Bizi izləyin:
Heydər Əliyev
Ağız və üz-çənə cərrahiyyəsinin əsasları
Bölmələrimiz
Ağız və üz-çənə cərrahiyyəsinin əsasları

Fənnin məqsədi: Tələbələrin Azərbaycan Respublikasında ağız və üz-çənə cərrahiyyə xidmətin təşkili, bu sahədə tibbi sənədləşmənin aparılması, deontologiya məsələləri, xəstələrin müayinəsi və əməliyyata hazırlanması xüsusiyyətləri, yerli ağrısızlaş­dırma və cərrahiyyəsi prinsiplərinə yiyələnməsi.

Fənnin təlim nəticəsi:

1.Ağiz və üz-çənə cərrahiyyəsində tibbi sənədləşmə aparma bacarır

2.Ağız boşluğunda və üz-çənə nahiyyəsində cərrahi patologiya ilə olan xəstələrin kliniki müayinəsini apara bilir, eləcə də rentgenoloji və laborator müayinənin nəticələrini təhlil edə bilir

3. Yanaşı gedən somatik pozuntularla xəstələrin cərrahi əməliyyata hazırlanması qaydasını bilir

4. Ambulator şəraitdə rast gəlinən təxirəsalınmaz hallarda vaxtında diaqnoz qoyması və müalicə tədbirlərin aparılmasını bacarır

5. Cərrahi əməliyyatı ambulator və ya stasionar şəraitdə aparılması qərarını verməyı bacarır

6. Ağız və üz-çənə cərrahiyyəsində aseptika və antiseptika tədbirlərin aparəlması qaydalarını bilir

7. Ağız və üz-çənə cərrahiyyəsində ağrısızlaşdırma növünün seçilməsi qərarını verə bilir

8. Ağız və üz-çənə cərrahiyyəsində hər bir növ yerli ağrısızlaşdırmanı yerinə yetirə bilir

9. Yerli ağrısızlaşdırmalarda ağırmaşmaların yol verilməməsi profilaktika tədbirlərini və rast gəlinən hallarda onların aradan qaldırılmasını bacarır

10.Ağiz və üz-çənə nahiyyəsində cərrahi kəsiklərin düzgün aparılması, hemostazın təmin edilməsi qaydasını, tikişlərin qoyulması texnikasını bacarmalıdır

11.Üz-çənə nahiyyəsində cərrahi yaralara sarğılar qoyulmasını bacarmalıdır

12. Cərrahi yaralarda sağalmaların ağırlaşmalarını vaxtımda təyin etməyə bacarmalıdır

 

Fənnin məzmunu

Ağız və üz-çənə cərrahiyyəsinin əsasları – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “Stomotologiya” ixtisasının təhsil proqramına əsasən məcburi fənndir. Semester ərzində tələbələrə Azərbaycan Respublikasında ağız və üz-çənə cərrahiyyə xidmətin təşkili, bu sahədə tibbi sənədləşmənin aparılması, deontologiya məsələləri, xəstələrin müayinəsi və əməliyyata hazırlanması xüsusiyyətləri, yerli ağrısızlaş­dırma və cərrahiyyəsi prinsiplər tədris olunur. Ağız və üz-çənə cərrahiyyəsinin əsasları fənni təstiq olunmuş proqramla aparılır. Həftə ərzində 2 saat mühazirə və 4 saat seminar şəklində nəzəri və praktiki biliklər tələbələrə tədris olunur. Tələbələr nəzəri bilikləri əldə etdikdən sonra bacarıqları sərbəst şəkildə içra edirlər. Yiyələndikləri  bacarıqları gündəlik plaktiki fəaliyyətlərində istifadə edə biləcəklər. Tələbələr ağız və üz-çənə cərrahiyyəsinin əsasları fənnində mənimsədiyi biliklərini  stomatoloqiyanın hər bir sahəsində istifadə edə  bilər.

 

Fənnin tədris formatı

  1. Əyani

 

Topic

Mövzu (mühazirə)

Readings (Ədəbiyyat)

Saat

1

Ambulator və stasionar  şəraitdə ağız cərrahiyyəsi xidmətinin  təşkili və tibbi sənədləşmələrin aparılma qaydası.Ağız və üz-çənə cərrahiyyəsində xəstə kontingentinin xüsusiliyi. Ağız və üz-çənə cərrahiyyəsində kliniki müayinə metodlarının xüsusiyyətləri.

Reading 1.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 13-17

   2

 

 

 

2

Ağız və üz-çənə cərrahiyyəsində instrumental müayinə metodlarının xüsusiyyətləri. İstifadə olunan diaqnostika avadanlıqları və xüsusi metodları. Аğız və üz-çənə cərrahiyyəsində aseptika tədbirlərinin xüsusiliyi.Texniki təchizat və kimyəvi vasitələr.

Reading 2.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 17-25

2

3

Аğız və üz-çənə cərrahiyyəsində antiseptika tədbirlərinin xüsusiliyi.Texniki təchizat və kimyəvi vasitələr. Ağız və üz-çənəcərrahiyyəsində antibiotikoprofilaktikanın aparılması xüsusiyyətləri.Аğız və üz-çənə cərrahiyyəsində alətlərin və tibbi ləvazimatın sterilizasiyası üsulları.Əməliyyat otağının təchizatı və cərrahi əməliyyata hazırlanması.

Reading 3.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 25-27

2

4

Ağız və üz-çənə cərrahiyyəsində əməliyyat sahəsinin cərrahi müdaxiləyə hazırlanması. Ağız və üz-çənə cərrahiyyəsində tibbi personalın cərrahi əməliyyata hazırlanması.İnsan həyatına təhlükə yaradan hallarda təxirəsalınmaz tədbirlər. Nəfəs yolları keçəcəyini bərpa etmək prinsipləri. Süni yolla havanın ağciyərə daxil olmasının təmin edilməsi.Ürəyin masajı ilə qan dövriyyəsinin bərpası. Traxeostomiya əməliyyatı və ona göstərişlər.

Reading 4.1  Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 17-18, 26

Reading 4.2 Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  1,4

2

5

Yanaşı gedən somatik pozuntularla xəstələrin cərrahi əməliyyata hazırlanması xüsusiyyətləri.Ürək-damar xəstəlikləri (stenokardiya, miokard infarktı, aortokoronar şuntlanma, koronar angioplastika, serebrovaskulyar insult, aritmiya, ürək əzələlərinin genişlənməsi-hipertrofik kardiomiopatiya), tənəffüs sisteminin xəstəlikləri (bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi), böyrək xəstəlikləri (hemodializ-böyrək dializi, böyrək transplantasiyası), qan təzyiqi pozuntuları (hipertoniyaxəstəliyi,hipotoniyaxəstəliyi) və qaraciyər patologiyaları (qaraciyər funksiyasının zəiflənməsi) zamanı cərrahi əməliyyata hazırlanması xüsusiyyətləri. Endokrin xəstəlikləri (şəkərli diabet, adrenal çatışmamazlığı, hipertiroidizm, hipotiroidizm), hematoloji problemləri olan (irsi koaqulopatiya, trombositar çatışmamazlıq), antikoaqulyantlardan (aspirin, varfarin, heparin və s.) uzun müddət istifadə edən, nevroloji pozuntuları olan (qıcolma tutması) vəalkoqolizmə düçar qalan xəstələrin cərrahi əməliyyata hazırlanması xüsusiyyətləri.

Reading 5.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 10, 18, 22-28,32-34

Reading 5.2 Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  3-13

2

6

Digər risk qrupuna aid olan pasiyentlərin cərrahi əməliyyata hazırlanması xüsusiyyətləri. Hamiləlik(döl üçün potensial riskə görə) və hamiləlikdən sonraki (südəmizdirən analara aid) vəziyyətdə, eləcədə aybaşı dövründə olan pasiyentlərincərrahi əməliyyata hazırlanması xüsusiyyətləri. Yaşlı pasiyentlər kontingentinin cərrahi əməliyyata hazırlanması xüsusiyyətləri. Aparılan müalicə zamanı pasiyentin həyatına təhlükə yaradan vəziyyətlərdə təxirəsalınmaztədbirlərin aparılması üçün cərrahi otaqlarda lazımi şəraitin yaradılması, dərman preparatlarla təminatı, avadanlıqlarla və tibbi ləvazimatlarla təchizatı.

Reading 6.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 40, 67-69

Reading 6.2 Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  15-16

2

7

Aparılan müalicə zamanı pasiyentlərdə rast gəlinən bayılma, kollaps, allergik reaksiya və anafilaktik şok zamanıaparılan təxirəsalınmaz tədbirlər. Aparılan müalicə zamanı pasiyentlərdə rast gəlinən hiperventilyasiya,  yad cisimlə aspirasiya,mədə möhtəviyyatı ilə aspirasiya, ortostatik hipotenziya, səhvən daxil edilən dərmanın fəsadlaşması, ağrısızlaşdırılmada istifadə edilən yerli anestetiklərin toksiki təsiri zamanıaparılan təxirəsalınmaz tədbirlər.

Reading 7.1 Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  13-15

Reading 7.2   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 84

Reading 7.3 Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 47-48

2

8

Yanaşı gedən xəstəliklərlə bağlı əmələ gələn təhlükəli hallarda təxirəsalınmaz tədbirlər. Bronxial astma tutması.Hipoqlikemik sindrom.Tirotoksik kriz. İnsult. İnfarkt.Epileptik tutma. Pasiyentlərin ağrıya qarşı dözümlüyünün qiymətləndirilməsi (sensor, psixoemosional, vegetativ və psixomator statusunun təyini).Ağız və üz-çənə cərrahiyyəsində ağrısızlaşdırma növünün seçilməsi kriteriyaları.

Reading 8.1 Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  4, 11-12

Reading 8.2   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 34-36

2

9

Yerli ağrısızlaşdırılma mexanizmi. Üz-çənə nahiyəsinin periferik sinir sisteminin topoqrafiyası. Yerli ağrısızlaşdırılmada istifadə olunan anestetiklərin kliniki-farmakoloji xüsusiyyətləri. Yerli anestetiklərin təsir mexanizmi.

Reading 9.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 6-7, 42-46

Reading 9.2   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 28-32, 49-53

2

10

Ağız və üz-çənə cərrahiyyəsində aplikasion anesteziyaya göstəriş. İstifadə olunan anestetiklər. Ağız və üz-çənə cərrahiyyəsində infiltrasion anesteziya növləri: selikli qişaaltı, sümüküstülüyüaltı, intraseptal, intraliqamentar sümükdaxili. Üzün və boyunun yumşaq toxumalarının yerli anesteziyası. Vişnevskinin sürünən infiltrasiya metodu.

Reading 10.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 36-37

2

11

Ağız və üz-çənə cərrahiyyəsində naqili anesteziyaya göstəriş. Üçlü sinirin 2-ci şaxəsinin və innervasiya sahəsinin anatomik quruluşu. Əngdə naqili anesteziya : tuberal, infraorbital.

Reading 11.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 37-38,45

2

12

Əngdə naqili anesteziya: palatinal, burun-damaq blokadanövləri. Üçlü sinirin 3-cü şaxəsinin və innervasiya sahəsinin anatomik quruluşu.

Reading 12.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 38, 40, 45

2

13

Çənədə naqili anesteziya: aşağı alveol sinirinin blokadası.Çənədə naqili anesteziya: mental və kəsici şaxələrin blokadası.

Reading 13.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 40-42, 45-47

2

14

Çənədə naqili anesteziya:dil və yanaq sinirlərinin blokadası.  Ağzın məhdud açılması zamanı istifadə olunan ağızdaxili yerli ağrısızlaşdırılma üsulları: Vazirani-Akinozi üsulu.

Reading 14.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 42-43

2

15

Ağzın məhdud açılması zamanı istifadə olunan ağızxarici üsullar : çənə yarığından (almacıq qövsü altı), çənəaltı, çənə şaxəsi önü. Ağız və üz-çənə cərrahiyyəsində kötük anesteziyası. Kəllənin girdə dəliyindən çıxan üçlü sinirin 2-ci şaxəsinin blokadası. İstifadə olunan üsullar.

Reading 15.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 45-47

2

16

Midterm

 

2

17

Ağız və üz-çənə cərrahiyyəsində kötük anesteziyası. Kəllənin oval dəliyindən çıxan üçlü sinirin 3-cüşaxəsinin blokadası.  İstifadə olunan üsullar.

Reading 17.1   Y.Yusibov, S.Bilalzadə Ağız və Üz-Çənə cərrahiyyəsi dərslik: 45,47

Reading 17.2  Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 50-54

2

18

Ağız və üz-çənə cərrahiyyəsində premedikasiya. Məqsəd və vəzifələri. Premedikasiyada istifadə olunan dərman vasitələrininkliniki-farmakoloji xüsusiyyətləri. Tətbiq etmə protokolu.

Reading 18.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 54-56

2

19

Ağız və üz-çənə cərrahiyyəsində kombinəolunmuş ağrısızlaşdırılma. Neyroleptoanalgeziya. İstifadə olunan dərman vasitələrin kliniki-farmakoloji xüsusiyyətləri və onların təyinatı.

Reading 19.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 54-56

2

20

Ağız və üz-çənə cərrahiyyəsində kombinəolunmuş ağrısızlaşdırılma. Ataralgeziya. İstifadə olunan dərman vasitələrin kliniki-farmakoloji xüsusiyyətləri və onların təyinatı. Ümumi ağrısızlaşdırma. Ağız və üz-çənə cərrahiyyəsində təyinatı və təsir mexanizmi. Ümumi ağrısızlaşdırma dövrələri.

Reading 20.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 43-45

2

21

Xəstələr üçün əməliyyat-anestezioloji riskininmüəyyən edilməsi. Xəstələrin ümumi ağrısızlaşdırmaya hazırlanması.

Reading 21.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 54-56, 63-67

2

22

Ağız və üz-çənə cərrahiyyəsində maskalı, endotraxeal, intratraxeal, venadaxiliümumi ağrısızlaşdırma metodlarının xüsusiyyətləri. Ümumi ağrısızlaşdırmada istifadə olunan inhalyasion anestetiklərin kliniki-farmakoloji xüsusiyyətləri.

Reading 22.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 56-60

2

23

Ümumi ağrısızlaşdırmada istifadə olunan qeyri-inhalyasion anestetiklərin kliniki-farmakoloji xüsusiyyətləri. Üz-çənə nahiyəsinin müxtəlif patologiyalarında (kəllə-üz deformasiyaları, ilthabi proseslər və s.) ümumi ağrısızlaşdırmanın xüsusiyyətləri.

Reading 23.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 84-86

2

24

Ümumi ağrısızlaşdırma zamanı və yaxın sonraki dövrdə ağırlaşmalar. Onların qarşısının alınması tədbirləri. Ambulator stomatoloji yardım zamanı ümumi ağrısızlaşdırmanın xüsusiyyətləri. 

Reading 24.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 87-88

2

25

Ambulator stomatoloji yardım zamanı ümumi ağrısızlaşdırmanın mümkün olan ağırlaşmaları və onların qarşısının alınması tədbirləri. Ağız və üz-çənə cərrahiyyəsində əməliyyatdan sonraki qidalanma:zondla, enteral, parenteral.

Reading 25.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 85-89---

2

26

Ağız və üz-çənə cərrahiyyəsində intensiv terapiya və reanimasiya tədbirləri. Kliniki ölüm, terminal hallarda və kəllə-beyin zədələnmələrində xəstənin vəziyyətinin qiymətləndirilməsi.

Reading 26.1   Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  349-362

2

27

Ağız və üz-çənə nahiyəsinin mikrobioloji xüsusiyyətləri. Ağız və üz-çənəcərrahiyyəsində antibiotikoprofilaktikanın aparılması xüsusiyyətləri. Ağız və üz-çənə cərrahiyyəsində istifadə olunan alətlər.

Reading 27.1   Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  33-36

2

28

Dərinin anatomiyası və fiziologiyası.Üzün və boynun topoqrafik anatomiyası.Ağız və üz-çənə nahiyəsində aparılan cərrahi kəsiklərin əsas prinsipləri.

Reading 28.1   Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  38-39

2

29

Ağız və üz-çənə cərrahiyyəsində istifadə olunan tikiş materiallarının təyinatı. Düyünlərin növləri. Əl və alət ilə düyünün qoyulması. Ağız və üz-çənə cərrahiyyəsində tikişlərin qoyulması və çıxarılması qaydası. Ağız və üz-çənə nahiyyəsində cərrahi yaraların sağalma xüsusiyyətləri.

Reading 29.1   Fragiskos D. Fragiskos (Ed.) Oral Surgery 2007:  39-40

2

30

Əməliyyatdan sonraki çapıqların növləri. Kobud çapıqların profilaktikası və müalicəsi. Kelloid çapıqları. Etiologiyası və müalicə üsulları.Ağız və üz-çənə cərrahiyyəsində cərrahi sarğıların qoyulması xüsusiyyətləri.

Reading 30.1   Peterson's Principles of Oral and Maxillofacial Surgery 2012: 1618-1620

2