
Soltanova İradə ATU-nun Onkologiya kafedrasının assistent. Soltanova İradə Fəxrəddin qızı 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur, 2003-cü ildə Bakıda orta məktəbi, 2011-cu ildə isə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişdir. 2010-cu ildə Milli Onkologiya Mərkəzində həkim-inter, 2017-ci ildə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-onkoloq vəzifəsində çalışıb. 2017-2018-ci illərdə Ə.D.Məlikov adına 6 № Birləşmiş Şəhər Xəstəxanasında həkim-onkoloq vəzifəsində çalışıb2018-2021-ci illərdə ATU-nun Onkologiya kafedrasında doktorantura təhsili almışdır. 2024-ci ildən hal-hazıradək assistent vəzifəsində çalışır. Həkimlik fəaliyyətimi ATU-nun Onkoloji Klinikasında aparır.
2022-ci ildə “Pdl-1 Markerinin Və Siklooksigenaza-2-Nin (Cox-2) Uşaqlıq Boynu Xərçəngönü Xəstəlikləri Və Xərçənginin Klinikası, diaqnostikası və proqnozunda rolu” mövzusunda tibb elmləri namizədi elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiyə etmişdir.İ.F.Soltanovaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə (protokol FD №12644) tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İ.F.Soltanova respublikada keçirilən elmi-praktik konfrans və konqreslərdə, həmçinin ATU-nin, ETPİ-nun ictimai işlərində yaxından iştirak etmişdir. Onun 27 elmi işi (10 elmi məqalə, 15 tezis) respublikada və ölkə hüdudlarından kənarda nəşr olunmuşdur.