Bizi izləyin:
Heydər Əliyev
Ortopedik Stomatologiyadan klinik təcrübə
Bölmələrimiz
Ortopedik Stomatologiyadan klinik təcrübə

T-01 “Ortopedik Stomatologiyadan klinik təcrübə”

Tələbələr “Ortopedik stomatologiyadan klinik təcrübə ” fənnini öyrənməklə, diş tacının qüsurunun, diş sırasında itirilmiş tək diş qüsurunun; itirilmiş iki yanaşı diş qüsurunun; orta ölçülü, sonlu və sonsuz qüsurların; ardıcıl yerləşən bir neçə dişin itirilməsi ilə yaranan böyük qüsurların; tam dişsiz əng və çənənin taxmalar, güdüllü konstruksiayalar, metal-keramik qapaqlar,zirkon əsaslı qapaqlar,tam keramik qapaqlar,vinirlər,körpüyəbənzər protezlər,hissəvi və tam çıxan protezlər və implantüstü protezlərlə bərpasının əsas prinsiplərini biləcəklər. Həmçinin dişləri yonmazdan əvvəl silikon açarların hazırlanması, dişlərin müxtəlif konstruksiyalar üçün yonulmasının ümumi prinsipləri,retraksiya sapı ilə diş ətinin retraksiyasının aparılması qaydası barədə ətraflı biliklər alacaqlar. Bundan əlavə Müvəqqəti qapaqların və körpüyəbənzər protezlərin hazırlanma qaydalarını,tam və hissəvi çıxan protezlərin  hazırlanması zamanı mum şablonların hazırlanmasını, süni dişlərin düzülməsini və protezlərin hazırlanmasını öyrənəcəklər. Müxtəlif qüsurlar zamanı ölçülərin alınma qaydalarını mənimsəyəcəklər. Rentgenkontrast bələdçilər, pozisioner, naviqasion, rekonstruktiv şablonlar vasitəsilə dental implantasiyanın planlanması və rəqəmsal texnologiyalarla implantüstü protezləmə mərhələləri  barədə ətraflı biliklər alacaqlar. Eləcə də, açıq və qapalı qaşıq üsulu ilə implant üzərindən ölçü almaq, implant üzərinə sağalma başlıqlarını, transferləri, abatmentləri bağlamaq, transfer üzərinə analoq bərkitmək, işçi model hazırlamağı biləcəklər.

 

Klinik təcrübənin  məqsədi: Tələbələrə diş tacının qüsurları zamanı müxtəlif konstruksiyalar üçün diş yonulmasının, diş sırasının hissəvi qüsurlarında çıxmayan və çıxan konstruksiyaların hazırlanma qaydalarının öyrədilməsi.Dişlərin tam itirilməsi zamanı tam çıxan protezlərlə qüsurların aradan qaldırılmasının izah edilməsi. Diş sırasının hissəvi və tam qüsurlarında implantüstü protezləmənin əsaslarının, o cümlədən diş sırasının müxtəlif qüsurlarında implantüstü protezləmənin xüsusiyyətlərinin, o cümlədən implantüstü çıxan və çıxmayan protezlərlə müalicə konsepsiyasının izah edilməsi, protezləmədən öncə xəstələrin müayinəsi, implantüstü protezləmədə ölçülərin alınması, əng və çənənin mərkəzi münasibətinin təyini, implantüstü protezlərin fiksasiyası bacarıqlarının qazandırılması

 

Klinik təcrübənin  təlim nəticəsi:

 

1. Müxtəlif konstruksiyalar üçün dişin yonulması zamanıi stifadə edilən burğac növlərini, yonma qaydalarını bilir.

2. Qapaq hazırladıqda birqatlı; ikiqatlı; birmərhələli; ikimərhələli; bir retraksiya sapı ilə; iki retraksiya sapı ilə; rəqəmsal ölçüləri götürmə qaydalarını bilir.

3. Müvəqqəti qapaqların hazırlanmasının ümumi prinsiplərini bilir

4. Tam çıxan və hissəvi çıxan protezlərin hazırlanması zamanı mum şablonların hazırlanmasını və onların üzərinə dişlərin düzülmə qaydalarını bilir

5. Rentgenkontrast bələdçilər, pozisioner, naviqasion, rekonstruktiv şablonlar vasitəsilə dental implantasiyanın planlanmasını bilir.

6. İmplantüstü protezləmə zamanı ölçü götürülmə implant üstü protezin fiksasiya qaydalarını bilir

 

PROQRAM

Bu fənni öyrənərkən, tələbələr, həmçinin ortopedik stomatologiya klinikasında deontologiya və xəstənin protezləməyə hazırlanması qaydalarını bilmək, ortopedik stomatologiyada istifadə edilən materiallar, ölçülər və ölçü materiallarını tanımaqla yanaşı, yuxarı və aşağı diş sıralarından ölçülərin alınması və modellərin hazırlanması üsullarına da yiyələnəcəklər. Əldə edilən bilik və bacarıqlardan stomatoloji təhsilin sonrakı mərhələlərində istifadə etməklə bərabər, tələbələr Ortopedik stomatologiya klinikasında hazırlanan bütün növ protezlərin hazırlanması zamanı vacib olan nəzəri bilikləri və lazımi əl vərdişlərini qazanacaqlar.

 

V kurs tələbələri üçün praktiki məşğələlərin mövzu planı  Yaz (X semestr) 

 

Mövzu (praktik məşğələ)

                    Ədəbiyyat

Saat

1

Diş tacı qüsuru olan xəstənin ağıza boşluğunun rentgenoloji və instrumental müayinə edilməsi, diş  kanallarının müxtəlif növ ştiftlər üçün hazırlanması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 104

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVI  fəsil səh.221-237

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s.

2

2

Güdüllü konsrtuksiyaların hazırlanma üsulları. Ölçülərin alınması. Güdüllü konstruksiyaların fiksasiya qaydaları.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 104

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XVI  fəsil səh.221-237

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s.

2

3

Müxtəlif dişlər üçün inleylərin,onleylərin və overleylərin hazırlanması

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 85

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 157

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 11,12-ci bölüm

2

4

Diş ətinin retraksiyası. Retraksiya sapları və məhlulları. Retraksiyanın aparılma qaydası.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VI fəsil səh. 63-75

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 16-cı bölmə

2

5

Dişləri yonmazdan öncə silikon açarın və ya silikon şablonun hazırlanması

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. III, IV,V, VII fəsil

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 10-cu bölmə

2

6

Dişin tam qapaq üçün yonulmasının ilkin mərhələsi. Kəsici kənar, oklüzal səth, vestibulyar, oral və aproksimal səthlərin qapaq üçün yonulması

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. III, IV,V, VII fəsil

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 10-cu bölmə

2

7

Dişin servikal nahiyəsinin qapaq üçün yonulması, pilləli və pilləsiz yonulma,Diş ətiüstü, diş əti bərabərliyində və diş ətialtı pillələrin yaradılması

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.  V fəsil səh. 51-55

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 9,10,11,12,13,14-cü bölmə

2

8

Yuxarı və aşağı azı dişlərinin metal-keramik qapaq üçün yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.  VII fəsil səh. 79-90

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə

2

9

Yuxarı ön və aşağı ön dişlərin metal-keramik qapaq üçün yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.  VII fəsil səh. 79-90

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə

2

10

Yuxarı və aşağı azı dişlərinin zirkon əsaslı qapaq üçün yonulması

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.  VII fəsil səh. 79-90

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə

2

11

Yuxarı və aşağı ön dişlərin zirkon əsaslı qapaq üçün yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.  VII fəsil səh. 79-90

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə

2

12

Yuxarı və aşağı azı dişlərinin tam keramik qapaq üçün yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.  VII fəsil səh. 79-90

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə

2

13

Yuxarı və aşağı ön dişlərin tam keramik qapaq üçün yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.  VII fəsil səh. 79-90

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 25-ci bölmə

2

14

Yuxarı və aşağı ön dişlərin vinir altına yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XV fəsil səh. 181-213

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə səh.440

2

15

Yuxarı və aşağı azı dişlərinin vinir altına yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XV fəsil səh. 181-213

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 24-cü bölmə səh.440

2

16

Diş sırasının hissəvi qüsurunda körpüyəbənzər protez hazırladıqda dişlərin dayaq qapaqları altına yonulması.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil səh.265-275

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s.

2

17

Üç və artıq sayda dayaq elementləri olan körpüyəbənzər protez hazırlandıqda dayaq dişlərinin yonulması

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. X fəsil

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XIX fəsil səh.265-275

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s.

2

18

Taxma, qapaq, vinir və körpüyəbənzər protezlər hazırladıqda ölçülərin alınması, ağıziçi skaner vasitəsilə rəqəmsal ölçünün götürülmə texnikası.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VII fəsil səh. 76-81

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil səh.93-106

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 17-ci bölmə

2

19

Diş tacı və diş sırasının qüsurlarının ortopedik müalicəsi zamanı mərkəzi okklüziyanın təyini

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VII fəsil səh. 76-81

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. VIII fəsil səh.93-106

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 17-ci bölmə

2

20

Müvəqqəti qapaqlar, müvəqqəti vinirlər, müvəqqəti taxmalar və müvəqqəti körpüyəbənzər  protezlərin hazırlanması. Müvəqqəti konstruksiyaların  fiksasiyası.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.  VIII fəsil səh. 88-107

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. IX fəsil səh.109-122

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 15-ci bölmə

2

21

Stomatoloji manipulyasiyalar zamanı tək dişin və ya yanaşı yerləşən dişlərin  rubberam vasitəsilə izolyasiyası

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s.

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. X fəsil səh.125-130

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 16-cı bölmə

2

22

Çıxmayan konstruksiyaların fiksasiyası zamanı istifadə edilən sementlər və adgeziv sistemlər. Qapaqların sementlənməsi.

1.Zöhrab Qarayev. «Ortopedik stomatologiya». Bakı, 2008, 360 s. VI fəsil səh. 75

2.Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s. XII fəsil səh. 133-139

3.Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s. 22-ci bölmə

2

23

Hissəvi çıxan protezlərin hazırlanmasında tətbiq edilən ölçülər və ölçü materialları. Yuxarı və aşağı diş sıralarından ölçülərin alınması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.76-81)

2

24

Diş sırasının hissəvi qüsurları olan əng və çənənin gips modellərinin hazırlanması,diş sırasının hissəvi qüsurlarında paralelometriyanın aparılması

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.157-160)

2

25

Okklüziya yastıqlı bazisin hazırlanmas.Diş sırasının hissəvi qüsurları zamanı əng və çənənin mərkəzi münasibətinin təyini və fiksasiyası üsulları. Modellərin artikulyatora bağlanılması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s.157-160)

2

26

Əng üçün hissəvi çıxan protez hazırladıqda süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 204-206)

2

27

Çənə üçün hissəvi çıxan protez hazırladıqda süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 204-206)

2

28

Hissəvi çıxan protezin mum konstruksiyasının küvetə yerləşdirilməsi,hissəvi çıxan protezin mum konstruksiyasının plastik kütlə ilə əvəz olunması, protezin küvetdən çıxarılması və son işləmlərin aparılması, protezin cilalanması və parladılması.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

29

Çıxan protezin yatağına oturdulması. Hissəvi çıxan lövhəli və bügel protezlərinin təhvil verilməsi,hissəvi çıxan protezlərin korreksiyası. Okklüziyanın tənzimlənməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik – 2018 s. 161-165)

2

30

Tam dişsiz əng və çənədən anatomik ölçülərin alınması və modellərin hazırlanması.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.188-192)

2

31

Funksional ölçülər. Fərdi qaşıqlar. Fantomda əng və çənə üçün fərdi qaşıqların hazırlanması.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.188-192)

2

32

Herbstin funksional sınaqlarını aparmaqla əngdə və çənədə fərdi qaşığın uyğunlaşdırması, funksional ölçünün alınması və modelin hazırlanması

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.188-192)

2

33

Çənənin nisbi fizioloji sakitlik vəziyyəti. Təyini üsulları.  Okklüziya yastıqlı bazisin hazırlanması.  Əng və çənənin mərkəzi münasibəti. Təyini və fiksə edilməsi üsulları.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.192-201)

2

34

Tam çıxan lövhəli protezlərin hazırlanmasında istifadə olunan artikulyatorlar.  Modellərin artikulyatora bağlanılması.

.(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 202—204, 213-217)

2

35

Əng üçün tam çıxan protez hazırladıqda süni dişlərin düzülməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 204-212)

2

36

Çənə üçün tam çıxan protez hazırladıqda süni dişlərin düzülməsi

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 204-212)

2

37

Tam çıxan lövhəli protezin mum konstruksiyasının ağız boşluğunda yoxlanılması. Səhvlərin aşkar edilməsi və aradan qaldırılması yolları.Laboratoriyada tam çıxan protezin mum konstruksiyasının küvetə yerləşdirilməsi. Protezin mum konstruksiyasının plastik kütlə ilə əvəz olunması,protezin küvetdən çıxarılması və son işləmlərin aparılması. Protezin cilalanması və parladılması.Protezin təhvil verilməsi.

(Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s. 217-219)

2

38

Şablonlar vasitəsilə dental implantasiyanın planlanması. İmplantasiyanın planlanmasında istifadə edilən rentgenkontrast bələdçilər.

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. IV fəsil səh.52

2

39

Sağalma başlıqları. İmplantüstü protezlərin hazırlanması zamanı tətbiq edilən ölçü materialları. Qapalı qaşıq üsulu ilə implant üzərindən ölçülərin alınması.

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. V fəsil səh.78

2

40

Açıq qaşıq üsulu ilə implant üzərindən ölçülərin alınması.

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VII fəsil səh.110

2

41

Əng (çənə) modelində implant üzərinə transferin bərkidilməsi, qapalı (açıq) qaşıq üsulu ilə ölçünün alınması, transferə analoqların bərkidilməsi, işçi modelin hazırlanması.

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VII fəsil səh.110

2

42

İşçi modeldəki analoqa abatmentin bağlanması, abatmentin yonulması, implantüstü konstruksiyanın mumdan modelləşdirilməsi.

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VII fəsil səh.110

2

43

İmplantütü protezlərin hazırlanması zamanı əng və çənənin mərkəzi münasibətinin qeydə alınması. İmplantüstü müvəqqəti konstruksiyaların hazırlanması

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VIII fəsil səh.120,143

2

44

İmplantüstü qapaqlar və körpüyəbənzər protezlər.

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. X fəsil səh.158

2

45

Tam dişsiz əng və çənədə çıxmayan implantüstü protezlər. İmplantüstü çıxmayan protezlərin fiksasiyası.İmplantüstü protezləmədə profilaktik tədbirlərin əsaslandırılması. İmplantüstü protezlərə qulluq. İmplantüstü konstruksiyada fiksasiya problemləri.

Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. X fəsil səh.171

2

 

Cəmi: 90 saat

 

METODİKİ TƏMINAT:

1. Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s.

2. (Z.İ.Qarayev, N.A.Pənahov Ortopedik stomatologiya. Dərslik - 2018 s.

3. Nazim Pənahov, Elmar Babayev «Ortopedik stomatologiya.Çıxmayan protezlər» Bakı ,2024, 310 s.

4. Herbert T.Shillingburg ve b. «Sabit protezin temelleri» 563 s.

 

TEXNİKİ TƏCHİZAT:

Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda və fantom otaqlarında keçirilir. Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, dişlərin müxtəlif konstruksiyalar üçün yonulması ,körpüyəbənzər protezlərin,hissəvi və tam çıxan protezlərin hazırlanması ,implantüstü protezlərin hazırlanması barəsində kitablardan slaydlar. Nəzəri dərslərlə əldə edilən  biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq modellər üzərində həyata keçirilir. Bundan əlavə modellər üzərində sdişlərin yonulması,tam və hissəvi çıxan protezlərin mum konstruksiyalarının hazırlanması və implantüstü protezlər üçün açıq və qapalı qaşıq üsulu ilə ölçülərin götürülməsi həyata keçirilir.