Bizi izləyin:
Heydər Əliyev
Neft və kimya sənayesində əmək sağlamlığı
Bölmələrimiz
Neft və kimya sənayesində əmək sağlamlığı

“Neft və kimya sənayesində əmək sağlamlığı” fənni neft-qaz hasilatı, emalı və kimya sənayesi müəssisələrində əmək fəaliyyəti zamanı formalaşan istehsalat mühitinin gigiyenik xüsusiyyətlərini, zərərli və təhlükəli amillərin insan sağlamlığına təsir mexanizmlərini və bu təsirlərin elmi əsaslarla idarə olunması prinsiplərini öyrənir. Fənn  magistrantlara neft və kimya sənayesinə xas olan əmək şəraitinin sağlamlığa təsirini kompleks şəkildə qiymətləndirmək, peşə risklərini elmi əsaslarla təhlil etmək və effektiv profilaktik tədbirlər planlaşdırmağı öyrədir. Proqram çərçivəsində istehsalat proseslərində rast gəlinən fiziki, kimyəvi, bioloji və psixofizioloji amillər, o cümlədən neft və kimya sənayesinə xas toksik qazlar, uçucu üzvi birləşmələr, ağır metallar, kanserogen maddələr haqqında geniş məlumat verilir. Eyni zamanda, əmək sağlamlığı sahəsində milli qanunvericilik, beynəlxalq standartlar, risklərin idarə olunması, istehsalat nəzarəti, fərdi və kollektiv mühafizə vasitələrinin tətbiqi məsələləri elmi əsaslarla izah edilir.

 

Fənnin məqsədi:

Neft və kimya sənayesində istehsal prosesləri zamanı işçilərin sağlamlığına mənfi təsir göstərə bilən fiziki, kimyəvi, bioloji və psixofizioloji amillərin öyrənilməsi, bu amillərin qiymətləndirilməsi və onların qarşısının alınması yollarının formalaşdırılmasından ibarətdir.Fənnin əsas məqsədi magistrantlara neft və kimya sənayesinə xas olan zərərli və təhlükəli istehsal amillərinin əmək gigiyenası baxımından elmi əsaslarla təhlilini aparmağı, gigiyenik normalar və standartlara uyğun sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə bilik və bacarıqlar aşılamaqdır.Bu fənn vasitəsilə magistrantlarda peşə xəstəliklərinin profilaktikası, istehsalat mühitinin gigiyenik qiymətləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması və işçilərin sağlamlığının qorunması istiqamətində sistemli yanaşma formalaşdırılır.

 

Fənnin təlim nəticəsi:

  1. Neft və kimya sənayesində istehsal proseslərinin gigiyenik xüsusiyyətlərini, bu sahəyə xas olan fiziki, kimyəvi və psixofizioloji amillərin insan sağlamlığına təsir mexanizmlərini elmi əsaslarla izah edir.
  2. İstehsalat mühitində mövcud olan zərərli və təhlükəli amillərin gigiyenik qiymətləndirilməsini aparmaq üçün müasir ölçmə, analiz və monitorinq metodlarını tətbiq edir.
  3. Neft və kimya sənayesində formalaşan peşə xəstəliklərinin etiologiyasını, patogenezini və epidemioloji xüsusiyyətlərini təhlil edir, onların profilaktikası üzrə elmi əsaslandırılmış tədbirlər hazırlayır.
  4. Əmək şəraitinin sağlamlaşdırılması məqsədilə sanitar-gigiyenik, texniki-texnoloji və təşkilati tədbirləri sistemli şəkildə qiymətləndirir və optimal həll yolları təklif edir.
  5. Gigiyenik norma və standartlara uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələrinin seçilməsi, tətbiqi və effektivliyinin qiymətləndirilməsi üzrə müstəqil qərarlar qəbul edir.
  6. Əmək gigiyenası sahəsində qüvvədə olan milli və beynəlxalq normativ-hüquqi sənədlərin neft və kimya sənayesində tətbiq xüsusiyyətlərini müqayisəli şəkildə təhlil edir.
  7. İstehsalat risklərinin azaldılması, işçilərin sağlamlığının qorunması və davamlı əmək qabiliyyətinin təmin edilməsi məqsədilə elmi-tədqiqat və praktiki yönümlü tövsiyələr hazırlayır.

.

Fənnin məzmunu:

“Neft və kimya sənayesində əmək sağlamlığı” fənni Azərbaycan Tibb Universiteti tərəfindən İctimai Səhiyyə ixtisasının  Əmək sağlamlığı ixtisaslaşması üzrə təhsil proqramında müəyyən edilmiş seçim fənndir. Neft və kimya sənayesində əmək sağlamlığının elmi-nəzəri əsasları, predmeti və metodları. Əmək sağlamlığının istehsalat təbabəti sistemində yeri və rolu. Neft və kimya sənayesinin əmək sağlamlığı baxımından spesifik xüsusiyyətləri. Müasir istehsalat şəraitində əmək sağlamlığının  aktual problemləri. Neft və kimya sənayesində istehsalat mühiti və əmək şəraiti. İstehsalat mühiti anlayışı və strukturu. Əmək şəraitinin formalaşmasına təsir edən amillər. Texnoloji proseslərin gigiyenik xüsusiyyətləri. İş yerlərinin gigiyenik qiymətləndirilməsi. Kimyəvi istehsalat amilləri və onların sağlamlığa təsiri. Neft və kimya sənayesində istifadə olunan zərərli kimyəvi maddələrin təsnifatı. Toksiki maddələrin orqanizmə daxil olma yolları. Kəskin və xroniki zəhərlənmələr. Gigiyenik normalaşdırma və yol verilən hədlər.

 Fiziki istehsalat amilləri. Səs-küy, vibrasiya, istehsalat tozu,qeyrionlaşdırıcı şüalanmalar, temperatur, rütubət və hava cərəyanı. Fiziki amillərin insan sağlamlığına təsiri. Fiziki amillərin gigiyenik qiymətləndirilməsi və normalaşdırılması..Bioloji istehsalat riskləri və onların gigiyenik əhəmiyyəti. Əmək prosesində psixofizioloji yüklənmələr. Gərgin əmək şəraitinin insan sağlamlığına təsiri. Stress və peşə yorğunluğu. Peşə xəstəlikləri və onların profilaktikası. Neft və kimya sənayesində geniş yayılmış peşə xəstəlikləri. Peşə xəstəliklərinin yaranma mexanizmləri. Erkən diaqnostika və tibbi nəzarət.

 Profilaktik tədbirlərin gigiyenik əsasları. Sanitar-gigiyenik və texniki mühafizə tədbirləri. İstehsalat mühitinin sağlamlaşdırılması yolları. Havalandırma sistemləri və onların gigiyenik tələbləri. Texnoloji proseslərin hermetikləşdirilməsi. Zərərli amillərin mənbəyində azaldılması prinsipləri.Fərdi mühafizə vasitələrinin təsnifatı və tətbiqi. Kollektiv mühafizə tədbirlərinin gigiyenik üstünlükləri. Mühafizə vasitələrinin effektivliyinin qiymətləndirilməsi.Əmək gigiyenası sahəsində milli qanunvericilik. Beynəlxalq standartlar və konvensiyalar. Neft və kimya sənayesində normativ-hüquqi sənədlərin tətbiqi xüsusiyyətləri.

Bu fənn magistrantların peşə sağlamlığının qorunması sahəsində analitik düşünmə, tədqiqat aparma və praktik qərarvermə bacarıqlarının inkişafına, həmçinin neft və kimya sənayesində dayanıqlı və təhlükəsiz əmək mühitinin formalaşmasına töhfə verir.

 

Fənnin tədris formatı

Əyani                                            

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Neft sənayesində əmək gigiyenası,neftin quruda və dənizdə çıxarılması texnologiyası və xüsusiyyətləri

1.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393

1.2. Həsənov M.H. Sənaye gigiyenasının əsasları. Bakı, Təhsil, 2016.

1.3. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018

1.4. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

2

Dənizdə və quruda işləyən neftcilərin əmək şəraitinin gigiyenik səciyyələndirilməsi.

2.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393

2.2. Əliyev Ə.Ə. Əmək gigiyenası və peşə xəstəlikləri. Bakı, Elm, 2015

2.3. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018.

2.4. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020

 

 

2

 

3

Neft çıxarma sənayesində çalışan işçilərin sağlamlıq vəziyyəti.

3.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393

3.2.Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017

3.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

 

 

2

4

 

 

Neftçilərin sağlamlığına təsir edən istehsalat riskləri və funksional pozuntular
(tənəffüs, sinir, dəri və dayaq-hərəkət sistemi xəstəlikləri)

4.1.S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393

4.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017

4.3. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020.

4.4. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

5

Neftcilərin əmək şəraitinin yaxşılaşdırılması və profilaktik tədbirlər

5.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393

5.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

5.3. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018.

5.4. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020.

 

 

 

2

6

Kimya sənayesində əmək şəraitinin gigiyenik xüsusiyyətləri və istehsalat mühiti
(kimyəvi, fiziki və bioloji zərərli amillər)

 

6.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393.

6.2. WHO. Hazard Prevention and Control in the Working Environment. Geneva, 2018.

6.3. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018.

6.4. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

7

Kimya sənayesində işçilərdə peşə xəstəlikləri və zəhərlənmələr
(kəskin və xroniki intoksikasiyalar, allergik xəstəliklər)

7.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393.

7.2. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018.

7.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

7.4. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017

 

8

Zərərli kimyəvi maddələrin insan orqanizminə təsiri və patogen mexanizmlər
(tənəffüs, dəri və sinir sistemi pozuntuları)

.

 

8.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası” (dərslik, Bakı 2015)səh. 5-393

8.2. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020.

8.3. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

8.4. Həsənov M.H. Sənaye gigiyenasının əsasları. Bakı, Təhsil, 2016

 

9

Kimya sənayesində əmək gigiyenası və sağlamlığın qorunması üçün profilaktik tədbirlər
(texniki, sanitar-gigiyenik və fərdi mühafizə vasitələri)

 

9.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi Əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393

9.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

9.3. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020.

9.4. Həsənov M.H. Sənaye gigiyenasının əsasları. Bakı, Təhsil, 2016

2

10

Kimya müəssisələrində tibbi nəzarət və peşə xəstəliklərinin profilaktikası
(ilkin və dövri tibbi müayinələr, istehsalat nəzarəti)

 

10.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva, C.Y.Salihova “Xüsusi əmək gigiyenası”(dərslik, Bakı 2015)səh. 5-393

10.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

10.3. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020.

2

 

Cəmi

 

20

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Neft sənayesində istehsalat mühitinin gigiyenik təhlili və risklərin qiymətləndirilməsi

1.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 478-479

1.2. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018

1.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

 

2

2

 

 

Zərərli və təhlükəli istehsalat amillərinin (kimyəvi, fiziki, bioloji) identifikasiyası

2.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 479-480

2.2. R.H.Əliyeva”Əmək gigiyenasından təcrübi məşğələlər”tədris-metodik vəsait. Bakı 2007. Səh. 4-70

2.3. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020

2.4. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

 

2

3

 

 

 

Neft hasilatı və emalı proseslərində kimyəvi maddələrin gigiyenik normalaşdırılması

3.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 479-480

3.2. “Azərbaycan Respublikasının Əmək məcəlləsi” Bakı. 1999.

3.3. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018

 

2

4

 

 

 

İstehsalat obyektlərində hava mühitinin sanitar-gigiyenik qiymətləndirilməsi

4.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

4.2. “Azərbaycan Respublikasının Əmək məcəlləsi” Bakı. 1999.

4.3. S.A.Gürzəliyev “Əmək proseslərinin öyrənilməsində istifadə olunan fizioloji və gigiyenik müayinə üsulları”dərs vəsaiti Bakı 2020. Səh. 5-125

2

 

 

5

Səs, vibrasiya və mikroiqlimin neftçilərin sağlamlığına təsirinin praktiki öyrənilməsi

5.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

5.2. R.H.Əliyeva”Əmək gigiyenasından təcrübi məşğələlər”tədris-metodik vəsait. Bakı 2007. Səh. 4-70

5.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

 

 

2

6

Neft sənayesində peşə xəstəliklərinin diaqnostik meyarlarının təhlili (praktiki hallar əsasında)

6.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

6.2. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018

6.3. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

2

 

7

Fərdi və kollektiv mühafizə vasitələrinin seçilməsi və effektivliyinin qiymətləndirilməsi

7.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

7.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

7.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

8

Neft obyektlərində əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin planlaşdırılması

8.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487.

8.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

8.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

9

İlkin və dövri tibbi müayinələrin təşkili və nəticələrinin gigiyenik təhlili

9.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

9.2.“Azərbaycan Respublikasının Əmək məcəlləsi” Bakı. 1999.

9.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

10

Neft sənayesində istehsalat gigiyenası üzrə normativ sənədlərlə praktiki iş
(sanitar normalar, gigiyenik normativlər, təhlükəsizlik qaydaları)

 

10.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487.

10.2. “Azərbaycan Respublikasının Əmək məcəlləsi” Bakı. 1999.

10.3. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020.

 10.4. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

 

   11 

Kimya sənayesində istehsalat mühitinin gigiyenik qiymətləndirilməsi
– əmək şəraitinin təhlili, risk amillərinin müəyyənləşdirilməsi

11.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

11.2. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018

11.3.ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

12

Zərərli kimyəvi maddələrin identifikasiyası və təhlükə sinifləri üzrə təsnifatı
– toksikoloji göstəricilər, MPC (YVQ) anlayışı.  . 

12.1.S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487.

12.2. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

12.3. İmanov R.M. Neft və kimya sənayesində əmək şəraiti və sağlamlıq. Bakı, Nafta-Press, 2018

2

13

Zərərli kimyəvi maddələrin identifikasiyası və təhlükə sinifləri üzrə təsnifatı
– toksikoloji göstəricilər, MPC (YVQ) anlayışı. 

13.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487.

13.2. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020

13.3. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

2

14

Kimyəvi maddələrin insan orqanizminə təsir mexanizmlərinin praktiki təhlili
– tənəffüs, dəri və həzm yolu ilə təsir

 

14.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487.

14.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

14.3.LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020

2

15

Kimya sənayesində peşə xəstəliklərinin və xroniki zəhərlənmələrin analizi
  klinik hallar və statistik məlumatlar əsasında

                               

15.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

15.2.Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

15.3.LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020

2

16

Mikroiqlim, səs və vibrasiyanın gigiyenik normalaşdırılması
  ölçmə metodları və nəticələrin şərhi

16.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

16.2. R.H.Əliyeva”Əmək gigiyenasından təcrübi məşğələlər”tədris-metodik vəsait. Bakı 2007. Səh. 4-70

16.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

17

Fərdi və kollektiv mühafizə vasitələrinin seçilməsi və istifadəsinin qiymətləndirilməsi   respiratorlar, ventilyasiya sistemləri, qoruyucu geyimlər

17.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487.

17.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

17.3. LaDou J. Current Occupational & Environmental Medicine. McGraw-Hill, 2020

2

18

Kimya müəssisələrində əmək gigiyenası üzrə profilaktik tədbirlərin hazırlanması
  texniki, sanitar və təşkilati tədbirlər

18.1. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487

18.2. Quliyev F.A. Peşə xəstəlikləri və onların profilaktikası. Bakı, Elm və Təhsil, 2017.

18.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

19

İlkin və dövri tibbi müayinələrin təşkili və nəticələrinin gigiyenik təhlili
  risk qruplarının müəyyən edilməsi

19.1. “Azərbaycan Respublikasının Əmək məcəlləsi” Bakı. 1999.

19.2. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 16-19

19.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

20

Kimya sənayesində əmək gigiyenası üzrə normativ-hüquqi sənədlərlə praktiki iş

20.1. “Azərbaycan Respublikasının Əmək məcəlləsi” Bakı. 1999.

20.2. S.A.Gürzəliyev, R.H.Əliyeva, R.A.Orucov, M.Y.Nəbiyeva “Əmək gigiyenası” dərslik. Bakı 2013. Səh. 5-487.

20.3. ILO. Occupational Safety and Health in the Chemical Industry. Geneva, 2019.

2

 

Cəmi

 

40 saat