
A.A.Verdiyev - 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırkı ATU-nun) II Müalicə Profilaktika fakultəsini bitirmiş, 1986-1991-ci illərdə Cəbrayıl rayon mərkəzi xəstəxanasında həkim-terapevt vəzifəsində işləmişdir. 1991-1993-cü illərdə Azərbaycan Tibb Universitetində ,,Daxili xəstəliklər,, ixtisası üzrə Klinik ordinaturada təhsil almışdır.1993-cü ildən 1995-ci ilin aprel ayına kimi Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinin Daxili xəstəliklər kafedrasında baş laborant, aprel ayından isə həmin kafedrada assistent vəzifəsində işə başlamış, hal-hazırda da II Müalicə Profilaktika fakultəsinin III Daxili xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır.
2007-ci ildə ,,Xroniki ooforitləri olan xəstələrdə mədənin funksional vəziyyəti “ mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmiləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1995-ci ilin aprel ayına kimi Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinin Daxili xəstəliklər kafedrasında baş laborant, aprel ayından isə həmin kafedrada assistent vəzifəsində işə başlamış, hal-hazırda da II Müalicə Profilaktika fakultəsinin III Daxili xəstəliklər kafedrasında assistent vəzifəsində çalışır.
1979-1985 N.Nərimanov adına Azərbaycan Tibb İnstutu.
1991-1993 Azərbaycan Tibb İnstitutu, daxili xəstəliklər üzrə klinik ordinatura.
2007-ci il – tibb üzrə fəlsəfə doktoru
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, həkimləri təkmilləşdirmə kursu, 2025.
Azərbaycan Tibb Universiteti ,,Müəllimləri təkmilləşdirmə kursu”, 2025.
Azərbaycan əhalisi arasında qastroenteroioji və yanaşı gedən revmatoloji xəstəliklərin araşdırilması
Qastroenterologiya. Bakı – 2024. İSBN-978-9952-572-52.
Yaşlılarda bağırsağın iltihabi xəstəlikləri :klinik xüsusiyyətləri və müalicəsi. 2025, №2, s.283-286.