Bizi izləyin:
Heydər Əliyev
İşçilərin sağlamlığına nəzarət fənni
Bölmələrimiz
İşçilərin sağlamlığına nəzarət fənni

Müasir dövrdə insanların əmək fəaliyyəti müəyyən istehsalat mühiti şəraitində keçir. İstehsalat mühiti isə təbii iqlim və peşə fəaliyyəti ilə əlaqədar olan amillərdən (səs-küy, vibrasiya, toksiki qazlar, buxarlar və s.) ibarətdir ki, bunlar  iş prosesində işçi orqanizmi üçün  fiziki, kimyəvi  bioloji və mexaniki təhlükələr yaradır. Bu sahədə əməyin mühafizəsi və təhlükəsizliyi, peşə xəstəlikləri və istehsalatla bağlı sağlamlıq pozuntularının qarşısının alınması baxımından  sağlamlıq risklərinin qiymətləndirilməsi və iş yerlərində sanitar-gigiyenik normaların yerinə yetirilməsi istiqamətində “İşçilərin sağlamlığına nəzarət” fənni mühüm elmi-praktiki əhəmiyyət kəsb edir.

Fənnin məqsədi: əmək proseslərinin icrası və avadanlıqların istismarı zamanı zərərli və təhlükəli istehsalat amillərinin tam aradan qaldırılması, peşə xəstəliklərinin profilaktikası istiqamətində  işçilərin sağlamlığına nəzarət sahəsində elmi-praktiki biliklərin formalaşdırılması, əmək şəraitinin qiymətləndirilməsi və sağlamlıq risklərinin idarə olunması haqqında bilik və  bacarıqların formalaşdırılmasıdır.

Fənnin təlim nəticəsi:

  1. İşçilərin sağlamlığına nəzarətin məqsəd və prinsiplərini izah edir.
  2. İlkin, dövri və növbədənkənar tibbi müayinələrin təşkili və aparılma qaydalarını şərh edir.
  3. Peşə riskləri ilə sağlamlıq göstəriciləri arasındakı əlaqəni təhlil edir.
  4. İşçilərin sağlamlıq vəziyyətinin monitorinqini aparır.
  5. Peşə xəstəliklərinin profilaktikası və erkən aşkar olunması tədbirlərini planlaşdırır.
  6. İş yerlərində sağlamlığa nəzarət üzrə normativ-hüquqi sənədləri praktikada tətbiq edir.

Fənnin məzmunu

“İşçilərin sağlamlığına nəzarət” fənni əmək fəaliyyəti prosesində insan sağlamlığının qorunmasının elmi, təşkilati və praktiki əsaslarını öyrənən multidissiplinar bir fəndir. Fənn istehsalat və xidmət sahələrində mövcud olan əmək şəraitinin insan orqanizminə təsirinin qiymətləndirilməsi, zərərli və təhlükəli istehsalat amillərinin müəyyən edilməsi, peşə xəstəlikləri və istehsalatla bağlı sağlamlıq pozuntularının qarşısının alınması məsələlərini əhatə edir. Eyni zamanda, işçilərin ilkin və dövri tibbi müayinələrinin təşkili, sağlamlıq monitorinqi sistemlərinin qurulması, peşə xəstəliklərinin erkən diaqnostikası və profilaktik tədbirlərin planlaşdırılması üzrə biliklərin formalaşdırılmasına yönəldilmişdir. Bununla yanaşı, milli və beynəlxalq normativ-hüquqi sənədlər, standartlar və tövsiyələr əsasında işçilərin sağlamlığına nəzarətin hüquqi və təşkilati mexanizmləri araşdırılır. Magistrlar yiyələndiyi bilik və bacarıqları qanunvericilik əsasında G və EM, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və təbii sərvətlər nazirliyi, Əmək təhlükəsizliyi, SƏTƏM- də  Əmək sağlamlığı üzrə həkim mütəxəssis  kimi işləyən əhalimim sağlamlığı üzərində həyata keçirəcəklər.

Fənnin tədris formatı

Əyani

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

İşçilərin sağlamlığına nəzarət fənninin məqsədi, və vəzifələri. Əmək mühitinin əsas risk amilləri

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

5. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

2

Fiziki amillərin sağlamlığa təsiri (səs-küy, vibrasiya, radiasiya və s.)

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

5. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

3

Kimyəvi amillərin sağlamlığa təsiri

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

4. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

4

Bioloji amillərin sağlamlığıa təsiri.

5

Meteoroloji amillərin sağlamlığa təsiri

6

Peşə xəstəlikləri, təsnifaıt və yaranma mexanizmləri,  profilaktikası

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

3. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

7

Əmək mühafizəsi və sağlamlığa nəzarətin normativ-hüquqi əsasları

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

5. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

8

İşçilərin tibbi müayinələri və sağlamlıq monitorinqi

9

Risklərin qiymətləndirilməsi və idarə olunması, müasir yanaşmalar

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

5. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

10

Sanitariya-maarifləndirmə və sağlam həyat tərzinin təşviqi

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

5. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

Cəmi

20

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Əmək mühitinin gigiyenik qiymətləndirilməsi

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

2

İş yerlərinin sanitar-gigiyenik göstəricilərinin təhlili

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

3

İş yerlərində zərərli və təhlükəli istehsalat amillərinin müəyyən edilməsi

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

4

Azərbaycan respublikasının qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əsasında işçilərin sağlamlığının qorunması

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

2

5

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əsasında
işçilərin hüquq və vəzifələrin təhlili

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

2

6

  “Əmək mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə praktik situasiyaların təhlili 

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Sanitariya-epidemioloji salamatlıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU https://e-qanun.az/framework/7916

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi https://e-qanun.az/framework/46943

2

7

Fiziki amillərin (səs-küy, vibrasiya, mikroiqlim və s.) sağlamlığı təsirinin qiymətləndirilməsi

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

8

Fiziki amillərin (səs-küy, vibrasiya, mikroiqlim və s.) sağlamlığı təsiri və normativ göstəricilərlə müqayisəsi 

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

9

Kimyəvi maddələrin və istehsalat aerozollarının sağlamlığa təsirinin gigiyenik qiymətləndirilməsi

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

10

Kimyəvi maddələrin və istehsalat aerozollarının sağlamlığa təsiri və normativ göstəricilərlə müqayisəsi 

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

11

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri əsasında işçilərin sağlamlıq vəziyyətinin iymətləndirilməsi,
tibbi sənədləşmə və praktik nümunələrin təhlili

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

2

12

İşçilərin ilkin  dövri tibbi müayinələrinin keçirilməsi qaydaları (Nazirlər Kabinetinin müvafiq qərarları əsasında)

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

2

13

İşçilərin dövri tibbi müayinələrinin keçirilməsi qaydaları
(Nazirlər Kabinetinin müvafiq qərarları əsasında)

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli əmri. https://sehiyye.gov.az/huquqi-senedler/sehiyye-nazirliyinin-emrleri/

2

14

Risklərin qiymətləndirilməsi və profilaktik tədbirlər planının hazırlanması (yerli qanunvericiliyə uyğun praktiki tapşırıq )

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

15

İşçilərin sağlamlığının qorunmasında maarifləndirmənin rolu

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

16

 Şəxsi və istehsalat gigiyenası qaydaları

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

17

Zərərli amillərdən qorunma və fərdi mühafizə vasitələrinin istifadəsi

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

18

Yoluxucu xəstəliklərin və peşə xəstəliklərinin profilaktikası

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

19

Sağlam həyat tərzinin təşviqi: düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

20

Maarifləndirmə tədbirlərinin təşkilində praktiki nümunələr

1.S.A.Gürzəliyеv, R.H.Əliyеva, R.A.Orucov, M.Y.Nəbiyеva Əmək gigiyenası, dərslik 2013, s. 465-477

2. ISO 45001: Occupational Health and Safety Management Systems https://www.iso.org/standard/63787.html

2

Cəmi

40

Tədris və öyrənmə metodları

    • “çevrilmiş sinif” (“flipped classroom”) sistemi
    • mühazirə, seminarlar
    • praktik tapşırıqlar
    • təqdimatlar və müzakirələr
    • müstəqil iş/araşdırma
    • rol oyunları;
    • tapşırıq-əsaslı öyrənmə (task-based learning);
    • problem-əsaslı öyrənmə (problem based learning)
    • hadisə-əsaslı öyrənmə (case-based learning)
    • qartopu (snowball)
    • dəyirmi masa (round table)
    • masanın mərkəzində qələm (pen in the center of the table)
    • quizizz

Ölçmə - qiymətləndirmə

Qiymətləndirmə üsulları

Qiymət (bal)

Semestr sonu imtahan

50

Cari qiymətləndirmə (şifahi)

30

Davamiyyətə görə qiymətləndirmə

10

Sərbəst iş

10

Qiymətlərin dəyərləndirilməsi

Hərf işarələri

Bal

Qiymətin açıqlaması

A

91-100

“Əla”

B

81-90

“Çox yaxşı”

C

71-80

“Yaxşı”

D

61-70

“Kafi”

E

51-60

“Qənaətbəxş”

F

0-50

“Qeyri-kafi”

Nəzəri biliklərin qiymətləndirilmə metodu şifahi  sorğu – sual ilə aparılır. 

Sorğu - sual  3 dəfə aparılır. Hər biri 10 bal üzərindən.

Hər bir sərbəst işin aşağıda göstərildiyi kimi qiymətləndirmə sistemi olur.

Fundamental və laboratoriya fənlərdə bir və ya iki sərbəst iş olmalıdır (Essay və ya layihə-əsaslı). (İki sərbəst iş verilirsə, hər birinin öz qiymətləndirmə sistemi və müəyyən edilmiş meyarların balı olmalıdır. 10 ballıq sistem olduğundan, qiymətləndirilən sərbəst işin hər biri 5 ballıq sistemdən ibarət olmalıdır.

Sərbəst iş

Yazılma forması

  • Məlumatların aktuallığı və keyfiyyəti. Seçdiyiniz ölkədə/regionda səhiyyə və sağlamlıqla bağlı inkişaf/vəziyyət sahəsində situasiyanı təsvir etmək üçün təqdim etdiyiniz məlumatların maksimum aktual, tam və dəqiq olduğundan əmin olun. Verilənləri diqqətlə seçin, verilənləri dəqiq təsvir edin və mətndə onlara istinad edin. Seçiminizi əsaslandırın və bunun vacib olduğunu necə başa düşdüyünüzü göstərin.
  • Analiz və əsaslandırma. Seçdiyiniz ölkədə/regionda sağlamlıqla bağlı situasiyanın analizinin keyfiyyəti necədir? Sağlamlığa/problemə təsir göstərən geniş spektrli amillərdən istifadə edin, habelə, yerli və qlobal təsirləri nəzərə alın. Oxuduqlarınızın təsvirindən kənara çıxan yaradıcı və analitik düşüncə tərzi nümayiş etdirin.
  • Ədəbiyyatın tədqiqi və istifadəsi. Qiymətləndirmənin əsasını təşkil edən nəşr olunan ədəbiyyat nə dərəcədə keyfiyyətli və lazımı qaydadadır? Hansı məhdudlaşdırıcı amillərlə qarşılaşdınız? Mövcud məlumatlardan, nəzəriyyədən və digər mütəxəssislərin fikirlərindən istifadə edin. Əsas anlayışları aydın şəkildə təsvir edin. Fənn üçün təqdim olunmuş ədəbiyyatdan kənara çıxın. Mövzunuza aid lazım olan bütün termin və anlayışlardan düzgün istifadə edin.
  • İşin strukturu və təşkili. İşi məntiqi qaydada izah edin və akademik yazı üçün uyğun olan aydın Azərbaycan/ingilis/rus dilində yazın. Bu struktura riayət edin: Giriş; Əsas fikir/əsas məna; Metodlar (əgər varsa); Tənqidi iradlar/tənqidi analiz; Nəticə; Yekun. 
  • İstinadlar. İşinizə lazımi və yüksək dürüstlüyə malik istinadların olduğundan əmin olun (istər resenziyalı jurnal, istərsə də digər yazılı və ya onlayn mənbələr olsun). "Ağ" və "boz" ədəbiyyatdan istifadə edin. Sitat gətirdikdə, APA və ya Vancouver üslubundan istifadə edin (birbaşa saytdakı mətnə istinad olacaq və orada hər iki metodun təsviri veriləcək).

Sərbəst işin mövzuları

  1. İşçilərin sağlamlığına nəzarətin məqsədi, vəzifələri və əmək mühitində rolu
  2. İlkin və dövri tibbi müayinələrin təşkili: əhəmiyyəti və praktik tətbiqi
  3. Peşə riskləri ilə işçilərin sağlamlıq göstəriciləri arasındakı əlaqənin təhlili
  4. Peşə xəstəliklərinin erkən aşkar olunmasında sağlamlıq monitorinqinin rolu
  5. Risk qruplarına aid işçilərin sağlamlığına nəzarət mexanizmləri
  6. İş yerlərində sağlamlıq məlumatlarının toplanması və təhlili üsulları
  7. İşçilərin sağlamlığının qorunmasında profilaktik tədbirlərin əhəmiyyəti
  8. Sağlam həyat tərzinin təşviqinin işçi sağlamlığına təsiri
  9. İşəgötürən və işçilərin sağlamlığa nəzarət sahəsində hüquq və vəzifələri
  10. Konkret bir müəssisə nümunəsində işçilərin sağlamlığına nəzarət sisteminin təhlili  

Şifahi sorğu                                         Şifahi sorğu- sual qiymətləndirmə şkalası

Sərbəst işlərin (Essay/ layihə əsaslı) qiymətləndirmə şkalası

Meyar

Üzərində işləməli

Fikiri inkişaf etdirməlı

Kafi

Yaxşı

Əla

Məlumatların aktuallığı və keyfiyyəti

Mövzunu əhatə etmir.

Məlumatda mühüm nöqsanlar. Məlumatların ciddi şəkildə yanlış təsviri.

1–3 bal

Mövzunun bəzi hissələrini əhatə edir.

Məlumatda bəzi əsas nöqsanlar və məlumatların yanlış təsviri.

4–5 bal

Mövzunu əhatə edir. Məlumatda bəzi kiçik nöqsanlar var. Məlumatlar əsasən düzgün şərh olunur.

6–7 bal

Mövzunun əsas aspektlərinə toxunur. Məlumatda bir neçə boşluq. Məlumatlar yaxşı şərh olunur.

8 – 9 bal

Mövzunun bütün aspektlərini hərtərəfli əhatə edir. Bütün müvafiq məlumatlar tapşırığa daxil edilmişdir. Məlumatlar yaxşı təhlil edilir və düzgün şərh olunur.

10 bal

Analiz və əsaslandırma

Əsaslandırmada ciddi səhvlər var. Analiz çox zəifdir və ya yoxdur. Orijinal müşahidələr yoxdur.

1 – 4 bal

Əsaslandırmada bəzi səhvlər var. Zəif analiz aparılıb. Az sayda orijinal müşahidə mövcuddur.

5 bal

Verilənlərin/məlumatların güclü və zəif tərəflərini əsaslandırır.

Analiz əsaslıdır və bəzi sübutlarla dəstəklənir. Bəzi orijinal müşahidələr qeyd edilir.

6 – 7 bal

Analiz yaxşı əsaslandırılıb və bir neçə müvafiq sübutlarla dəstəklənir. Yaxşı sintez edilmişdir və ardıcıl arqument və sübutlar mövcuddur.

Yeni müşahidələr və orijinal düşüncə nümayış edir .

8 – 9 bal

Sübut və arqumentlər geniş istifadə edilib, tənqidi qiymətləndirilib. Güclü, vahid arqument sübutlarla dəstəklənir. Orijinal və yeni müşahidələr nümayış edir.

10 bal

İşin strukturu və təşkili

Tapşırıq strukturlaşdırılmamış və ya əsasən siyahılarla çox strukturlaşdırılmışdır. Giriş, bölmələr və nəticə yoxdur və ya qeyri-müəyyəndir. İnformasiya zəif təşkil olunub və məntiqi şəkildə qurulmamışdır.

1 – 4 bal

Tapşırıq müəyyən struktura malikdir. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Bəzi məlumatlar zəif təşkil olunub,  məntiqi şəkildə qurulmuş fikirlər azdır.

5 bal

Tapşırıq strukturu ümumiyyətlə yaxşıdır. Giriş, bölmələr və nəticə bir-birindən ayrılıb. Məlumatların əksəriyyəti yaxşı təqdim edilib və ümumiyyətlə məntiqlidir.

6 – 7 bal

Tapşırıq yaxşı quruluşa malikdir. Aydın giriş, bölmələr və nəticə mövcuddur. Məlumat yaxşı təqdim edilib və məntiqlidir.

8 – 9 bal

Tapşırıq çox yaxşı qurulmuşdur. Aydın və yaxşı təşkil olunmuş giriş, bölmələr və nəticə izlənilir. Tapşırığın strukuru məntiqlidir.

Nəşr edilmiş əsərə bənzəyir.

10 bal

Ədəbiyyatın tədqiqi və istifadəsi

Çox az (<4) mənbə və istinadlar istifadə edilmişdir. Material yalnız bir mənbədən əldə edilir (məsələn, vebsaytlar, dərsliklər). Tənqidi yanaşma olmadan yalnız məlumat verilib.

1 – 4 bal

İstifadə olunan az sayda (4-5) mənbə var.

Material məhdud sayda mənbəni əhatə edir.

5 bal

İstifadə olunan orta (6-9) sayda mənbə var. İstifadə olunan mənbələr növündə bəzi müxtəlifliklər qeyd edilir, xüsusən də resenziyalı jurnallardan məqalələr var.

6 – 7 bal

Kifayət qədər çox mənbələr istifadə edilmişdir (10-11). İstinadlar müxtəlif mənbələrdən gəlir.

8 – 9 bal

Çoxlu sayda mənbə var (11>).

Saytlar, məqalələr, hökumət hesabatları, dərsliklər və s. daxil olmaqla çoxlu sayda istinadlardan istifadə olunur. Tənqidi yanaşma nümayiş edir.

10 bal

İstinadlar

Digər müəlliflərin məlumatlarının hissəvi istifadəsi (plagiat). İstinad üslubu çox zəifdir.

1 – 4 bal

Bəzi mənbələr qəbul olunur. İstinad üslubu zəifdir.

      5 bal

Mənbələr tanınır. İstinad tərzi düzgündür.

6 – 7 bal

Mənbələr tanınır və istinad üslubundan yaxşı istifadə olunur.

8 – 9 bal

Bütün mənbələr tanınır, istinad üslübü tamamilə düzdür.

10 bal

% göstəricisi

50%-dan az

50-59%

60-70%

80-90%

100%

Yekun

bal

Yekun balın

orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Yekun balın orta qiymətinin hesablanması

Təqdimatın (presentasiyanın) qiymətləndirilmə matriksi

RUBRİK (meyar)

ƏLA

Yaxşı

Orta (Kafi, qənaətbəxş)

Zəif (qeyri-qənaətbəxş)

Məzmun:

Mövzuya aiddir, ətraflı və dəqiqdir

Məzmun mövzunu tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr bütün hallarda faktlara əsaslanır.

0

Məzmun mövzunu demək olar ki, tam əhatə edir. Müzakirəyə çıxarılan mülahizələr əksər hallarda faktlara əsaslanır.

1

Məzmun mövzunun əsas  məğzini əhatə edir. Müzakirəyə çıxarılan bir çox mülahizələr faktlara əsaslanmır.

2

Məzmun mövzunun əsas  məğzini çox az əhatə edir. Müzakirəyə çıxarılan əksər mülahizələr faktlara əsaslanmır (tələbənin öz fikirləridir)

3

Bilik:

Mövzu üzrə biliyini nümayiş etdirir

Mövzu ilə bağlı hərtərəfli bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırır.

0

Mövzu ilə bağlı kifayət qədər bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları qismən cavablandırır.

1

Mövzu ilə bağlı qənaətbəxş bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları çox az cavablandırır.

2

Mövzu ilə bağlı çox az (qeyri-qənaətbəxş) bilik nümayiş etdirdi. Mövzunun mənimsənilməsini nümayiş etdirmək üçün əlavə qiymətləndirici sualları cavablandırmır.

3

Duruş/Göz təması/Maner:

Uyğun duruş və effektiv göz təması

Uyğun duruş və tam özünə inamla təqdimat edir. Yerdəyişmə, ifrat dərəcədə  jestikulyasiya və digər əsəbi davranışlardan çəkinir. Dinləyicilərlə göz təması qurur.

0

Təqdimatın çox hissəsi ərzində düz dayanır və tam özünə inamla təqdimat edir. Təqdimat zamanı dəfələrlə göz təması qurur.

1

Təqdimat zamanı bəzən sarsılır, yerində tərpənir və ya narahat görünür. Bir və ya iki dinləyici ilə göz təması qurur.

2

Duruş uyğun deyil.  Yerdəyişmə, ifrat dərəcədə  jestikulyasiya və digər əsəbi davranışlar gözə çarpır. Dinləyicilərlə demək olar ki, göz təması qurmur.

3

Həvəsli olması:

Enerjili, inamlı, həyəcansız

Təqdimat zamanı həvəsli və inamlı görünürdü. Dinləyicilərin tam diqqətini və marağını oyada bildi.

0

Təqdimat zamanı kifayət qədər həvəsli və inamlı görünürdü. Dinləyicilərin əsasən diqqətini və marağını oyada bildi.

1

Təqdimat zamanı mövzu ilə əlaqəli az həvəsli və az inamlı görünürdü. Bir və ya bir neçə dəfə auditoriyanı cəlb etmək üçün davranışı dəyişdirməyə çalışdı. Bəzi dinləyicilərin diqqətini və marağını itirdi.

2

Mövzu ilə bağlı çox az həvəs göstərdi və ya heç həvəs göstərmədi. Auditoriyanı cəlb etmək üçün davranışı dəyişdirməyə çalışmadı. Dinləyicilərin  diqqətini və marağını itirdi.

3

Auditoriya:

Auditoriya ilə əlaqə

Təqdimat zamanı nitq, danışıq tərzi və səs hündürlüyü tam düzgün qurulub. Dinləyici rəyinə əsaslanan moderativ danışıq tərzi nümayiş edir. Dinləyicilərin suallarını və şərhlərini tam sakit və fəsahətli cavablandırır.

0

Təqdimat zamanı nitq və danışıq tərzi əsasən düzgün qurulub. Dinləyici rəyinə əsaslanan kifayət qədər moderativ danışıq tərzi nümayış etdirir. Dinləyicilərin suallarını və şərhlərini əsasən cavablandırır.

1

Təqdimat zamanı nitq və danışıq tərzi qismən tənzimlənib. Dinləyicilər tələb etdikdə daha yüksək səslə  danışır. Dinləyicilərin suallarını və şərhlərini qismən cavablandırır.

2

Təqdimat zamanı səs hündürlüyünü və danışıq tərzini tənzimləmədi.

Dinləyicilərin suallarını və şərhlərini cavablandıra bilmədi.

3

Vaxt:

Müvafiq tempdə danışır

Mükəmməl vaxt tənzimlənməsi və danışıq tempi

0

Düzgün vaxt tənzimlənməsi və danışıq tempi

1

Çox qısa və ya çox uzun təqdimat müddəti

2

Düzgün tənzimlənməyən təqdimat müddəti

3

Sərbəst işlərin (Essay/ layihə-əsaslı) qiymətindən təqdimatın bacarığının balı çıxılır. Bunula da Yekun bal hesablanır.

Sərbəst işlərin (Essay əsaslı) təhvil verilməsi və Sorğu-suallr üçün son tarixlər

Imtahanların tarixləri

1-ci Sorğu-sual - 7-ci həftədə

2- ci Sorğu-sual - 9-cu həftədə

3- cü Sorğu-sual - 12-cu həftədə

1-ci Essay – 8-ci həftə

2- ci Essay – 13-cü həftə

Aralıq qiymətləndirmə - dekabr

Yekun imtahan - yanvar

Tapşırıqların və imtahanların xarakteri.

Keçmiş imtahanların nümunələrinin olması (testlər, imtahandan çəkilişlər, sərbəst işlərin yaxşı nümunəsi və s.)

İmtahan - şifahi

Tələbənin Davranış Kodeksi

Link

Universitet siyasəti – akademik dürüstlük

Akademik dürüstlük prinsipi və plagiatlıq

Azərbaycan Tibb Universiteti mütəmadi olaraq akademik dürüstlük prinsipinə əsaslanan öyrənməmədəniyyətini inkişaf etdirməyə çalışır. ATU-nun bütün heyətindən və tələbələrindən bu akademik dürüstlük prinsipinə riayət etmələri tələb olunur. Akademik pozuntunun bir növü olan plagiat, dürüstlük prinsiplərinə xələl gətirir və ATU-da buna yol verilmir.

Plagiat başqasının dərc edilmiş və ya dərc olunmamış ideyalarının istinadsız istifadəsi kimi müəyyən edilir. Bu, məqalənin bir hissəsinin və ya bütövlükdə yeni müəlliflik altında təqdim edilməsi ola bilər. Plagiat müəllifin öz materialından təkrar istifadə etməsini əhatə edir (bəzən “lazımsız nəşr” kimi də tanınır). Plagiatdan qaçmaq üçün mənbələr açıqlanmalıdır. Sitatlar dırnaq işarəsinə qoyulmalı və ya yenidən yazılmalıdır. Əgər başqasının yazılı materialının illüstrasiyalarından və ya materialın böyük hissələrindən istifadə ediləcəksə, müəlliflər icazə almalı və müvafiq sitat gətirməlidirlər.

Aşağıda plagiatın nə olduğu və bu barədə əlavə məlumatı haradan əldə edə biləcəyinizlə bağlı məlumatlar əks olunmuşdur. Hər hansı tapşırıq və akademik işlərinizdə plagiatdan yayınmaq üçün plagiatın nə olduğunu başa düşdüyünüzə əmin olmaq ATU tələbəsi olaraq daşıdığınız məsuliyyətin bir hissəsidir.

Plagiatlıq nədir?

Plagiatlıq “bu və ya digər şəxsə məxsus söz və ya fikirlərin mənbəyinə istinad etmədən öz adı altında tamamilə və ya qismən istifadə edilməsi” deməkdir. Plagiat bir növ intellektual oğurluqdur. Bu, qəsdən fırıldaqçılıqdan, söz və ya fikrin hər hansı mənbədən düzgün şəkildə istinad edilmədən kopyalanmasına qədər bir çox formada ola bilər. ATU plagiatı aşağıdakı kateqoriyalara ayırır:

  • Birbaşa köçürtmək: Mənbəyə istinad etmədən və dırnaq işarələrindən istifadə etmədən orijinal mətn ​​və ya fikrlə eyni və ya tamamilə oxşar sözlərin istifadəsi. Buraya kitabdan, məqalədən, hesabatdan və ya digər yazılı sənəddən, təqdimatdan, kompozisiyadan, çertyojdan, tərtibatdan, qrafikdən, sxemdən, kompüter proqramından və ya proqram təminatından, vebsaytdan, internetdən, digər elektron mənbədən və ya başqa birinin tapşırığından materialların, ideyaların və ya konsepsiyaların müvafiq şəkildə istinad edilmədən surətinin kopyalanması daxildir. Buraya eyni zamanda sitat gətirilən və sitatsız (kopyalanan) hissələrin birləşdirilməsi də daxil ola bilər.
  • Mənbənin yanlış parafraz edilməsi: Əsas məzmun və strukturu eyni saxlamaqla, mənbə materialda bir neçə söz və ya ifadənin dəyişdirilməsi. Bu eyni zamanda, bir şəxsin digərinin fikir və ya sözlərini mənbə göstərmədən başqa sözlərlə ifadə etdiyi təqdimatlar və müvafiq istinadlar olmadan sitat və izahatları yeni bir bütün halında birləşdirmək üçün də keçərlidir.
  • Mozaik/Yamaq işi plagiat: Başqa mənbələrdən bir nüsxənin müxtəlif hissələrini götürüb onları birləşdirərək yeni bir hissə yaratmaq və onu öz orijinal əsəri kimi təqdim etməkdir.
  • Gizli razılaşma: İşin tamamilə və ya qismən başqa insanlarla sövdələşmə nəticəsində hazırlanmış müstəqil iş kimi təqdim edilməsi. Buraya başqasının akademik işini plagiat etmək, oğurlamaq və ya surətini kopyalamaq, başqasının işini tamamlamağı təklif etmək və ya akademik işi tamamlamaq üçün ödəniş tələb etmək və ya almaq üçün təqdim etdikləri işləri başqa tələbəyə təqdim edən tələbələr daxildir. Bunu akademik əməkdaşlıqla qarışdırmaq olmaz.
  • Sövdələşmə hiyləsi: Eyni zamanda “xəyali müəlliflik” kimi də tanınan bu kateqoriya gizli sövdələşmənin bir formasıdır. Bu hal tələbə və ya tədqiqatçı başqa bir şəxsə işi onlar üçün tamamlamağı tapşırdıqda və sonra işi öz işi kimi təqdim etdikdə baş verir. Buraya tələbənin və ya tədqiqatçının əsasən başqasının işi olan və redaktə edə biləcəyi işi təqdim etdiyi, tələbə və ya tədqiqatçının başqası tərəfindən əhəmiyyətli dərəcədə dəyişdirilmiş (kiçik düzəlişlərdən daha artığı) qaralama versiya hazırladığı hallar daxildir.
  • Sitatın mənbəyi haqqında yalnış məlumatın verilməsi: Oxunmamış mənbələrə istinad etməklə, məlumatın əldə edildiyi “ikinci dərəcəli” mənbəni göstərməmək. Buraya uydurma sitatlar və ya mətbəə xətalarından kənara çıxan yanlış sitatlar daxil ola bilər.
  • Özünə plagiatlıq:  Daha əvvəl təqdim edilmiş əsəri yenidən nəşr edən və onu tamamilə və ya qismən əvvəlki işə istinad etmədən yeni fikir və ya əsər kimi təqdim edən müəllif. Özünə plagiatlıq həmçinin “yenidən emal”, “təkrarlanma” və ya “tədqiqat nəticələrinin istinad edilmədən bir neçə dəfə təqdim edilməsi” kimi də adlandırılır. Tələbə kontekstində, özünə plagiatlıq, lazımi sitat olmadan artıq qiymətləndirmə üçün təqdim edilmiş işin hissələrinin və ya hamısının təkrar istifadəsini nəzərdə tutur. Tələbə bir dərsi təkrar keçirsə, eyni işi tam və ya qismən yenidən təqdim etməzdən əvvəl  fənni tədris edən müəllimdən icazə almalıdır.