Dosent, t.e.n. Talışinskiy Rəşad Şəmsəddin oğlu
1981–1987-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır. 1987–1988-ci illərdə F. Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının cərrahiyyə şöbəsində internatura keçmişdir.
1989–1990-cı illərdə Tbilisi şəhərində yerləşən Müdafiə Nazirliyinin Zaqafqaziya Hərbi Dairəsinin Mərkəzi Qospitalında otorinolarinqologiya üzrə ilkin ixtisaslaşma kursunu bitirmişdir.
1991–1994-cü illərdə Azərbaycan Tibb Universitetində otorinolarinqologiya ixtisası üzrə əyani aspiranturada təhsil almışdır.
1989–1990-cı illərdə Lənkəran hərbi qospitalının cərrahiyyə şöbəsində həkim-otorinolarinqoloq, 1990–1991-ci illərdə isə Daxili İşlər Nazirliyinin Respublika Qospitalının cərrahiyyə şöbəsində həkim-otorinolarinqoloq vəzifəsində çalışmışdır.
1991–1994-cü illərdə ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında aspirant olmuş, 1994–2019-cu illərdə həmin kafedrada assistent, 2019-cu ildən isə dosent vəzifəsində fəaliyyət göstərmişdir.
19 noyabr 2021-ci il tarixindən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının Qulaq, burun, boğaz xəstəlikləri şöbəsinin müdiri vəzifəsini ictimai əsaslarla icra edir.
2001-ci ildə “Применение корригирующей операции при деформации перегородки носа у детей” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.