Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Hərbi tibb fakültəsi

Elmir Mirzəyev İman oğlu 18 noyabr 2004-cü ildə Tovuz rayonunda anadan olmuşdur.

2011-ci ildə Tovuz rayonu E. Bayramov adına Əyyublu kənd tam orta məktəbə daxil olmuş, 2022-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olunmuşdur.

Məktəb illərində olduğu kimi, universitet həyatında da aktiv tələbə kimi fəaliyyətini davam etdirir. 2023-cü ildən Tələbə Elmi Cəmiyyətinin üzvüdür və müxtəlif elmi araşdırmalarla bir çox konfranslarda iştirak edərək diplom və sertifikatlarla təltif olunmuşdur.

2023–2024-cü illərdə Tələbə Elmi Cəmiyyətində fakültə üzrə sədr müavini vəzifəsində çalışmışdır. 2024-cü ildə isə fakültənin tələbə dekanı vəzifəsinə təyin edilmişdir.

Tələbə dekanı olaraq həm tələbələrlə dekanlıq arasında əlaqənin qurulmasında, həm də onların problemlərinin həllində aktiv rol oynayır. Kurslar üzrə dekan müavinləri təyin edərək tələbələrin müraciət və təkliflərini toplayır, onları dekanlığa çatdırır və həll olunmasına çalışır. Eyni zamanda tələbələrin universitet və fakültə ilə bağlı suallarını cavablandırır, onlara düzgün istiqamət verir.

Bununla yanaşı, universitetin Böyük Elmi Şurasının və Fakültə Elmi Şurasının üzvüdür, beynəlxalq konfranslarda və tələbə qəbulu prosesində iştirak edir, tələbələrin maraq və problemlərini işıqlandırır və onların həlli istiqamətində fəaliyyət göstərir.