Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1987 ci ildə Naxçıvan MRnın Babək rayonunda qulluqçu ailəsində dünyaya göz açmışdır.  1995 ci ildə Naxçıvan MR. Şərur şəhər 2 saylı məktəbinə daxil olmuş, 2004cü ildə Sumqayıt şəhər 10 saylı orta məktəbi bitirmişdir. 2004 cü ildə Azərbaycan Tibb Univeristetinin I müalicə işi fakultəsinə qəbul olmuş, 2010 cu ildə  həmin fakultəni fərqlənmə ilə bitirmişdir.2012-ci ildən 2024-cü ilə qədər  III Cərrahi Xəstəliklər kafedrasında baş laborant, 2024-cü il noyabr ayından isə assistent vəzifəsində çalışır. Kafedrada çalışdığı müddətdə  O, ümumi  və endokrin cərrahiyyə sahəsində ixtisaslaşmış, Yayılmış irinli peritonitin müalicəsinin optiallaşdırılması mövzusunda dissertasiya işi üzərində çalışmış, müdafiyə etmişdir.  2024 cü il yanvar ayında  Azərbaycan Respublikası Prezidenti yanında AAK- da təsdiq olunaraq 3213.01 Cərrahlıq ixtisasında Tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Hazırda ümumi və endokrin cərrahiyyə xüsusilə qalxanabənzər vəzin xəstəliklərinin diaqnostika və cərrahi müalicəsi üzrə klinik və akademik fəaliyyət göstərir.

Akademik fəaliyyət

Esmira Məmmədova tibb üzrə fəlsəfə doktorudur (PhD) və elmi araşdırmalarını əsasən ümumi və endokrin cərrahiyyə, xüsusilə qalxanabənzər vəzin xəstəliklərinin diaqnostikası, cərrahi müalicəsi və əməliyyatdaxili təhlükəsizlik standartları üzrə aparır. Onun elmi işləri qayıdan qırtlaq sinirinin qorunması, endokrin orqanlarda minimal invaziv cərrahi texnikalar və əməliyyatdan sonrakı ağırlaşmaların profilaktikasına yönəlib.

Azərbaycan Tibb Universitetinin III Cərrahi Xəstəliklər kafedrasında assistent kimi Məmmədova bakalavr və magistrlərin tədrisində aktiv iştirak edir. O, tələbələrə ümumi cərrahiyyə, endokrin cərrahiyyə, klinik düşüncə, pre- və əməliyyatdaxili qərarvermə bacarıqları üzrə dərslər keçir, klinik təlim proseslərini təşkil edir və tələbələrin praktiki bacarıqlarının inkişafına töhfə verir.

Təhsili

Azərbaycan Tibb Universitetini 2010 cu ildə fərqlənmə ilə bitirmişdir. 2010-2011 ci illərdə 1 nömrəli şəhər klinik xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. 2012 ci ildən Azərbaycan Tibb Univeritetinin III cərrahi xəstəliklər kafedrasında baş laborant vəzifəsində çalışmış, 2024-cü ilin noyabr ayından həmin kafedrada assistent vəzifəsində çalışır.  

Peşə və pedaqoji inkişaf

Esmira Məmmədova ümumi və endokrin cərrahiyyə sahəsində ixtisaslaşmış cərrah kimi peşəkar fəaliyyətini klinik təcrübə, elmi araşdırmalar və tədris prosesi ilə paralel şəkildə həyata keçirir. Onun peşə inkişafı daim yenilənən cərrahi texnologiyaların və müasir endokrin müalicə standartlarının mənimsənilməsi, təhlükəsiz əməliyyat prinsiplərinin tətbiqi və klinik nəticələrin yaxşılaşdırılmasına yönəlib.

Kitab

Plastik, rekonstruktiv və estetik cərrahiyyə. Dərs vəsaiti. Həmmüəllif

Məqalə

1. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi.Şəhadətnamə N 12365 04/C-11903-21 Yayılmış irinli peritonitin inkişaf və ağırlaşmalarının proqnostik göstəricilərinin müalicə seçimində rolu.

2. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi.Şəhadətnamə N 12366 04/C-11904-21 Yayılmış irinli peritonitin müalicəsində efferent və enzimoterapiyanın əhəmiyyət

3. Уровeнь цитокинов при распространенном гнойном перитоните и методы иммунокоррекции “Клiнiчна хiрургiя” 2020 №11-12 Kiyev,Ukrayna“ Scopus preview,Pubmed, CrossRef” beynəlxalq xülasələndirmə və indeksləmə sistemi  https://hirurgia.com.ua

4. Показатели эндогенной интоксикации при распространенном перитоните и их коррекция Клiнiчна хiрургiя” 2021 №1 Səh.39-44 Kiyev,Ukrayna  Scopus preview, Pubmed,CrossRef” beynəlxalq xülasələndirmə və indeksləmə sistemi https://hirurgia.com.ua

5. Peritonitin inkişaf və ağırlaşmalarının proqnostik göstəricilərinin müalicənin seçimində rolu.“Cərrahiyyə jurnalı” 2021 №2-3, Səh.69-74 Bakı, Azərbaycan ISSN1994-4918 www.acqaaz.com

6. Yayılmış irinli peritonitin müalicəsində efferent və enzim-terapiyanın əhəmiyyəti“Azərbaycan Tibb jurnalı “№3  Səh. 87-92 Bakı, Azərbaycan 2021 “Scopus” beynəlxalq xülasələndirmə və indeksləmə sistemi https://amj.az/  

7. Qalxanabənzər vəzidə Cərrahi əməliyyatların ağırlaşmaları “Azərbaycan Tibb Jurnalı”, 2022/4, səh.55-59;  DOİ: 10.34921/amj.2022.4.009 ISSN 0005-2523

8. Aşağı ətraf venalarının varikoz xəstəliyinin cərrahi müalicəsi zamanı böyük dərialtı venanın qısa strippinqinin nəticələri “Azərbaycan Tibb Jurnalı”, 2023/1, səh.71-75; DOİ: 10.34921/amj.2023.1.011 ISSN 0005-2523

9. Trofiki dəyişikliklərlə müşayət olunan varikoz xəstəliyinin müalicəsində böyük dərialtı venanın qısa strippinqinin effektivliyi “Azərbaycan təbabətinin müasir nailiyyətləri” rüblük elmi-praktik jurnal,  №4/2023, səh. 175-178 ISSN 2073-2651

10. The prevelance of malignancy in nodular goiter in endemic and non-endemic regions.. Ege Journal of Medicine.(research article) 2024 63(3) pg404-409

Üzv olduğu qurum

Türkiyə Endokrin Cərragiyyə dərnəyi