etməyi öyrədir. Hər hansı bir problem və ya tədqiqat mövzusu ilə qarşılaşdıqda, tələbə tədqiqat sualını necə formalaşdırmağı, məqsəd və vəzifələri necə müəyyənləşdirməyi, uyğun metod və alətləri seçməyi bacarır. Bu isə onları həm akademik mühitdə, həm də praktiki iş həyatında daha çevik və effektiv edir.

 

Fənnin tədris formatı

Əyani

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

 

Tədqiqat metodları fənninin predmeti və vəzifələri. Elmi tədqiqatın mahiyyəti və prinsipləri.

  1. Creswell, J. W. Research Design: Qualitative, Quantitative, and Mixed Methods Approaches.
  2. Kothari, C. R. Research Methodology: Methods and Techniques.
  3. Neuman, W. L. Social Research Methods: Qualitative and Quantitative Approaches.

2

2

Tədqiqat prosesinin mərhələləri.

  1. Saunders, M., Lewis, P., Thornhill, A. Research Methods for Business Students.
  2. Creswell, J. W. Educational Research: Planning, Conducting, and Evaluating Quantitative and Qualitative Research.
  3. Kothari, C. R. Research Methodology: Methods and Techniques.

2

 

3

 

Elmi ədəbiyyat və mənbələrlə işləmə.

  1. Hart, C. Doing a Literature Review.
  2. Booth, A., Sutton, A., Papaioannou, D. Systematic Approaches to a Successful Literature Review.
  3. Ridley, D. The Literature Review: A Step-by-Step Guide.

 

 

2

 

4

Keyfiyyət metodları (müsahibə, müşahidə, mətn təhlili).

  1. Braun, V., Clarke, V. Successful Qualitative Research.
  2. Charmaz, K. Constructing Grounded Theory.
  3. Silverman, D. Interpreting Qualitative Data.
  4. Flick, U. An Introduction to Qualitative Research.

2

5

Kəmiyyət metodları (sorğu, eksperiment, test).

  1. Creswell, J. W. Research Design.
  2. Field, A. Discovering Statistics Using IBM SPSS Statistics.
  3. Muijs, D. Doing Quantitative Research in Education.

2

6

Sistematik təhlil və meta-analizin mahiyyəti, strukturu, yazılma qaydası.

 

  1. Higgins J., Thomas J. Cochrane Handbook for Systematic Reviews of Interventions.
  2. Petticrew, M., & Roberts, H. Systematic Reviews in the Social Sciences.

2

7

Biostatistika haqqında anlayış. Variasiya analizləri

  1. Qafarov, İ. (2022). Biostatistika. Bakı: Təhsil Nəşriyyatı.
  2. Friedman, L. M., Furberg, C. D., & DeMets, D. L. (2015). Fundamentals of Clinical Trials (5th ed.). New York, NY: Springer

2

8

Asılı olmayan iki qrup arasında statistik analizlər

  1. Qafarov, İ. (2022). Biostatistika. Bakı: Təhsil Nəşriyyatı.
  2. Altman, D. G. (1991). Practical statistics for medical research. London: Chapman & Hall.

2

9

Asılı olan iki qrup arasında statistik analizlər

  1. Qafarov, İ. (2022). Biostatistika. Bakı: Təhsil Nəşriyyatı.
  2. Altman, D. G. (1991). Practical statistics for medical research. London: Chapman & Hall.

2

10

Elmi tədqiqatda etik məsələlər, etik qaydalara riayət etməyin vacibliyi

  1. Israel, M. & Hay, I. Research Ethics for Social Scientists.
  2. American Psychological Association. Ethical Principles of Psychologists and Code of Conduct.
  3. Diener, E. & Crandall, R. Ethics in Social and Behavioral Research.

2

11

Elmi məqalənin yazılma texnikası.

  1. Creswell, J. W. Writing Research Papers: A Guide to the Process.
  2. Murray, R. Writing for Academic Journals.
  3. Turabian, K. L. A Manual for Writers of Research Papers, Theses, and Dissertations.

2

12

Dissertasiyanın yazılma texnikası

  1. Turabian, K. L. (2018). A manual for writers of research papers, theses, and dissertations (9th ed.). Chicago, IL: University of Chicago Press.
  2. O’Leary, Z. (2017). The essential guide to doing your research project (3rd ed.). Thousand Oaks, CA: SAGE Publications.

2

 

13

Tədqiqat layihələrinin idarə olunması

  1. Locke, L., Spirduso, W., Silverman, S. Proposals That Work: A Guide for Planning Dissertations and Grant Proposals.
  2. Ogden, T. Research Proposals: A Guide to Success.

2

14

Qrant yazma

  1. Locke, L., Spirduso, W., Silverman, S. Proposals That Work: A Guide for Planning Dissertations and Grant Proposals.
  2. Callahan, J. The Grant Writing and Funding Coach.

2

 

15

Müasir elmi tendensiyalar

  1. Mertens, D. Research and Evaluation in Education and Psychology (müasir yanaşmalar).
  2. Babbie, E. The Practice of Social Research.
  3. Viziual və təqdimat bacarıqları üçün: Alley, M. The Craft of Scientific Presentations.

2

 

Cəmi

 

30

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Elmi problemin müəyyənləşdirilməsi və tədqiqat sualının formalaşdırılması.

  1. Creswell, J. W. Research Design: Qualitative, Quantitative, and Mixed Methods Approaches.
  2. Kumar, R. Research Methodology: A Step-by-Step Guide for Beginners.

2

2

Hipotezin qurulması və dəyişənlərin müəyyən olunması.

  1. Trochim, W. – Research Methods Knowledge Base

2

3

Tədqiqat planı və dizaynının hazırlanması.

  1. Creswell, J. W. Research Design.
  2. Bryman, A. Social Research Methods.

2

4

Ədəbiyyat axtarışı üçün elektron bazalardan istifadə (Google Scholar, PubMed və s.)

  1. Hart, C. Doing a Literature Search.
  2. Booth, A., Sutton, A., & Papaioannou, D. Systematic Approaches to a Successful Literature Review.

2

5

Ədəbiyyat icmalının yazılması və mənbələrin kritik təhlili.

  1. Ridley, D. The Literature Review: A Step-by-Step Guide.
  2. Galvan, J. Writing Literature Reviews.

2

 

6

Müşahidə üsulu ilə tədqiqatın aparılması və məlumatların qeyd olunması

  1. Spradley, J. Participant Observation.
  2. Kawulich, B. Participant Observation as a Data Collection Method

2

7

Sorğu alətinin hazırlanması və sorğu dizaynı.

  1. Fowler, F. J. Survey Research Methods.
  2. Dillman, D. Internet, Phone, Mail, and Mixed-Mode Surveys.

2

8

Eksperimental tədqiqatlarda nəzarət və eksperimental qrupların təşkil prinsipləri.

  1. Shadish, Cook & Campbell. Experimental and Quasi-Experimental Designs for Generalized Causal Inference.
  2. Gravetter & Forzano. Research Methods for the Behavioral Sciences.

2

9

Dataset yaradılması, dəyişənlərin kodlaşdırılması.

  1. Kabacoff, R. R in Action.
  2. Wickham, H., & Grolemund, G. R for Data Science.
  3. Field, A., Miles, J., Field, Z. Discovering Statistics Using R.
  4. Walkenbach, J. Excel for Data Analysis: The Missing Manual.

2

10

Təsviri statistika: orta, median, standart kənarlaşma və onların şərhi.

  1. Field, A. Discovering Statistics Using R.
  2. Moore, D., McCabe, G. Introduction to the Practice of Statistics.

2

11

Sadə inferensial testlərin aparılması (t-test, chi-square və s.), korrelyasiya (Pearson, Spearman) əlaqələrinin tapılması.

  1. Field, A. Discovering Statistics Using R.
  2. Howell, D. Statistical Methods for Psychology.

2

12

Etik risklərin qiymətləndirilməsi və iştirakçıların müdafiəsi.

  1. Resnik, D. The Ethics of Research with Human Subjects.
  2. Beauchamp & Childress. Principles of Biomedical Ethics.

2

13

Elmi məqalənin strukturu: giriş, metodologiya, nəticə və müzakirə hissələrinin yazılması.

 

  1. Day, R. How to Write and Publish a Scientific Paper.
  2. Bem, D. Writing the Empirical Journal Article (APA).

2

14

Sitatlandırma qaydaları və mənbə siyahısının tərtibi.

 

  1. APA Publication Manual (7th Edition).
  2. Lipson, C. Cite Right.

2

15

Qrant yazma üzrə praktiki məşğələ: layihə məqsədi, nəticələri və büdcənin tərtibi.

  1. Gerdau, B. The Grant Writing Guide.
  2. Miner, J., & Miner, L. Proposal Planning & Writing.

2

 

Cəmi

 

30