Bizi izləyin:
Heydər Əliyev
Hissəvi çıxan protezlər
Bölmələrimiz
Hissəvi çıxan protezlər

İF-21 “Hissəvi çıxan protezlər”

Tələbələr “Hissəvi çıxan protezlər” fənnini öyrənməklə,  diş sırasının hissəvi qüsurlarının ortopedik müalicəsində restavrasiyanın məqsədi və onun bioloji nöqteyi-nəzərindən əsaslandırılması, həmçinin diş sırasının hissəvi qüsurlarında çıxan və çıxmayan konstruksiyaların prinsipial fərqləri barədə ətraflı biliklər alacaqlar. Eləcə də, hissəvi çıxan lövhəli, hissəvi çıxan bügel, teleskopik qapaqlardan istifadə etməklə hissəvi çıxan və qıfılbəndlərdən istifadə etməklə hissəvi çıxan protezlərin hazırlanmasının klinik və laborator mərhələlərini mənimsəyəcək və onları düzgün interpretasiya edə biləcəklər.

 

Fənnnin  məqsədi:  Tələbələrə hissəvi çıxan lövhəli və bügel protezlərinin, həmçinin teleskopik qapaqlardan istifadə etməklə və qıfılbəndlərdən istifadə etməklə hissəvi çıxan protezlərin hazırlanmasının klinik-laborator mərhələlərinin izah edilməsi, diş sırasının hissəvi qüsurlarında əng və çənədən ölçülərin götürülmə texnikasının öyrədilməsi, eləcə də diş sırasının hissəvi qüsurlarında əng və çənənin mərkəzi münasibətinin təyini və fiksasiyası bacarıqlarının qazandırılması  

 

Fənnnin  təlim nəticəsi:

 

1. Diş sırasının hissəvi qüsurlarının ortopedik müalicəsində restavrasiyanın məqsədini bioloji nöqteyi-nəzərindən əsaslandıra bilir.

2. Diş sırasının hissəvi qüsurlarının ortopedik müalicəsində istifadə edilən çıxan və çıxmayan protezlərin əsas fərqlənmə prinsiplərini bilir.

3. Hissəvi çıxan lövhəli protezlərin  seçimini əsaslandırır və hazırlanmasının klinik-laborator mərhələlərini bilir.

4. Hissəvi çıxan bügel protezlərin  seçimini əsaslandırır və hazırlanmasının klinik-laborator mərhələlərini bilir.

5. Teleskopik qapaqlardan istifadə etməklə və qıfılbəndlərdən istifadə etməklə hissəvi çıxan protezlərin  hazırlanmasının klinik-laborator mərhələlərini bilir.

 

PROQRAM

Bu fənni öyrənərkən, tələbələr, diş sırasının hissəvi qüsurları zamanı əng və çənədən ölçü almağı, mərkəzi münasibətin təyini, protezin mum konstruksiyasının yoxlanılması və hazır protezin təhvil verilməsi qaydalarını biləcək, həmçinin Ortopedik stomatologiya kafedrasının fantom otağında diş sırasının hissəvi qüsurlarında əng və çənədən alınmış ölçülərdən modellər tökməyi, okklüziya yastıqlı bazisləri hazırlamağı, modelləri artikulyatora fiksasiya etməyi, süni dişləri düzməyi, protezin mum konstruksiyasının plastik kütlə ilə əvəz etməyi, protezdə som işləmlərin və cilalamanın aparılma qaydalarını da öyrənəcəklər. Əldə edilən bilik və bacarıqlardan stomatoloji təhsilin sonrakı mərhələlərində istifadə etməklə bərabər, tələbələr Ortopedik stomatologiya klinikasında müxtəlif növ hissəvi çıxan konstruksiyaların hazırlanması zamanı vacib olan nəzəri bilikləri və lazımi əl vərdişlərini qazanacaqlar.

IV kurs tələbələri üçün mühazirələrin mövzu planı Yaz (VII semestr)

 

Mövzu (mühazirə)

Ədəbiyyat

Saat

1

Diş sırasının hissəvi qüsurları. Etiologiyası, təsnifatı. Dişlərin ifrat funksional yüklənməsi. Diş sırası qüsurlarında hissəvi çıxan protezlərin hazırlanmasına göstərişlər. Hissəvi çıxan protezin növləri. Çeynəmə yükünün paylanılması prinsipləri. Hissəvi çıxan protezlərin biomexanikası. Hissəvi çıxan lövhəli və bügel protezlərinin ağız boşluğunda fiksasiya və stabilizasiyası.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

2

Hissəvi çıxan protezlərin hazırlanmasında istifadə olunan əsas və köməkçi materialların xüsusiyyətləri. Hissəvi çıxan protezlərin əsas konstruktiv elementləri. Protezin bazisi, sərhədləri. Metal karkasın hissələri, böyük və kiçik bağlayıcılar, sərhədləri. Okklüziya pəncələri. Klammerlər, növləri. Müxtəlif klammerlərin quruluş xüsusiyyətləri. Klammer xətti. Klammer sistemi. Aşırma əleyhinə elementlər – kipmayderlər.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

3

Diş sırasında hissəvi qüsur olan xəstənin klinik və rentgenoloji müayinəsi, diaqnostik modellərin analizi. Paralelometriya, üsulları.  Diş sırasında hissəvi qüsur olan əng və çənədən  ölçülərin alınma prinsipləri. Əng və çənənin mərkəzi münasibətinin təyini və fiksasiyası. Üz qövsünün istifadəsi.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

4

Artikulyatorlar. Süni dişlər. Hissəvi çıxan lövhəli və bügel protezləri hazırladıqda süni dişlərin düzülməsi üsulları. Protezin mum konstruksiyasının ağız boşluğunda yoxlanma qaydaları.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

5

Hissəvi çıxan lövhəli və bügel protezlərinin xəstəyə təhvil verilməsi. Hazır protezin klinik qiymətləndirilməsi. Hissəvi çıxan protezə uyğunlaşma. Xəstəyə verilən məsləhət və tövsiyələr. Hissəvi çıxan protezlərin istifadəsi zamanı yarana biləcək ağırlaşmalar.

Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2

 

Cəmi: 10 saat

IV kurs tələbələri üçün praktiki məşğələlərin mövzu planı Yaz (VII semestr) 

 

Mövzu (praktik məşğələ)

Ədəbiyyat

Saat

1

Diş sırasının hissəvi qüsurları. Etiologiyası, patogenezi, təsnifatı. Diş sırası qüsurlarında hissəvi çıxan protezlərin hazırlanmasına göstərişlər.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.110-120.)

2

2

Hissəvi çıxan protezlərin növləri, əsas konstruktiv elementləri. Hissəvi çıxan protezlərin hazırlanmasında istifadə olunan materiallar və alətlər.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.140 -142)

2

3

Protezin bazisi, sərhədləri. Metal karkasın hissələri, böyük və kiçik bağlayıcılar, sərhədləri. Okklüziya pəncələri.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.142 – 145)

2

4

Klammerlər, növləri. Müxtəlif klammerlərin quruluş xüsusiyyətləri. Klammer xətti. Klammer sistemi. Aşırma əleyhinə elementlər – kipmayderlər.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.145 -155)

2

5

Diş sırasının hissəvi qüsurlarında xəstələrin klinik və rentgenoloji müayinəsi. Diş sırasının ikincili deformasiyasının təyini. 

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.59-61)

2

6

Diş sırasının hissəvi qüsurlarında ortopedik müalicənin planlanması. Xəstənin çıxan protezlərlə müalicəyə hazırlanması. 

 (Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.70-71)

2

7

Hissəvi çıxan protezlərin hazırlanmasında tətbiq edilən ölçülər və ölçü materialları. Yuxarı və aşağı diş sıralarından ölçülərin alınması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.76-81)

2

8

Fantomda diş sırasının hissəvi qüsurları olan əng və çənənin gips modellərinin hazırlanması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.80-81)

2

9

Diaqnostik modellərinin analizi. Paralelometrlər, növləri. Paralelometriya, üsulları.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.157-160)

2

10

Fantomda diş sırasının hissəvi qüsurlarında paralelometriyanın aparılması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.157-160)

2

11

Diş sırasının hissəvi qüsurları zamanı əng və çənənin mərkəzi münasibətinin təyini və fiksasiyası üsulları.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.157-160)

2

12

Fantomda okklüziya yastıqlı bazisin hazırlanması. Artikulyatorlar, növləri. Modellərin artikulyatora bağlanılması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.200-204)

2

13

Süni dişlər, növləri. Müxtəlif klinik şəraitdə süni dişlərin seçilmə prinsipləri.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 204-206)

2

14

Fantomda  əng üçün hissəvi çıxan protez hazırladıqda süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 204-206)

2

15

Fantomda  çənə üçün hissəvi çıxan protez hazırladıqda süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 204-206)

2

16

Fantomda diş sırasının ikincili deformasiyalarında süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 204-206)

2

17

Fantomda hissəvi çıxan protezin mum konstruksiyasının küvetə yerləşdirilməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

18

Fantomda  hissəvi çıxan protezin mum konstruksiyasının plastik kütlə ilə əvəz olunması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

19

Fantomda hissəvi çıxan protezin küvetdən çıxarılması və son işləmlərin aparılması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

20

Fantomda hissəvi çıxan protezin cilalanması və parladılması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

21

Hissəvi çıxan protezin yatağına oturdulması. Hissəvi çıxan lövhəli və bügel protezlərinin təhvil verilməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

22

Hissəvi çıxan protezlərə uyğunlaşma. Xəstəyə verilən tövsiyələr.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

23

Hissəvi çıxan protez yatağında və dayaq dişlərində əmələ gələn dəyişikliklər. Hissəvi çıxan protezlərin istifadəsi zamanı yarana biləcək ağırlaşmalar.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.158-160)

2

24

Hissəvi çıxan protezlərin korreksiyası. Okklüziyanın tənzimlənməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

25

Qıfılbəndlər, növləri. İnterloklar, təyinatı. Çeynəmə yükünün paylanmasında qıfılbəndlər və interlokların rolu.  

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.153-155) 

2

26

Qıfılbəndlərdən istifadə etməklə hissəvi çıxan protezlərin hazırlanmasının klinik və laborator mərhələləri.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.153-155) 

2

27

Teleskopik protezlərin hazırlanmasının klinik və laborator mərhələləri.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.152-153)

2

28

İmmediat hissəvi çıxan protezlər.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.285-287)

2

29

Diş sıralarının ikincili deformasiyalarında hissəvi çıxan protezlərin hazırlanma prinsipləri.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.167-170)

2

30

Hissəvi çıxan protezin bazisində aparılan yeniləmə işləri. Klammerin, süni dişlərin əlavə edilməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.229-231)

2

 

Cəmi: 60 saat

 

METODİKİ TƏMINAT:

1. Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s., 360 s.

 

TEXNİKİ TƏCHİZAT:

Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda və fantom otaqlarında keçirilir. Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, hissəvi çıxan protezlərin hazırlanması üçün vasitələr barəsində kitablardan slaydlar. Nəzəri dərslərlə əldə edilən  biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq modellər üzərində həyata keçirilir. Bundan əlavə  gips modellər üzərində mum şablonların hazırlanması, süni dişlərin düzülməsi və hissəvi çıxan protezlərin mum konstruksiyasının hazırlanmasdı həyata keçirilir.