Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Aliyə Xıdırova ATU-nun Onkologiya kafedrasının assistentidir. Xıdırova Aliyə Əli qızı 1982-ci ildə Ermənistan SSR, Spitak rayonunun Qursalı kəndində anadan olmuşdur. 2000-ci ildə Bakıda orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə universiteti bitirmişdir. 2006-2007-ci illərdə A.T.Abbasov adına ŞOD-də internatura kursu keçmişdir. 2007-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik-ordinator olub. 14.11.2011-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək doktoranturaya daxil olmuşdur. 25.11.2016-cı il tarixdə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan “Dəri nevusları və melanomasının klinik-morfoloji əlamətlərinin interpretasiyasında və diaqnostikasında axar sitometriyasının tətbiqi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.  Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 16 mart 2018-ci il tarixli (protokol № 08-K) qərarı ilə mənə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 15.09.2017-ci il tarixdən 2021-ci ilin fevral ayına kimi Onkologiya kafedrasında baş laborant vəzifəsində işləmişdir. 2021-ci ildən etibarən assistent vəzifəsinə təyin edilmişdir. A.Ə.Xıdırova  respublikada keçirilən elmi-praktik konfrans və konqreslərdə müntəzəm iştirak etmişdir. Onun 64 elmi işi (34 məqalə və 2 tezis) respublikada və ölkə hüdudlarından kənarda nəşr olunmuşdur.A.Ə.Xıdırova çalışdığı müddət ərzində vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir, təvazökar, işgüzar, nizam-intizamlı, qayğıkeş həkim və savadlı müəllim kimi bütün kollektivin, tələbələrin dərin hörmət və rəğbətini qazanmışdır.

Akademik fəaliyyət

Assistent, ATU, Onkologiya kafedrası, 2021-hal-hazıradək.

Baş-laborant, ATU, Onkologiya kafedrası,2017-2021.

Doktorant, ATU, Onkologiya kafedrası,2011-2014.

Klinik-ordinator, ATU, Onkologiya kafedrası,2007-2009.

İnternatura, A.T.Abbasov adına ŞOD, 2006-2007.

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsi, 2000-2006.

Peşə və pedaqoji inkişaf

09.03.2022 Süd vəzi xərçənginin diaqnoztikası, müalicə və profilaktikasına həsr olunmuş “Səsimiz Olun!” Elmi-praktik konfrans.

21-22.10.2022 Səhiyyə Nazirliyinin “”Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “I Beynəlxalq Bakı Süd vəzi Xərçəngi Konqresi BHWG ilə birlikdə’”

27.10.2023 Səhiyyə Nazirliyinin “”Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “II Beynəlxalq Bakı Süd vəzi Xərçəngi Konqresində” təşkil edilmiş “Onkoplastik Cərrahiyyə” kursu.

28.10.2023 Səhiyyə Nazirliyinin “”Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “II Beynəlxalq Bakı Süd vəzi Xərçəngi Konqresi”

08.12.2023 Tibb Elmləri doktoru, professor Bəhram Məmmədrəsul oğlu Aşurovun 80 illik yubileyinə həsr olunmuş “Nura çevrilmiş həyat” adlı elmi-praktik konfransı.

06-08.05.2024 “Təbabətin Aktual Problemləri” Beynəlxalq Elmi-Praktiki konqresi.

20.06.2024 Səhiyyə Nazirliyinin “”Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “Süd vəzi xəstəliklərində şüa - diaqnostika”.

26.10.2024 “İnteqrativ Onkologiya” mövzusunda Beynəlxalq konfrans.

29.11.2024 Səhiyyə Nazirliyinin “”Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “Onkoplastik Süd Vəzi Cərrahiyyəsi” kursu.

30.11.2024 Səhiyyə Nazirliyinin “”Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuş “III Beynəlxalq Bakı Süd vəzi Xərçəngi Konqresi və Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresi”.

04.03.2025 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”ı əsasında davamlı tibbi təhsil üzrə akkreditasiya olunmuş “Qadın xəstəliklərinin kompleks müalicəsinə müasir yanaşma” mövzusunda Multidisiplinar konfrans.

13-14.06.2025 Türkdilli Dövlətlər Birliyi Onkoloqoqlarının Birinci Konqresi

05.07.2025 “Advancing Precision Medicine and Multidisplinary Colaboration in Breast Cancer Care  +  Breast Ultrasound Workshop” konqresi.

20.09.2025 ASVMXA-nın “”Lənkəran Regional Konfransı – süd vəzi xəstəliklərinə Multidisiplinar yanaşma”adlı elmi konfrans.27.09.2025 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akreditə olunmuş “Vaginal Axıntıların Diaqnostik Əhəmiyyəti: Normal, patoloji və Onkoloji yanaşmalar” kofransı.

Məqalə

1.Dəri melanomasının inkişafında melanositar nevusların rolu “Cərrahiyyə” elmi-praktik jurnal Bakı – 2022, №1, səh. 18-20 3 Xıdırova A.

2.Süd vəzi xərçənginə görə cərrahi əməliyyatlardan sonra yaranan limfa ödeminin profilaktikasıQırtlaq xərçənginin müasir orqansaxlayıcı müalicə metodları“Sağlamlıq” elmi-praktik jurnal Bakı – 2025, №4, səh. 140-144

 

3.Kərimova N.V., Əmirəliyev N.M., İskəndərova A.T., Xıdırova A.Ə.Süd vəzinin filloid şişlərində diaqnostik meyarlar“Sağlamlıq” elmi-praktik jurnal Bakı – 2025, №3, səh. 117-121

4.Xıdırova A.Ə., Hətəmov Y.M., İskəndərova A.T Süd vəzisinin yüksək riskli zədələnmələrində kliniki yanaşma

5.Dəri nevusları ilə melanomasının klinik xüsusiyyətlərinin diaqnostikası.“Onkologiya” Xıdırova A.Ə., Hətəmov Y.M., İskəndərova A.T.

Tibb Üzrə Fəlsəfə Doktoru

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 16 mart 2018-ci il tarixli (protokol № 08-K) qərarı ilə mənə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.