Fənnin məqsədi: Bu fənnin məqsədi üz-çənə nahiyəsində rast gəlinən kistalar, fistulalar və şişlərin etiologiyası, patogenezi, klinik əlamətləri, diaqnostika və müalicə prinsipləri haqqında biliklərin formalaşdırılmasıdır. Fənn çərçivəsində odontogen və qeyri-odontogen kistalar (radikulyar kista, follikulyar kista, odontogen keratokista və s.), anadangəlmə və qazanılmış fistulalar, həmçinin xoşxassəli və bədxassəli şişlər öyrənilir.
Bu fənnin məqsədi gicgah-çənə oynağının anatomiyası, fiziologiyası və bu nahiyədə rast gəlinən xəstəliklərin etiologiyası, patogenezi, klinik əlamətləri, diaqnostika və müalicə prinsipləri haqqında biliklərin formalaşdırılmasıdır. Fənn çərçivəsində gicgah-çənə oynağının disfunksiyaları, daxili dislokasiya (internal derangement), artrit, artroz, ankiloz, travmatik zədələnmələr və digər funksional pozğunluqlar öyrənilir.
Fənnin təlim nəticəsi:
1. Çənə kistalarının rentgendiaqnostikasını bacarır.
2. Baş və boyun nahiyəsində regional limfa vəzilərinin kliniki müayinəsini edir.
3. Üz-çənə nahiyəsinin xoşxassəli şişləri və şişəbənzər törəmələrinin instrumental müayinəsini bacarır.
4. Çənələrin xoşxassəli şişlərinin differensial rentgendiaqnostikasını bacarır.
5. Sifətin və ağız boşluğunun xərçəngönü xəstəliklərinin ilkin diaqnostikasını aparır.
6. Sitoloji müayinə üçün materialları götürə bilir.
7. Çənələrin bədxassəli şişlərinin differensial rentgendiaqnostikasını aparır.
8. Tüpürcək vəzi şişlərinin MRT müayinəsinə əsasən diaqnozunu qoya bilir.
9. Çənə çıxıqlarını Hippokrat üsulu ilə müalicə edir (repozisiyası).
Fənnin məzmunu:
Üz-çənə cərrahiyyəsi II – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “Stomotologiya” ixtisasının təhsil proqramına əsasən məcburi fənndir. Semestr ərzində 5 mühazirə və 60 saat seminar şəkilində nəzəri və praktiki billiklər tələbələrə tədris olunur. Fənn üz-çənə nahiyəsinin kistaları, şişləri və şişəbənzər proseslərini, gicgah-çənə oynağı xəstəliklərinin diaqnostikasını, klinikasını və müalicə üsullarını öyrədir.
Fənnin mənimsənilməsi üçün tədrisin strukturu üz-çənə nahiyəsinin topoqrafik anatomiyası, kistalar , şişlər və şişəbənzər törəmələrin differensial diaqnostikası, müayinə üsullarının xüsusiyyətini, medikamentoz və cərrahi müalicənin aparılması kimi hissələrin açıqlamasını nəzərdə tutur.
Həkim-stomatoloqun fəaliyyəti zamanı kistaların, şişlərin və gicgah-çənə oynağı xəstəliklərinin rast gəlmə tezliyi yüksək olduğuna görə bu fənnin tədrisi kurikulumda mühüm rolu vardır. Stomatoloqun fəaliyyəti zamanı şiş xəstəliklərinin ilkin olaraq stomatoloq tərəfindən diaqnostikasını bacarması üçün bu fənnin tədrisi vacibdir. Tələbə iş fəaliyyəti zamanı ona müraciət edən xəstələrdə bu proseslərin diaqnostikası və müalicəsi bacarıqlarını istifadə edə biləcək.
Bu təcrübə proqramı 2022-2023-cü illərdə hazırlanmışdır. Təcrübə proqramı müvafiq Fakültə və İnnovasiya və keyfiyyətinin idarə olunması şöbəsinin rəhbərləri tərəfindən yoxlanılmışdır. Proqram 04 iyul 2023-cü il tarixində təsdiq edilmişdir.
Qeydiyyat nömrəsi: Bu nömrə İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsi tərəfindən veriləcək təsdiq nömrəsidir. Qeydiyyat nömrəsi təcrübənin koduna və verilmə tarixinə əsasən formalaşır.
Stomatologiya - 050903, IF-26
Fənnin tədris formatı
|
№ |
Mövzu (təcrübi məşqələr) |
Ədəbiyyat |
Saat |
|
1. |
Üz-çənə nahiyəsinin embriogenezi. Üzün və boynun anadangəlmə fistulaları və kistaları. Qülaqönü fistulalar. Etiologiyası, klinikası, diaqnostikası. Boynun orta (tireoqlossal) kistaları. Etiologiyası, klinikası, diaqnostikası. |
Mənbə 1.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 335-337 |
2 |
|
2 |
Boynun yan (branxiogen) kistaları və fistulaları. Etiologiyası, klinikası, diaqnostikası. Dermoid və epidermoid kistalar. Etiologiyası, klinikası, diaqnostikası və müalicəsi |
Mənbə 2.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 331-335 Mənbə 2.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 327-331 |
2 |
|
3 |
Odontogen kistalar. Təsnifat. Etiologiyası və patogenezi. Yenidoğulmuşlarda və uşaqlarda diş çıxan zaman yaranan kistalar. Klinikası, diaqnostikası və cərrahi müalicə metodları. Böyüklərdə diş çıxma qüsuru nəticəsində yaranan kistalar-follikulyar kista. Klinikası, diaqnostikası və cərrahi müalicə metodları: kistotomiya və kistektomiya. |
Mənbə 3.1: Mühazirə materialları Mənbə 3.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 371-372 |
2 |
|
4 |
Diş follikulunun inkişaf qüsuru nəticəsində yaranan kista -odontogen birincili kista (keratokista). Etiologiyası və patogenezi. Klinikası, diaqnostikası və cərrahi müalicə metodları: kistotomiya və kistektomiya. İltihabi mənşəli kistalar- radikulyar kista. Etiologiyası və patogenezi. Klinikası, diaqnostikası və cərrahi müalicə metodları: kistotomiya və kistektomiya. |
Mənbə 4.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.373; 368-372 Mənbə 4.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.368-372 |
2 |
|
5 |
Qeyri-odontogen kistalar. Təsnifatı. Etiologiyası və patogenezi. Yenidoğulmuşların diş əti və damaq kistaları. Böyüklərdə damaq, burun-dodaq, burun- damaq (kəsici kanal) və qlobulo-maksilar kistaları. Klinikası, diaqnostikası və cərrahi müalicə metodları. Çənələrin travmatik və anevrizmal kistaları.Etiologiyası və patogenezi. Klinikası, diaqnostikası və cərrahi müalicə metodları. |
Mənbə 5.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 378-379 Mənbə 5.2: Mühazirə materialları |
2 |
|
6 |
Ağız boşluğunda və üz-çənə nahiyəsində şiş prosesləri ilə olan xəstələrin müayinə xüsusiyyətləri. Kliniki müayinələr. Şüa diaqnostikası metodlarının əhəmiyyəti (ultrasəs, rentgen, KT, MRT, PET) |
Mənbə 6.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 283-287; Mənbə 6.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 288-289 |
2 |
|
7 |
Sitoloji müayinələr üçün materialın götürülməsi metodları : yaxma, incə iynə ilə aspirasiya biopsiya, aspirasiya biopsiya. Materialın dəqiq götürülməsi metodları : klassik və istiqamətləndirilmiş (endoskopiya, ultrasəs, rentgen və stereotaktik) Yumşaq toxumalardan morfoloji müayinələr üçün materialın götürülməsi metodları: insizival və eksizival biopsiya, çimdikləmə üsulu ilə biopsiya (punch-biopsy), trepan biopsiya, kötük biopsiyasi (core-biopsiya), skarifikasiya üsulu ilə biopsiya (shaving biopsy), halqa ilə götürülmə üsulu ilə biopsiya |
Mənbə 7.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 288 Mənbə 7.2: Mühazirə materialları |
2 |
|
8 |
Sərt toxumalardan morfoloji müayinələr üçün materialın götürülməsi metodları: insizival və eksizival biopsiya, trepan biopsiya. Laborator diaqnostikası metodları (onkomarkerlər, HPV) |
Mənbə 8.1: Mühazirə materialları |
2 |
|
9 |
Üz-çənə nahiyəsinin yumşaq toxumalarının şişləri. Təsnifatı. Epitel toxumadan törəmələr. Epitelin ağız boşluğunda və dəridə quruluşu xüsusiyyətləri.
Hiperplaziyalar ( hiperkeratoz) və xoşxassəli şişlər (papilloma, keratoakantoma). |
Mənbə 9.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 283, 385, Mənbə 9.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 289-290;383-384 |
2 |
|
10 |
Epitel toxumadan törəmələr. Xərçəngönü anlayışı. Əmələgəlmə səbəbləri. Fakultativ və obliqat xərçəngönü formalar anlayışı . Üzün və ağız boşluğun xərçəngönü xəstəlikləri: aşağı ehtimalla bədxassəli prosesə keçənlər xərçəngönü xəstəliklər (fakultativ)-qırmızı yastı dəmirov, leykoplakiya (yastı və siqaret çəkənlərin), eritroplakiya. Üzün və ağız boşluğunun xərçəngönü xəstəlikləri: yüksək ehtimalla bədxassəli prosesə keçənlər xərçəngönü xəstəliklər (fakultativ)-qırmızı qurd eşənəyi, leykoplakiya (eroziyalı və verukoz formalı). Kliniki əlamətləri, diaqnostik metodları, müalicə prinsipləri. |
Mənbə 10.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 381-382; 383-384 Mənbə 10.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 383-384 |
2 |
|
11 |
Obliqat (bədxassəli prosesə keçənlər) xərçəngönü piqment xəstəliklər: kseroderma, Bouen xəstəliyi, vərəm qurd eşənəyi. Epitel toxumadan yerli destruktiv şişlər: “canser in situ”, bazalioma. Klinikası, diaqnostikası, müalicəsi. |
Mənbə 11.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 382-383 Mənbə 11.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 385-387 |
2 |
|
12. |
Ağız boşluğunda və üz-çənə nahiyəsində epitel toxumadan bədxassəli şişlər. Epidemiologiyası. ÜST-in Beynəlxalq TNM təsnifat sistemi. Baş və boyun nahiyəsi şişlərinin regionar yayılma yolları. |
Mənbə 12.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.389-396;397-408 |
2 |
|
13. |
Üzün dərisinin xərçəngi. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Dodağın xərçəngi, ağız boşluğunun selikli qişasının və dilin xərçəngi. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Əngin (əng gibinin) xərçəngi. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu |
Mənbə 13.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 371-386; Mənbə 13.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.389, 397-399 |
2 |
|
14. |
Dəridə və ağız boşluğunun selikli qişasında melanogen şişlər. Melanogen xoşxassəli proseslər: nevuslar. Melanogen bədxassəli şişlər : melanoma. Klinikası. Differensial diaqnostikası (ABCDE prinsipi). Müalicə prinsipləri. Proqnozu. |
Mənbə 14.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 325-326 Mənbə 14.2: Mühazirə materialları |
2 |
|
15. |
Fibroz toxumadan törəmələr: fibroz hiperplaziyalar - hiperplaziya, hiperplastik gingivit, periferik sümükləşən fibroma, periferik giqant hüceyrəli qranulyoma, irsi diş əti fibromatozu, dərman asılı diş əti hiperplaziyası. Xoşxassəli şişlər - miofibroma, desmoplastik fibroma, düyünlü fassiit, xoşxassəli fibroz histiositoma. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Fibroz toxumadan bədxassəli törəmələr: fibrosarkoma, bədxassəli fibroz histiositoma. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Sinir toxumasından törəmələr. Хоşxasəli şişlər- travmatik nevrinoma, neyrofibroma, neyrofibromatoz, şvannoma (nevrilemmoma). Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Sinir toxumasından törəmələr. bədxassəli şişlər- neyrogen sarkoma, bədxassəli şvannoma(nevrilemmoma). Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. |
Mənbə 15.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 309-311 ; 401 Mənbə 15.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 309, 292-293 |
2 |
|
16. |
Əzələ toxumasından törəmələr: xоşxassəli şişlər- Abrikosov şişi (mioblastioma), leyomimoma, leyomiosarkoma, rabdomioma. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Əzələ toxumasından törəmələr: bədxassəli şişlər- rabdomiosarkoma. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Piy toxumasından törəmələr: Xоşxasəli şişlər- üz-çənə nahiyəsinin lipoması. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Piy toxumasından törəmələr: bədxəsəli şişlər- üz-çənə nahiyəsində liposarkoma. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. |
Mənbə 16.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 403-404; 293-294 Mənbə 16.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011; 294-300 |
2 |
|
17. |
Damar toxumasından törəmələr. Təsnifat. Qan damarların hiperplaziyası. İnkişaf dövrləri (aktiv, reqress, qalıq formalar). Piogen qranulyoma. Damar toxumasından törəmələr. Malformasiyalar (kapillyar, arterial, kombinəolunmuş hemangiomalar, arteriovenoz fistula). Damar toxumasından xoşxassəli şişlər-hemangioma, limfangioma, angiofibroma. Damar toxumasından bədxassəli şişlər-angiosarkoma, limfangiosarkoma, Kapoşi sarkoması (hemangioendotelioma). Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu |
Mənbə 17.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 311-326; Mənbə 17.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 403 |
2 |
|
18 |
Böyük və kiçik tüpürcək vəzilərinin kliniki anatomiyası. Tüpürcək vəzilərində şiş proseslərin epidemilogiyası. Təsnifatı. Müayinə üsulları. Şiş proseslərinə şübhəli olan xəstələrdə tüpürcək vəzilərin müayinəsi xüsusiyyətləri. İncə aspirasiyalı biopsiya. Şüa diaqnostika metodları. |
Mənbə 18.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.300-303 Mənbə 18.2: Mühazirə materialları |
2 |
|
19 |
Tüpürcək vəzilərinin xoşxassəli epitelial şişlər: adenolimfoma (Uorton şişi), monomorf adenoma, polimorf (pleomorf) adenoma. Klinikası. Diaqnostikası. Cərrahi müalicə üsulları: tüpürcək vəzisinin subtotal rezeksiyası, üz sinirini qorumaqla səthi və total parotidektomiya. Proqnozu. Tüpürcək vəzilərinin yerli dağıdıcı şişləri (ara qruppa) : asinoz hüceyrəli şişlər. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu.Tüpürcək vəzilərinin bədxassəli şişlər: adenokarsinoma, adenokistoz karsinoma (silindroma), mukoepidermoid şişi. Etiologiyası. Klinikası. Differensial diaqnostikası. Müalicəsi. |
Mənbə 19.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.300-305; Mənbə 19.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 393-396 |
2 |
|
20 |
Ağız boşluğu və üz-çənə nahiyəsinin sərt toxumaların şişlərinin təsnifatı. Çənənlərin fibroz zədədlənmələri (sümük toxumasının inkişaf pozuntuları). Xoşxassəli sümük fibrozu, sümüklərin sümük – sement prosesləri (periapikal sement displaziyasi, florid sement-sümük displaziyasi).Fibroz displaziya növləri - yeniyetmələrin fibroz displaziyasi, böyüklərin fibroz displaziyasi : monoostik və poliostik fibroz displaziya. Xeruvizm. Etiologiyası. Klinikası. Differensial diaqnostikası. Müalicəsi Çənənlərdə metabolik pozuntular naticəsində əmələ gələn şişlər- hiperparatireoidizmin (“Boz-şiş”) ağız boşluğunda təzahürü. Birincili və ikincili formalar .“Pejet” xəstəliyi . Etiologiyası. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. |
Mənbə 20.1: Mühazirə materialları
|
2 |
|
21 |
Qeyri-odontogen xoşxəssəli şişlər: osteoma, osteoid-osteoma, osteoblastoma, xondroma, osteoxondroma. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Qeyri-odontogen xoşxəssəli şişlər: sümükdaxili hemangioma, sümükləşən fibroma. Çənələrin giqanthüceyrəli zədələnmələri: pereferik və mərkəzi giqanthüceyrəli şiş (osteoblastoklastoma) Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. |
Mənbə 21.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 341-342- 346 Mənbə 21.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 342-344, 345, 355-358 |
2 |
|
22 |
Qeyri odontogen bədxəssəli şişlər: osteogen sarkoma, xondrosarkoma. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Qeyri-odontogen bədxəssəli şişlər: Yuinq sarkoması, histiositoma, miyelom xəstəliyi. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. |
Mənbə 22.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 397-401; Mənbə 22.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 397-401, 408 |
2 |
|
23 |
Odontogen epitelial şişlər: ameloblastomalar (adamantinomalar). Etiologiyası. Növləri. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Odontogen birləşdirici toxuma şişləri: sementoma, sementoblastoma, sementləşən fibroma, miksomalar, odontogen fibromalar. Etiologiyası. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. Odontogen qarışıq şişlər: odontomalar (adi və qarışıq), ameloblastik fibroma (yumşaq odontoma).Odontogen bədxəssəli şişlər: ameloblastik fibrosarkoma. Etiologiyası. Klinikası. Diaqnostikası. Müalicə prinsipləri. Proqnozu. |
Mənbə 23.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 358-364; Mənbə 23.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 365-379 |
2 |
|
24 |
Ağız və üz-çənə nahiyəsi şişlərinin ümumi müalicə prinsipləri. Müalicə metodları-müstəqil, kombinəolunmuş, müştərək, kompleks. Ağız və üz-çənə nahiyəsi şişlərinin cərrahi müalicəsi: radikal, palliativ və simptomatik müalicə metodların məqsəd və vəzifələri. Onkoloji cərrahiyyədə ablastika (antiblastika) mahiyyəti. Ağız və üz-çənə nahiyəsi şişlərinin şişəleyhinə şüa terapiyası: müstəqil, əməliyyatönü və əməliyyatdan sonrakı aparılmasının məqsəd və vəzifələri. Şüalanma metodları-xarici və daxili. Üz-çənə nahiyəsində şüa terapiyasının xüsusiyyətləri. Şişəlehinə kimyaterapiyanın məqsəd və vəzifələri. Kimyaterapiya metodları-mono və poliximioterapiya, adyuvant və qeyri-adyuvant, hədəf kimyaterapiyası və immunoterapiya. |
Mənbə 24.1: Mühazirə materialları |
2 |
|
25 |
Cərrahi əməliyyatdan, şüa və kimyaterapiyadan əvvəl ağız boşluğunun sanasiyası xüsusiyyətləri. Şişəlehinə şüa terapiyası zamanı stomatoloji müdaxilələrə göstəriş və əks-göstərişlər.Baş və boyun şişlərinin şüa və kimyaterapiyasının ağız boşluğu və üz-çənə nahiyəsinə əks təsirləri və onların profilaktikası. Şişlərin çıxarılmasından sonra bərpaedici tədbirlər: rekonstruksiya əməliyyatları (onların aparılma vaxtı).Üz-çənə protezləşmələrin bərpaedici tədbirlərdə imkanları.Onkoloji xəstələrin dispanser müşaidəsində stomatoloji nəzarət. |
Mənbə 25.1: Mühazirə materialları |
2 |
|
26 |
Gicgah-çənə oynağının və oyanqətrafı nahiyələrinin kliniki anatomiyası. Gicgah-çənə oynağının zədələnmələri. Təsnifatı. Gicgah-çənə oynağının zədələnmələrin kliniki və radioloji müаyinə metodları. |
Mənbə 26.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.189-191 Mənbə 26.2: Mühazirə materialları |
2 |
|
27 |
Oynaq daxili artikulyar xəstəliklər. Oyanaqdaxili diskin yerini dəyişməsi patologiyası. Etiologiyası, kliniki əlamətləri, diаqnostikası. Konservativ və cərrahiyyə müalicəsi. Gicgah-çənə oynağının kəskin və xroniki artriti. Osteoartroz. Etiologiya, patogenez, differensial diaqnostikası, müalicə prinsipləri. |
Mənbə 27.1: Mühazirə materialları Mənbə 27.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.192-194 |
2 |
|
28 |
Oynaq xarici xəstəliklər. Çəynəmə əzələlərinin kontrakturası. Etiologiyası, kliniki əlamətləri, konservativ və cərrahiyyə müalicəsi. Bruksizm. Etiologiyası, klinikası, diaqnostikası. Müalicə üsulları. Gicgah-çənə oynağının disfunksional ağrı sindromu. Etiologiyası, klinikası, diaqnostikası. Müalicə üsulları. |
Mənbə 28.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011.203-204; Mənbə 28.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 194-195 |
2 |
|
29 |
Çənənlərin çıxığı. Mexanizmi. Çənənlərin bir- və ikitərəfli çıxıqlarının klinikası. Repozisiya metodları. Cərrahi əməliyyata göstəriş. |
Mənbə 29.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011. 238-241; Mənbə 29.2: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011 241-242 |
2 |
|
30 |
Gicgah-çənə oynağının ankilozu.Təsnifatı. Etiologiyası,patogenezi,klinikası,diaqnostikası. Cərrahi müalicə metodları |
Mənbə 30.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011 241-242 Mənbə 30.1: Yusubov Y.Ə., Bilalzadə S.Y. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı -2011 195-199 |
2 |