Səriştəyönlü təhsil tələbələrə təkcə bilik yox, elmi biliklərlə əsaslandırılmış əqli və texniki bacarıqları öyrətməyi hədəf tutur. Kliniki bacarıq 2.2 fənninin tədrisində qanaxmaların növləri və onların dayandırılma üsulları öyrənilir, tələbələrdə pasientlərdə qanaxma zamanı onun dayandırılma bacarığı inkişaf etdirilir.
Fənnin məqsədi: tələbələrə ətraflarda və ağız boşluğunda olan qanaxmaların növlərini və qanaxmaların dayandırılma bacarığının praktik səriştələrini öyrətmək, müasir üsullardan istifadə etmək bacarıqlarının mənimsənilməsi, qanaxmaların profilaktikasını aparmaq, qanaxma nəticəsində baş verə biləcək ağırlaşmaların öyrədilməsi və onların qarşısını almaq bacarığına yiyələnməsidir.
Təhsilalan nəyi bilməlidir: tədris müddətində fənn üzrə klinik səriştələrə yiyələnmək üçün tələbələr qanaxmanın tərifini, onların növlərini, dayandırılma üsullarını, qanaxma nəticəsində baş verə biləcək ağırlaşmaları və onların profilaktikası üsullarını bilməlidirlər.
Təhsilalan nəyi bacarmalıdır: qanaxmalar zamanı qanaxmanı dayandırmaq üçün yaralara sıxıcı sarğıların, ətraflara sıxıcı jqutların qoyulmasını, qanaxmanı dayandırmaq məqsədi ilə yaralara tikişin qoyulmasını və sapa düyünlərin vurulmasını bacarmalıdırlar.
Təhsilalan nəyə yiyələnməlidir: şöbə işçilərinə, müəllim kollektivinə və pasientlərə hörmət və ehtiramla yanaşmanı, xəstəxanadaxili qaydalara əməl etməyə, bütün qüvvəsini qarşısına qoyulan məqsədin həllinə sərf etməyə, palatalarda xəstələrə baxış zamanı, sarğı otaqlarında sarğı zamanı diqqətini bilik və bacarıqların artırılmasına yönəldməyə, etik davranış qaydalarına əməl etməyə yiyələnməlidir.
Fənnin nəzəri hissəsi seminar şəklində aparılır. Praktiki məşğələlər zamanı tələbələr xəstələri simulyasiya edən manikenlərlə təmas edir, sarğılarda, qanaxmanın dayandırılmasında fəal iştirak edib öyrənirlər. Proqramda qanaxmanın növləri və onların dayandırılma üsulları barədə məlumatlar verilmişdir. Tədris müasir təlim prinsiplərinə uyğun olaraq motivasiya, problemin qoyulması, informasiyanın qəbulu və müzakirəsi, prezentasiya və qiymətləndirmə prinsiplərinə uyğun olaraq tələbəyönlü hazırlanmış, tələbələrin sərbəst işləmələrinə maksimal şərait yaradılmışdır. Hər bir mövzunun qoyulmasında tələbə nəyi bilməli və nəyə yiyələnməlidir prinsiplərini əldə rəhbər tutaraq müxtəlif bilik, bacarıq və səriştələrin öyrədilməsi istiqamətində olmuşdur.
Cərrahiyyə ixtisası üzrə II kurs tələbələri üçün “Kliniki bacarıq 2.2 – qanaxmanın dayandırılması” fənnindən praktiki məşğələlərin mövzu planı
|
N |
Mövzular |
Saat |
|
1 |
Qanaxmalar haqqında ümumi məlumat, yaranma səbəbləri, təsnifatı. Qanaxmaların müvəqqəti və daimi dayandırılma üsulları |
2 |
|
2 |
Ağız boşluğu qanaxmalarının yaranma səbəbləri və dayandırılma üsulları |
2 |
|
3 |
Düyünlərin növləri : sadə, dənizçi və cərrahi düyünlərin qoyulması (B) |
2 |
|
4 |
Düyünlərin növləri : sadə, dənizçi və cərrahi düyünlərin qoyulması (B) |
2 |
|
5 |
Alətlə düyün vurulması (B) |
2 |
|
6 |
Alətlə düyün vurulması (B) |
2 |
|
7 |
Aralıq qiymətləndirilmə: dənizçi düyününün əllə və alətlə qoyulması |
2 |
|
8 |
Xarici qanaxmaların dayandırılmasında sıxıcı və qaytanların tətbiqi (B) |
2 |
|
9 |
Xarici qanaxmaların dayandırılmasında sıxıcı və qaytanların tətbiqi (B) |
2 |
|
10 |
Ətraflarda qanaxma zamanı yaraya sarğıların qoyulması (B) |
2 |
|
11 |
Ətraflarda qanaxma zamanı yaraya sarğıların qoyulması (B) |
2 |
|
12 |
Qanaxmanın tikiş qoyulmaqla dayandırılması (B) |
2 |
|
13 |
Qanaxmanın tikiş qoyulmaqla dayandırılması (B) |
2 |
|
14 |
Cərrahi əməliyyat zamanı qanaxmanın profilaktikası və hemostazın təmini. Qanaxma nəticəsində baş verən ağırlaşmalar, onların aradan qaldırılma üsulları |
2 |
|
15 |
Yekun qiymətləndirmə: sıxıcı və sarğının qoyulması, tikişin qoyulması |
2 |
Cəmi: 30 saat