Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1998-ci ildə ATU-nun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 2004-cü ildə həmin fakultəni bitirmişdir. 2004-2005-ci illər ərzində A.T. Abbasov adına Bakı şəhər Onkoloji Dispanserində internatura kursu keçmiş, 2005-2006-cı illərdə ATU-nun Onkologiya kafedrasının klinik ordinatoru olmuşdur. 2007-2020-ci illərdə ATU-nun Onkologiya kafedrasında baş laborant vəzifəsində çalışmış, 2020-ci ildən etibarən assistent təyin edilmişdir. Həkimlik fəaliyyətini ATU-nun Onkoloji Klinikasında aparır. 06 iyun 2014-cü ildə “Qırtlaq xərçənginin regionar metastazlarının profilaktika və müalicəsində şüa müalicəsinin rolu” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 yanvar 2015-ci il tarixli (protokol №02-K) qərarı ilə ona tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Akademik fəaliyyət

2004-2005: A.T. Abbasov adına Bakı şəhər Onkoloji Dispanserində internatura kursu

2005-2006: ATU-nun Onkologiya kafedrası – klinik ordinator 2007-2020: ATU-nun Onkologiya kafedrası – baş laborant

2020-ci ildən hazıradək: ATU-nun Onkologiya kafedrası – assistent

Təhsil

2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktikası fakültəsi

2008-2009-cu illərdə ATU-nun Onkoloji Klinikasında internatura kursu

2014-2018-ci illərdə ATU-nun Onkologiya kafedrasında doktorantura  

Nailiyyətlər (adlar)

06 iyun 2014-cü ildə “Qırtlaq xərçənginin regionar metastazlarının profilaktika və müalicəsində şüa müalicəsinin rolu” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 yanvar 2015-ci il tarixli (protokol №02-K) qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Elmi araşdırma sahəsi

Результаты лечения местнораспростра-ненного первичного плоскоклеточного рака кожи головы и шеи с использованием реконструктивной хирургии. Наука, новые технологии и инновации Кыргызыстана, №4, 2025, стр. 55-59

Süd vəzinin filloid şişlərində diaqnostik meyarlar. Sağlamlıq jurnalı, Bakı, 2025, №3, səh. 121-124

Erkən mərhələli (CT1-T2N0) ağız boşluğu xərçənginin müalicə taktikası.  Sağlamlıq jurnalı, Bakı, 2025, №4, səh. 152-156