
Həmzəyev Sadiq Mahmud oğlu 1963-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olub. Həmzəyev Sadiq Mahmud oğlu 1963-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Aşağı Şorca kəndində anadan olub.
Həmzəyev Sadiq Mahmud oğlu – 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsinə daxil olmuş, institutu oxuduğu dövrdə “Lenin” adlı təqaüdü almış və 1991-ci ildə institutu fərqlənmə ilə bitirmişdir.
1991-1993-cü illərdə ATİ-nun I cərrahi xəstəliklər kafedrasında klinik ordinator vəzifəsində çalışmışdır.
1993-cü ildə aspiranturaya daxil olmuş, 1996-cı ilin sonunda “Donmaların müalicəsində lazer şüalarının tətbiqi” mövzusunda tibb elmləri namizədlik dissertasiyasını müvəffəqiyyətlə tamamlamış, vaxtından əvvəl müdafiə etmişdir.
1997-ci ildən tibb elmləri namizədi adını almışdır. Klinikada müalicə almış döyüşçülərin müalicə işlərində bilavasitə iştirak etmiş, çoxsaylı cərrahi əməliyyatlar aparmışdır.
Hal-hazırda «Hipotermik peritoneal-enteral sanasiyanın kəskin peritonitin gedişinə təsiri» mövzusunda doktorluq dissertasiyasını tamamlayıb və ilkin müzakirəyə hazırlaşır.
Ali təhsil
2014-cü ildə Türkiyyə Cumhuriyyətinin İzmir şəhərində Dokkuz Eylül ve EGE universitetlərində 6 aylıq qaraciyər və böyrək transplantasiyası üzrə çalışmışdır.
Ümumi cərrahiyyə
Həmzəyev S.M., Sultanov Ə.P.,Mürsəlov M.M. Лечение послеоперационного перитонита на фоне гипотермической перитоно-энтеральной санации. Modern Research and Development. Сборник статей Международной научно-практической конференции. 28 апреля 2022 г. г. Петрозаводск. Стр.156-162.
Həmzəyev S.M., Sultanov Ə.P.,Mürsəlov M.M., Qırxlarova A.S. Преимущества гипотермических санаций при гнойно-воспалительных процессах малого таза. Azərbaycan Təbabaətinin Müasir Nailiyyətləri №2,2023. S. 44-48.
S.M.Həmzəyev, Ə.P.Sultanov, Ə.H.Əliyev, A.S.Qırxlarova. Orta ağır peritonitlərdə hipotermik sanasiya zamanı orqanizmin intoksikasiya vəziyyəti. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, 2025, № 1, s.163-169
Yeni Azərbaycan Partiyasının üzvü.