İF-18 “Ortopedik stomatologiyanın əsasları”
Tələbələr “Ortopedik stomatologiyanın əsasları” fənnini öyrənməklə, üz-çənə sisteminin funksional anatomiyası, çənənin biomexanikası barədə ətraflı biliklər alacaqlar. Eləcə də, ortopedik stomatologiya şöbəsinin təşkili, ortopedik stomatologiya klinikasında xəstələrin verbal, vizual, manual, audial və instrumental müayinəsi üsullarını mənimsəyəcək və onları düzgün interpretasiya edə biləcəklər.
Fənnnin məqsədi: Tələbələrə Ortopedik stomatologiyanın əsaslarının, o cümlədən üz-çənə sisteminin funksional anatomiyasının, çənənin biomexanikasının və okklüziyanın xüsusiyyətlərinin izah edilməsi, ortopedik stomatoloji kabinetin və diş texniki laboratoriyasının tanıdılması, ortopedik stomatologiya klinikasında xəstələrin ümumi və xüsusi müayinə üsullarının, protezləməyə hazırlığın, deontologiya qaydalarının və stomatoloji materialşünaslığın öyrədilməsi, müxtəlif ölçü materiallarından istifadə etməklə ölçü almaq və model hazırlamaq bacarıqlarının qazandırılması
Fənnnin təlim nəticəsi:
1. Üz-çənə sisteminin funksional anatomiyasını və çənənin biomexanika prinsiplərini bilir.
2. Ortopedik stomatologiya şöbəsinin təşkilini, dezinfeksiya və sterilizasiya qaydalarını bilir.
3. Xəstənin protezləməyə psixoloji hazırlanması, ağız boşluğunun sanasiyası qaydalarını bilir.
4. Ortopedik stomatoloji materialşünaslığın əsaslarını bilir.
5. Xəstənin protezləməyə xüsusi hazırlanması qaydalarını bilir.
PROQRAM
Bu fənni öyrənərkən, tələbələr, ortopedik stomatologiya klinikasında deontologiya və xəstənin protezləməyə hazırlanması qaydalarını bilmək, ortopedik stomatologiyada istifadə edilən materiallar, ölçülər və ölçü materiallarını tanımaqla yanaşı, yuxarı və aşağı diş sıralarından ölçülərin alınması və modellərin hazırlanması üsullarına da yiyələnəcəklər. Əldə edilən bilik və bacarıqlardan stomatoloji təhsilin sonrakı mərhələlərində istifadə etməklə bərabər, tələbələr Ortopedik stomatologiya klinikasında hazırlanan bütün növ çıxan və çıxmayan protez konstruksiyalarının hazırlanması zamanı vacib olan nəzəri bilikləri və lazımi əl vərdişlərini qazanacaqlar.
II kurs tələbələri üçün mühazirələrin mövzu planı yaz (IV semestr)
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
“Ortopedik stomatologiyanın əsasları” fənninin predmeti. Üz-çənə nahiyəsinin funksional anatomiyası. Ağızətrafı nahiyə. Ağız dəhlizi. Çənə nahiyəsi. Dil. Əng nahiyəsi. Sərt və yumşaq damaq. Üz-çənə nahiyəsinin əzələləri. Ağız boşluğunun selikli qişası. Üzün antropometrik ölçüləri. Gicgah-çənə oynağı. Diş sıraları. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
|
2 |
Çənənin biomexanikası. Çənənin şaquli hərəkətləri. Çənənin sagital hərəkətləri. Sagital oynaq və kəsici diş yolları. Sagital oynaq yolu və sagital kəsici diş yolu bucaqları. Çənənin transverzal hərəkətləri. Transverzal oynaq və kəsici diş yolları. Transverzal oynaq və kəsici diş yolu bucaqları. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
|
3 |
Artikulyasiya və okklüziya. Mərkəzi okklüziya. Ön, arxa, yan okklüziyalar. Çeynəmə əzələlərinin funksional sakitliyi. Dişləm, fizioloji və patoloji növləri. Ortoqnatik dişləmə xas olan əlamətlər. Çeynəmə aktı. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
|
4 |
Ortopedik stomatologiya şöbəsinin təşkili. Ortopedik stomatologiya kabinetinin təşkili. Ortopedik stomatologiya kabinetində dezinfeksiya və sterilizasiya. Diş texniki laboratoriyasının təşkili. Ortopedik stomatologiya klinikasında deontologiya. Stomatoloji terminologiyanın səlişləşdirilməsi. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
|
5 |
Ortopedik stomatologiya klinikasında xəstələrin müayinəsi. Stomatoloji müayinə üsulları. Verbal müayinə. Klinik müayinə. Profilaktik onkostomatoloji müayinə. Şüa diaqnostikası üsulları. Xüsusi müayinə üsulları. Çeynəmə effekti. Çeynəmə əzələlərinin funksiyasının öyrənilməsi. Diaqnoz. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
|
6 |
Ortopedik stomatologiya klinikasında xəstənin protezləməyə psixoterapevtik hazırlanması. Stomatoloji qəbulda həyəcanlanma sindromu. Premedikasiya. Ağız boşluğunun sanasiyası. Ağız boşluğunun protezləməyə xüsusi hazırlanması. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
|
7 |
Stomatoloji materialşünaslığın əsasları. Ortopedik stomatologiyada istifadə olunan əsas və köməkçi materiallar. Onlara olan tələbatlar. Metallar və metal xəlitələri. Sitallar. Keramik kütlələr. Plastik kütlələr. Modelləşdirici materiallar. Stomatoloji sementlər. Ayırıcı və formalaşdırıcı materiallar. Abraziv materiallar. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
|
8 |
Ortopedik stomatologiyada istifadə edilən ölçülər. Növləri, təyinatı. Ölçü qaşıqları. Ölçü materialları, onlara olan tibbi-bioloji tələbatlar. Kristallaşan, termoplastik materiallar. Elastik ölçü materialları. Alginat, polisulfid, yarımefir, silikon kütlələr. Modellər. Növləri, təyinatı. Gips, növləri, təyinatı. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. |
2 |
Cəmi: 16 saat
II kurs tələbələri üçün praktiki məşğələlərin mövzu planı Yaz (IV semestr)
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Ağızətrafı nahiyə. Üzdəki zahiri oriyentirlər. Üz formaları. Ağızətrafı nahiyədəki elementlər. Ağız dəhlizi. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. II fəsil səh. 24 |
2 |
|
2 |
Çənə nahiyəsi. Çənə sümüyü. Dilin quruluşu. Dilaltı nahiyə. Əng nahiyəsi. Əng sümükləri. Əng kontrforsları. Sərt və yumşaq damaq. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. II fəsil səh. 29 |
2 |
|
3 |
Üz-çənə nahiyəsinin əzələləri. Mimiki əzələlər. Boyun əzələləri. Çeynəmə əzələləri. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. II fəsil səh. 41 |
2 |
|
4 |
Ağız boşluğunun müxtəlif nahiyələrində selikli qişanın xüsusiyyətləri. Hərəkətli və hərəkətsiz selikli qişa. Üzün antropometrik ölçüləri. Gicgah-çənə oynağı. Quruluşu. Digər oynaqlardan fərqli xüsusiyyətləri. Gicgah-çənə oynağındakı hərəkətlər. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. II fəsil səh. 46 |
2 |
|
5 |
Diş sıralarının quruluşu, əng və çənədə onların formaları. Dişlərarası təmaslar. Diş cərgəsinin tamlığı. Diş qövsü, alveolyar və bazal qövslər. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. II fəsil səh. 53 |
2 |
|
6 |
Çənənin biomexanikası. Çənə hərəkətlərinin istiqamətləri. Çənənin şaquli hərəkətləri. Ağızın açılıb-qapanması aktı. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.60 |
2 |
|
7 |
Çənənin sagital hərəkətləri. Sagital oynaq və kəsici diş yolları. Sagital oynaq və kəsici diş yolu bucaqları. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.66 |
2 |
|
8 |
Çənənin transverzal hərəkətləri. Transverzal oynaq və kəsici diş yolları. Transverzal oynaq və kəsici diş yolu bucaqları. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.70 |
2 |
|
9 |
Artikulyasiya və okklüziya. Mərkəzi, ön, arxa, yan okklüziya. Çeynəmə əzələlərinin funksional sakitliyi. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.73 |
2 |
|
10 |
Dişləm. Normal və patoloji dişləmlər. Ortoqnatik dişləmdə ön dişlərin, çeynəmə dişlərinin və diş sıralarının qapanmasına xas olan əlamətlər. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.76 |
2 |
|
11 |
Sagital və transverzal okklüziya əyriləri. Düz dişləm, fızioloji biproqnatiya, fızioloji opistoqnatiyanın əlamətləri. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.80 |
2 |
|
12 |
Distal, mezial, dərin, açıq, çəp dişləmdə ön dişlərin, çeynəmə dişlərinin və diş sıralarının qapanmasına xas olan əlamətlər. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.84 |
2 |
|
13 |
Çeynəmə aktı. Qidanın kəsilməsi, xırdalanması və çeynənilməsi zamanı çənə hərəkətlərinin fazaları. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. III fəsil səh.88 |
2 |
|
14 |
Ortopedik stomatologiya şöbəsinin təşkili. Ortopedik stomatologiya kabinetindəki avadanlıqlar və alətlər. Ortopedik stomatologiya kabinetində dezinfeksiya işləri. Stomatoloji alətlərin sterilizasiyası. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. IV fəsil səh.94 |
2 |
|
15 |
Diş texniki laboratoriyasının təşkili. Diş texniki laboratoriyasındakı avadanlıqlar və alətlər. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. IV fəsil səh.104 |
2 |
|
16 |
Ortopedik stomatologiya klinikasında deontologiya. Stomatoloji terminologiyanın səlisləşdirilməsi. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. V fəsil səh.114 |
2 |
|
17 |
Ortopedik stomatologiya klinikasında xəstələrin müayinəsi. Stomatoloji müayinə üsulları. Verbal müayinə. Vizual müayinə. Zondlama, perkussiya, pinsetlə dişlərin müayinəsi. Palpasiya. Ağız boşluğunun selikli qişasının müayinəsi. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VI fəsil səh.120 |
|
|
18 |
Parodontun tədqiqi. Dişsiz alveol hissəsinin tədqiqi. Profilaktik onkostomatoloji müayinə. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VI fəsil səh.130 |
2 |
|
19 |
Ortopedik stomatologiyada şüa diaqnostikası üsulları. Ağızdaxili nişangahlı rentgenoqrafiya. Panoram rentgenoqrafiya. Kompüter tomoqrafiyası. Artroqrafiya. Telerentgenoqrafiya. Sefalometriya. Radiovizioqrafiya. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VI fəsil səh.133 |
2 |
|
20 |
Termodiaqnostika. Elektroodontodiaqnostika. Qalvanometriya. Biomikroskopiya. Reoqrafiya. Polyaroqrafiya. Exoosteometriya. Biometrik tədqiqat. Fotoqrammometriya. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VI fəsil səh.145 |
2 |
|
21 |
Çeynəmə effekti, statik və funksional üsullarla təyini. Qnatodinamometriya. Mastikosioqrafiya. Miotonometriya. Elektromioqrafiya. Elektromiomastikosioqrafiya. Mioartoqrafiya. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VI fəsil səh.152 |
2 |
|
22 |
Xəsləliyin nozoloji formasının dəqiqləşdirilməsi. Diaqnozun təyin edilməsi. Xəstəlik tarixi, onun tibbi, statistik və hüquqi əhəmiyyəti. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VI fəsil səh.160 |
|
|
23 |
Xəstələrin protezləməyə psixoloji hazırlanması. Stomatoloji qəbulda həyəcanlanma sindromu. Premedikasiya. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VII fəsil səh.164 |
2 |
|
24 |
Ağız boşluğunun sanasiyası. Ağız boşluğunun protezləməyə xüsusi hazırlanması. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VII fəsil səh.167 |
2 |
|
25 |
Stomatoloji materialşünaslığın əsasları. Metallar və metal xəlitələri. Qızıl və gümüş-palladium xəlitələri. Paslanmayan polad. Kobalt-xrom və titan xəlitələri. Tezəriyən xəlitələr. Lehimlər. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VIII Ifəsil səh.172 |
2 |
|
26 |
Sitallar. Keramik kütlələr, növləri. Stomatoloji farfor. Plastik kütlələr, növləri. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VIII Ifəsil səh.180 |
2 |
|
27 |
Modelləşdirici materiallar. Mumlar. Müxtəlif tərkibli stomatoloji sementlər. Ayırıcı və formalaşdırıcı materiallar. Abraziv materiallar. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. VIII Ifəsil səh.187 |
2 |
|
28 |
Ortopedik stomatologiyada istifadə edilən ölçülər. Ölçü qaşıqları. Ölçü materialları. Kristallaşan və termoplastik ölçü materialları. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. IX fəsil səh.202 |
2 |
|
29 |
Elastik ölçü materialları. Alginat ölçü kütlələri. Polisulfid kütlələr. Yarımefir kütlələr. A-silikon və C-silikon kütlələr. Yuxarı və aşağı diş sıralarından ölçülərin alınması. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. IX fəsil səh.207 |
2 |
|
30 |
Modellər. Təyinatına görə növləri. Gips. Sərtliyinə görə növləri. Müxtəlif ölçü kütlələrindən modellərin hazırlanması üsulları. |
Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s. IX fəsil səh.211 |
2 |
Cəmi: 60 saat
METODİKİ TƏMINAT:
1. Nazim Pənahov, Səid Əhmədov. «Ortopedik stomatologiya. Propedevtika». Bakı, 2020, 224 s.
TEXNİKİ TƏCHİZAT:
Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda və fantom otaqlarında keçirilir. Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, ağız boşluğunun ,ağız ətrafı nahiyyənin,dişlər arası təmasların və dişləmin analizi üçün istifadə edilən vasitələr barəsində kitablardan slaydlar. Nəzəri dərslərlə əldə edilən biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq modellər üzərində həyata keçirilir. Bundan əlavə modellər üzərində ölçü qaşıqları vasitəsilə ölçülərin götürülməsi həyata keçirilir.