Səfərov Mahir Əlisa oğlu  03.08.1963-cu ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1979-cu ildə Kürdəmir rayonu 2 №li orta məktəbi bitirmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1986-cı ildə həmin İnstitutun Stomatologiya fakültəsini bitirmişdir.

1986-1987-ci illərdə Bakı şəhəri 4 saylı Stomatoloji poliklinikada həkim-interna vəzifəsində çalışmışdır.

1987-1990-cı illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təyinatı ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında həkim-stomatoloq vəzifəsində çalışmışdır. 1990-cı ildən, 2020-ci ilə qədər Səhiyyə Nazirliyinin Respublika Stomatoloji Mərkəzində həkim-stomatoloq vəzifəsində çalışmışdır.

 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 iyun 2012-ci il tarixli qərarı ilə Mahir Əlisa oğlu Səfərova Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2020-ci ildən 2024-cü ilə qədər Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda həmin klinikanın Ortopedik stomatologiya kafedrasının dosenti və paralel olaraq Azərbaycan Tibb Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışır.

 

Tərbiyə işləri üzrə prorektorun əmək funksiyaları

- Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

- təhsilalanlara, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

- universitetdə təhsilalanlar və əməkdaşlar  tərəfindən daxili intizam qaydalarına riayət olunmasına nail olmaq;

-  təhsilalanların və əməkdaşların universitetin  ictimai həyatında fəal iştirakına nail olmaq.

- Universitetin İntizam Komissiyasına rəhbərlik edir;

- tələbə və ictimai qurumlarla işə rəhbərlik edir;

- ictimaiyyətlə əlaqələr şöbəsinin işinə nəzarəti həyata keçirir;

- “Təbib” qəzetinin işinə  nəzarəti həyata keçirir;

- Psixoloji Yardım Mərkəzinin işinə nəzarəti həyata keçirir.

- Professor-müəllim heyəti, digər əməkdaşlar və təhsilalanlar tərəfindən müntəzəm, üzrlü səbəb olmadan dərslərə gecikmə və yaxud gəlməməsi  və universitetin daxili intizam qaydalarının  pozulması olan digər halların hərtərəfli araşdırılmasını və onlarla bağlı obyektiv  qərar qəbul edilməsini təmin edir, universitetin rektoruna təqdim edir;

-  intizam tənbehlərinin tətbiq edilməsi tələb olunan başqa işlərin  obyektiv araşdırılmasını təmin edir;

- təhsilalanların tədris prosesində və dərsdən kənar vaxtlarda tərbiyəsi ilə bağlı keçirilən tədbirlərə nəzarət edir, onlara istiqamət verir;

- intizam məsələləri ilə bağlı direktiv orqanların qərar və göstərişlərini nizam-intizam ilə əlaqədar normativ sənədləri, ali məktəb psixologiyası və pedaqogikasını (xüsusilə tərbiyə nəzəriyyəsini), müəllim-tələbə münasibətlərinin əsaslarını, intizam sahəsində yenilikləri öz işində tətbiq edir;

- Universitetdə aparılan nizam-intizam işlərinin səmərəliliyinin yüksəldilməsinə dair təkliflər verir;

- qabaqcıl nizam-intizam metodları və təcrübənin öyrənilməsi, yayılması, gənc müəllimlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir;

- Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK)  Universitetin idarə olunmasında iştirak etməsinə, həmçinin komitə tərəfindən tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılmasına dəstək verir;

- Tələbə Gənclər Təşkilatı tərəfindən (TGT) tələbələr üçün aktual mövzulara həsr olunmuş tədbirlərin keçirilməsinə dəstək verir;

-  təhsilalanlar üçün mədəni-yaradıcılıq və hərbi vətənpərvərlik yönlü tədbirlərin təşkilinə rəhbərlik edir;

- nizam-intizamın keyfiyyətini yaxşılaşdırmaq və pedaqoji kadrlara köməklik məqsədilə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Nizam-intizamın  yeni forma və metodlarının tətbiqinə dair eksperimentlərin keçirilməsi və onların nəticələrinin ümumiləşdirilməsi işlərində iştirak edir;

- ictimai əhəmiyyət kəsb edən sosial və profilaktik proqram və aksiyalarda  universitet  tələbələrinin fəal iştirakını  təmin edən təşkilatı işlərə rəhbərlik edir;                                               

- təhsilalanlar üçün bədən tərbiyəsi və sağlamlıq yönlü tədbirlərin təşkilinə rəhbərlik edir;

- təhsilalanlara  və əməkdaşlara sosial-psixoloji yardım göstərilməsi işlərinə rəhbərlik edir;                  

 - yataqxanalarda nizam-intizama nəzarət edir.

- Universitetdə fəaliyyət göstərən ictimai qurumlarla tibbə aid xüsusi günləri tədbir formatında qeyd edib, bu haqda ictimaiyyətə məlumat verir;

- universitetdə könüllülərlə işə rəhbərlik edir;

- tələbə özünüidarəetmə orqanlarının işini əlaqələndirir;

- nizam-intizam və sosial məsələlər ilə bağlı keçirilən bütün tədbirlərdə iştirak edir;

- Universitetin tərbiyəvi tədbirlərini digər ali məktəblərdə aparılan tərbiyəvi işlərlə əlaqələndirir.

- İctimaiyyətlə əlaqələr şöbəsi  tərəfindən Universitetin fəaliyyəti ilə bağlı  KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkil olunmasına nəzarət  edir;

- Universitetin rəsmi internet saytında  universitetdə keçirilən elmi və kütləvi tədbirlər, beynəlxalq konfranslar, baş verən yenilik və uğurlardan bəhs olunan məlumatların  vaxtında dəqiq-düzgün yerləşdirilməsinə  nəzarəti həyata keçirir.           

-  “Təbib” qəzetində dərc olunan məqalələrdə universitetin təhsil, elm, ictimai həyatı, beynəlxalq əlaqələri, həyata keçirilən layihələri haqqında həm ölkə, həm də Universitet oxucularının  obyektiv məlumatlandırılması işinə nəzarət edir.

- Universitet daxilində məlumat mübadiləsi, informasiyanın ötürülməsində koordinasiya işlərinə rəhbərlik  edir. Universitetdə təbliğat-təşviqat, maarifləndirmə və sosial informasiya sahəsində işlərə rəhbərlik edir.