
Mehdiyeva Nigar İsmayıl qızı, 1999-cu ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən 2001-ci ilə qədər ATU-nun Onkologiya kafedrasında klinik ordinator olmuş və bu müddət ərzində özünü əməksevər, bacarıqlı və bilikli kadr kimi göstərmişdir. 2001-ci ilin dekabr ayında ATU-da qəbul imtahanlarını əla qiymətlərlə verərək onkologiya ixtisası üzrə aspiranturaya daxil olmuş, 2002-ci ilin fevral ayında N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinə təkmilləşdirməyə göndərilmiş, 19 may 2006-cı il tarixdə “Эффективность неоадъювантной терапии и факторы прогноза при саркомах мягких тканей конечностей II-III стадий” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyasının diplomların verilməsi haqqında 7 aprel 2006-cı il tarixli qərarı ilə ona tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2008-ci il tarixli (protokol №13-K) qərarı ilə N.İ. Mehdiyevaya tibb elmlər namizədi alimlik dərəcəsi verilmişdir (təkrar attestasiya). 04.09.2006-cı il tarixdə ATU-nun onkologiya kafedrasının assistenti vəzifəsinə təyin edilmiş, 25.11.2010-cu ildən həmin kafedraya dosent vəzifəsinə seçilmişdir. Müalicə-profilaktika fakultəsinin V və VI kurs, stomatologiya fakultəsinin V kurs tələbələri ilə azərbaycan, rus və ingilis dillərində praktik məşğələlər aparır və mühazirələr oxuyur. Dərsləri yüksək metodik səviyyədə aparır. 2015-ci ildən N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinə “Особенности клинического течения и прогноз первично-операбельного рака молочной железы” adlı tibb üzrə elmlər doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi üzərində işləyir və dissertasiya işi 29.06.2018-ci il tarixdə ilkin müzakirədən keçmişdir. N.İ. Mehdiyeva 2019-2025-ci illərdə ATU-nun Onkoloji klinikasının müalicə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Onkologiya fənni üzrə tədris proqramının tərtibində iştirak etmişdir.
2002-ci ilin fevral ayında N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinə təkmilləşdirməyə göndərilmiş, 19 may 2006-cı il tarixdə “Эффективность неоадъювантной терапии и факторы прогноза при саркомах мягких тканей конечностей II-III стадий” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1999-cu ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1999-cu ildən 2001-ci ilə qədər ATU-nun Onkologiya kafedrasında klinik ordinator olmuşdur.
2001-ci ilin dekabr ayında ATU-da aspiranturaya daxil olmuşdur.
Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyasının diplomların verilməsi haqqında 7 aprel 2006-cı il tarixli qərarı ilə ona tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2008-ci il tarixli (protokol №13-K) qərarı ilə N.İ. Mehdiyevaya tibb elmlər namizədi alimlik dərəcəsi verilmişdir (təkrar attestasiya).
1. Classification of the breast cancer using the keypoint regions stable against the image transformations. Jamaladdin Hasanov, Araz Yusubov, Minura Hajisoy, Laman Aliyeva, Nigar Mehdiyeva, Haqiqat Valiyeva, Konul Ferhadzade. Biomedical Signal Processing and Control, Volume 110, Part B, December 2025, 108334.https://www.sciencedirect.com/science/article/abs/pii/S1746809425008456
2. Impact of hMLH1-93G>A (rs1800734) Polymorphisims on Colorectal Cancer Susceptibility. Bayram Bayramov, Nigar Karimova, Nigar Mehdiyeva, Hagigat Valiyeva, Rena Karimova, Royal Shirinov, Hazi Aslanov, Zumrud Safarzade, Orkhan Isayev, Nuru Bayramov. Journal of Molecular Pathology, Volume 6, İssue 3, 10.3390, jmp6030015. https://www.mdpi.com/2673-5261/6/3/15
3. An Investigation of the BRCA2 Met1915Thr Polymprphism in Azerbaijani Breast Cancer Parients. Zumrud Safarzade, Bayram Bayramov, Nigar Mehdiyeva, Hagigat Valiyeva, Gunay Ahmadova, Rena Kerimova, Qamar Qurbanova, Orkhan Isayev, Adil Allahverdiyev. Medical Sciences, 2025, Volume 13, №103. https://www.mdpi.com/2076-3271/13/3/103
4. Improving pathological complete response assessment methods in breast cancer management: findings from a single-institution analysis. Hagigat Valiyeva, Nigar Mehdiyeva, Elcin Huseynov, Tahmina Kosayeva,
Konul Farhadzade, Shabnam Ganbaeva, Rena Hajiyeva, Emil Aghayev, Khadidja Gasanova, Zarifa Jafarzade. 19th St.Gallen International Breast Cancer Conference / The Breast 80S (2025) S1–S188. https://www.thebreastonline.com/article/S0960-9776(25)00282-6/pdf
5. Reliability of Immunohistochemical Biomarkers in Core Biopsy Versus Surgical Specimens for Breast Cancer: Implications for Treatment Planning. Hagigat Valiyeva, Nigar Mehdiyeva, Elcin Huseynov, Tahmina Kosayeva, Habil Muradov, Konul Ferhadzade, Rena Haciyeva, Emil Aghayev, Zarifa Jafarzade. Clinical Cancer Research (AACR Journals), Volume 31, Issue 12 Supplement, June 2025. https://aacrjournals.org/clincancerres/article/31/12_Supplement/P5-08-27/753183
6. MLH1 Promoter Variant −93G>A and Breast Cancer Susceptibility: Evidence from Azerbaijan. Nigar Karimova; Bayram Bayramov; Zumrud Safarzade; Nigar Mehdiyeva; Hagigat Valiyeva. Biomedicines 2025, Volume 13, Issue 11, 2769. https://www.mdpi.com/2673-5261/6/3/19
ESMO (Avropa Medikal Onkologiya Cəmiyyəti) - 2012
ASVXMA (Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası) 2022
Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyasının diplomların verilməsi haqqında 7 aprel 2006-cı il tarixli qərarı ilə ona tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2008-ci il tarixli (protokol №13-K) qərarı ilə N.İ. Mehdiyevaya tibb elmlər namizədi alimlik dərəcəsi verilmişdir (təkrar attestasiya).