Bizi izləyin:
Heydər Əliyev
Radioterapiya (I Müalicə-Profilaktika)
Bölmələrimiz
Radioterapiya (I Müalicə-Profilaktika)

Yaz semestrində keçirilən fənlər

 

Fakültələr

Kurs

Fənlər

Auditoriya saatları

1

I Müalicə-Profilaktika

V

Radioterapiya

Mühazirə

Praktika

10

34

Radioterapiya – tibbi praktikada və elmdə istifadəsi olan sistemləşdirilmiş elmi bilikləri və müalicə metodlarını birləşdirən tədris fənnidir. Fənnin proqramı tibb elminin və praktikasının müxtəlif bölmələrinin  müasir göstəricilərini özündə cəmləşdirir. Tədris proqramının məqsədi fənnin tədrisinin və mənimsənilməsini təmin edən etapları vurğulamaqdır. Sonda tələbələr akademik, sosial və professional kompetensiya əldə etməlidir. Mühazirə materialları, ionlaşdırıcı qabiliyyətə malik şüaların diğər enerji növlərində fərqini, fiziki və bioloji xüsusiyyətlərini, qorunma tədbirləri kimi bilikləri tələbələrə çatdırmalıdır. Sonrakı mühazirələrdə çox təsadüf edən bəd xassəli şişlərin və bir sıra qeyri-şiş xəstəliklərin şüa terapiyasının metodikası, cihazların iş rejimi tələbələrə izah olunur.

 

Təhsil pilləsi:  Əsas (baza) ali tibb təhsili

İxtisas: Tibb, Hərbi-Tibb

Fənnin məqsədi:  

Radioterapiyası fənninin əsas məqsədi ionalşdırıcı şüaların növləri əsas müalicə  köməyi ilə aparılan müalicə metodlarının qanunauyğunluqlarının tədrisidir. Fənnin öyrədilməsi zamanı gələcək mütəxəssislərə müasir dövrdə tibbdə tətbiq edilən və geniş perspektivliyi ilə seçilən şüa müalicəsi metodları daha mükəmməl şəkildə öyrədilir.

 

Fənnin təlim nəticəsi:

Radioterapiyasında tətbiq olunan müalicə üsullarını öyrənir, xəstənin ilkin diaqnoz və klinik əlamətlərinə görə müalicə üsulun aparılmasını (diaqnostik alqoritm) bilir və bacarır.

Radioterapiyası aparılmasına göstəriş və əks göstərişləri bilir və müayinəyə hazırlıq tədbirlərini həyata keçirməyi bacarır.

Radioterapiyası seçimini və əlavə təsirlərini, onların müalicəsini, invaziv radiologiyadakı tətbiq olunma növlərini bilir.

Normal və patoloji vəziyyətlərdə radioloji təsvirləri analiz və şərh etməyi bacarır.

Radioterapiyasında aid texnikaları, göstərişlərini və hər müdaxilə üçün xəstə hazırlığını bilavasitə nəzarət altında təcrübə edərək öyrənir.

Nüvə təbabətinə aid müalicəvi müdaxilələr üçün lazım olan xəstə hazırlığını və xəstə təqibini təcrübə edərək öyrənir.

İonlaşdırıcı radiasiyanın fərdlərin və əhalinin sağlamlığına təsirlərini bilir və bundan sonrakı həkimlik fəaliyyəti üçün radiasiyadan qorunma mövzusunda məlumat və təcrübə toplayır.

 

Fənnin məzmunu:

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi  tərəfindən müəyyən edilmiş məcburi fəndir.

Bu fənndə  müxtəlif növ ionlaşdırıcı şüalarla bədxassəli şişlərin və qeyri-şiş mənşəli xəstəliklərin müalicəsi prinsipləri şərh edilir.Müasir dövrdə tibbdə tətbiq edilən şüa terapevtik metodların mahiyyəti, əsas aspektləri, tətbiq formaları və onkoloji xəstəliklərin müalicəsindəki rolu aydınlaşdırılır.

Təbii və süni radioaktiv elementlər, təbabətdə müalicə məqsədilə tətbiq edilən ionlaşdırıcı şüaların fiziki xassələri, onların canlı hüceyrə və toxumalarla qarşılıqlı təsirinin radiobioloji əsasları,ionlaşdırıcı şüalarla iş zamanı qorunma tədbirləri və bu növ müalicəni təmin edən əsas cihaz və avadanlıqların iş prinsipləri şərh edilir.

Şüa müalicəsinin fiziki, texniki və bioloji əsasları, bədxassəli şişlərin həssaslığı və rezistentliyi, bu amillərin idarə olunma prinsipləri,  öyrədilir. Xəstələrin şüa müalicəsinə hazırlanması, radioterapiya şöbəsinin quruluşu və xüsusiyyətləri, şüa terapiyası metodları (daxili, xarici), növləri, müalicənin məqsədi və çox rast gəlinən bəd xassəli şişlərin (ağciyər, qırtlaq, süd vəzisi, yemək borusu, mədə, uşaqlıq, uşaqlıq boynu, dəri və s.), həmçinin qeyri-şiş mənşəli xəstəliklərin(dərinin, sümük və oynaqların, cərrahi əməliyyatdan sonra yaranan fistulaların və s.)şüa müalicəsi şərh edilir. Şüa reaksiyaları və fəsadları, onların müalicə və profilktikası prinsipləri öyrədilir.

Topic

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

1

Radioterapiyaya giriş.Təbii və süni radioaktiv maddələr.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021 

2

2

Radioterapiyanın fiziki, texniki və bioloji əsasları. Radiorezistentlik və radiohəssaslıq

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

 2

3

Radioterapiyanın metodları və prinsipləri.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

2

4

Bədxassəli şişlərin şüa müalicəsinin əsasları

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

2

5

Qeyri-şiş xəstəliklərinin şüa terapiyasının əsasları

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

2

 

 

 

Topic

Mövzu (praktik məşğələ)

Readings (Ədəbiyyat)

Saat

1

Radioterapiyası haqqında anlayış, fənnin inkişaf tarixi. Təbii və süni radioaktivlik, radionuklidlərin  xassələri və tətbiqi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

2

Şüaların zərərli təsirindən qorunma qaydaları. Radiasion təhlükəsizliyin əsasları, əhalinin və personalın qorunması. Radioaktivlik təhlükəsizliyi norması və prinsipləri.Radioloji şöbənin quruluşu və xüsusiyyətləri.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

    2

3

Şüa terapiyasının fiziki əsasları, şüaların növləri, təbiəti, yükü,kütləsi, enerji səviyyəsi  haqqında məlumatlar. Dozimetriya üsulları və ölçü vahidləri.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

    2

4

Şüa terapiyasının bioloji əsasları, müxtəlif xarakterli proseslərin müalicəsində şüanın təsir mexanizminin araşdırılması. Radioterapevtik interval və ona təsir mexanizmləri.

Optimal şüalanma dozası və ritminin seçilmısi, fotoeffekt, kompton effetki, cüt inonların əmələ gəlmə prosesi, ionlaşdırıcı şüaların təsiri və  orqanizmin şüalanmaya cavab reaksiyası.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

    2

5

Şüa terapiyasının növləri, məqsədləri və mərhələləri

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

      2

6

Şüa terapiyasının texniki əsasları. Xarici və daxili şüa terapiyası cihazları  (Onkoloji Klinika)

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     3

7

Şüa terapiyasına hazırlıq dövrü, xəstələrin 3D prinsipinə əsaslanaraq şüa müalicəsinə hazırlanması-kliniki topometriya. Şüaların növünün, birdəfəlik və cəmi mənbə dozasının təyini. Konform şüalanma, intensiv modullaşdırilmış radioterapiya, təsvirə görə korreksiya olunan şüa terapiyası üsulları.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

8

Ağciyər xərçənginin şüa müalicəsi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

9

Orofarengial zonanın və qırtlaq xərçənginin şüa müalicəsi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

10

Qida borusu xərçənginin şüa müalicəsi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

11

Südvəzisixərçəngininvəqalxanabənzərvəzixərçəngininşüamüalicəsi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

12

Dərixərçəngininşüamüalicəsi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

    2   

13

Düzbağırsaqvəsidikkisəsixərçəngininşüamüalicəsi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

14

Uşaqlıq boynu xərçəngi və Hoçkin limfomasının şüa müalicəsi.     

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

15

Sümüklər və baş beyin şişlərinin şüa müalicəsi.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

     2

16

Qeyri-şiş mənşəli xəstəliklərin şüa müalicəsi.          

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

    2

17

Şüa reaksiyaları və şüa ağırlaşmaları.

M.Sultan, G.Əliyeva, A.Ağamalıyeva (dərslik). Bakı, 2021

 2