Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Qazıyev Abuzər Yusif oğlu 1989-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-1990-cı illərdə Bakı şəhər klinik təcili tibbi yardım xəstəxanasında internatura keçmiş, 1990-1992-ci illərdə təyinatla 1 saylı Sumqayıt şəhər poliklinikasında həkim-cərrah vəzifəsində işləmişdir.1992-ci ildə Azərbaycan Tibb Universitetində aspiranturaya qəbul imtahanlarını müvəffəqiyyətlə verərək onkologiya ixtisası üzrə aspiranturaya daxil olmuş və 31 may 1995-ci il tarixdə “Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti” mövzusunda vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmişdir. 13 aprel 2005-ci il tarixdə isə “Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri” mövzusunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 may 2006-cı il tarixli (protokol № 10-R) qərarı ilə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir. A.Y. Qazıyev 1995-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etdikdən sonra ATU-nun onkologiya kafedrasına assistent vəzifəsinə təyin edilmiş, 1998-ci və 2003-cü illərdə müsabiqə yolu ilə həmin vəzifəyə seçilmiş, 20.10.2005-ci il tarixdə isə onkologiya kafedrasına dosent vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2007-ci il tarixli (protokol № 28-k) qərarı ilə ona onkologiya kafedrası üzrə dosent elmi adı verilmişdir. 28.04.2010-cu il tarixdə isə o, onkologiya kafedrasına professor vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 dekabr 2010-cu il tarixli (protokol № 20-R) qərarı ilə ona onkologiya kafedrası üzrə professor elmi adı verilmişdir. 26.05.2014-cü il və 03.06.2019-cu il tarixlərdə o, müsabiqə yolu ilə yenidən onkologiya kafedrasına professor vəzifəsinə seçilmişdir.Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə ona Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilmişdir.Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında müalicə-profilaktika fakultəsinin V-VI kurs tələbələri ilə praktik məşğələlər aparır, müalicə-profilakitika fakultəsinin V kurs, hərbi-tibb fakultəsinin IV kurs və ictimai səhiyyə fakultəsinin tibb bacısı işi IV kurs tələbələrinə mühazirələr oxuyur. Dərsləri yüksək metodik səviyyədə aparır. A.Y. Qazıyev elmi-tədqiqat işlərinə xüsusi həvəs göstərir. Onun xarici ölkələrdə dərc edilmiş elmi işləri də daxil olmaqla 328 elmi və tədris-metodik işi dərc edilmişdir ki, onlar arasında Tibb Universitetinin tələbələri üçün onkologiyaya dair 3 dərslik və 6 dərs vəsaiti, 5 monoqrafiya, 3 tədris-metodik vəsait, 2 səmərələşdirici təklif və 2 metodik tövsiyyələr vardır. 2000-ci ildə o, “Sümük şişləri zamanı horomonal-metabolik dəyişikliklər”mövzusunda silsilə elmi işlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Gənc alimlər” müsabiqəsinin (təbiət elmləri üzrə) qalibi olmuşdur. Onkologiya kafedrasında “Klinik, morfoloji, molekulyar-genetik müayinələr əsasında və immuno-target terapiyadan istifadə etməklə bədxassəli şişlərin müalicə üsullarının optimallaşdırılması” mövzusu üzrə “Yumurtalıq törəmələrinin diferensiasiyasında HE-4 və CA-125 biomarkerlərinin rolu, ROMA indeksi” işinin məsul icraçılarındandır. 27.05.2011-07.12.2016-cı illərdə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsinin dekanı, onkologiya kafedrasında 0,5 vahid professor vəzifələrində işləmişdir. 07.12.2016-cı il tarixdən hazırkı vaxta qədər Onkologiya kafedrasında 1,0 vahid professor vəzifəsində işləyir. 20.02.2017-ci il tarixdən Onkoloji klinikasının elmi-tədris işləri üzrə direktor müavinidir (ictimai əsaslarla). Həm də Onkologiya kafedrası müdirinin tədris işləri üzrə müavinidir.

Akademik fəaliyyət
  • 1992-1995 – Onkologiya ixtisası üzrə aspirant
  • 1995-2005 – Onkologiya kafedrasının assistenti 1.0 vahid
  • 2005-2009 – Onkologiya kafedrasının dosenti 1.0 vahid
  • 2009-2011 – Onkologiya kafedrasının professoru 1.0 vahid
  • 2007-2011 – İctimai əsaslarla Onkoloji klinikanın elmi işlər üzrə direktor müavini, onkologiya kafedrasının tədris hissə müdiri
  • 2011-2016 – I müalicə-profilaktika fakultəsinin dekanı 1.0 vahid Onkologiya kafedrasının professoru 0.5 vahid
  • 2016 – hazırkı vaxta qədər – Onkologiya kafedrasıınn professoru 1.0 vahid İctimai əsaslarla Onkoloji klinikanın elmi işlər üzrə direktor müavini, onkologiya kafedrasının tədris hissə müdiri
Təhsil

1989-cu ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir

1989-1990-cı illərdə Bakı şəhər klinik təcili tibbi yardım xəstəxanasında internatura

1992-1995-ci illər Azərbaycan Tibb Universitetində onkologiya ixtisası üzrə aspirantura

Nailiyyətlər (adlar)

31 may 1995-ci il tarixdə “Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti” mövzusunda vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə etmişdir. 13 aprel 2005-ci il tarixdə isə “Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri” mövzusunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 may 2006-cı il tarixli (protokol № 10-R) qərarı ilə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2007-ci il tarixli (protokol № 28-k) qərarı ilə ona onkologiya kafedrası üzrə dosent elmi adı verilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2007-ci il tarixli (protokol № 28-k) qərarı ilə ona onkologiya kafedrası üzrə dosent elmi adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə ona Azərbaycan Respublikasının “Əməkdar müəllimi fəxri adı verilmişdir.

Kitab
  1. Onkoloji ginekologiya. Dərs vəsaiti. Bakı, "Təbib", 109 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, G.İ. Kərimova.  
  2. Рецепторы половых стероидных гормонов в опухолях костей. Баку, "Эргюн", 1995, 96 стр. А.Т. Амирасланов, Н.Е.Кушлинский, А.Ю.Ка­зиев.
  3. Sümük şişlərinə görə operasiya edilmiş xəstələrin tibbi-sosial reabilitasiyası. Bakı, "Təbib", 1996, 112 səh.  Ə.T. Əmiraslanov, A.Y. Qazıyev.
  4. Sümük şişləri. “Azərbaycan Ensiklopediyası”, Bakı, "Təbib", 1997, 480 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev.
  5. Uşaq onkologiyası. Bakı, "Maarif" nəşriyyatı, 2003, 648 səh. A.Y.Qazıyev.
  6. Onkologiya. Bakı "Təhsil" (Tibb Universiteti tələbələri üçün dərslik), 2010, 912 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev  
  7. Süd vəzisi xərçəngi. Bakı, "Təhsil" (Tibb Universiteti tələbələri üçün dərs vəsaiti), 2013,  106 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, N.İ. Mehdiyeva
  8. Ağciyər xərçəngi. Azərbaycan Tibb Universitetinin Tələbələri üçün dərs vəsaiti. Bakı, "Təhsil", 2016, 136 səh. .T. Əmiraslanov, Z.Ə. Səfərov, A.Y. Qazıyev, T.S. Quliyeva, Y.M. Hətəmov.
  9. Uşaqlığın bədxassəli şişləri. Dərs vəsaiti. Bakı 2022, Şərq-Qərb ASC Nəşriyyat və Poliqrafiya, 100 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov
  10. Yumurtalıqların bədxassəli şişləri. Dərs vəsaiti. Bakı 2023, Şərq-Qərb ASC Nəşriyyat və Poliqrafiya, 237 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov
  11. Onkoloji Ginekologiya. Monoqrafiya. İstanbul 2025, Nobel Tıp Kitabevi Nəşriyyat və Poliqrafiya, 2025, 1048 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M.İbrahimov.

Klinik onkoginekologiya. Monoqrafiya. İstanbul 2025, Nobel Tıp Kitabevi Nəşriyyat və Poliqrafiya, 2025, 286 səh. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M.İbrahimov.

Məqalə
  1. Akbar İbrahimov, Abuzar Gaziyev.  Clinicopathological and Survival Outcomes Between Minimally İnvasive and Open Surgery in Endometrial Carcinoma. Reproductive Health Eastern Europe Journal vol. 15, №1, Belarus Respublikası, 2025, s. 32-40  
  2. Akbar İbrahimov, Fidan Novruzova, Abuzar Gaziyev, Aygun Hasanova, Mushvig Hasanov. Application and Clinical Results of Minimally Invasive Surgery in Patients with Uterine Fibroids: A Single-Centre Study in Azerbaijan. EXPERIMED, Volume 15, İssue2, August 2025, p. 122-126
  3. Ə.M. İbrahimov, A.Y. Qazıyev, A.Ə. Həsənova, F.A.Novruzova. Application and results of intraoperative pathohistological
  4. examination in the surgical treatment of endometrial hyperplasia. Azərbaycan Tibb Jurnalı, 2025, №1, s.166-170
  5. Ə.M. İbrahimov, A.Y. Qazıyev, A.Ə. Həsənova, F.A.Novruzova. Comparative analysis outcomes of laparoscopic and laparotomic Surgical methods in patients with endometrial cancer. Azərbaycan Tibb Jurnalı, 2025, №2, s.17-23

Ə.M. İbrahimov, A.Y. Qazıyev, A.Ə. Həsənova, F.A.Novruzova.  Uşaqlıq cisminin xərçəngi olan xəstələrin qanında CA125 səviyyəsi ilə residiv riski arasındakı əlaqə. Azərbaycan Tibb Jurnalı, 2025, №3, s.21-25

Üzv olduğu qurum

Azərbaycan Onkoloqlar Cəmiyyəti

Tibb Üzrə Fəlsəfə Doktoru
  1. İsmayılova Fəridə Alı qızı. Azərbaycanda uşaqların bədxassəli şişlərlə xəstələnməsi
  2. Axundov Elçin Cahangir oğlu. Sümük iliyinin qeyri-şiş mənşəli patologiyalarında və şişlərində angiogenezin təyini və onun əhəmiyyəti
  3. Səfərova İndira Adil qızı. Uşaqlıq boynu xərçənginin erkən diqanostikası və proqnozlaşdırılmasında endogen antimikrob peptidlərin və bəzi sitokinlərin rolu. 
  4. İsmanlı Afət Seyidağa qızı. Neyroendokrin dəri xərçənginin proqnoz amilləri.
  5. Xıdırova Aliyə Əli qızı.  Dəri nevusları və melanomasının klinik -morfoloji əlamətlərinin interpretasiyasında və diaqnostikasında axar sitometriyasının tətbiqi.
  6. Mirzəyeva Rəfiqə Sahib qızı. Mədə xərçəngi ilə əlaqədar inkişaf edən malabsorsiya sindromu zamanı bəzi patogenetik dəyişikliklər və onların korreksiyası.
  7. Hüseynova Aminə Ramiz qızı. Sümük və yumşaq toxuma sarkomalarının diaqnostikasında maqnit-rezonans tomoqrafiyanın rolu.
  8. Əmiraslanova Könül Ramiz qızı. Dərinin melanogenetik şişlərində damar endotelinin böyümə amilinin PECAM-1 molekulunun klinik əhəmiyyəti.
  9. İbrahimov Əkbər Mirzə oğlu Uşaqlıq cismi xərçənginin cərrahi müalicəsinin optimallaşdırılması