Tələbələr “İmplantüstü protezlər” fənnini öyrənməklə, diş sırasında itirilmiş tək diş qüsurunun; itirilmiş iki yanaşı diş qüsurunun; orta ölçülü, sonlu və sonsuz qüsurların; ardıcıl yerləşən bir neçə dişin itirilməsi ilə yaranan böyük qüsurların; tam dişsiz əng və çənənin implantüstü protezlərlə bərpasının əsas prinsiplərini biləcəklər. Həmçinin rentgenkontrast bələdçilər, pozisioner, naviqasion, rekonstruktiv şablonlar vasitəsilə dental implantasiyanın planlanması və rəqəmsal texnologiyalarla implantüstü protezləmə mərhələləri barədə ətraflı biliklər alacaqlar. Eləcə də, açıq və qapalı qaşıq üsulu ilə implant üzərindən ölçü almaq, implant üzərinə sağalma başlıqlarını, transferləri, abatmentləri bağlamaq, transfer üzərinə analoq bərkitmək, işçi model hazırlamaq, abatmentləri yonub protezin karkasını mumdan modelləşdirmək üsullarını mənimsəyəcək və onları düzgün interpretasiya edə biləcəklər.
Fənnnin məqsədi: Tələbələrə implantüstü protezləmənin əsaslarının, o cümlədən diş sırasının müxtəlif qüsurlarında implantüstü protezləmənin xüsusiyyətlərinin, o cümlədən implantüstü çıxan və çıxmayan protezlərlə müalicə konsepsiyasının izah edilməsi, protezləmədən öncə xəstələrin müayinəsi, dental implantasiyada tətbiq edilən şablonların hazırlanması, zaman baxımından dental implantasiyanın aparılma prinsiplərinin öyrədilməsi, implantüstü protezləmədə ölçülərin alınması, əng və çənənin mərkəzi münasibətinin təyini bacarıqlarının qazandırılması
Fənnnin təlim nəticəsi:
1. Diş sırasının müxtəlif qüsurlarında – itirilmiş tək diş qüsurunun; itirilmiş iki yanaşı diş qüsurunun; orta ölçülü, sonlu və sonsuz qüsurların; ardıcıl yerləşən bir neçə dişin itirilməsi ilə yaranan böyük qüsurların implantüstü protezlərlə bərpasının əsas prinsiplərini bilir.
2. Diş sırasının müxtəlif qüsurlarında tam dişsiz əng və çənənin implantüstü protezlərlə bərpasının əsas prinsiplərini bilir.
3. Rentgenkontrast bələdçilər, pozisioner, naviqasion, rekonstruktiv şablonlar vasitəsilə dental implantasiyanın planlanmasını bilir.
4. İmplantüstü çıxmayan protezlərlə, “Hər şey 4-ün üzərində” və implantüstü çıxan protezlərlə müalicə konsepsiyasını bilir.
5. Rəqəmsal texnologiyalarla implantüstü protezləmə mərhələlərini bilir.
PROQRAM
Bu fənni öyrənərkən, tələbələr, həmçinin ortopedik stomatologiya klinikasında deontologiya və xəstənin protezləməyə hazırlanması qaydalarını bilmək, ortopedik stomatologiyada istifadə edilən materiallar, ölçülər və ölçü materiallarını tanımaqla yanaşı, yuxarı və aşağı diş sıralarından ölçülərin alınması və modellərin hazırlanması üsullarına da yiyələnəcəklər. Əldə edilən bilik və bacarıqlardan stomatoloji təhsilin sonrakı mərhələlərində istifadə etməklə bərabər, tələbələr Ortopedik stomatologiya klinikasında hazırlanan bütün növ implantüstü çıxan və çıxmayan protez konstruksiyalarının hazırlanması zamanı vacib olan nəzəri bilikləri və lazımi əl vərdişlərini qazanacaqlar.
V kurs tələbələri üçün mühazirələrin mövzu planı Yaz (IX semestr)
|
№ |
Mövzu (mühazirə) |
Ədəbiyyat |
Saat |
|
1 |
“İmplantüstü protezlər” fənninin predmeti. Diş sırasının müxtəlif qüsurlarında – itirilmiş tək diş qüsurunun; itirilmiş iki yanaşı diş qüsurunun; orta ölçülü, sonlu və sonsuz qüsurların; ardıcıl yerləşən bir neçə dişin itirilməsi ilə yaranan böyük qüsurların; tam dişsiz əng və çənənin implantüstü protezlərlə bərpasının əsas xüsusiyyətləri. İmplantüstü protezləmədən öncə xəstələrin müayinəsi. Xəstənin psixoterapevtik hazırlanması. İmplantüstü protezlərlə müalicənin strategiyası və planlanması. Xəstənin gülüşünün analizi. Diş əti biotipləri. Zaman baxımından dental implantasiya və implantüstü protezləmə. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. |
2 |
|
2 |
Dental implantasiyada tətbiq edilən şablonlar. İmplantasiyanın planlanmasında istifadə edilən rentgenkontrast bələdçilər. Pozisioner, naviqasion, rekonstruktiv şablonlar vasitəsilə dental implantasiyanın planlanması. İmplantüstü ortopedik komponentlər: sağalma başlıqları, abatmentlər, vida açarları, transferlər, analoqlar və vidalar. İmplant-abatment interfeysi. Dəyişən platformalar. İmplant çevrəsində bioloji genişlik sahəsi. Birkomponentli və təkparçalı implantlar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. |
2 |
|
3 |
İmplantüstü ölçülərin alınması. İmplantüstü protezlərin hazırlanması zamanı tətbiq edilən ölçü materialları. Qapalı qaşıq üsulu ilə implant üzərindən ölçülərin alınması. İmplantüstü protezlərin hazırlanması zamanı tətbiq edilən ölçü materialları. Qapalı və açıq qaşıq üsulu ilə implant üzərindən ölçülərin alınması. Biomexaniki okklüziya konsepti. İmplantütü protezlərin hazırlanması zamanı əng və çənənin mərkəzi münasibətinin qeydə alınması. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. |
2 |
|
4 |
İmplantüstü çıxmayan protezlərlə müalicə konsepsiyası. İmplantüstü qapaqlar və körpüyəbənzər protezlər. Diş cərgəsinin ön və yan bölgəsində çıxmayan implantüstü protezlər. Tam dişsiz əng və çənədə çıxmayan implantüstü protezlər. İmplantüstü çıxmayan protezlərin fiksasiyası. “Hər şey 4-ün üzərində” müalicə konsepsiyası. Dörd implant üzərində çıxmayan protezin hazırlanması. İmplantüstü çıxan protezlərlə müalicə konsepsiyası. Düyməli, tirli və teleskopik birləşmələr. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. |
2 |
|
5 |
İmplantüstü protezləmədə rəqəmsal texnologiyaların tətbiqi. Rəqəmsal texnologiyalarla implantüstü protezləmə mərhələləri. İmplantüstü protezləmədən sonrakı profilaktik tədbirlər. İmplantüstü protezləmədə byraxılan səhvlər və ağırlaşmalar. Təsnifatı. İmplantüstü konstruksiyada fiksasiya, həmçinin keramik örtüklə bağlı problemlər. Periimplantit. İmplanta dayaqlanan çıxan protezlərlə əlaqəli ağırlaşmalar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. |
2 |
Cəmi: 10 saat
V kurs tələbələri üçün praktiki məşğələlərin mövzu planı Yaz (IX semestr)
|
№ |
Mövzu (praktik məşğələ) |
Ədəbiyyat |
Saat |
|
1 |
Diş çərgəsində itirilmiş tək diş qüsurunun implantüstü protezlə bərpası. Diş çərgəsində itirilmiş iki yanaşı diş qüsurunun implantüstü protezlə bərpası. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. I fəsil səh.10 |
2 |
|
2 |
Diş çərgəsinin orta ölçülü, sonlu və sonsuz qüsurlarının implantüstü protezlə bərpası. Diş çərgəsində ardıcıl yerləşən bir neçə dişin itirilməsi ilə yaranan böyük qüsurların implantüstü protezlə bərpası. Tam dişsiz əng və çənənin implantüstü protezlərlə bərpası. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. I fəsil səh.15 |
2 |
|
3 |
Xəstənin implantüstü protezləməyə psixoterapevtik hazırlanması. İmplantüstü protezlərlə müalicənin strategiya və planlanması. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. II fəsil səh.20 |
2 |
|
4 |
Xəstənin gülüşünün analizi. Diş əti biotipləri. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. II fəsil səh.26 |
2 |
|
5 |
Zaman baxımından dental implantasiya. Zaman baxımından implantüstü protezləmə. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. III fəsil səh.42 |
2 |
|
6 |
Şablonlar vasitəsilə dental implantasiyanın planlanması. İmplantasiyanın planlanmasında istifadə edilən rentgenkontrast bələdçilər. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. IV fəsil səh.52 |
2 |
|
7 |
Pozisiner şablonlar. Naviqasion şablonlar. Rekonstruktiv şablonlar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. IV fəsil səh.56 |
2 |
|
8 |
Sağalma başlıqları. Abatmentlər. Vida açarları. Transferlər. Analoqlar. Vidalar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. V fəsil səh.78 |
2 |
|
9 |
İmplant ilə abatmentin birləşmələri. Dəyişən platformalar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VI fəsil səh.90 |
2 |
|
10 |
İmplant çevrəsində bioloji genişlik sahəsi. Birkomponentli və təkparçalı implantlar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VI fəsil səh.99 |
2 |
|
11 |
İmplantüstü protezlərin hazırlanması zamanı tətbiq edilən ölçü materialları. Qapalı qaşıq üsulu ilə implant üzərindən ölçülərin alınması. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VII fəsil səh.106 |
2 |
|
12 |
Açıq qaşıq üsulu ilə implant üzərindən ölçülərin alınması. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VII fəsil səh.110 |
2 |
|
13 |
Fantomda əng (çənə) modelində implant üzərinə transferin bərkidilməsi, qapalı (açıq) qaşıq üsulu ilə ölçünün alınması, transferə analoqların bərkidilməsi, işçi modelin hazırlanması. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VII fəsil səh.110 |
2 |
|
14 |
Fantomda işçi modeldəki analoqa abatmentin bağlanması, abatmentin yonulması, implantüstü konstruksiyanın mumdan modelləşdirilməsi. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VII fəsil səh.110 |
2 |
|
15 |
Biomexaniki okklüziya konsepti. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VIII fəsil səh.116 |
2 |
|
16 |
İmplantütü protezlərin hazırlanması zamanı əng və çənənin mərkəzi münasibətinin qeydə alınması. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. VIII fəsil səh.120 |
2 |
|
17 |
Çıxış profilləri. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. IX fəsil səh.132 |
2 |
|
18 |
İmplantüstü müvəqqəti konstruksiyalar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. IX fəsil səh.143 |
2 |
|
19 |
İmplantüstü qapaqlar və körpüyəbənzər protezlər. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. X fəsil səh.158 |
2 |
|
20 |
Diş cərgəsinin ön bölgəsində çıxmayan implantüstü protezlər. Diş cərgəsinin yan bölgəsində çıxmayan implantüstü protezlər. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. X fəsil səh.163 |
2 |
|
21 |
Tam dişsiz əng və çənədə çıxmayan implantüstü protezlər. İmplantüstü çıxmayan protezlərin fiksasiyası. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. X fəsil səh.171 |
2 |
|
22 |
“Hər şey 4-ün üzərində” müalicə konsepsiyasının mahiyyəti. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XI fəsil səh.184 |
2 |
|
23 |
Dörd implant üzərində çıxmayan protezin hazırlanması. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XI fəsil səh.188 |
2 |
|
24 |
İmplantüstü çıxan protezlər. Düyməli birləşmələr. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XII fəsil səh.198 |
2 |
|
25 |
Tirli birləşmələr. Teleskopik birləşmələr. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XII fəsil səh.205 |
2 |
|
26 |
Ortopedik stomatologiyada rəqəmsal texnologiyaların tətbiqi. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XIII fəsil səh.218 |
2 |
|
27 |
Rəqəmsal texnologiyalarla implantüstü protezləmə mərhələləri. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XIII fəsil səh.226 |
2 |
|
28 |
İmplantüstü protezləmədə profilaktik tədbirlərin əsaslandırılması. İmplantüstü protezlərə qulluq. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XIV fəsil səh.236 |
2 |
|
29 |
İmplantüstü protezləmədə buraxılan səhvlərin təsnifatı. İmplantüstü konstruksiyada fiksasiya problemləri. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XIV fəsil səh.250 |
2 |
|
30 |
İmplantüstü konstruksiyada keramik örtüklə bağlı problemlər.Periimplantit. İmplanta dayaqlanan çıxan protezlərlə əlaqəli ağırlaşmalar. |
Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s. XIV fəsil səh.263 |
2 |
Cəmi: 60 saat
METODİKİ TƏMINAT:
1. Nazim Pənahov, Rüfət Hüseynli. «Ortopedik stomatologiya. İmplantüstü protezlər». Bakı, 2022, 288 s.
TEXNİKİ TƏCHİZAT:
Fənn üzrə mühazirə və praktiki məşğələlər multimedia avadanlıqları (proyektor, ekran və s.) ilə təchiz olunmuş auditoriyalarda və fantom otaqlarında keçirilir. Fənn üzrə dərslərin təşkili zamanı müasir texnologiyalar, implantüstü protezlərin hazırlanması üçün vasitələr barəsində kitablardan slaydlar. Nəzəri dərslərlə əldə edilən biliklər tələbələr tərəfindən praktiki məşğələlərdə əyani olaraq modellər üzərində həyata keçirilir. Bundan əlavə modellər üzərində sağalma başlıqlarının seçilməsi və bağlanması,açıq və qapalı qaşıq üsulu ilə ölçülərin götürülməsi üçün transferlərin seçilməsi və ölçülərin götürülməsi həyata keçirilir.