Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

1991-ci ildə Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsinə qəbul olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-1998-ci illərdə A.T. Abbasov adına Bakı şəhəri Onkoloji Dispanserində onkologiya ixtisası üzrə internatura kursu keçmiş, 1998-2000-ci illərdə ATU-nun Onkologiya kafedrasında klinik ordinatur olmuşdur. 2000-ci ilin dekabr ayında ATU-nun Onklogiya kafedrasında aspiranturaya daxil olmuş “Yumşaq toxuma sarkomaları klinik morfoloji mənzərəsində, diaqnostikasında və proqnozunda neyroektodermal komponentin əhəmiyyəti” adlı dissertasiya işi üzərində işləməyə başlamışdır. 18 mart 2005-ci ildə ATU-nun Onkologiya kafedrasına assistent vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin iyun ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi OEM-də dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi 2007-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.    T.S. Quliyeva 11 iyun 2012-ci ildə ATU-nun Onkologiya kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2011-2016-cı illər ərzində Onkologiya kafedrasının tədris hissə müdiri vəzifəsində çalışmışdır. Həkimlik fəaliyyətini ATU-nun Onkoloji klinikasında aparır. 2016-cı ildən ATU-nun Onkoloji klinikasının poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışır. 15.06.-15.08.2015-ci il tarixlərdə İstanbul Universitetinin Tibb Fakultəsi ÇAPA klinikasında 2aylıq staj keçmişdir. 16-23.11.2015-ci il tarixlərdə Rusiya Federasiyasının N.N. Bloxin adına Onkoloji Elmi Mərkəzin süd vəzisi şişlərinin rekonstruktiv cərrahiyyə şöbəsində kurs keçmişdir. 01-31 mart 2016-cı il tarixlərdə Rusiya Onkoloji Elmi Mərkəzinin “Реконструктивная пластика молочной железы” mövzusunda təcrübə kursu keçmişdir. 06-24 dekabr tarixlərində Ukraynanın LİSOD klinikasında “Oncoplastic and breast reconstructive surgery in multidisciplinary approach” mövzusunda təcrübə kursu keçmişdir. Hesabat dövründə tərəfində yerli və xarici elmi mətbuatda 13 elmi iş nəşr edilmişdir.

Akademik fəaliyyət
  1. 18 mart 2005-ci ildə ATU-nun Onkologiya kafedrasına assistent vəzifəsinə təyin edilmişdir.
  2. 11 iyun 2012-ci ildə ATU-nun Onkologiya kafedrasında dosent vəzifəsinə seçilmişdir.
  3. 2011-2016-cı illər ərzində Onkologiya kafedrasının tədris hissə müdiri vəzifəsində çalışmışdır.
  4. 2016-cı ildən ATU-nun Onkoloji klinikasının poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.
Təhsil
  1. 1991-ci ildə Azərbaycan Tibb İnstitutunun II müalicə-profilaktika fakultəsinə qəbul olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir.
  2. 1997-1998-ci illərdə A.T. Abbasov adına Bakı şəhəri Onkoloji Dispanserində onkologiya ixtisası üzrə internatura kursu
  3. 1998-2000-ci illərdə ATU-nun Onkologiya kafedrasında klinik ordinatur
  4. 2000-2005-ci illərdə ATU-nun Onkologiya kafedrasında aspirant
Nailiyyətlər (adlar)

2006-cı ilin iyun ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi OEM-də dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi 2007-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.

Peşə və pedaqoji inkişaf

15.06.-15.08.2015-ci il tarixlərdə İstanbul Universitetinin Tibb Fakultəsi ÇAPA klinikasında 2aylıq staj keçmişdir.

16-23.11.2015-ci il tarixlərdə Rusiya Federasiyasının N.N. Bloxin adına Onkoloji Elmi Mərkəzin süd vəzisi şişlərinin rekonstruktiv cərrahiyyə şöbəsində kurs keçmişdir.

01-31 mart 2016-cı il tarixlərdə Rusiya Onkoloji Elmi Mərkəzinin “Реконструктивная пластика молочной железы” mövzusunda təcrübə kursu keçmişdir.

06-24 dekabr tarixlərində Ukraynanın LİSOD klinikasında “Oncoplastic and breast reconstructive surgery in multidisciplinary approach” mövzusunda təcrübə kursu keçmişdir.

Elmi araşdırma sahəsi

1. Т.С. Гулиева. Новые подходы к диагностике сарком мягких тканей. Sağlamlıq jurnalı, cild 32, №3, Bakı, 2024, səh. 7-16 2. Т.С. Гулиева. Роль генетических и молекулярных биомаркеров при саркомах мягких тканей. Azərbaycan Onkologiya Jurnalı, cild 1, 2024, səh. 63-66 3. T.S. Quliyeva. Süd vəzi xərçəngində onkoplastik cərrahiyyənin xüsyusiyyətləri. Azərbaycan Onkologiya Jurnalı, cild 2, 2024, səh. 52-58 4. T.S. Quliyeva. Süd vəzi xərçəngində onkoplastik əməliyyatlardan sonra yaşama göstəriciləri. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi. Komqresin materialları,, 13-14 iyun 2025-ci il, Bakı, Azərbaycan, səh. 91-92 5. T.S. Guliyeva. Soft tissue sarcomas. 1st International Warsaw Scientific research and innovation congress, 19-22 June 2025, Congress Book Warsaw, 364-368 6. T.S. Guliyeva. Uncovering treatment-resistant phenotypes in breast cancer: a cancer stem cell perspective. International Gecher nesibe health sciences conference-XV proceedings book. September 28-30, 2025. P. 364-365 7. T.S. Guliyeva. Phenotypic Changes During Breast cancer treatment: biological mechanisms and clinical reflections. American Journal of Biomedical Science & Research. ISSN: 2642-1747. Volume 28 – ISSUE 3. 2025, p. 391-393

Kitab

Əmiraslanova Ə., QuliyevaT., Səfərova S., Cəfərzadə F. “Onkologiya I hissə (genetika və klinika)” adlı dərslik, 220 səh.

Üzv olduğu qurum
  1. Azərbaycan Onkoloqlar Cəmiyyəti
  2. Amerika Klinik Onkologiya Cəmiyyəti və Klinik Onkologiya Assosiasiyası
  3. Avropa Tibbi Onkologiya Cəmiyyəti
  4. Avropa Onkologiya Məktəbi
  5. Türkiyə Yüksək Təzyiqli Baxım Mütəxəssisləri Dərnəyi
  6. Rusiya Klinik Onkologiya Cəmiyyəti