
Pənahova Aynur Mahir qızı, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2010-cu illərdə ATU-nun Onkoloji Klinikasında internatura kursunu keçmiş və həkim-onkoloq ixtisasına yiyələnmişdir. 2010-cu ildə ATU-nun Onkologiya kafedrasında baş laborant vəzifəsinə təyin olunmuş, 2022-ci ilin fevral ayından assistent vəzifəsinə seçilmişdir. O, 24 sentyabr 2021-ci il tarixdə “Uşaqlıq boynu xərçənginin diaqnostikasında və proqnozunun qiymətləndirilməsində elektron mikroskopik tədqiqatların əhəmiyyəti” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23.02.2022-ci il tarixli qərarı ilə ona tibb elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.A.M. Pənahova kafedranın professor-müəllim heyati arasında böyük hörmət qazanmış, özünü işgüzar, səriştəli elmi işçi kimi göstərmişdir. Kafedrada tədris prosesinin təşkilində fəal iştirak edir.
2009-2010-cu illərdə ATU-nun Onkoloji Klinikasında internatura kursu
2010-cu ildə ATU-nun Onkologiya kafedrasında baş laborant
2022-ci ilin fevral ayından hal-hazıradək assistent
2004-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsinində təhsil
2009-2010-cu illərdə ATU-nun Onkoloji Klinikasında internatura kursunu
24 sentyabr 2021-ci il tarixdə “Uşaqlıq boynu xərçənginin diaqnostikasında və proqnozunun qiymətləndirilməsində elektron mikroskopik tədqiqatların əhəmiyyəti” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23.02.2022-ci il tarixli qərarı ilə ona tibb elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
1. Uşaqlıq boynu fon, xərçəngönü xəstəlikləri və xərçənginin klinik-morfoloji paralelləri. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təbabətin aktual problemləri jurnalı, Bakı – 2018, səh. 29-30. A.M. Pənahova, Əmiraslanov Ə.T.
2. Uşaqlıq boynu xərçənginin proqnostik qiymətləndirilməsi. Nəzəri , klinik və eksperimental morfologiya jurnalı. Bakı 2019, №3-4, səh. 148-150. A.M. Pənahova, Əmiraslanov Ə.T.
3. Результаты, полученные при электронном микроскопическом исследовании рака шейки матки. Актуальные проблемы биомедицины- 2020, səh. 464-465. А.М. Панахова, Мурадов Х.К.
4. Роль ультраструктурного анамнеза для дифференциальной диагностики и прогнозирования рака шейки матки. XI съезд онкологов и радиологов стран СНГ и Евразии -2020, № 2. səh. 334-335. А.М. Панахова
5. The Importance of electron microscopic systematic classification we offer in cervical cancer. Genetik xəstəliklər: Problemlər və İnkişaf perspektivləri birinci beynəlxalq elmi praktik virtual konfransının xəbərləri jurnalı, Bakı – 2020 may 30-31, səh.67-68. A.M. Panahova