Bioqrafiya
16.06.1989 Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. 1995 ci ildən Qovlar qəsəbəsi Sovet Kazımov adına orta məktəbinin birinci sinfinə qəbul olmuşdur. 2006-cı ildə elə həmin məktəbi fərqlənmə atestatı ilə bitirərək ATU II müalicə profilaktika fakultəsinə daxil olmuşdur. İsazadə Elvin 2012-ci ildə Azərbaycan Tibb Universitetinin II Müalicə işi və profilaktika fakültəsini bitirmişdir. 2013-cü ildən etibarən Azərbaycan Tibb Universiteti I Cərrahi xəstəliklər kafedrası – Tədris Cərrahiyyə Klinikası Transplantologiya şöbəsində rezidentura pilləsi üzrə təhsil almışdır. 2019-cu ildən I Cərrahi xəstəliklər kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. Fəaliyyəti dövründə 3000-dən çox xəstənin (təxminən 2000 planlı, 1000 təcili) müayinə və müalicəsində, həmçinin 2000-dən çox cərrahi əməliyyatda iştirak etmişdir. Türkiyə Cümhuriyyəti Malatya İnönü Universiteti, Ankara İbni Sina Xəstəxanası və Antalya Akdeniz Universitetlərnində Orqan transplantasiyası və ümumi cərrahiyyə ixtisası üzrə kurs keçmişdir. Orqan transpalantasiyası (Qaraciyər və böyrək transplantasiyası) və Ümumi Cərrahiyyə (Hepatobiliar cərrahiyyə ) sahəsində nəzəri və təcrübi bilik və bacarıqlara yiyələnmişdir. Elvin İsazadə 60-dan çox elmi konfrans, konqres, simpoziumda iştirak etmişdir. Təşəkkürnamə və Mükafatlara layiq görülmüşdür. Elvin İsazadə kafedranın tədris vəsaitlərinin (Orqan transplantasiyası) və Klinik protokolların hazırlanmasında aktiv iştirak etmişdir. Elvin İsazadə kafedrada fəaliyyəti dövründə özünü nizam – intizamlı, məsuliyyətli, çalışqan, bacarıqlı, subordinasiya və deontologiya qaydalarına riayət edən, elmə və həkimlik sənətinə böyük həvəsi olan gənc kimi göstərmiş, həm I Cərrahi xəstəliklər kafedrasının əməkdaşları, həm də Transplantologiya şöbəsinin tibb heyətinin dərin hörmət və rəğbətini qazanmışdır. O kafedranın və universitetin ictimai işlərində fəal iştirak edir. Ailəlidir 3 övladı var.
Akademik fəaliyyət
Rezident Azərbaycan Tibb Universiteti I Cərrahi xəstəliklər kafedrası * 2013- 2018
Baş laborant Azərbaycan Tibb Universiteti * 2019 – hal-hazıradək
Təhsil
II müalicə profilaktika fakultəsi baza ali tibb təhsili
Azərbaycan Tibb Universiteti * 2006 – 2012
Ümumi cərrahiyyə ixtisası üzrə rezidentura
Azərbaycan Tibb Universiteti I Cərrahi xəstəliklər kafedrası * 2013–2018
Kitab
Metodik tövsiyə – “Canlı böyrək donorlarının müayinə və müalicə qaydaları“ 63 səhifə. Həmmüəllif. ISBN 978-9952-536-32-4 URL http://bck.az/images/books/K-31-Canli-boyrek-donorlari-protokolu.pdf