
Bağırova Şəlalə Həmid qızı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 01.08.2000-30.07.2001-ci il tarixlərdə Bakı şəhər Xətai adına doğum evində internatura kursu keçmişdir. 2001-2006-cı illərdə Tovuz rayonunun Mərkəzi Xəstəxanasında həkim-anestezioloq kimi çalışmışdır. O, 15 sentyabr 2006-ci il tarixdən 14 mart 2007-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “mamalıq və ginekologiya” üzrə ixtisaslaşma kursu keçmişdir. 2007-ci ilin noyabr ayında ATU-nun Onkoloji klinikasının poliklinika-diaqnostika şöbəsində mama-ginekoloq vəzifəsinə işə qəbul olunmuşdur. 25 noyabr 2015-ci il tarixdə “Servikal intraepitelial neoplaziyaların ağırlıq dərəcəsinin proqnozlaşdırılması üçün kolposkopik və morfoloji tədqiqatlar” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2016-ci il tarixli (protokol №15-K) qərarı ilə ona tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2018-2023-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2023-cü ilin aprel dosent vəzifəsində çalışır. O, I və II müalicə-profilaktika fakultələrində Azərbaycan və rus dillərində təcrübi məşğələlər aparır. Ş.H.Bağırova təcrübəli onkoloqdur, tələbə kollektivi və müəllimlər arasında hörmət qazanmışdır. Respublika və xarici ölkələrdə keçirilmiş müxtəlif semiar, konfrans və qurultaylarda iştirak etmişdir.