Elmi istiqamət: Respublikada ana və uşaqların sağlamlığının monitorinqi, çox yayılmış xəstəliklərin müalicəsi və profilaktik üsullarının təkmilləşdirilməsi.
Problem: Azərbaycanda uşaq ölümünün səbəbləri və onun qarşısının alınması.
Mövzu: Yenidoğulanların inkişaf xüsusiyyətləri və xəstəliklərin diaqnostika, müalicə və profilaktikası (2016-2020).
İş 1. Müxtəlif inkişaf xüsusiyyətləri ilə doğulan uşaqların neonatal adaptasiyasının xarakteristikası. Prof.S.Ş.Həsənov, ass.İ.Ə.Mirzəyeva
Mərhələ 1. Az çəkili vaxtında doğulan uşaqlarda neonatal dövrün klinik göstəriciləri. t.ü.e.d. S.Z.Qarayeva, ass.İ.Ə.Mirzəyeva (2019)
Mərhələ 2. Çox az çəkili yenodoğulanlarda neonatal dövrün klinik göstəriciləri. t.ü.f.d.N.O.Mollayeva
Mərhələ 3. Ekstremal az çəkili yenidoğulanlarda neonatal dövrün klinik göstəriciləri. t.ü.f.d.S.S.Cəfərova (2019)
Mərhələ 4. Vaxtından əvvəl və vaxtında doğulan uşaqların adaptasiyasına təsir edən risk faktorları. t.ü.f.d.G.T.Ağayeva (2019)
İŞ 2. Vaxtında doğulan uşaqlar arasında lokal və yayılmış iltihabi xəstəliklərin monitorinqi. t.ü.f.d.S.Ə.Hüseynova (2019), diss.Q.V.Vəliyeva
Mərhələ 1. Vaxtında doğulan uşaqlar arasında göz yaşı axacağının daralması və blokadasının neonatal dövrdə pediatr təcrübəsində rast gəlmə tezliyi. t.ü.f.d.G.M.Həsənquliyeva (2019)
Mərhələ 2. Vaxtında doğulan uşaqlarda göz yaşı axacağının blokadasının yaranma prediktorlarının qiymətləndirilməsi. t.ü.f.d. S.Ə.Hüseynova (2019)
Mərhələ 3. Vaxtında doğulan uşaqlar arasında göz yaşı axacağının sərbəst və müştərək xəstəliklər zamanı klinik gediş xüsusiyyətləri. t.ü.f.d.A.M.Həsənov
İŞ 3. Yüksək bioloji riski olan uşaqlardapsixo-somatik vəziyyəti. t.ü.f.d.N.A.Sədiyeva, baş lab.F.B.Əmrahova (2019)
Mərhələ 1. Müxtəlif bədən kütləli yenidoğulanların neonatal dövrdə adaptasiyanın klinik, hematoloji və instrumental vasitələri ilə səciyyələndirilməsi. t.ü.f.d.İ.Ş.Mahmudov (2019)
Mərhələ 2. Perinatal patologiya ilə vaxtından əvvəl doğulan uşaqlar arasında baş beyin zədələnmələrinin rast gəlmə tezliyi. t.ü.f.d.Z.S.Talışlı (2019)
Mərhələ 3. Vaxtında doğulanlar arasında baş beyin zədələnmələrinin rast gəlmə tezliyi. t.ü.f.d.R.H.Rzayeva (2019)
Mərhələ 4. Vaxtında və vaxtından əvvəl doğulan uşaqlarda baş beyin zədələnmələrinin risk amillərinin təhlili. t.ü.f.d . Ü.Ə.Əliyeva (2019)