
Eyvazova Kəmalə Əlikram qızı 1982-ci il 2 may tarixində Rusiya Federasiyasının Podolsk vilayətində anadan olmuşdur.
1990–1999-cu illər arasında Bakı şəhəri 207 saylı orta məktəbi bitirmişdir.
1999–2005 — Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə məzun olmuşdur.
2005–2006 — Bakı şəhəri M. Ə. Əfəndiyev adına 2 saylı Klinik Xəstəxanada “Ümumi cərrahiyyə” ixtisası üzrə internaturanı tamamlamışdır.
2007–2011 — Azərbaycan Tibb Universitetinin III Cərrahi Xəstəliklər kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
2011–2025 — ATU-nun III Cərrahi Xəstəliklər kafedrasında assistent vəzifəsində fəaliyyət göstərmişdir.
2025-ci ilin oktyabr ayından — hazıradək ATU III Cərrahi Xəstəliklər kafedrasında dosent vəzifəsində çalışır.
2012-ci ildə “Qanaxma ilə fəsadlaşmış qastroduodenal xoraların kompleks müalicəsində «Ronkoleykinin» rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2013–2014-cü illərdə Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Daxili Xəstəliklər kafedrasının qastroenterologiya bölümündə endoskopiya üzrə altı aylıq təkmilləşdirmə kursu keçmişdir.
01.08.2017–25.08.2017-ci il tarixlərində Türkiyənin Ondokuz Mayıs Universitetinin “Qastroenterologiya” bölümündə endoskopiya üzrə ixtisasartırma kursunu müvəffəqiyyətlə tamamlamışdır.
Ümumi cərrahiyyə
Qastroenterologiya
1. «Облепиховое масло в лечении геморроидальных узлов у беременных»“Azərbaycan Təbabətinin Müasir nailiyyətləri” jurnalı, №4/2022, s.179–181.
2. “Düz bağırsaq xərçənginin kombinəolunmuş müalicəsi”“Sağlamlıq” jurnalı, №3, 2022, s.47–53.
3. “COVİD-19 xəstəliyi zamanı bağırsaq zədələnmələrinin xüsusiyyətləri” “Azərbaycan Təbabətinin Müasir nailiyyətləri”, №3/2022, s.31–38.
4. “Aşağı ətraf venalarının varikoz xəstəliyinin cərrahi müalicəsi zamanı böyük dərialtı venanın qısa strippinqinin nəticələri”“Azərbaycan Tibb Jurnalı”, 2023/1, s.71–75. (Q3)
DOI: 10.34921/atj.2023.1.011
🔗 Link: https://doi.org/10.34921/atj.2023.1.011
5. “Kolorektal xərçəngin skrininqində kolonoskopiyanın əhəmiyyəti” “Azərbaycan Təbabətinin Müasir nailiyyətləri”, №2/2023, s.133–137.
6. “Trofiki dəyişikliklərlə müşayət olunan varikoz xəstəliyinin müalicəsində böyük dərialtı venanın qısa strippinqinin effektivliyi”“Azərbaycan Təbabətinin Müasir nailiyyətləri”, №4/2023, s.175–178.
7. “Qanaxma ilə ağırlaşmış qastroduodenal xoralarda mikrosirkulyasiya şəbəkəsinin yerli immun mühafizə mexanizmləri” “Azərbaycan Tibb Jurnalı”, 2024/1, s.25–30. (Q3)
DOI: 10.34921/atj.2024.1.011
🔗 Link: https://doi.org/10.34921/atj.2024.1.011
8. “Mədə-bağırsaq xəstəliklərinin müalicəsində Rebamipid molekulunun əhəmiyyəti”“Azərbaycan Təbabətinin Müasir nailiyyətləri”, №1/2024, s.157–162.
9. “Qastroezofageal reflüks xəstəliyinin yeni endoskopik müalicəsi”“Azərbaycan Təbabətinin Müasir nailiyyətləri”, №1/2024, s.216–223.
10. “Влияние ВЛОК на перекисное окисление липидов и антиоксидантную активность в сыворотки крови у больных с хирургическим эндотоксикозом”East European Scientific Journal, №02(99), 2024, s.32–35.
11. “Peritoneal endotoksikozlu xəstələrdə qanın venadaxili lazerlə şüalandırılması”“Sağlamlıq” jurnalı, №1, 2024, s.26–30.
12. “Мукоцеле аппендикса под маской острого аппендицита” “Azərbaycan Təbabətinin Müasir nailiyyətləri”, №1/2025, s.219–221.
13. “Harnessing adrenergic receptor pathways in Gliomas: From tumor biology to targeted therapies”“Advances in Biology & Earth Sciences”, №2/2025, s.245–261. (Q1)
14. “Nephroprotective Effects of Silymarin: A Systematic Review and Meta-Analysis”“Biochemistry (Moscow)”, №90/2025, s.1140–1152. (Q2)
DOI: 10.1134/S0006297925600565
🔗 PubMed Link:
https://pubmed.ncbi.nlm.nih.gov/40886393/
15. “Возможности ультразвукового исследования при лечении каллёзных язв желудка”
“Cərrahiyyə” jurnalı, №3, 2025, s.107.
16. “Qalxanabənzər vəzinin Bethesda III kateqoriyalı düyünlərində bədxassəlik riski”
“Cərrahiyyə” jurnalı, №3, 2025, s.33.
17. “Skleroterapiyadan sonra dəridə hiperpiqmentasiyanın və ikincili teleangioektaziyaların yaranma səbəbləri“Cərrahiyyə” jurnalı, №3, 2025, s.62.
18. “Efficiency Of Segmental-Reflex Balneo-Physiotherapeutic Complex In Ischemic Diabetic Foot Patients” The Review of Diabetic Studies (Q2)
https://www.soc-bdr.org/content/rds/issue/abstract/?artid=316
19. “Oxidative Stress and Renal Biology: Unraveling the Bidirectional Link with Aging and Chronic Kidney Disease”
Jurnal: EJMO (Q3)
https://www.ejmo.org/article/Oxidative-Stress-and-Renal-Biology-Unraveling-the-Bidirectional-Link-with-Aging-and-Chronic-Kidney-Disease-59656
1. Azərbaycan qastroenterologiya invaziv endoskopiya cəmiyyeti (AQİEC)
2. Avropa Panakreatologia cəmiyyəti
3. Dünya pankreatologiya cəmiyyəti