Fənnin məqsədi: Dişlərin çıxarılması prinsiplərinin, parodont xəstəliklərinin diaqnostikası və periodontal cərrahiyyənin əsaslarının, diş implantasiyasının cərrahi aspektlərinin, odontogen infeksiyanın kliniki və rengenoloji diaqnostikasının öyrənilməsidir. Həmçinin adi və mürəkkəb üsulla dişlərin çıxarılma üsullarının mənimsənilməsidir.
Fənnin təlim nəticəsi:
1. Patoloji nahiyə kliniki və rengenoloji qiymətləndirir.
2. Dişlərin çıxarılmasına göstəriş və əks göstərişləri təyin edir.
3. Pasiyentin dişin çıxarılması əməliyyatına hazırlanması, dişlərin çıxarılmasında ağrıya və qorxu hissinə nəzarət etmək biliyinə nail olur.
4. Əməliyyat zamanı həkimin və pasiyentin qarşılıqlı düzgün yerləşməsini təyin edir.
5. Müxtəlif diş qruplarında dişlərin çıxarılması üçün müvafiq kəlbətinləri və elevatorları seçə bilir.
6. Adi diş çıxarılması əməliyyatının mərhələlərini təsvir edir.
7. Mürəkkəb diş çıxarılması əməliyyatının prinsiplərini, istifadə olunan avadanlıq və alətləri təsvir edir.
8. Kliniki və rentgenoloji müayinə əsasında retensiya olunmuş dişlərin çıxarılmasına göstəriş və əks göstərişləri, cərrahi yanaşma üsulunu, əməliyyatın mürəkkəbliyinin təyin edir və əməliyyatın mərhələlərini təsvir edir.
9. Parodont toxumalarının kliniki və rentgenoloji müayinə üsullarını qiymətləndirir.
10. Periodontal cərrahiyyədə istifadə olunan dilimləri təsvir edir.
11. Kliniki və rentgenoloji göstəricilər əsasında dental implantasiya əməliyyatına göstərişləri təyin edir və əməliyyat planını tərtib edir.
12. Tək və iki mərhələli dental implantasiya texnikasının təsvir edir.
13. Odontogen infeksiyanın çənə sümüklərinə yayılması proseslərində kliniki və rentgenoloji müayinəni qiymətləndirir.
14. Odontogen infeksiyanın çənə sümüklərinə yayılması halların müalicəsində cərrahi üsulları təsvir edir.
Fənnin məzmunu:
Semestr ərzində 5 mühazirə və 60 saat seminar şəkilində nəzəri və praktiki billiklər tələbələrə tədris olunur. Tələbələr nəzəri bilikləri əldə etdikdən sonra bacarıqları sərbəst şəkildə icra edirlər. Yiyələndikləri bacarıqları gündəlik praktiki fəaliyyətlərində istifadə edə biləcəklər. Mənimsədiyi biliklərini stomatologiyanın hər bir sahəsində istifadə edə bilərlər.
Fənnin tədris formatı
|
N |
Mövzu |
Ədəbiyyat |
Saat |
|
1. |
Ekzodontiyanın məqsəd və vəzifələri. Dişlərin çıxarılması əməliyyatı üçün xüsusi şərait, lazım olan alətlər, avadanlıq və ləvazimat. Kəlbətin və elevator növləri. |
Mənbə: Rəhimov Ç.R, Üz-çənə cərrahiyyəsi. Bakı -2026. Fəsil IV, 181-190 |
2
|
|
|
Patoloji nahiyənin kliniki və rentgenoloji qiymətləndirilməsi. Dişlərin çıxarılmasına göstərişlərin və əksgöstərişlərin təyin edilməsi. Yanaşı gedən xəstəliklərlə əlaqədar alınan müalicə fonunda pasiyentin bu əməliyyata hazırlanması xüsusiyyətləri. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 181-190 |
|
|
2. |
Adi diş çıxarma prinsipləri. Pasiyentin yerləşdirilməsi və cərrah yerinin düzgün seçilməsi. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026, Fəsil IV, 190-193 |
2 |
|
|
Dişlərin çıxarılmasında kəlbətinlərin seçilməsi və adi diş çıxarılmasında istifadəsi prinsipləri. Elevatorların seçilməsi və istifadəsi prinsipləri. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 193-194 |
|
|
3. |
Müxtəlif qrup dişlərin çıxarılma xüsusiyyətləri. Yuxarı dişlərin çıxarılması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 197-199. |
2 |
|
|
Aşağı dişlərin çıxarılması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV 199-201. |
|
|
4. |
Əməliyyatdan sonra verilən təyinatlar. Diş çıxarılandan sonra sonra diş yuvasına qulluq. |
Mənbə: Rəhimov Ç.R, Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 225-227. |
2 |
|
|
Diş çıxarma əməliyyatından sonra diş yuvasının sağalma mərhələləri. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 235 |
|
|
5. |
Mürəkkəb diş çıxarma prinsipləri. Lazım olan əlavə alətlər, avadanlıq və ləvazimat. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 202 |
2 |
|
|
Mukoperiostal dilimlərin yaradılması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 202-207 |
|
|
6 |
Cərrahi yolla dişlərin çıxarılması texnikası. Tək və çoxköklü dişlərin cərrahi yolla çıxarılması texnikası. Köklərin və kök qalıqlarının çıxarılması. |
Mənbə Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 207-212 |
2 |
|
|
Çox sayda dişlərin çıxarılması əməliyyatı. Ardıcıllıq. Diş yuvalarının korreksiyası. Dişlərin çıxarılmasından sonra çənə sümüklərinin rezorbsiyası. Sürətli rezorbsiyaya gətirən amillər və onun qarşısının alınması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı -2026. Fəsil IV, 212 |
|
|
7. |
Retensiya və distopiya olmuş dişlərin çıxarılmasına göstərişlərin və əks-göstərişlərinin təyin edilməsi. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı -2026. Fəsil IV, 212-216 |
2 |
|
|
Əngdə 3-cü molyarın tam və yarım retensiya hallarında istifadə olunan diş çıxarma metodları. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı -2026. Fəsil IV, 221-222 |
|
|
8.
|
Çənədə 3-cü molyarın tam və yarım retensiya hallarında istifadə olunan diş çıxarma metodları. Mukoperiostal dilimlərin tikilməsi. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı -2026. Fəsil IV, 219-221 |
2
|
|
9. |
Diş çıxarılması əməliyyatından sonra aparılan tədbirlər və verilən təyinatlar. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 225-227 |
2 |
|
|
Dişlərin çıxarılmasında tibbi sənədləşmənin aparılması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 227-228 |
2 |
|
10. |
Dişlərin çıxarılması əməliyyatında baş verən ağırlaşmalar: yumşaq toxumaların zədələnməsi, çıxarılmış diş ilə əlaqəli olunan fəsadlar, qonşu dişlərin zədələnməsi, qonşu anatomik strukturlarının. Müalicə taktikası və bu ağırlaşmaların qarşısının alınması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı -2026. Fəsil IV, 228-233 |
2 |
|
|
Dişlərin çıxarılmasından sonra baş verən ağırlaşmalar. Qanaxma. Yumşaq və sərt toxumalardan olan qanaxmanın dayandırılması. Alveolit, postekstraksion qranulyomalar, postekstraksion diş yuvasının ağrısı diş yuvası ağrısı: etiologiyası, profilaktikası, müalicəsi. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil IV, 233-235
|
|
|
11. |
Periodontoloji cərrahiyyənin məqsəd və vəzifələri. Paradontun kliniki anatomiyası və fiziologiyası. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil V, 188-191 |
2 |
|
|
Periodontoloji cərrahiyyənin aparılmasına hazırlıq mərhələsi. |
Mənbə: Rəhimov Ç.R Üz-çənə cərrahiyyəs. Bakı-2026. Fəsil V, 191-195 |
|
|
12. |
Paradontun cərrahi xəstəliklərinin diaqnostikası mərhələsi. |
Mənbə: Rəhimov Ç.R Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil V, 195-199 |
2 |
|
|
Periodontoloji cərrahiyyənin aparılmasına göstərişlərin və əks- göstərişlərin təyin edilməsi. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. Fəsil V, 200 |
|
|
13. |
Periodontoloji cərrahiyyənin prinsipləri. Cərrahi kəsiklərin aparılması və dilimlərin yaradılması prinsipləri. Cərrahi dilimlərin təsnifatlandırılması: diş əti dilimi, tamqatlı dilim, parçalanmış dilim, repozisiyalı dilim. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı-2026. 200-203 |
2 |
|
|
Paradont toxumalarının sanasiyası əməliyyatları Paradont toxumalarının rezeksiyası əməliyyatları. |
Mənbə: Rəhimov Ç.R Üz-çənə cərrahiyyəs. Bakı-2026. Fəsil V, 204-208 |
|
|
14. |
Paradont toxumalarının regenerasiyasına yönəlmiş əməliyyatlar, Paradont toxumalarının rekonstruksiyasna yönəlmiş əməliyyatlar. |
Mənbə: Rəhimov Ç.R Üz-çənə cərrahiyyəsi. Bakı -2026. Fəsil V, 208-219 |
2 |
|
|
Periodontoloji cərrahiyyədə əməliyyatdan sonrakı mərhələ. |
Mənbə: Rəhimov Ç.R Üz-çənə cərrahiyyəs. Bakı-2026. Fəsil V, 208-219 |
|
|
15. |
Protezönü cərrahiyyənin məqsəd və vəzifələri. Pasiyentlərin müayinəsi və müalicənin planlaşdırılması prinsipləri. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı -2026, 222-223 |
2 |
|
|
Adi protezönü cərrahiyyə-protez yatağında sərt toxumaların konturlarının bərpası. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyəsi. Bakı-2026. Fəsil VI, 223-229 |
|
|
16 |
Adi protezönü cərrahiyyə-protez yatağında yumşaq toxumaların korreksiyası. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VI, 229-233 |
2 |
|
|
İmmediat (dərhal) protezləmə üçün protezönü cərrahiyyə. Dişlərin çıxarılmasından sonra alveol darağının konturların qorunması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VI, 233-235 |
|
|
17. |
Mürəkkəb protezönü cərrahiyyə. Çənədə alveol çıxınsıtının hündürlüyünü artırmaq üçün yumşaq toxumalarda aparılan protezönü cərrahi müdaxilələr. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VI 235-237 |
2 |
|
|
Əngdə alveol çıxıntısının hündürlüyünü artırmaq üçün yumşaq toxumalarda aparılan protezönü cərrahi müdaxilələr. Dişləm anomaliyalarında sərt toxumalarda aparılan protezönü cərrahi müdaxilələr. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VI, 237-239 |
|
|
18.
|
Diş implantasiyasının məqsəd və vəzifələri. Çənə və əng sümüklərinin anatomo-topoqrafik quruluşu. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 243 |
2
|
|
19. |
Diş implantasiyasına hazırlanan pasiyentlərin müayinəsi. Tibbi-hüquqi sənədləşmənin aparılması. Xüsusi kliniki müayinələrin aparılması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 306-307 |
2 |
|
|
Göstərişlərin və əks-göstərişlərin təyin edilməsi. Atrofiyalaşmış çənələrdə istifadə olunan təsnifatlar. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 309 |
|
|
20. |
Diş implantasiyasında xüsusi radioloji müayinələrin aparılması və əməliyyatın planlaşdırılması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 307-308 |
2 |
|
|
Diş implantasiyası üçün tələb olunan şərait: lazım olan avadanlıq, ləvazimat və alətlər. Avadanlıqların və alətlərin iş prinsipi. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 312-313 |
|
|
21 |
Diş implantasiyasında birinci cərrahi əməliyyatın protokolu. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 317-321 |
2 |
|
|
Diş implantasiyasında ikinci cərrahi əməliyyatın protokolu. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 321-322 |
|
|
22. |
Atrofiyalaşmış çənələrdə sümük artırılması əməliyyatlarında autogen sümük materiallarla və sümük bloklarla transplantasiya. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VI, 326-332 |
2 |
|
|
Atrofiyalaşmış çənələrdə sümük artırılması əməliyyatlarında allo-, kseno-sümük əvəzedici materialların istifadəsi. |
Mənbə Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VI, 332-334 |
|
|
23 |
İstiqamətləndirilmiş toxuma regenerasiyasının diş implantasiyasında tətbiqi. Biomembranların istifadə olunması. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 334-339 |
2 |
|
|
Əngdə və çənədə aparılan sümük artırılması əməliyyatları.
|
Mənbə Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 339-341 |
|
|
24 |
Diş implantasiyasında erkən və sonrakı ağırlaşmalar. Səbəbləri (bioloji və mexaniki) klinikası, diaqnostikası. Müalicə taktikası. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 346-349 |
2 |
|
|
Periimplantitin diaqnostikası və müalicəsi. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 349-350 |
|
|
25 |
Diş implantasiyasında xüsusi implantat növlərinin istifadəsi. Almacıq implantatları. Konstruksiyası. Xüsusi alətlər və müayinələr. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII, 350-354 |
2 |
|
26
|
Diş implantasiyasında xüsusi implantat növlərinin istifadəsi. Bazal implantatları. Pteriqoid implantatlar. Subperiostal implantatlar. Üz protezlərinin fiksasiyası üçün sümükdaxili implantatlar. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VII. 360-364 |
2
|
|
27 |
Odontogen infeksiyanın yaranması və yayılması yolları. Diş-alveol kompleksində odontogen iltihabi xəstəliklər. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VIII, 320-324 |
2 |
|
|
Apikal periodontitin klinikası və endodontiya cərrahiyyəsinə göstərişin təyin edilməsi. Diş kökü zirvəsinin rezeksiyası. Göstərişlər. Əməliyyata hazırlıq və icrası texnikası. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VIII, 324-328 |
|
|
28 |
Dişin replantasiyası. Dişin transplantasiyası. Diş kökünün amputasiyası. Dişin hemiseksiyası. Koronoradikulyar separasiya. Göstərişlər. Əməliyyata hazırlıq və icrası texnikası. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VIII, 328-330 |
2 |
|
|
Periodontal abses, Alveoldaxili abses, Selikaltı odontogen abses. |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VIII, 330 |
|
|
29
|
Odontogen periostit. Kəskin odontogen periostit. Klinikası və diaqnostikası. İrinliyin açılması və drenaj edilməsi |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VIII, 330-334 |
2
|
|
30
|
Uşaqlarda odontogen periostitin xüsusiyyətləri. Xroniki odontogen periostit. Klinikası və diaqnostikası. Müalicə taktikası |
Mənbə: Rəhimov Ç.R. Üz-çənə cərrahiyyəsi. Bakı- 2026. Fəsil VIII, 229-233 |
2 |