İF - 19 “Diş tacının protezləri”
Tələbələr “Diş tacının protezləri” fənnini öyrənməklə, diş tacı qüsurlarının ortopedik müalicəsində restavrasiyanın məqsədi və onun bioloji nöqteyi-nəzərindən əsaslandırılması, həmçinin dişin müxtəlif növ qapaq konstruksiyaları üçün yonulmasının əsas biomexaniki prinsipləri, yonulma zamanı sərt toxumaların qorunması, pulpa və periodontun yonulmaya qarşı reaksiyaları barədə ətraflı biliklər alacaqlar. Eləcə də, müxtəlif növ qapaqların hazırlanmasının klinik və laborator mərhələlərini mənimsəyəcək və onları düzgün interpretasiya edə biləcəklər.
Fənnnin məqsədi: Tələbələrə diş tacının protezlərinin hazırlanmasının klinik-laborator mərhələlərinin izah edilməsi, birqatlı; ikiqatlı; birmərhələli; ikimərhələli; bir retraksiya sapı ilə; iki retraksiya sapı ilə; rəqəmsal ölçülərin götürülmə texnikasının öyrədilməsi, metal-keramik, zirkon əsaslı və tam keramik qapaqlar üçün dişlərin müxtəlif səthlərinin yonulması, diş ətinin retraksiyasının aparılması və servikal nahiyədə diş ə tialtı, diş əti səviyyəsində və diş ətiüstü müxtəlif formalı pillələrin yaradılması bacarıqlarının qazandırılması
Fənnnin təlim nəticəsi:
1. Diş tacı qüsurlarının ortopedik müalicəsində restavrasiyanın məqsədinin bioloji nöqteyi-nəzərindən əsaslandıra bilir.
2. Dişin müxtəlif növ qapaq konstruksiyaları üçün yonulmasının əsas biomexaniki prinsiplərini bilir.
3. Metal-keramik, zirkon əsaslı və tam keramik qapaq üçün dişin kəsici kənar, oklüzal, vestibulyar, oral, aproksimal səthlərinin və servikal nahiyəsinin yonulmasının əsas qaydalarını bilir.
4. Dişin qapaq üçün yonulmasında istifadə olunan fərqli burğac və ucluq seçimlərini əsaslandıra bilir.
5. Müxtəlif qapaq növləri üçün olçü götürülmə qaydalarını bilir
PROQRAM
Bu fənni öyrənərkən, tələbələr, ortopedik stomatologiya kafedrasının fantom otağında ön və azı dişlərin vestibulyar, oral, oklüzal, aproksimal səthlərinin və servikal nahiyələrinin metal-keramik, zirkon əsaslı və tam keramik qapaq üçün yonulma üsullarını mənimsəməklə yanaşı, diş ətinin retraksiyasının aparılması, servikal nahiyədə müxtəlif növ pillələrin yaradılması, stomatoloji manipulyasiyalar zamanı tək dişin və ya yanaşı yerləşən dişlərin izolyası üçün vasitələrin tətbiq edilməsi üsullarına da yiyələnəcəklər. Əldə edilən bilik və bacarıqlardan stomatoloji təhsilin sonrakı mərhələlərində istifadə etməklə bərabər, tələbələr Ortopedik stomatologiya klinikasında müxtəlif növ qapaq konstruksiyalarının hazırlanması zamanı vacib olan nəzəri bilikləri və lazımi əl vərdişlərini qazanacaqlar
III kurs tələbələri üçün mühazirələrin mövzu planı yaz (V semestr)
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
“Diş tacının protezləri” fənninin predmeti. Diş tacının qüsurları. Etiologiyası, klinikası, diaqnostikası. Diş tacı qüsurlarının ortopedik müalicəsində restavrasiyanın məqsədi, bioloji nöqteyi-nəzərindən əsaslandırılması. Diş tacı qüsurlarında hazırlanan çıxmayan ortopedik konstruksiyaların təsnifatı. Qapaqlar. Növləri. Qapaq hazırlanması üçün istifadə edilən materialların əsas xüsusiyyətləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
2 |
Dişin müxtəlif növ qapaq konstruksiyaları üçün yonulmasının əsas biomexaniki prinsipləri. Diş tacının konusluğu və hündürlüyünün çıxmayan konstruksiyanın retensiyasına təsiri. Yonulma zamanı ağrısızlaşdırma üsulları. Dişin sərt toxumalarının qorunması. Pulpa və periodontun yonulmaya qarşı reaksiyaları. Bioloji genişlik anlayışı. Quruluş xüsusiyyətləri, funksiyası, yaranması və dəyişilməsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
3 |
Dişin tam qapaq üçün yonulmasının mərhələləri. Kəsici kənar, oklüzal, vestibulyar, oral, aproksimal səthlərin və servikal nahiyənin qapaq üçün yonulmasının əsas xüsusiyyətləri. Diş ətinin retraksiyası. Retraksiya sapları və məhlulları. Retraksiyanın aparılma qaydası. Pilləli və pilləsiz yonulma. Diş ətiüstü, diş əti bərabərliyində və diş ətialtı pillələrin yaradılması üsulları. Dişin qapaq üçün yonulmasında istifadə olunan fərqli burğac və ucluq seçimlərinin əsaslandırılması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
4 |
Diş tacı qüsurlarının ortopedik müalicəsində tətbiq edilən ölçülər və ölçü materialları. Çıxmayan ortopedik konstruksiya hazırladıqda ölçülərin alınma qaydaları. Birqatlı; ikiqatlı; birmərhələli; ikimərhələli; bir retraksiya sapı ilə; iki retraksiya sapı ilə ölçülərin götürülmə texnikaları. Qapaqların hazırlanmasında istifadə olunan rəqəmsal texnologiyalar. Ağıziçi skaner vasitəsilə rəqəmsal ölçünün götürülmə texnikası. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
5 |
Diş tacı qüsurlarının ortopedik müalicəsi zamanı mərkəzi okklüziyanın təyini. Çıxmayan konstruksiyaların fiksasiyası zamanı istifadə edilən sementlər və adgeziv sistemlər. Qapaqların hazırlanmasında buraxılan səhvlər. Qapaqlardan istifadə zamanı yaranan fəsadlar. Dişin üzərindən qapağın çıxarılma səbəbləri və üsulları. Müxtəlif növ qapaqların hazırlanmasının laborator mərhələləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
Cəmi: 10 saat
III kurs tələbələri üçün praktiki məşğələlərin mövzu planı Yaz (V semestr)
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Diş tacının qüsurları. Etiologiyası, klinikası, diaqnostikası. Diş tacı qüsurlarının müalicəsində hazırlanan ortopedik konstruksiyaların növləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 82 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s . I fəsil səh.9 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 6-cı bölmə , 8-ci bölmə |
2 |
|
2 |
Dişin sərt toxumalarının yonulması zamanı ağrısızlaşdırma üsulları. Sərt toxumaların qorunması. Pulpa və periodontun yonulmaya qarşı reaksiyaları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 83 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s II fəsil səh.18 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
3 |
Qapaqlar. Növləri. Qapaq hazırlanması üçün istifadə edilən materialların əsas xüsusiyyətləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107, VI fəsil səh.72 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. I fəsil səh.11 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 6-cı bölmə |
2 |
|
4 |
Dişin qapaq üçün yonulmasının əsas biomexaniki prinsipləri. Diş tacının konusluğu və hündürlüyünün qapağın retensiyasına təsiri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s II fəsil səh.19 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 9,10,11,12,13,14-cü bölmə |
2 |
|
5 |
Bioloji genişlik anlayışı. Quruluş xüsusiyyətləri, funksiyası, yaranması və dəyişilməsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VI fəsil səh. 64 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 16-cı bölmə |
2 |
|
6 |
Diş ətinin retraksiyası. Retraksiya sapları və məhlulları. Retraksiyanın aparılma qaydası. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VI fəsil səh. 63-75 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 16-cı bölmə |
2 |
|
7 |
Dişin tam qapaq üçün yonulmasının ilkin mərhələsi. Kəsici kənar, oklüzal səth, vestibulyar, oral və aproksimal səthlərin qapaq üçün yonulmasının əsas xüsusiyyətləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. III, IV,V, VII fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 10-cu bölmə |
2 |
|
8 |
Dişin servikal nahiyəsinin qapaq üçün yonulmasının əsas xüsusiyyətləri. Pilləli və pilləsiz yonulma üsulları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. V fəsil səh. 51-55 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 9,10,11,12,13,14-cü bölmə |
2 |
|
9 |
Diş boynunda formalaşdırılan müxtəlif pillələrin diş ətinə görə fərqli səviyyələri. Diş ətiüstü, diş əti bərabərliyində və diş ətialtı pillələrin yaradılması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. V fəsil səh. 51-55 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 9,10,11,12,13,14-cü bölmə |
2 |
|
10 |
Dişin qapaq üçün yonulmasında istifadə olunan alətlər. Müxtəlif növ qapaqlar üçün dişlərin yonulması zamanı burğac və ucluq seçimlərinin əsaslandırılması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. II fəsil səh.21-27 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 9,10,11,12,13,14,24,25-ci bölmə |
2 |
|
11 |
Fantomda yuxarı azı dişlərinin metal-keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə |
2 |
|
12 |
Fantomda aşağı azı dişlərinin metal-keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə |
2 |
|
13 |
Fantomda yuxarı ön dişlərin metal-keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə |
2 |
|
14 |
Fantomda aşağı ön dişlərin metal-keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə |
2 |
|
15 |
Fantomda yuxarı azı dişlərinin zirkon əsaslı qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
16 |
Fantomda aşağı azı dişlərinin zirkon əsaslı qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
17 |
Fantomda yuxarı ön dişlərin zirkon əsaslı qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
18 |
Fantomda aşağı ön dişlərin zirkon əsaslı qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
19 |
Fantomda yuxarı azı dişlərinin tam keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə |
2 |
|
20 |
Fantomda aşağı azı dişlərinin tam keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə |
2 |
|
21 |
Fantomda yuxarı ön dişlərin tam keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə |
2 |
|
22 |
Fantomda aşağı ön dişlərin tam keramik qapaq üçün yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VII fəsil səh. 79-90 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə |
2 |
|
23 |
Diş tacı qüsurlarının ortopedik müalicəsində tətbiq edilən ölçülər və ölçü materialları. Qapaq hazırladıqda ölçülərin alınma qaydaları və texnikaları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VII fəsil səh. 76-81 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil səh.93-106 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 17-ci bölmə |
2 |
|
24 |
Qapaqların hazırlanmasında istifadə olunan rəqəmsal texnologiyalar. Ağıziçi skaner vasitəsilə rəqəmsal ölçünün götürülmə texnikası. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil səh.93-106 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
25 |
Diş tacı qüsurlarının ortopedik müalicəsi zamanı mərkəzi okklüziyanın təyini. Konstruksiyanın rənginin seçilməsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. I fəsil səh. 34-46 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil səh.93-106 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 17,4-cü bölmə |
2 |
|
26 |
Müvəqqəti qapaqlar. Hazırlanma üsülları. İstifadə edilən materiallar. Müvəqqəti qapaqların fiksasiyası. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. IX fəsil səh.109-122 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 15-ci bölmə |
2 |
|
27 |
Metal-keramik, zirkon əsaslı və tam keramik qapaqların hazırlanmasının laborator mərhələləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 143-150 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 18,19.20.21-ci bölmə |
2 |
|
28 |
Stomatoloji manipulyasiyalar zamanı tək dişin və ya yanaşı yerləşən dişlərin izolyası üçün vasitələr. Rabberdam. Növləri. Klampların təyinatı. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. X fəsil səh.125-130 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 16-cı bölmə |
2 |
|
29 |
Çıxmayan konstruksiyaların fiksasiyası zamanı istifadə edilən sementlər və adgeziv sistemlər. Qapaqların sementlənməsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VI fəsil səh. 75 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 133-139 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 22-ci bölmə |
2 |
|
30 |
Qapaqların hazırlanmasında buraxılan səhvlər. Qapaqlardan istifadə zamanı yaranan fəsadlar. Dişin üzərindən qapağın çıxarılma səbəbləri və üsulları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
Cəmi: 60 saat
METODİKİ TƏMINAT:
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.
2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s
3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s..
TEXNİKİ TƏCHİZAT:
Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda və fantom otaqlarında keçirilir. Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, dişlərin yonulması üçün alətlər, model dişlər barəsində kitablardan slaydlar. Nəzəri dərslərlə əldə edilən biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq modellər üzərində həyata keçirilir. Bundan əlavə modellər üzərində dişlərin müxtəlif konstruksiyalar üçün yonulması və müvəqqəti qapaqların hazırlanması həyata keçirilir.