Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1970-1981-ci tədris ilində Pəyhan kənd orta məktəbində təhsil almışdır. 1981-1982-ci ildə sovxozda fəhlə işləmiş, 1982-1983-cü ilin may ayına qədər Bakı ŞİN zavodunda tikinti-təmir sexində fəhlə kimi çalışmışdır. 1983-1985-ci illərdə ordu sırasında olmuşdur. 1986-cı ildə yenidən Bakı ŞİN zavodunda fəhlə işləmişdir. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1993-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1993-1994 cü ildə A.T. Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserində internatura kursunu keçmişdir. 1994-1997-ci illərdə ATU-nun Onkologiya kafedrasında baş laborant, 1997-2015-ci illərdə assistent, 2015-ci ildən hal-hazıradək dosent vəzifəsində çalışır. Həkimlik fəaliyyətimi ATU-nun Onkoloji Klinikasında aparır. Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında müalicə-profilaktika fakultəsinin V-VI kurs tələbələri ilə praktik məşğələlər aparır, müalicə-profilakitika fakultəsinin V kurs, hərbi-tibb fakultəsinin IV kurs tələbələrinə mühazirələr oxuyur. Dərsləri yüksək metodik səviyyədə aparır. Onun rəhbərliyi altında tələbələr onkoloji xəstələrin müayinə və müalicə üsullarına yiyələnirlər. Y.M. Hətəmov bacarıqlı müəllim-pedaqoq olmaqla yanaşı, həm də yüksək ixtisaslı həkim onkoloqdur. Xəstələrə tibbi kömək göstərməklə bərabər, həmçinin gənc onkoloq kadrlarının hazırlanmasında da öz köməyini əsirgəmir. O, eyni zamanda I müalicə-profilaktika fakultəsinin həmkarlar təşkilatının üzvüdür

Akademik fəaliyyət

1970-1981-ci tədris ilində Pəyhan kənd orta məktəbində təhsil almışdır

1994-1997-ci illərdə ATU-nun Onkologiya kafedrasının baş laborantı

1997-2015-ci illərdə ATU-nun Onkologiya kafedrasının assistenti

2015-ci ildən hal-hazıradək dosent 

Təhsil

1987-1993-cü ildə Azərbaycan Tibb Universiteti

1993-1994-cü ildə A.T. Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserində internatura kursunu

Nailiyyətlər (adlar)

2000-ci ildə “Azərbaycanda dəri melanomasının epidemiologiyası, risq amilləri və ilkin profilaktikası” mövzusunda tibb elmləri namizədi elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiyə

Peşə və pedaqoji inkişaf

1. Endometrial adenokarsinomaların klinik, instrumental. morfoloji səciyyəsi. “Sağlamlıq” jurnalı, Bakı, 2023, №4, səh. 58-62. Hətəmov Y.M., Səfərova S.İ.

2. Puerperal mastit. Türkiye Cumhuriyyeti, 4-cü Ulusal Meme Cerrahisi Konqresi, “Abstract Book”, sah. 14-16. Hetemov Y.M., Ahmadova G.A.

3. Endometrial adenokarsinomalar zamanı morfoloji səciyyənin öyrənilməsi. “Cərrahiyyə” elmi-praktik jurnal, Bakı, 2023, №3, səh. 106-107. Səfərova S.İ., Əmiraslanov Ə.T.

4. Роль миомы матки в развитии рака эндометрия. “Cərrahiyyə” elmi-praktik jurnal, Bakı, 2023, №3, səh. 161-162. Сафарова С.И., Гатамов Я.М.

5. Endometrial cancer. İnternational Scientific Symposium “Actual Problems of Turkology” dedicated to the 150th anniversary of the birth of Turkish poet Mehmet Akif Ersoy, author of the National Anthem “Proceedings Book” page 304. The 27th of August 2023, Stockholm / Sweden. Safarova S.İ., Y.M. Hetemov

6. Endometrial adenokarsinomalar zamanı morfoloji səciyyənin öyrənilməsi. “Cərrahiyyə” elmi-praktik jurnal, Bakı, 2023, №3, səh. 106-107. Səfərova S.İ., Əmiraslanov Ə.T.