Yaz semestrində keçirilən fənlər
|
№ |
Fakültələr |
Kurs |
Fənlər |
Auditoriya saatları |
|
|
1 |
Stomatologiya |
III |
Oral Radiologiya |
Mühazirə |
Praktika |
|
16 |
30 |
||||
Radiodiaqnostikası və radioterapiyası praktiki təbabətin ayrılmaz hissəsi olub, bu sahədə istifadə edilən şüaların alınmasından, təbiətindən və kliniki praktikda tətbiqinin əsas məqamlarından bəhs edir.
Təhsil pilləsi: Əsas (baza) ali tibb təhsili
İxtisas: Stomatologiya
Fənnin məqsədi:
Oral radiologiya fənninin əsas məqsədi dental radioloji müayinə metodlarının müxtəlif patoloji proseslərin diaqnostikasında tətbiqi qanuna uyğunluqlarını tədris etməkdir. Fənnin öyrədilməsi zamanı gələcək mütəxəssislərə müasir dövrdə tibbdə tətbiq edilən və geniş perspektivliyi ilə seçilən görüntüləmə və radioterapevtik üsullar mükəmməl şəkildə öyrədilir.
Fənnin təlim nəticəsi:
Oral radiologiyada tətbiq olunan əsas diaqnostika və müalicə üsullarını öyrənir, xəstənin ilkin diaqnoz və klinik əlamətlərinə görə diaqnostik üsulun seçilmə ardıcıllığını (diaqnostik alqoritm) bilir və bacarır.
Radioloji üsulların aparılmasına göstəriş və əks göstərişləri bilir və müayinəyə hazırlıq tədbirlərini həyata keçirməyi bacarır.
Radioloji kontrast maddə çeşidlərini, seçimini və əlavə təsirlərini, onların müalicəsini, invaziv radiologiyadakı tətbiq olunma növlərini bilir.
Normal və patoloji vəziyyətlərdə radioloji təsvirləri analiz və şərh etməyi bacarır.
Diaqnostik nüvə təbabətinə aid texnikaları, göstərişlərini və hər müdaxilə üçün xəstə hazırlığını bilavasitə nəzarət altında təcrübə edərək öyrənir.
Nüvə təbabətinə aid müalicəvi müdaxilələr üçün lazım olan xəstə hazırlığını və xəstə təqibini təcrübə edərək öyrənir.
İonlaşdırıcı radiasiyanın fərdlərin və əhalinin sağlamlığına təsirlərini bilir və bundan sonrakı həkimlik fəaliyyəti üçün radiasiyadan qorunma mövzusunda məlumat və təcrübə toplayır.
Fənnin məzmunu:
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş məcburi fəndir.
Fənn radiodiaqnostikası və radioterapiyası olmaqla 2 sahəni əhatə edir. Fənnin radiodiaqnostikası bölməsində müasir radiodiaqnostika üsullarının əsas prinsipləri, oral radiologiyanın əsasları, görüntüləmə üsullarının daha çox üz-çənə sisteminin xəstəliklərinin diaqnostikasında yeri və rolu geniş şərh edilir. Fənnin radioterapiyası bölməsində müxtəlif növ ionlaşdırıcı şüalarla bədxassəli şişlərin və qeyri-şiş mənşəli xəstəliklərin,daha çox üz-çənə sisteminin yenitörəmələrinin müalicəsi prinsipləri şərh edilir.
|
№ |
Topic Mövzu (mühazirə) |
Readings (Ədəbiyyat) |
Saat |
|
1 |
Radiologiya-təbabətin əsas sahələrindən biri kimi. Rentgen şüalarının təbiəti.Rentgenoloji müayinə metodlar. |
M.Sultan (dərslik). Bakı, 2025 |
2 |
|
2 |
Müayinə metodları: USM KT MRT PET Radioizoop diaqnostika |
M.Sultan (dərslik). Bakı, 2025 |
2 |
|
3 |
Stomatologiyada istifadə olunan radio diaqnostik metodlar |
M.Sultan (dərslik). Bakı, 2025 |
2 |
|
4 |
Çənə və dişlərin xəstəliklərinin radiodiaqnostikası |
M.Sultan (dərslik). Bakı, 2025 |
2 |
|
5 |
Çox rast gəlinən xəstəliklərin radiodiaqnostikası. |
M.Sultan (dərslik). Bakı, 2025 |
2 |
|
6 |
Radioterapiyaya giriş. Təbii və süni radioaktiv elementlər. Şüa terapiyasının fiziki, texniki və bioloji əsasları. |
M.Sultanova, G.Əliyeva, A.Ağamalıyeva Şüa terapiyası (dərslik). Bakı, 2021 |
2 |
|
7 |
Radioterapiyanın metodları və prinsipləri. |
M.Sultanova, G.Əliyeva, A.Ağamalıyeva Şüa terapiyası (dərslik). Bakı, 2021 |
2 |
|
8 |
Çənə üz nahiyəsi bədxassəli şişlərinin şüa terapiyası |
M.Sultanova, G.Əliyeva, A.Ağamalıyeva Şüa terapiyası (dərslik). Bakı, 2021 |
|
|
№ |
Topic Mövzu (praktik məşğələ) |
|
1 |
Giriş. Radiodiaqnostik metodların texnologiyası və onun təşkili.Rentgen şüalarının alınması,təbiəti və xassələri. Qorunma tədbirləri. |
|
2 |
Rentgenoloji müayinə metodları.Kontrastlı müayinə üsulları Kompyuter tomoqrafiya, angioqrafiya İntervension radiologiyanın əsasları |
|
3 |
Ultrasəs müayinəsi, Maqnit rezonans tomoqrafiya, |
|
4 |
Radioizotop müayinələr, PET,SPECT. Tibbi termoqrafiya |
|
5 |
Stomatoloji xəstəliklərin diaqnostikasında istifadə olunan radiodiaqnostik müayinə üsulları 1 |
|
6 |
Stomatoloji xəstəliklərin diaqnostikasında istifadə olunan radiodiaqnostik müayinə üsulları 2 |
|
7 |
Stomotoloji klinikada radioloji müayinələr ilə tanışlıq. |
|
8 |
Normal üz-çənə sisteminin radio diaqnostik metodlarla görünüşü. Dişlərin inkişaf qüsurları |
|
9 |
Üz çənə nahiyəsinin teravmalarının radiodiaqnostikası |
|
10 |
Dişlərin, dişətrafı toxumaların və çənənin iltihabi xəstəliklərinin radiodiaqnostikası. Tüpürcək vəzi xəstəlikləri |
|
11 |
Çənə və dişlərin sist və şişlərinin radiodiaqnostikası. |
|
12 |
Şüa terapiyası haqqında anlayış.Təbii və süni radioaktivlik, Şüaların zərərli təsirindən qorunma qaydaları. Şüa terapiyasının fiziki və bioloji əsasları, şüaların növləri, təbiəti haqqında məlumatlar Dozimetriya üsulları və ölçü vahidləri, müxtəlif xarakterli proseslərin müalicəsində şüanın təsir mexanizminin araşdırılması. Radioterapevtik interval və ona təsir mexanizmləri. |
|
13 |
Şüa terapiyasının metodları, məqsədləri və mərhələləri. Distansion və kontakt şüa terapiyası cihazları. Şüa terapiyasına hazırlıq mərhələsi, şüaların növünün, miqdarının, birdəfəlik və cəmi dozasının təyini. |
|
14 |
Üz-çənə nahiyəsinin bədxassəli şişlərin şüa müalicəsi: dodaq, dil, ağız boşluğunun selikli qişası, şüa terapiyası. |
|
15 |
Üz-çənə nahiyəsinin bədxassəli şişlərin şüa müalicəsi: üst çənədə rast gəlinən və tüpürcək vəziləri bəd xassəli şişlərinin şüa terapiyası.Şüa reaksiyaları və şüa ağırlaşmaları |