Səriştəyönlü təhsil tələbələrə təkcə bilik yox, elmi biliklərlə əsaslandırılmış əqli və texniki bacarıqları öyrətməyi hədəf tutur. Səviyyəyönlü təhsil isə fənnin təməl və irəli mövzularına uyğun səriştə dərəcələrini öyrətməyi nəzərdə tutur. Koloproktologiya fənninin tədrisində yoğun və düz bağırsağın anatomiyası və fiziologiyası, cərrahi xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, differensial diaqnostikası və müalicə üsulları öyrənilir, tələbələrdə pasientlərdən anamnezin toplanması, obyektiv müayinələrin aparılması, lazımi instrumental və laborator müayinələrin düzgün seçilməsi və onların nəticələrinin dəyərləndirilməsi, ən doğru müalicə taktikasının seçilməsi oyrədilir.
Fənnin məqsədi: yoğun və düz bağırsağın cərrahi xəstəliyi olan xəstəni aparmaq üçün lazım olan klinik və praktik səriştələri öyrətmək, müasir diaqnostika və müalicə üsullarından istifadə etmək bacarıqlarının mənimsənilməsi və cərrahi xəstələrin müalicəsini təşkil etmək üçün bacarıqlı həkim kadrlarının yetişdirilməsi, təməl cərrahi xəstəliklərə diaqnoz qoyma səriştəsini və təməl praktiki səriştələri göstərmə səviyyəsində, müalicə, profilaktika və proqnozlaşdırma səriştələrini isə əsaslandırma səviyyəsində öyrətməkdir.
Təhsilalan nəyi bilməlidir: tədris müddətində fənn üzrə klinik səriştələrə yiyələnmək üçün tələbələr yoğun və düz bağırsağın anatomiyasını, histoloji quruluşunu, kliniki fiziologiyasını, xəstəliyin tərifini, təsnifatını, epidemiologiyasını, etiologiyasını və patogenezini, patomorfologiyasını, gedişini və ağırlaşmalarını, klinik əlamətlərini, laborator və instrumental müayinələrini, diaqnostik kriteriyalarını, müalicə üsullarını, cərrahi müdaxilələrin adını, tərifini, göstərişlərini, əks göstərişlərini, texnikasını və ağırlaşmalarını, müalicə nəticələrini, profilaktika üsullarını, proqnozlaşdırma üsullarını bilməlidirlər.
Təhsilalan nəyi bacarmalıdır: koloproktoloji xəstələrdən anamnez toplamağı, sistemləşdirməyi və təhlil etməyi, xəstələrin obyektiv müayinəsini aparmağı, ilkin diaqnozu formalaşdırmağı, müayinə planını tərtib etməyi, obyektiv və instrumental müayinələrin nəticələrini ümumiləşdirməyi, müalicəni təyin etməyi, əməliyyatdan sonrakı sarğıların dəyişdirilməsini bacarmalıdırlar.
Təhsilalan nəyə yiyələnməlidir: şöbə işçilərinə və müəllim kollektivinə hörmət və ehtiramla yanaşmanı, xəstəxanadaxili qaydalara əməl etməyə, bütün qüvvəsini qarşısına qoyulan məqsədin həllinə sərf etməyə, palatalarda xəstələrə baxış zamanı, sarğı otaqlarında sarğı zamanı diqqətini bilik və bacarıqların artırılmasına yönəldməyə, etik davranış qaydalarına əməl etməyə, tibbi kartaların tərtibi məqsədilə xəstələrdən anamnez toplayarkən, onları müayinə edərkən davranış və etik qaydalara əməl etməyə yiyələnməlidir.
Fənnin nəzəri hissəsi mühazirə şəklində aparılır. Praktiki məşğələlər zamanı tələbələr xəstələrlə təmas edir, müayinələrdə, diaqnozun formalaşmasında, sarğılarda, xəstələrin aparılmasında fəal iştirak edib öyrənirlər. Proqramda yoğun və düz bağırsağın cərrahi patologiyalarında diaqnostika və diferensial diaqnostika, müalicə prinsipləri barədə məlumatlar verilmişdir. Tədris müasir təlim prinsiplərinə uyğun olaraq motivasiya, problemin qoyulması, informasiyanın qəbulu və müzakirəsi, prezentasiya və qiymətləndirmə prinsiplərinə uyğun olaraq tələbəyönlü hazırlanmış, tələbələrin araşdırmalar aparmasına, sərbəst işləmələrinə maksimal şərait yaradılmışdır. Hər bir mövzunun qoyulmasında tələbə nəyi bilməli və nəyə yiyələnməlidir prinsiplərini əldə rəhbər tutaraq müxtəlif bilik, bacarıq və səriştələrin öyrədilməsi istiqamətində olmuşdur.
Cərrahiyyə ixtisası üzrə IV kurs tələbələri üçün “Koloproktologiya” fənnindən praktiki məşğələlərin mövzu planı
|
N |
Mövzular |
Saat |
|
1 |
Kəskin appendisit və ağırlaşmaları |
2 |
|
2 |
Yoğun bağırsaq xəstəlikləri: xoralı kolit |
2 |
|
3 |
Kron xəstəliyi |
2 |
|
4 |
Yoğun bağırsağın divertikulları, divertikulit |
2 |
|
5 |
Yoğun bağırsağın polipləri |
2 |
|
6 |
Yoğun bağırsağın bədxassəli şişləri |
2 |
|
7 |
Bağırsaq keçməzliyi |
2 |
|
8 |
Düz bağırsaq xəstəlikləri: babasil xəstəliyi |
2 |
|
9 |
Düz bağırsaq xəstəlikləri: anal çat |
2 |
|
10 |
Düz bağırsaq xəstəlikləri: kəskin paraproktit |
2 |
|
11 |
Düz bağırsaq xəstəlikləri: anusun və düz bağırsağın fistulaları |
2 |
|
12 |
Düz bağırsağın xoş və bədxassəli şişləri |
2 |
|
13 |
Düz bağırsağın prolapsı |
2 |
|
14 |
Bağırsaq qanaxmaları |
2 |
|
15 |
Koloproktoloji xəstələrdən anamnezin toplanması bacarığı. Dəriyə tikiş qoyulması bacarığı |
2 |
Cəmi: 30 saat
Cərrahiyyə ixtisası üzrə IV kurs tələbələri üçün “Koloproktologiya” fənnindən mühazirələrin mövzu planı
|
N |
Mövzular |
Saat |
|
1 |
Kəskin və xroniki appendisit |
2 |
|
2 |
Yoğun bağırsaq xəstəlikləri: xoralı kolit |
2 |
|
3 |
Yoğun bağırsaq xəstəlikləri: divertikulları, xoş və bədxassəli şişləri |
2 |
|
4 |
Düz bağırsaq xəstəlikləri: babasil xəstəliyi, anal çat, anusun və düz bağırsağın fistulaları, abses |
2 |
|
5 |
Bağırsaq keçməzliyi |
2 |
Cəmi: 10 saat