Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
SƏDR kimdir

Klub Sədri – Fatma Nur Yılmaz haqqında

Fatma Nur Yılmaz 2021-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur. Bir il hazırlıq keçdikdən sonra “Müalicə-profilaktika” fakültəsinin II kursunda təhsilini davam etdirir. Universitet illərini səmərəli dəyərləndirmək və müxtəlif imkanlardan faydalanmaq məqsədilə o, Tələbə Həmkarlar İttifaqına qoşulmuşdur.

Eyni zamanda Fatma Nur sosial mediada da aktivdir — 25 min izləyicisi olan şəxsi “Instagram” hesabında tibb tələbəsi kimi təcrübələrini, universitet həyatı ilə bağlı paylaşımlarını bölüşür və Azərbaycan Tibb Universitetində təhsil alan xarici tələbə kimi həm universiteti, həm də tələbə həyatını tanıdır.

THİK sədri Qoşqar müəllimlə əməkdaşlıq təklifi aldıqdan sonra Fatma Nur öz ideyalarını universitetlə birgə reallaşdırmağa qərar verərək Doctors Media Klubunu yaratmışdır. Klubun əsas məqsədi universitetdə baş verən tədbirləri və tələbə fəaliyyətlərini daha geniş auditoriyaya çatdırmaq, eyni zamanda tələbələrin vaxtını faydalı və maraqlı şəkildə dəyərləndirməsinə şərait yaratmaqdır.

2023-cü ildə yaradılan klub qısa müddət ərzində bir çox uğurlu tədbir və aksiyalar həyata keçirmişdir. Fatma Nurun rəhbərliyi altında Doctors Media Klubu universitetdə yaradıcı, aktiv və sosial mühitin formalaşmasına mühüm töhfə verməyə davam edir.

Hazırda Doctors Media Klubunun 400-ə yaxın üzvü vardır və bu göstərici ilə klub universitet daxilində ən çox üzvü olan tələbə təşkilatı kimi fərqlənir.