Səriştəyönlü təhsil tələbələrə təkcə bilik yox, elmi biliklərlə əsaslandırılmış əqli və texniki bacarıqları öyrətməyi hədəf tutur. Səviyyəyönlü təhsil isə fənnin təməl və irəli mövzularına uyğun səriştə dərəcələrini öyrətməyi nəzərdə tutur. Torakal cərrahiyyə fənninin tədrisində döş qəfəsi orqanlarının anatomiyası və fiziologiyası, ağ ciyərlər, diafraqma, divararalığı və döş qəfəsinin cərrahi xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, differensial diaqnostikası və müalicə üsulları öyrənilir, tələbələrdə pasientlərdən anamnezin toplanması, obyektiv müayinələrin aparılması, lazımi instrumental və laborator müayinələrin düzgün seçilməsi və onların nəticələrinin dəyərləndirilməsi, ən doğru müalicə taktikasının seçilməsi oyrədilir.
Fənnin məqsədi: döş qəfəsi orqanlarının cərrahi xəstəliyi olan xəstəni aparmaq üçün lazım olan klinik və praktik səriştələri öyrətmək, müasir diaqnostika və müalicə üsullarından istifadə etmək bacarıqlarının mənimsənilməsi və cərrahi xəstələrin müalicəsini təşkil etmək üçün bacarıqlı həkim kadrlarının yetişdirilməsi, təməl cərrahi xəstəliklərə diaqnoz qoyma səriştəsini və təməl praktiki səriştələri göstərmə səviyyəsində, müalicə, profilaktika və proqnozlaşdırma səriştələrini isə əsaslandırma səviyyəsində öyrətməkdir.
Təhsilalan nəyi bilməlidir: tədris müddətində fənn üzrə klinik səriştələrə yiyələnmək üçün tələbələr döş qəfəsi orqanlarının anatomiyasını, histoloji quruluşunu, kliniki fiziologiyasını, xəstəliyin tərifini, təsnifatını, epidemiologiyasını, etiologiyasını və patogenezini, patomorfologiyasını, gedişini və ağırlaşmalarını, klinik əlamətlərini, laborator və instrumental müayinələrini, diaqnostik kriteriyalarını, müalicə üsullarını, cərrahi müdaxilələrin adını, tərifini, göstərişlərini, əks göstərişlərini, texnikasını və ağırlaşmalarını, müalicə nəticələrini, profilaktika üsullarını, proqnozlaşdırma üsullarını bilməlidirlər.
Təhsilalan nəyi bacarmalıdır: döş qəfəsi orqanlarının cərrahi xəstəliyi olan xəstələrdən anamnez toplamağı, sistemləşdirməyi və təhlil etməyi, xəstələrin obyektiv müayinəsini aparmağı, ilkin diaqnozu formalaşdırmağı, müayinə planını tərtib etməyi, obyektiv və instrumental müayinələrin nəticələrini ümumiləşdirməyi, müalicəni təyin etməyi, əməliyyatdan sonrakı sarğıların dəyişdirilməsini bacarmalıdırlar.
Təhsilalan nəyə yiyələnməlidir: şöbə işçilərinə və müəllim kollektivinə hörmət və ehtiramla yanaşmanı, xəstəxanadaxili qaydalara əməl etməyə, bütün qüvvəsini qarşısına qoyulan məqsədin həllinə sərf etməyə, palatalarda xəstələrə baxış zamanı, sarğı otaqlarında sarğı zamanı diqqətini bilik və bacarıqların artırılmasına yönəldməyə, etik davranış qaydalarına əməl etməyə, tibbi kartaların tərtibi məqsədilə xəstələrdən anamnez toplayarkən, onları müayinə edərkən davranış və etik qaydalara əməl etməyə yiyələnməlidir.
Fənnin nəzəri hissəsi mühazirə şəklində aparılır. Praktiki məşğələlər zamanı isə tələbələr xəstələrlə təmas edir, müayinələrdə, diaqnozun formalaşmasında, sarğılarda, xəstələrin aparılmasında fəal iştirak edib öyrənirlər. Proqramda döş qəfəsinin, traxeya və bronxların, ağ ciyərlərin, plevranın, diafraqmanın, divararalığının cərrahi patologiyalarında diaqnostika və diferensial diaqnostika, müalicə prinsipləri barədə məlumatlar verilmişdir. Tədris müasir təlim prinsiplərinə uyğun olaraq motivasiya, problemin qoyulması, informasiyanın qəbulu və müzakirəsi, prezentasiya və qiymətləndirmə prinsiplərinə uyğun olaraq tələbəyönlü hazırlanmış, tələbələrin araşdırmalar aparmasına, sərbəst işləmələrinə maksimal şərait yaradılmışdır. Hər bir mövzunun qoyulmasında tələbə nəyi bilməli və nəyə yiyələnməlidir prinsiplərini əldə rəhbər tutaraq müxtəlif bilik, bacarıq və səriştələrin öyrədilməsi istiqamətində olmuşdur.
Cərrahiyyə ixtisası üzrə V kurs tələbələri üçün “Torakal cərahiyyə” fənnindən (əsas) praktiki məşğələlərin mövzu planı
|
N |
Mövzular |
Saat |
|
1 |
Döş qəfəsinin quruluşu, müayinə üsulları, travmaları. Bronxların və ağ ciyərlərin zədələnmələri |
2 |
|
2 |
Traxeyanın xəstəlikləri: travmalar, iltihabi xəstəlikləri, stenozlar, ezofaqo-traxeal fistulalar, şişləri |
2 |
|
3 |
Ağ ciyərlərin iltihabi xəstəlikləri: abses və qanqrena |
2 |
|
4 |
Bronxoektotik xəstəlik |
2 |
|
5 |
Ağ ciyərlərin şişləri |
2 |
|
6 |
Plevranın travmatik zədələnmələri, pnevmotoraks, hemotoraks |
2 |
|
7 |
Plevranın iltihabi xəstəlikləri və şişləri |
2 |
|
8 |
Diafraqmanın cərrahi xəstəlikləri |
2 |
|
9 |
Divararalığının travmaları və iltihabi xəstəlikləri |
2 |
|
10 |
Divararalığının törəmələri |
2 |
|
11 |
Timus vəzinin cərrahi xəstəlikləri |
2 |
|
12 |
Xəstələrdən anamnezin toplanması bacarığı. Dəriyə tikiş qoyulması bacarığı |
2 |
Cəmi: 24saat
Cərrahiyyə ixtisası üzrə V kurs tələbələri üçün “Torakal cərahiyyə” fənnindən (əsas) mühazirələrin mövzu planı
|
N |
Mövzular |
Saat |
|
1 |
Ağ ciyərlərin cərrahi xəstəlikləri |
2 |
|
2 |
Plevranın cərrahi xəstəlikləri |
2 |
|
3 |
Divararalığının cərrahi xəstəlikləri |
2 |
Cəmi: 6 saat