Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

10.05.1965-ci ildə tarixində Azərbaycan Respublikasının Quba rayonu

Xınalıq kəndində anadan olmuşam. 1972 - 1982-cı illərdə Quba rayon Xınalıq kənd

orta məktəbində təhsil almışam.

Akademik fəaliyyət

2009-cu ildə “Helikobakteri Pylori assosiasiya olunmuş, qanaxma ilə ağırlaşmış pilorodudenal xora xəstəliyinin diaqnostikası və müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışam. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 28 mart 2018-cü il tarixli qərarı ilə mənə III cərrahi xəstəliklər kafedrası üzrə dosent elmi adı verilmişdir. 89 çap olunmuş elmi işin, 1 metodik tövsiyyənin və 1 dərs vəsaitinin müəllifiyəm.

Təhsil

1987-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə-

profilaktika fakultəsinin birinci kursuna daxil olmuşam. 1993-cü ildə Azərbaycan Tibb

Universitetinin II müalicə -profilaktika fakültəsini bitirmişəm.

Nailiyyətlər (adlar)

Tibb üzrə fəlsəfə doktoru

Peşə və pedaqoji inkişaf

1995-2006-ci illər ATU-nun III cərrahi xəstəliklər

kafedrasında baş laborant, 2006-2017-ci illər assistent vəzifəsində çalışmışam. 2018 -ci

ildən hal-hazıra kimi həmin kafedrada dosent vəzifəsində çalışıram.

Elmi araşdırma sahəsi

Abdominal cərrahiyyə

Üzv olduğu qurum

1.2000-ci ildən Yeni Azərbaycan Partiyası

2. Azərbaycan cərrah və qastroenteroloqlar Assosiasiyası

3. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin üzvü

4. Andrologiya və Reproduktiv Təbabət Assosiyasiyasının idarə heyətinin üzvü

5. Rusiya Kolorektal Cərrahlar Cəmiyyəti