İF-20 “Diş sırasının çıxmayan protezləri”
Tələbələr “Diş sırasının çıxmayan protezləri” fənnini öyrənməklə, diş sırası qüsurlarının ortopedik müalicəsində restavrasiyanın məqsədi və onun bioloji nöqteyi-nəzərindən əsaslandırılması ilə yanaşı, müxtəlif növ körpüyəbənzər protezlər hazırlanmasının klinik və laborator mərhələlərini mənimsəyəcək və onları düzgün interpretasiya edə biləcəklər. Eləcə də, dişin onley, inley, overley, pinley, vinir konstruksiyaları üçün yonulmasının əsas biomexaniki prinsipləri, yonulma zamanı sərt toxumaların qorunması, pulpa və periodontun yonulmaya qarşı reaksiyaları barədə ətraflı biliklər alacaqlar.
Fənnnin məqsədi: Tələbələrə diş sırasının çıxmayan protezlərinin hazırlanmasının klinik-laborator mərhələlərinin izah edilməsi; inley, onley, overley, pinley, vinir hazırlamaq üçün dişin sərt toxumalarının yonulması qaydalarının öyrədilməsi; diş tacının tam qüsurunda diş kanalından istifadə etməklə çıxmayan konstruksiyaların hazırlanma qaydalarının aşılanması; dişin sərt toxumalarının patoloji sürtülməsinin ortopedik müalicəsinin prinsiplərinin aydınlaşdırılması; körpüyəbənzər protezlər hazırlamaq üçün dişin sərt toxumalarının yonulması bacarıqlarının qazandırılması
Fənnnin təlim nəticəsi:
1. Diş sırasının çıxmayan protezlərlə ortopedik müalicəsində restavrasiyanın məqsədini bioloji nöqteyi-nəzərindən əsaslandıra bilir.
2. Dişin müxtəlif növ taxma konstruksiyaları və vinirlər üçün yonulmasının əsas biomexaniki prinsiplərini bilir.
3. Dişin sərt toxumalarının patoloji sürtülməsinin ortopedik müalicəsinin əsas biomexaniki prinsiplərini bilir.
4. Diş tacının tam qüsurunda müxtəlif ştiftli və güdüllü konstruksiyaları hazırlamağın əsas biomexaniki prinsiplərini bilir.
5. Dişin körpüyəbənzər protezlər üçün yonulmasının əsas biomexaniki prinsiplərini bilir.
PROQRAM
Bu fənni öyrənərkən, tələbələr, Ortopedik stomatologiya kafedrasının fantom otağında müxtəlif növ taxmalar, vinirlər, körpüyəbənzər protezlər üçün dişin sərt toxumalarının yonulma qaydalarını mənimsəməklə yanaşı, diş tacının tam qüsurunda diş kanalının müxtəlif növ ştiftlər üçün hazırlanması və kanal daxilindən ölçünün götürülməsi üsullarına da yiyələnəcəklər. Əldə edilən bilik və bacarıqlardan stomatoloji təhsilin sonrakı mərhələlərində istifadə etməklə bərabər, tələbələr Ortopedik stomatologiya klinikasında müxtəlif növ çıxmayan konstruksiyalarının hazırlanması zamanı vacib olan nəzəri bilikləri və lazımi əl vərdişlərini qazanacaqlar.
III kurs tələbələri üçün mühazirələrin mövzu planı Yaz (VI semestr)
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
“Diş sırasının çıxmayan protezləri” fənninin predmeti. Diş sırası qüsurlarının ortopedik müalicəsində restavrasiyanın məqsədi və onun bioloji nöqteyi-nəzərindən əsaslandırılması. Dişlərin patoloji sürtülməsi. Növləri, klinik xüsusiyyətləri. Dişlərin patoloji sürtülməsi zamanı okklüziya hündürlüyünün azalması. Dişlərin patoloji sürtülməsinin ortopedik müalicəsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
2 |
Diş tacı qüsurlarının taxmalar vasitəsilə bərpa edilməsi. Dişin onley, inley, overley, pinley konstruksiyaları üçün yonulmasının əsas biomexaniki prinsipləri. Diş qüsurlarının müalicəsində estetik və ortopedik gözləntilər. Vinirlər. Dişin vinir üçün yonulmasının əsas biomexaniki prinsipləri. Diş tacının tam qüsurunun bərpası. Diş tacının tam qüsurunda kök kanallarının qiymətləndirilməsi. Güdüllü konstruksiyaların hazırlanmasının əsas biomexaniki prinsipləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
3 |
Diş sırasının hissəvi qüsurları. Etiologiyası, klinikası, diaqnostikası, təsnifatı. Diş sırasının hissəvi qüsurları zamanı üz-çənə sistemində yaranan dəyişikliklər. Xəstələrin müayinəsi. Dayaq dişlərinin qiymətləndirilməsi. Diş sırasının hissəvi qüsurlarında ortopedik müalicənin planlanılması. Körpüyəbənzər protezlərlə müalicənin bioloji və klinik əsaslandırılması. Körpüyəbənzər protezlərin konstruktiv xüsusiyyətləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
4 |
Diş sırasının hissəvi qüsurlarının körpüyəbənzər protezlərlə müalicəsində dişlərin yonulmasının əsas prinsipləri. Körpüyəbənzər protezlərin hazırlanmasında tətbiq edilən ölçülər. Mərkəzi okklüziyanın təyini. Müxtəlif konstruksiyalı dayaq elementləri olan körpüyəbənzər protezlərin hazırlanmasının klinik-laborator mərhələləri. Müvəqqəti körpüyəbənzər protezlərin hazırlanmasının bioloji əsaslandırılması. Körpüyəbənzər protezlərin hazırlanmasında istifadə olunan rəqəmsal texnologiyalar. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
5 |
Diş sıralarının ikincili deformasiyaları. Növləri, klinik xüsusiyyətləri. Ortopedik müalicənin xüsusiyyətləri. Diş sıralarının ikincili deformasiyalarında dişlərin yonulmasının əsas prinsipləri. Adgeziv körpüyəbənzər protezlər. Konstruktiv xüsusiyyətləri, hazırlanma üsülları. Diş sırası qüsurlarında parodontu zəifləmiş dişlərin ortopedik müalicəsinin planlanılması. Parodontu zəifləmiş dişlərin yonulmasının əsas prinsipləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
Cəmi: 10 saat
III kurs tələbələri üçün praktiki məşğələlərin mövzu planı Yaz (VI semestr)
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Dişlərin patoloji sürtülməsi. Növləri, kliniki xüsusiyyətləri. Dişlərin patoloji sürtülməsi zamanı okklüziya hündürlüyünün azalması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. XV fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVII fəsil səh. 241-244 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
2 |
Dişlərin patoloji sürtülməsinin ortopedik müalicəsində hazırlanan çıxmayan konstruksiyalar. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. XV fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVII fəsil səh. 241-244 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
3 |
Taxmalar, növləri. Klinik situasiyadan asılı olaraq, müxtəlif taxma konstruksiyalarının tətbiqinə göstərişlər. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 85 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 157 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 11,12-ci bölüm |
2 |
|
4 |
Fantomda müxtəlif dişlər üçün inleylərin hazırlanması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 85 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 157 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 11,12-ci bölüm |
2 |
|
5 |
Fantomda müxtəlif dişlər üçün onleylərin hazırlanması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 85 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 157 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 11,12-ci bölüm |
2 |
|
6 |
Fantomda müxtəlif dişlər üçün overleylərin hazırlanması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 85 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 157 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 11, 12-ci bölüm |
2 |
|
7 |

8 |
Fantomda yuxarı ön dişlərin vinir altına yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XV fəsil səh. 181-213 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə səh.440 |
2 |
|
9 |
Fantomda yuxarı azı dişlərinin vinir altına yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XV fəsil səh. 181-213 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə səh.440 |
2 |
|
10 |
Fantomda aşağı ön dişlərin vinir altına yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XV fəsil səh. 181-213 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə səh.440 |
2 |
|
11 |
Fantomda aşağı azı dişlərinin vinir altına yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XV fəsil səh. 181-213 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə səh.440 |
2 |
|
12 |
Vinirlərin hazırlanmasında istifadə olunan rəqəmsal texnologiyalar. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XV fəsil səh. 181-213 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə səh.440 |
2 |
|
13 |
Diş tacının tam qüsurunun bərpası. Güdüllü konstruksiyalar. Növləri. İstifadəsinə göstərişlər. Diş tacının tam qüsurunda kök kanallarının qiymətləndirilməsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 104 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVI fəsil səh.221-237 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 13-cü bölmə |
2 |
|
14 |
Fantomda diş kanallarının müxtəlif növ ştiftlər üçün hazırlanması. Diş kanalından ölçünün alınması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 104 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVI fəsil səh.221-237 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 13-cü bölmə |
2 |
|
15 |
Güdüllü konsrtuksiyaların hazırlanma üsulları. Ölçülərin alınması. Güdüllü konstruksiyaların fiksasiya qaydaları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 104 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVI fəsil səh.221-237 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 13-cü bölmə |
2 |
|
16 |
Diş sırasının hissəvi qüsuru. Təsnifatı. Xəstənin klinik-rentgenoloji müayinəsi. Dayaq dişlərinin qiymətləndirilməsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. IX fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVIII fəsil səh.249-261 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 7-ci bölmə |
2 |
|
17 |
Diş sırasının hissəvi qüsurunda ortopedik müalicənin planlanılması. Hazırlanan ortopedik konstruksiyalar. Növləri, istifadəsinə göstərişlər. Körpüyəbənzər protezlərin konstruktiv elementləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. IX , X fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVIII fəsil səh.249-261 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 7-ci bölmə |
2 |
|
18 |
Körpüyəbənzər protez hazırlanmasının klinik mərhələləri. Dayaq dişlərinin yonulmasının əsas prinsipləri. Dayaq dişlərinin paralelliyinin yaradılması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil səh.265-275 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 7-ci bölmə |
2 |
|
19 |
Fantomda diş sırasının hissəvi qüsurunda körpüyəbənzər protez hazırladıqda dişlərin dayaq qapaqları altına yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil səh.265-275 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
20 |
Fantomda üç və artıq sayda dayaq elementləri olan körpüyəbənzər protez hazırlandıqda dayaq dişlərinin yonulması. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil səh.265-275 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
21 |
Diş sırasının hissəvi qüsurunda tətbiq edilən ölçülər, ölçü materialları, ölçü qaşıqları. Yuxarı və aşağı diş sıralarından ölçü alınma qaydaları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X, VII fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 17-ci bölmə |
2 |
|
22 |
Diş sırasının hissəvi qüsurunun ortopedik müalicəsi zamanı mərkəzi okklüziyanın təyini. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X, VII fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 17-ci bölmə |
2 |
|
23 |
Müvəqqəti körpüyəbənzər protezlər. Hazırlanma üsülları, istifadə edilən materiallar. Müvəqqəti körpüyəbənzər protezlərin fiksasiyası. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. IX fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 15-ci bölmə |
2 |
|
24 |
Diş sırasının hissəvi qüsurunda tətbiq edilən çıxmayan konstruksiyaların hazırlanmasının laborator mərhələləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 18,19.20.21-ci bölmə |
2 |
|
25 |
Körpüyəbənzər protezlərin hazırlanmasında istifadə olunan rəqəmsal texnologiyalar. Ağıziçi skaner vasitəsilə rəqəmsal ölçünün götürülmə texnikası. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
26 |
CAD/CAM texnologiyası. İstifadə olunan materiallar. Çıxmayan protezlər hazırladıqda rəqəmsal modelləşdirmə. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
27 |
Diş sırasının hissəvi qüsurunda hazırlanan çıxmayan konstruksiyanın sementlənməsi. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 22-ciu bölmə |
2 |
|
28 |
Adgeziv körpüyəbənzər protezlər. Hazırlanmasına göstərişlər. Hazırlanma üsülları. Fiksasiya qaydaları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil səh. 137 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
29 |
Diş sıralarının ikincili deformasiyaları. Növləri. Ortopedik müalicənin xüsusiyyətləri. Diş sıralarının ikincili deformasiyalarında körpüyəbənzər protez hazırladıqda dayaq dişlərinin yonulma prinsipləri. Parodontu zəifləmiş dişlərin yonulmasının əsas prinsipləri. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
|
30 |
Körpüyəbənzər protezlərin hazırlanmasında buraxılan səhvlər. Çıxmayan protezlərdən istifadə zamanı yaranan fəsadlar. Ağız boşluğundan çıxmayan protezlərin xaric edilməsi. Səbəbləri, üsulları. |
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsilı səh.138 2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil 3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. |
2 |
Cəmi: 60 saat
METODİKİ TƏMINAT:
1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.
2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s
3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s..
TEXNİKİ TƏCHİZAT:
Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda və fantom otaqlarında keçirilir. Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, dişlərin yonulması üçün alətlər, model dişlər barəsində kitablardan slaydlar. Nəzəri dərslərlə əldə edilən biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq modellər üzərində həyata keçirilir. Bundan əlavə modellər üzərində dişlərin müxtəlif konstruksiyalar üçün yonulması və müvəqqəti qapaqların hazırlanması həyata keçirilir.