Bizi izləyin:
Heydər Əliyev
Tam çıxan protezlər
Bölmələrimiz
Tam çıxan protezlər

İF-22 “ Tam çıxan protezlər”

Tələbələr “Tam çıxan protezlər” fənnini öyrənməklə, tam dişsiz əng və çənənin ortopedik müalicəsində restavrasiyanın məqsədi və onun bioloji nöqteyi-nəzərindən əsaslandırılması ilə yanaşı, üz-çənə ortopediyasının əsasları barədə ətraflı biliklər alacaqlar. Eləcə də, tam çıxan lövhəli protezlərin hazırlanmasının klinik və laborator mərhələlərini mənimsəyəcək və onları düzgün interpretasiya edə biləcəklər. 

Fənnnin  məqsədi:  Tələbələrə tam çıxan protezlərin hazırlanmasının klinik-laborator mərhələlərinin izah edilməsi, tam dişsiz əng və çənədən ölçülərin götürülmə texnikasının öyrədilməsi, eləcə də diş sırasının tam qüsurlarında əng və çənənin mərkəzi münasibətinin təyini və fiksasiyası bacarıqlarının qazandırılması, üz-çənə ortopediyasının əsaslarının öyrədilməsi.

 

Fənnnin  təlim nəticəsi:

 

1. Tam dişsiz əng və ortopedik müalicəsində restavrasiyanın məqsədini bioloji nöqteyi-nəzərindən əsaslandıra bilir.

2. Tam dişsiz çənənin ortopedik müalicəsində restavrasiyanın məqsədini bioloji nöqteyi-nəzərindən əsaslandıra bilir.

3. Tam çıxan lövhəli protezlərin seçimini əsaslandırır və hazırlanmasının klinik  mərhələlərini bilir.

4. Tam çıxan lövhəli protezlərin seçimini əsaslandırır və borator mərhələlərini bilir.

5. Üz-çənə ortopediyasında istifadə olunan protezlərin  hazırlanmasının klinik-laborator mərhələlərini bilir.

 

PROQRAM

Bu fənni öyrənərkən, tələbələr, tam dişsiz əng və çənədən ölçü almağı, mərkəzi münasibətin təyini, protezin mum konstruksiyasının yoxlanılması və hazır protezin təhvil verilməsi qaydalarını biləcək, üz-çənə ortopediyasında tətbiq edilən əsas konstruksiyalar barədə məlumat alacaq, həmçinin Ortopedik stomatologiya kafedrasının fantom otağında tam dişsiz əng və çənədən alınmış ölçülərdən modellər tökməyi, okklüziya yastıqlı bazisləri hazırlamağı, modelləri artikulyatora fiksasiya etməyi, süni dişləri düzməyi, protezin mum konstruksiyasının plastik kütlə ilə əvəz etməyi, protezdə son işləmlərin və cilalamanın aparılma qaydalarını da öyrənəcəklər. Əldə edilən bilik və bacarıqlardan stomatoloji təhsilin sonrakı mərhələlərində istifadə etməklə bərabər, tələbələr Ortopedik stomatologiya klinikasında tam çıxan konstruksiyaların hazırlanması zamanı vacib olan nəzəri bilikləri və lazımi əl vərdişlərini qazanacaqlar.

IV kurs tələbələri üçün mühazirələrin mövzu planı yaz (VIII semestr)

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Tam dişsiz əng və çənənin anatomik-fizioloji xüsusiyyətləri. Təsnifatı. Yaşla əlaqədar dişsiz əng və çənədə gedən dəyişikliklər. Dişsiz çənənin biomexanikası. Dişsiz əng və çənədə tam protezlərin fiksasiya və stabilizasiya üsulları. Tam çıxan protezin konstruktiv xüsusiyyətləri. Tam dişsiz xəstələrin klinik-rentgenoloji müayinəsi. Tam çıxan lövhəli protez hazırlanacaq xəstələrdə ortopedik müalicənin planlanılması. Ortopedik müalicəyə hazırlıq.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

2

Dişsiz çənələri protezlədikdə çənələrdən alınan anatomik, funksional, differensial ölçülər. Ölçü materialının seçiminin əsaslandırılması. Herbstin funksional sınaqları. Çənənin nisbi fizioloji sakitlik vəziyyəti. Təyini üsulları. Əng və çənələrin mərkəzi münasibəti. Təyini və fiksə edilməsi üsulları.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

3

Tam çıxan lövhəli protezlərin hazırlanmasında istifadə olunan artikulyatorlar. Modellərin artikulyatora bağlanılması. Süni dişlər. Düzülməsi üsulları. Tam çıxan lövhəli protezin mum konstruksiyasının ağız boşluğunda yoxlanılması. Səhvlərin aşkar edilməsi və aradan qaldırılması yolları. Tam çıxan lövhəli protezlərin təhvili. Protezin yatağına oturdulması. Protezlərin korreksiyası. Okklüziyanın tənzimlənməsi. Tam çıxan lövhəli protez yatağında əmələ gələn dəyişikliklər.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

4

Kəllə-üz-çənə nahiyəsindəki qüsur və deformasiyalar. Təsnifatı. Üz-çənə ortopediyasında tətbiq edilən ortopedik konstruksiyalar. Fiksasiya üsulları. Ortopedik müalicənin planlanılması. Əngin qüsurları. Klinikası, təsnifatı. Ortopedik müalicəsi. Sərt və yumşaq damağın qüsurları. Klinikası, təsnifatı. Ortopedik müalicəsi.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

5

Çənənin qüsur və deformasiyaları. Klinikası, təsnifatı. Ortopedik müalicəsi. Çənənin müxtəlif növ rezeksiyalarından sonra ortopedik müalicə. Çənə sınıqları zamanı ortopedik müalicə. Düzgün bitişməyən çənə sınıqları, yalançı oynaqlar. Klinikası, təsnifatı. Ortopedik müalicəsi.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

 

 

Cəmi: 10 saat

IV kurs tələbələri üçün praktiki məşğələlərin mövzu planı Yaz (VIII semestr) 

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Dişlərin tam itirilməsi. Tam dişsiz əng və çənənin anatomik-fizioloji xüsusiyyətləri. Yaşla əlaqədar dişsiz əng və çənədə gedən dəyişikliklər. Dişsiz əng və çənənin təsnifatları.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.171-178) (Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s..179-1830)

2

2

Tam çıxan lövhəli protez hazırlanacaq xəstələrdə ortopedik müalicənin planlanılması. Tam dişsiz xəstələrin klinik-rentgenoloji müayinəsi.  Tam dişsiz xəstələrin ortopedik müalicəyə hazırlanması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.  183-188)

2

3

Tam çıxan lövhəli protezin konstruktiv xüsusiyyətləri. İstifadə olunan materiallar. Ölçü materialının və qaşığın seçilməsi. Tam dişsiz əng və çənədən anatomik ölçülərin alınması və modellərin hazırlanması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.188-192)

2

4

Funksional ölçülər. Fərdi qaşıqlar. Fantomda əng və çənə üçün fərdi qaşıqların hazırlanması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.188-192)

2

5

Herbstin funksional sınaqlarını aparmaqla əngdə fərdi qaşığın uyğunlaşdırması, funksional ölçünün alınması və modelin hazırlanması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.189-190)

2

6

Herbstin funksional sınaqlarını aparmaqla çənədə fərdi qaşığın uyğunlaşdırması, funksional ölçünün alınması və modelin hazırlanması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.189-192)

2

7

Çənənin nisbi fizioloji sakitlik vəziyyəti. Təyini üsulları.  Okklüziya yastıqlı bazisin hazırlanması.  Əng və çənənin mərkəzi münasibəti. Təyini və fiksə edilməsi üsulları.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.192-201)

2

8

Tam çıxan lövhəli protezlərin hazırlanmasında istifadə olunan artikulyatorlar.  Modellərin artikulyatora bağlanılması.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 202—204, 213-217)

2

9

Süni dişlər. Tam çıxan protez hazırladıqda süni dişlərin düzülmə üsulları.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 204-212)

2

10

Fantomda  əng üçün tam çıxan protez hazırladıqda süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 204-212)

2

11

Fantomda  çənə üçün tam çıxan protez hazırladıqda süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 204-212)

2

12

Tam çıxan lövhəli protezin mum konstruksiyasının ağız boşluğunda yoxlanılması. Səhvlərin aşkar edilməsi və aradan qaldırılması yolları.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 217-219)

2

13

Laboratoriyada tam çıxan protezin mum konstruksiyasının küvetə yerləşdirilməsi. Protezin mum konstruksiyasının plastik kütlə ilə əvəz olunması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 217-219)

2

14

Laboratoriyada tam çıxan protezin küvetdən çıxarılması və son işləmlərin aparılması. Protezin cilalanması və parladılması.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 219-222)

2

15

Ahıl yaşda olanların protezlənməsinin özəllikləri. Təkrar protezləmənin xüsusiyyətləri.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 223-224)

2

16

Diş köklərini saxlamaqla (overdenture) düzəldilən protezlər.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 223-224)

2

17

Tam çıxan lövhəli protezlərin təmiri. Bazisin yeniləşdirilməsi. Lövhənin dəyişdirilməsi. Yumşaq astar materialları.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 223-224) .(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 229-231)

2

18

Gicgah-çənə oynağının xəstəliklərinin ortopedik müalicəsinin əsaslandırılması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 295-300)

2

19

Gicgah-çənə oynağının xəstəliklərinin ortopedik müalicəsində tətbiq edilən konstruksiyalar.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 300-302)

2

20

Kəllə-üz-çənə nahiyəsindəki qüsur və deformasiyalar. Təsnifatı. Üz-çənə nahiyəsində qüsur və deformasiyası olan xəstələrin müayinəsi. Ortopedik müalicənin planlanılması.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 326-331)

2

21

Əngin qüsurları. Sərt və yumşaq damağın qüsurları. Klinikası, təsnifatı, ortopedik müalicəsi.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 328-332)

2

22

Çənənin qüsur və deformasiyaları. Klinikası, təsnifatı, ortopedik müalicəsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 333-336)

2

23

Çənənin müxtəlif növ rezeksiyalarından sonra ortopedik müalicə.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 336-338)

2

24

Çənə sınıqları zamanı ortopedik müalicə.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 312-319)

2

25

Düzgün bitişməyən çənə sınıqları. Yalançı oynaqlar. Klinikası, təsnifatı, ortopedik müalicəsi.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 320-324)

2

26

Çənə sınıqlarında fraqmentlərin məhdud hərəkətliyi zamanı ortopedik müalicə. Uşaqlarda çənə sınıqları zamanı ortopedik müalicə.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 318-319)

2

27

Əng  və damağın anadangəlmə qüsurlarında protezləmənin klinik və laborator mərhələləri. Protezlərin fiksasiya üsulları.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 326-329)

2

28

Üz skeletinin və kəllənin digər bölmələrinin qüsur və deformasiyaları. Klinikası, təsnifatı. Dodaq və çənəaltı nahiyənin qüsur və deformasiyalarının ortopedik müalicəsi.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 339-340)

2

29

Çeynəmə əzələlərinin kontrakturası zamanı ortopedik müalicə. Üz qüsurlarının  ortopedik müalicəsi. Üz protezləri.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.324-326,340)

2

30

Üz-çənə protezlərinə qulluq.  Üz-çənə protezlənməsində müasir yanaşmalar.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 303-305)

2

 

Cəmi: 60 saat

 

METODİKİ TƏMINAT:

1. Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s., 360 s.

TEXNİKİ TƏCHİZAT:

Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda və fantom otaqlarında keçirilir. Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, tam çıxan protezlərin hazırlanması üçün vasitələr barəsində kitablardan slaydlar. Nəzəri dərslərlə əldə edilən  biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq modellər üzərində həyata keçirilir. Bundan əlavə  gips modellər üzərində mum şablonların hazırlanması, süni dişlərin düzülməsi və tam çıxan protezlərin mum konstruksiyasının hazırlanmasdı həyata keçirilir.