
İbrahimov Əkbər 2011-ci ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2009-cu ildə tibb tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 86-cı illiyinə həsr olunmuş bilik olimpiadasında birinci yer qazanaraq fəxri diplom və mükafata layiq görülmüşdür. 2012-ci ildə Türkiyə Cümhuriyyətində keçirilən TUS (Tıpta Uzmanlıq Sınavı) imtahanı vasitəsi ilə ilk seçimi olan Türkiyə Cümhuriyyətində Hacettepe Universitetinin Ginekologiya və Onkoginekologiya kafedrasında uzmanlıq təhsilinə başlamışdır. 2012-2017-ci illər ərzində ginekoloji və onkoginekoloji əməliyyatların laparoskopik və açıq üsulla icrasını tamamilə mənimsəmiş və icra etmişdir. Təhsilini 01.04.2015 və 01.04.2017 tarixləri arasında Hacettepe Universitetinin Ginekoloji Onkoloji Cərrahiyyə şöbəsində davam etdirmişdir. 2017-ci ilin may ayında Türkiyə Cümhuriyyətində Hacettepe Universitetində uşaqlıq cismi xərçənginin metastazlarına həsr edilmiş elmi işini təqdim edərək onkoginekoloq ixtisasını qazanmışdır. 2017-ci ilin aprel ayından Avropa Ginekoloji Onkoloji (ESGO) və Avropa Gənc Onkoginekoloqlar (ENYGO) Cəmiyyətinin həqiqi və aktiv üzvüdür. İbrahimov elmi-tədqiqat işlərinə xüsusi həvəs göstərir. Böyük əksəriyyəti xarici ölkələrdə dərc edilmiş 87 elmi və tədris-metodik işin müəllifidir. Bunlardan 28 məqalə və tezis nəşr edilmişdir. Onlar arasında 1 uzmanlıq dissertasiyası, Tibb Universitetinin tələbələri üçün onkologiyaya dair 2 dərs vəsaiti, 1 monoqrafiya vardır. Onun elmi işlərindən 7 məqalə Web of Science, 7 məqalə Scopus, 1 məqalə Ulakbim, 1 məqalə Springer beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında dərc edilmişdir. 2020-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq III Minimal İnvaziv Ginekoloji Onkoloji Cərrahi Konqresində uşaqlıq cisminin xərçənginə görə icra etdiyi “Kiçik çanaq boşluğunun laparoskopik limfodisseksiyası” əməliyyatının video məruzəsi birincilik mükafatına layiq görülmüşdür. İbrahimov 2020-ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında doktorantura təhsilinə başlamış, “Uşaqlıq cismi xərçəngində patohistoloji kriteriyalara əsasən minimal invaziv cərrahiyyənin tətbiqi” mövzusu üzrə dissertasiya işi üzərində işləyərək uğurla yekunlaşdırmışdır. Onun dissertasiya işi 24.12.2024-cü il tarixində ilkin müzakirədən keçmiş və rəsmi müdafiə üçün Dissertasiya şurasına təqdim olunması tövsiyə olunmuşdur. 2018-ci ildən hazırki vaxta qədər Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent vəzifəsində çalışır. Tibb Universitetinin Onkoloji klinikasında onkoloq-cərrah kimi fəaliyyət göstərir.Ə.M. İbrahimov işlədiyi müddətdə professor-müəllim heyətinin, həmkarlarının, tələbələrin və xəstələrin dərin hörmətini qazanmışdır, özünü bacarıqlı və əzmkar həkim və pedaqoq kimi göstərmişdir, zəhmətkeşdir. İngilis dilini bilir və “B2” sertifikatı var
1.2018– 2025 baş laborant Azərbaycan Tibb Universiteti
2. 2025-hal hazıradək-assistent.Azərbaycan Tibb Universiteti
1. “Uşaqlığın Bədxassəli Şişləri”. Dərs vəsaiti .Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov, Bakı, 2022 ISBN: 978-9952-548-61-7
2. “Yumurtalıqların bədxassəli şişləri”. Dərs vəsaiti . Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimovBakı, 2023. ISBN: 978-9952-567-25-0
3. “Onkoloji Ginekologiya”. Monoqrafiya. Ə.T. Əmiraslanov, A.Y. Qazıyev, Ə.M. İbrahimov, İstanbul, 2025 ISBN: 9786255542076 (paperback)
4. Uşaqlıq boynu patologiyalarının birincili və ikincili profilaktikası üzrə klinik protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı, Azərbaycan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 may 2025-ci il tarixli 3-28/3-1-197/2025 nömrəli əmri ilə təsdiq edilmişdir
1.Histological Follow-Up in Patients with Atypical Glandular Cells on Pap Smears. Boyraz G, Basaran D, Salman MC, Ibrahimov A, Onder S, Akman O, Ozgul N, Yuce K. Journal of Cytology. 2017 Oct-Dec;34(4):203-207. https://doi.org/10.4103/joc.joc_209_16
2.Oncological Outcomes of Stage II Endometrial Cancer: A Retrospective Analysis of 250 Cases. Nejat Ozgul, Gokhan Boyraz, Mehmet Coskun Salman, Murat Gultekin, Kunter Yuce, Akbar Ibrahimov.International Journal of Gynecological Cancer Int. J. Gynecol Cancer. Philadelphia, USA, 2018 Jan;28(1):161-167. https://doi.org/10.1097/igc.0000000000001133
3.Endometrial xərçəngdə paraaortal limfogen metastazların qiymətləndirilməsi. Ə.M.İbrahimov, Ə.T. Əmiraslanov Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri №4. Bakı, 2018
4.Endometrium xərçəngində limfogen metastazlarla əlaqəli histoloji faktorların qiymətləndirilməsiƏ.M.İbrahimov, Ə.T. Əmiraslanov. Sağlamlıq Jurnalı №1. Bakı, 2019
5.Факторы, влияющие на выживаемость больных гинекологическим раком с поражением парааортальных и тазовых лимфатических узлов после лимфааденэктомии, Вестник пробрлем биологии и медицины, Выпус 2, том 1. 2019
Cərrahi üsulla mərhələsi təyin edilmiş endometrioid tip şişlərin limfogen metastazvermə tezliyinin qiymətləndirilməsi. Ə.M.İbrahimov, Ə.T. Əmiraslanov.Sağlamlıq Jurnalı №2. Bakı, 2019
7.Pelvik və periaortal limfaadenektomiyanın uşaqlıq cismi xərçəngində proqnostik əhəmiyyəti, Bakı, 2019
8.Cerrahi evrelenmiş endometrioid tip endometrium kanserinde izole paraaortik lenf nodu metastazı sıklığı, Euroasia 3 rd International Congress of Applied Sciences Sivas, 2019
9.Uterine cancer with solitary metastasis to the appendix. A case report. Akbar Ibrahimov*, Abuzar Gaziyev. Azerbaijan Medical Journal. 2021;2:120-124 https://doi.org/10.34921/amj.2021.2.018
10.Gossipiboma, which manifests as malignant tumors of the female genital organs. Akbar Ibrahimov*, Abuzar Gaziyev. Azerbaijan Medical Journal. 2021;1:151-155 https://doi.org/10.34921/amj.2021.1.020
11.The Impact of Minimally Invasive Surgery on The Prognosis of Uterine Cancer.Akbar Ibrahimov*, Abuzar Gaziyev. Azerbaijan Medical Journal. 2024;4:23-28 https://doi.org/10.34921/amj.2024.4.004
12.Surgical and Oncological Outcomes In Women With Endometrial Cancer Treated Via Minimally Invasive Surgery: A Single-Center Study In a Low-Income Country. Akbar Ibrahimov*, Abuzar Gaziyev. World of Medicine and Biology, Ukraine, 2024; 3(89):66-70. http://dx.doi.org/10.26724/2079-8334-2024-3-89-66-70
13.Identification of the Relation between Uterine Manipulator and the Pathological Factors and Oncologic Outcome in Patients with Uterine Cancer. Akbar Ibrahimov*. Asian Pacific Journal of Cancer Nursing 2025http://doi:10.31557/APJCN.1975.20251201
14.Application and Clinical Results of Minimally Invasive Surgery in Patients with Uterine Fibroids: A Single-Centre Study in Azerbaijan. Akbar Ibrahimov*, Fidan Novruzova, Aygun Hasanova, Abuzar Gaziyev, Mushfiq Hasanov. EXPERIMED 2025 Volume: 15 Issue: 2, 122 – 126 https://doi.org/10.26650/experimed.1649599
15.Application and results of intraoperative pathohistological examination in the surgical treatment of endometrial hyperplasia. Akbar Ibrahimov*, Abuzar Gaziyev, Aygun Hasanova, Fidan Novruzova. Azerbaijan Medical Journal. 2025;1:166-170 https://doi.org/10.34921/amj.2025.1.029
16.Comparative analysis outcomes of laparoscopic and laparotomic Surgical methods in patients with endometrial cancer. Akbar Ibrahimov*, Abuzar Gaziyev, Aygun Hasanova, Fidan Novruzova. Azerbaijan Medical Journal. 2025;2:17-23 https://doi.org/10.34921/amj.2025.2.003
17.The relationship between CA125 levels in the blood of uterine cancer patients and the risk of recurrence of the disease. Akbar Ibrahimov*, Abuzar Gaziyev, Aygun Hasanova, Fidan Novruzova. Azerbaijan Medical Journal. 2025;3:21-25 https://doi.org/10.34921/amj.2025.3.04
18.Effect of Cyclooxygenase-2 on prognosis in ovarian cancer patients. Akbar Ibrahimov*,Rashad Sultan, Tugan Bese. Actual Gynecology and Obstetrics. 2025;17:28-36. https://www.actualgyn.com/en/article/2025/305
19.Clinicopathological features and oncological prognosis in ovarian metastasis of the primary origin: a single-center retrospective study. Akbar Ibrahimov*, Gunel Ziyadova, Mehmet Coskun Salman. EJGO (European Journal of Gynaecological Oncology, Singapore, 2025. https://www.ejgo.net/articles/10.22514/ejgo.2025.094
20.Clinicopathological and Survival Outcomes Between Minimally İnvasive and Open Surgery in Endometrial Carcinoma. Akbar Ibrahimov*, Abuzar Gaziyev.Reproductive Health Eastern Europe Journal, Belarus, 2025;15(1):32-42. https://doi.org/10.34883/PI.2025.15.1.003
21.Investigating epigenetic changes in the DARP gene as a potential predictive biomarker in ovarian cancer. Akbar Ibrahimov*, Fidan Novruzova. Journal of Biological Regulators and Homeostatic Agents 2025.DOI: https://doi.org/10.54517/jbrha3434
22.Mismatch Repair Gene Deficiency in Ovarian Cancer: A Clinicopathological Analysis of MLH1, PMS2, MSH2, and MSH6 Mutations Across Histological Subtypes.Akbar Ibrahimov*, Fidan Novruzova.Asian Pacific Journal of Cancer Prevention.2025 Sep 1;26(9):3477-3483. https://doi.org/10.31557/APJCP.2025.26.9.3477
23.Application and clinical results of minimally invasive surgery based on pathohistological criteria in uterine cancer: A Single Center Study in a Low-income Country. Akbar Ibrahimov*, Journal of Actual Gynecology and Obstetrics (Czechia) 2024;16:70-74.
24.What is the correlation between the results of the intraoperative histopathological consultation and the final pathological examinations in uterine cancer patients? Results and Retrospective Analysis of 218 Cases. Akbar Ibrahimov*, Ilhama Eldarova, Murat Muhçu, Gürkan Kıran, Nida Bayık. EJGO (European Journal of Gynaecological Oncology, Singapore, 2025;46(5):100-106.https://www.ejgo.net/articles/10.22514/ejgo.2025.070
25. A diagnostic feasibility study on screening for trisomy 21 and XY chromosomes via cervical smear testing in early pregnancy.Akbar Ibrahimov*. Middle East Fertility Society Journal. (2025) 30:66. https://doi.org/10.1186/s43043-025-00275-0
26.Determination of the Impact of Prognostic Factors on Disease-Free and Overall Survival in Patients with Endometrial Cancer: Oncological Outcomes and Retrospective Analysis of 1028 Cases. Akbar Ibrahimov*, Aytaj Gafarova, Tugan Bese. EJGO (European Journal of Gynaecological Oncology, Singapore, 2025. Vol.46, Issue 11, November 2025 pp.38-48 https://www.ejgo.net/articles/10.22514/ejgo.2025.124
27.The role of biochemical parameters and preoperative ultrasonographic markers in detecting malignancy in adnexal masses.Akbar Ibrahimov*. EJGO (European Journal of Gynaecological Oncology, Singapore, 2025. Vol.46,Issue 10,October 2025 pp.39-45 https://www.ejgo.net/articles/10.22514/ejgo.2025.130
28.Factors affecting the prognosis of lymphatic recurrences in endometrial cancer.Akbar Ibrahimov*, Aygun Hasanova, Fidan Novruzova. Dicle Med J (2025) 52 (3) : 599-608 https://doi.org/10.5798/dicletip.1785212