
Səfərova İndira Adil qızı 2002-ci ildə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktikası fakültəsinə daxil olmuş, 2008-ci ildə həmin fakültəni bitirmişdir. 2008-2009-cu illərdə ATU-nun Onkoloji Klinikasında internatura kursu keçmiş, 2010-2014-cü illərdə Saatlı rayon Mərkəzi Xəstəxanasında həkim-onkoloq vəzifəsində çalışmışdır. 2014-2018-ci illərdə ATU-nun Onkologiya kafedrasında doktorantura təhsili almışdır. 2021-ci ildən Onkologiya kafedrasında assistent vəzifəsində çalışır, həkimlik fəaliyyəti ATU-nun Onkoloji klinikasında yerinə yetirir. 2014-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan “Uşaqlıq boynu xərçənginin diaqnostikası və proqnozlaşdırılmasında endogen antimikrob peptidlərin və bəzi sitokinlərin rolu” (elmi rəhbər - tibb elmləri doktoru professor A.Y.Qazıyev, elmi məsləhətçi - tibb üzrə fəlsəfə doktoru dosent M.R.Quliyev) adlı dissertasiya işinin mövzu və planı I müalicə-profilaktika fakültəsinin Elmi Şurasında təsdiq edilmişdir. 27 dekabr 2019-cu ildə dissertasiya işinin kafedralararası ilkin müzakirəsi və 19 fevral 2020-ci ildə Milli Onkologiya Mərkəzində elmi seminar keçirilmişdir. 31 may 2021-ci il tarixdə dissertasiya işi müvəfəqiyyətlə müdafiə etmişdir.
2010-2014-cü illərdə Saatlı rayon Mərkəzi Xəstəxanasında həkim-onkoloq
2015-2021-ci illərdə Onkologiya kafedrasında baş laborant
2021-ci ildən Onkologiya kafedrasında assistent vəzifəsi
2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktikası fakültəsi
2008-2009-cu illərdə ATU-nun Onkoloji Klinikasında internatura kursu
2014-2018-ci illərdə ATU-nun Onkologiya kafedrasında doktorantura
Uluslararası 4. Ulusal meme Cerrahisi knqresi kapsamında 5 mayıs 2023 tarihinde Kopodokyada düzenlenen neoadyuvan kursu