Bizi izləyin:
Heydər Əliyev
Tədris işləri üzrə prorektor
Bölmələrimiz
Tədris işləri üzrə prorektor

Ağayev Anar Əzəm oğlu 1984-cü ildə Xətai rayonunda yerləşən 204 saylı orta məktəbdə təhsilini başlayıb, 1994-cü ildə həmin məktəbi bitirib. 2001-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Ali tibb təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Tibb Universitetində başlayaraq, 2001-ci ildən 2004-cü ilədək Sosial Gigyena və Səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-cü ildən 2008-ci ilədək həmin kafedrada assistent vəzifəsində fəaliyyət göstərmişdir.  A.Ağayev 2007-ci ildə namizədlik dissertasiyası uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

2008-ci ildən 2012-ci ilə qədər İctimai Sağlamlıq və Səhiyyənin təşkili kafedrasında baş müəllim, 2012-ci ildən 2018-ci ilədək dosent vəzifəsində çalışıb. Doktorluq dissertasiyasını müvəffəqiyyətlə başa catdıran Anar Ağayevə 2017-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb Üzrə Elmlər Doktoru adı verilmişdir. A.Ağayev 2006-cı ildən 2017-ci ilə qədər İctimai Sağlamlıq və Səhiyyənin təşkili kafedrasında tədris hissə müdiri kimi çalışmış, 2018-ci ildə isə həmin kafedrada müsabiqə yolu ilə professor seçilmişdir.

2008-ci ildən 2017-ci ilə qədər Azərbaycan Tibb Universitetinin Stomatologiya kafedrasında dekan müavini vəzifəsində çalışmışdır. Professor A.Ə. Ağayev 2017-ci ildə Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 2022-ci ilədək dekan kimi fəaliyyət göstərən A.Ə.Ağayev, 2022-ci ilin dekabr ayından etibarən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), İlkin Səhiyyə və Təcili Yardım departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin avqust ayından başlayaraq TƏBİB nəzdində Tibbi Xidmətlərin Təşkili departamentinin rəhbəri, 2025-ci ildə isə TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. A.Ə.Ağayev 2025-ci il sentyabr ayından etibarən Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.

Professor A.Ə Ağayevin 25-dən çox elmi əsəri Beynəlxalq nəşrlərdə dərc edilmişdir, ümumilikdə 80-dən artıq elmi əsərin, 1 dərslik, 8 dərs vəsaiti , 1 monografiya, 1 metodik tövsiyyənin müəllifidir. Onun rəhbərliyi ilə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün və “Menecment” (Səhiyyə sahəsi)  ixtisası üzrə magistrlik dissertasiyaları müdafiə edilmişdir.