
31.08.1954 - Yardımlı rayonunda anadan olub.
İbrahimli Şakir Feyruz oğlu 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1977-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1978-1981-ci Rusiya Federasiyasının Tula Vilayətinin Lenin Mərkəzi rayon Xəstəxanasında cərrah kimi fəaliyyət göstərmişdir.
1981-1983-cü illərdə Ukraynanın Xarkov şəhəri Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasında Klinik ordinatorada təhsil almışdır.
1983-1994-cü illərdə Ukraynanın Xarkov şəhəri Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasında Böyük elmi işçi vəzifəsində çalışmışdır.
1986-cı ildə “Yaşlı və ahıl xəstələrdə kəskim xolesistitin kompleks diaqnozunun və müalicəsinin optimallaşdırılmasının müasir imkanları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1992-ci ildə “Kəskin kolkulyoz xolesistit və onun ağırlaşmış formalarının kompleks diaqnozu və müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1993-1994-cü illərdə həmin institutun cərrahi xəstəliklər kafedrasında professor vəzifəsində çalışmışdır.
1995-2013-cü ilə qədər Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinin Cərrahi xəstəliklər kafedrasında professor vəzifəsində çalışmışdır.
2014-cü ildən hal-hazıra qədər III cərrahi xəstəliklər kafedrasında professor vəzifəsində çalışır.
2025-ci ildə Ə.Əliyev ad.Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutunda Laparoskopiyanın təşkili üzrə kurs keçib.
1. İbrahimli Ş.F., Axundov İ.T., Hüseynov S.G., Rzayev Z.İ. «Xroniki işemik abdominal sindrom: kliniki variantları və müalicə taktikası (ədəbiyyat icmalı); Cərrahiyyə 2024, №2; səh 85-88
2. İbrahimli Ş.F., Axundov İ.T., Hüseynov Ş.G., Rzayev Z.İ. “Mədə xoralarının maliqnizasiya riski. Problemin tarixi (Ədəbiyyat icmalı)”; Cərrahiyyə 2024, №3; səh 46-50
3. Al Absi Sonia Yassin, Huseynov Sh.G., Akhundov I.T., Ibrahimli Sh.F., Rzayev Z.I. “Advantages and disadvantages of laparoscopic hernialloplasty of inguinal hernias”; Cərrahiyyə 2024, №3; səh 17-20
4. İbrahimli Ş.F., Axundov İ.T., Hüseynov Ş.G. “İntraabdominal hipertenziya və abdominal kompartment-sindrom: Problemin diskusion məsələləri (ədəbiyyat icmalı)”; Cərrahiyyə 2025, №1; səh 50-53
5. Hüseynov Ş.G.,Yassin S.A.,Jamalov F.H.,Akhundov İ.T.,İbrahimli Ş.F. Modern concepts on the impact of inguinal hernias and hernioplasty methods on quality of life and reproductive function in men. Cərrahiyyə jurnalı 2024/1, s.57-62.
6. Rzayev Z.İ., Abdıyeva G.X., Şərifov E.Y., Eyvazova K.Ə., İbrahimli Ş.F., Mürsəlov M.M., Camalov F.H. Efficiency Of Segmental-Reflex Balneo-Physiotherapeutic Complex In Ischemic Diabetic Foot Patients. Q2/ The Review Of DIABETIC STUDIES. Vol.21, p.170-174, №2/2025. https://diabeticstudies.org/index.php/RDS/article/view/1048/903
Yeni Azərbaycan Partiyasının üzvü.
Doktorant Hilalə Abbasova “Kəskin pankreatitin diaqnostikasının və kompleks müalicəsinin optimallaşdırılması”.
(Eksperimental klinik tədqiqat). 2022 г.