Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Hidayətov Əlihüseyn Alışan oğlu 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1970-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

1970–1972-ci illərdə hərbi həkim vəzifəsində hərbi qulluqçu olub. 1972-ci ilin dekabr ayında Bakıda Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun tərkibində olan qastroenterologiya şöbəsinin kliniki ordinaturasına daxil olub və 1974-cü ildə onu bitirib, həmin şöbədə kiçik elmi işçi vəzifəsində çalışıb.

1977-ci ildə Moskva şəhərində Vladimirski adına MONİKİ institutunun elmi şurasında “Xroniki pankreatiti olan xəstələrdə qaraciyərin vəziyyəti və bir sıra ferment göstəriciləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi adı alıb.

1986-cı ildə daxili xəstəliklər ixtisası üzrə SSRİ-nin Ali Attestasiya Komissiyası tərəfindən baş elmi əməkdaş adı alıb.

1990-cı ildə Moskva şəhərində Seçenov adına Tibb Universitetində “Xroniki pankreatit (hormonların patogenezində və müalicəsində rolu)” mövzusu olan doktorluq dissertasiyasını müdafiə edərək, tibb elmləri doktoru dərəcəsini alıb.

Həmin il xroniki pankreatitli xəstələrin müalicəsində “yeni üsul” təklif olunan müalicə üsuluna görə SSRİ-nin İxtira və Kəşf Komitəsinin patentini alıb (№ 1634282).

1991-ci ildən Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.

ABŞ-da, Avropanın bir sıra ölkələrində (İtaliya, Fransa, Almaniya, Niderland, Avstriya, İsveçrə) və Türkiyədə ümumdünya qastroenteroloji konqreslərində iştirak edib.

Rəhbərliy altında 11 nəfər Tibb üzrə Fəlsəfə Doktoru və 2 nəfər Elmlər Doktoru hazırlayıb.

 

Akademik fəaliyyət

1972–1974-cü illər – RR və Onkologiya İnstitutunun qastroenterologiya şöbəsinin kliniki ordinatoru.

1974–1977-ci illər – həmin institutun kiçik elmi işçisi.

1977–1990-cı illər – ET Qastroenterologiya İnstitutunda baş elmi işçi.

1991-ci il – Tibb Elmləri Doktoru, Azərbaycan Tibb Universitetində pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının əməkdaşı.

1991-ci ilin dekabr ayından – həmin kafedranın müdiri.

1995-ci il – Azərbaycan Tibb Universitetinin professoru.

 

Nailiyyətlər

Respublika Prezidentinin fərmanı ilə 2000-ci ildə Əməkdar həkim, 2007-ci ildə Əməkdar elm xadimi fəxri adları verilmişdi.

 

Peşə və pedaqoji inkişaf

1974-cü il – Moskva şəhəri Həkimləri Təkmilləşdirmə

Mərkəzi İnstitutu, baş qastroenteroloqlar kursları.

1992-ci il – Moskva şəhəri Onkologiya Mərkəzi, endoskopiya şöbəsində təkmilləşdirmə kursu.

2003–2006-cı illərdə Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının sədri.

2007–2013-cü illərdə Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müdafiə şurasının sədri.

2000–2021-ci illərdə Respublika Səhiyyə Nazirliyində baş qastroenteroloq vəzifəsində işləmişəm.

 

Elmi töhfə

1990-cı ildə “Xroniki pankreatitli xəstələrin müalicəsində yeni üsul” – təklif olunan müalicə üsuluna görə SSRİ-nin İxtira və Kəşf Komitəsinin patentini almış. (№ 1634282).

Kitab

1. Qastroenterologiya: dərslik. Ə.A. Hidayətov, A.A. Verdiyev, F.M. Abdullayev və b. Bakı: Təbib, 2024. 1112 s. ISBN: 978-9952-572-52.

2. Peşə xəstəlikləri: dərslik. Ə.A. Hidayətov, Verdiyev A.A., Abdullayev F.M., L.Ə. Hidayətova. Bakı, 2022.

3. Xroniki hepatitlər: metodik vəsait. İ.Ç. Əlixanova, Ə.A. Hidayətov, S.A. Məcidova, S.Ə. Əliyeva. Bakı, 2012.

Məqalə

1.The Impact of Occult Hepatitis B Infection on the Course of Chronic Hepatitis C Treatment with Direct-Acting Antivirals. Aghayeva S. Ch., Hidayatov A. A. Актуальні проблеми сучасної медицини, April 2022. DOI: 10.31718/2077-1096.22.1.4.

2. The Prevalence of Gastroesophageal Reflux Disease in Azerbaijan: A Population-Based Cross-sectional Study. Aghayeva S., Katzka D., Afandiyeva N., Bor S., Babayeva G., Hidayatov A., Mammadzada G. Turkish Journal of Gastroenterology, 2023. DOI: 10.5152/tjg.2023.211042.

3. Синдром абдоминальной боли в практике гастроэнтеролога. А. А.  Гидаятов, Ф. М. Абдуллаев, В. А. Гидаятова, Т. Г. Салимов, Л. А. Гидаятова. Sağlamlıq jurnalı, 2020, №2, səh.         193–196.

4. Эозинофильный эзофагит: современный взгляд на проблему, диагностические критерии, лечение. А. А. Гидаятов, В. А. Гидаятова, Т. Г. Салимов, З. М. Шамхалов, Б. И. Садыгов. Sağlamlıq jurnalı, 2020, №4, səh. 211–215.

5. Xroniki qaraciyər xəstəliklərinin inkişafında bağırsaq mikrobiotanın rolu.

Hidayətov A. A., Səlimov T. H., Hidayətova V. Ə., Verdiyer A. A., Şamxalov Z. M. Azərbaycan təbabətin müasir nailiyyətləri, 2023, №1, səh. 229–231.

6. Синдром раздражённого кишечника в свете современной гастроэнтерологии. A. Гидаятов, V. A. Гидаятовf, T. G. Salimov, Z. M. Şamxalov, L. A. Hidayətova. Azərbaycan təbabətin müasir nailiyyətləri, 2021, №1, səh. 182–184.

7. Yaşlılarda bağırsağın iltihabi xəstəlikləri: klinik xüsusiyyətləri və müalicəsi.

Ə. A. Hidayətov, V. Ə. Hidayətova, T. H. Salimov, A. A. Verdiyer, L. Ə. Hidayətova, F. M. Abdullayev. Azərbaycan təbabətin müasir nailiyyətləri, 2025, №2, səh. 283–286.

8. Biliar sisteminin funksional pozğunluqları: diaqnostika, müalicə və profilaktika məsələləri. Ə. A. Hidayətov, V. Ə. Hidayətova, T. H. Salimov, B. İ. Sadıgov. “Cərrahiyyə” jurnalı, 2025, №2, səh. 52–56.

 

Sosial töhfə

 

1. Yeni Azərbaycan Partiyasının üzvü.

2. Azərbaycan Qastroenteroloqlarının və Hepatoloqlarının İctimai Birliyinin vitse-prezidenti.